Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə80/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   76   77   78   79   80   81   82   83   ...   232

164 

 

özündən  qabaqkı  -  XII-XIII  əsrin  əvvəllərindəki  səviyyəyə  yüksələ  bilməmiĢdi. 



Yarımfayans  qab nümunələrini son orta  əsrlərin  qab  istehsalında yenilik  hesab  etmək 

lazımdır.  Onların  istehsalında  və  naxıĢlanmasında  ġərqdən  gətirilmiĢ  qabların  təsiri 

hiss  olunmaqdadır.  Belə  qabların  na xıĢlan masında  kobalt  Ģirindən  geniĢ  istifadə 

edilmiĢdir. Əsas motiv nəbati naxıĢlardır. 

Nadir  hallarda bədii  fiqurlu  qablara  da təsadüf  edilir.  Məsələn,  ġamaxıdan və 

Naxçıvandan  XV  əsrə  aid  gövdəsi  qabarıq,  çoxsifətli  insan  təsvirləri  olan  bardaq, 

ġamaxıdan  miniatür  ayaqqabı  formalı  Ģirli  qab  tapılmıĢdır.  Birrəngli  (marqanes) Ģirlə 

örtülmüĢ  bu  qablar  bədii  cəhətdən  böyük  ustalıqla  hazırlanmıĢdır.  Bakıdan  və 

Gəncədən isə boyalı qabların nadir nümunələri əldə edilmiĢdir.  

ġirli  qabların oturacağı  altına  möhür basmaq ənənəsi, az  da  olsa,  bu dövrdə  də 

davam  etdirilmiĢdir.  Qəbələdən hətta  möhür düzəltmiĢ  dulusçu  ustanın  gildən silindr 

formalı möhürü də tapılmıĢdır. 

ġirli  qabları  imzalamaq  ənənəsi  də bu  dövrdə hələ  qalmaqda  idi. Qəbələdən 

tapılmıĢ bir badyada usta Alpautun adı ərəb əlifbası ilə yazılmıĢdır. 

Bu  dövrün  təbəqələrində  tək-tək  fayans  və  seladon  qab  nümunələrinə  də 

təsadüf olunur. Azərbaycanda fayans nümunələrinə  daha çox Naxçıvan Ģəhərində rast 

gəlinmiĢdir.  Hətta burada qırmızı  saxsılı Ģirli  qabların öz  mövqeyini  fayans  (ağ saxsılı) 

qablara verdiyi müĢahidə olunmuĢdur. Əsas qablar metal oksidləri ilə həndəsi,  nəbati, 

bəzən hər iki motivlərlə naxıĢlanmıĢ kasa və boĢqablardan ibarətdir. Çox halda qırmızı 

saxsılı  Ģirli  qabların  naxıĢlarının  bu  qablarda  təkrar  verilməsi  fayans  qabları  da  yerli 

istehsala  aid  etməyə  əsas  verir.  Naxçıvanda  fayans  qabların  çıxarlarına  da  təsadüf 

edilmiĢdir. 

Bu  dövrə  aid  olan  seladon  qab  parçaları  Qəbələ  qazıntılarından  məlumdur. 

Onların  saxsısı  ağdır,  daxildən  və  xaricdən yaĢıl  Ģirlə  örtülmüĢdür.  Qabarıq naxıĢları 

vardır.  Bəzi  qablarda  bərpa  izləri  görünməkdədir.  Bu  da  seladonun  əhali  arasında 

yüksək qiymətləndirild iyin i göstərir. 

Həmin  dövr  təbəqələrindən  sümük  əĢyalar  ço x  az  tapılmıĢdır.  Lakin  onlar 

yüksək  keyfiyyəti  ilə  seçilir.  Bu  cəhətdən  Qəbələdən  tapılmıĢ  o x  atmaq  üçün 

istifadə  edilən  barmaq lıq  xüsusi  əhəmiyyətə  malikdir.  Belə  barmaqlıqlar  ġimali 

Qafqazda,  Volqaboyu  ölkələrində  və  Orta  Asiyada  geniĢ  yayılmıĢdı.  Çini  qabların 

istifadəsi də bu dövrdən, ən geci XVI əsrdən baĢlanır. Seladondan sonra gil qab ların ən 

mü kəmməl  növü  hesab  edilən  bu  qablar  təmiz  ağlığına,  gilinin  saflığına  və 

biĢirildikdən sonra  melodik  səslənməsinə  görə  bütün  gil  qab növlərindən  üstün  idi 

və  indi  də  bu  üstünlüyü  saxla maqdadır.  Gəncədən,  XV  əsr  təbəqəsindən  həmin 

qabların  Çindən  gətirilmiĢ  nümunələri  tapılmıĢdır.  Bunlardan  birinin  oturacağının 

altındakı Çin heroqlifiərindən məlum olur ki, həmin qab Çinin Min sülaləsindən olan 




165 

 

Syuan-Denin (1426-1436-cı illər) dövründə istehsal edilmiĢdir. Qabın içərisinə kobalt 



Ģiri ilə nəbati naxıĢ vurulmuĢdur. Bundan əlavə, XV əsrə aid olan təbəqədən baĢqa üç 

çini qabın; oturacağı və iki qabın divarının yuxarı hissəsi tapılmıĢdır. Bu qablara da 

kobalt  Ģiri  ilə  nəbati  (üzü m  salxımı,  göbələk  və  s.)  naxıĢ  vurulmuĢdur.  Ġki  kobalt 

naxıĢlı çin i  kasa Bakıdakı  ġirvanĢahlar sarayının həyətində, XV əsrə aid olan sikkə 

ilə  birlikdə  tapılmıĢdır.  Çin  mənĢəli  bu  qabların  bir  neçə  nümunəsi  ġamaxı 

qazıntılarından  da  əldə  edilmiĢdir.  On ların  birində  uçan  quĢlar  təsvir  olunmuĢ, 

digərlərində isə dəniz bitkilərinə oxĢar rəsmlər vardır və s. 

Qəbir  abidələri  əvvəlki  əsrlərdə  olduğu  kimi,  XIII-XV  əsrlərdə;  də  əsasən 

müsəlman  qəbirlərindən  və  qəbirüstü  abidələrdən  (sinədaĢıları,  baĢdaĢıları,  qoç 

daĢları və türbələr) ibarətdir. Həmin abidələrin böyük qismi yer üstündə zəmanəmizə 

qədər qalmıĢ, epiqrafika və  memarılıq üzrə  mütəxəssis alimlərimiz tərəfindən tədqiq 

olunmuĢdur.  Arxeoloji  qazıntılar  zamanı  aĢkar  olunmuĢ  qəbir  abidələri  həmin  maddi 

mədəniyyət  nümunələrinin  zənginliyini  bir  daha  nümayiĢ  etdirir.  Bu  abidələrin 

hamısını  əhatə  etmək  imkan  daxilində  olsa  da,  bəzi  nümunələr  göstərmək  kifayət 

edər, çünki bunlar da əksər hallarda yerüstü abidələrlə eyni səciyyəvi xüsu -siyyətlərə 

ma likd ir. 

Bu  baxımdan  Beyləqanın  sənətkarlar  məhəlləsində  aĢkar  edilmiĢ  XIII  əsrin 

ikinci  yarısına  -  XIV  əsrə  aid  türbələri  qeyd  etmək  olar.  XIII  əsrin  ikinci  yarısında 

tikilmiĢ türbənin xaricdən səkkizguĢəli, daxildən isə xaçvari planı vardır, abidə biĢmiĢ 

köhnə kərpicdən hörülmüĢdür. Türbənin giriĢi Ģimal-qərbdəndir. GiriĢin hər iki tərəfinə 

xaricdən  kvadrat  formalı  hörgü  əlavə  edilmiĢdir.  Kvadratın  ortası  torpaqla 

doldurulmuĢdur.  Türbənin  içərisində  - divarda  üç  hissədən  ibarət  mehrab  düzəldilmiĢ 

və mehrabın yanları naxıĢ və ərəb əlifbası ilə iĢlənmiĢdir. Dörd yerdə gipsdən sinədaĢı 

düzəldilmiĢ  və  onların  kənarları  naxıĢlanmıĢdır.  Ancaq  birinin  altından  insanın  qırıq 

qabırğa sümüyü  tapılmıĢdır.  Türbənin  içəri səthində  boyalı  naxıĢlar  və  əl  təsvirlərinə 

təsadüf olunmuĢdur. 

Burada  XIII  əsrin  sonu  -  XIV  əsrin  əvvəllərinə  aid  olan  türbə  nisbətən  pis 

saxlanılmıĢdır.  Türbənin  xaricdən  kvadrat  planı  vardır.  Onun  divarlarının  uzunluğu 

Ģimalda və cənubda 6x5,8 metr, qərbdə və Ģərqdə isə 5,6x5,8 metrdir. Abidənin küncləri 

dünyanın əsas cəhətlərinə istiqamətləndirilmiĢdir. Türbənin içərisi diametri 4,7 metr  olan 

dairə  Ģəklindədir.  Abidəyə giriĢ  yolunun Ģimal-qərb  tərəfdə  yerləĢdiyi  güman  edilir. 

Beyləqanın Ģimal qala darvazalarının xarabalığı üzərində təxminən XIII əsrin ortalarına 

aid  olan  sərdabə özünün  quruluĢuna  görə nəzəri  cəlb edir.  Sərdabə  kvadrat  formada, 

köhnə  biĢmiĢ  kərpiclə,  tağbənd  Ģəklində  qurulmuĢdur.  DöĢəməsi  torpaqdandır. 

Sərdabənin  cənub hissəsində  yanaĢı dəfn olunmuĢ  iki  qəbir  aĢkar  edilmiĢdir.  Buradakı 

qazıntılar zamanı sərdabənin ətrafında daha 14 sadə torpaq qəbir açılmıĢdır. Onların da 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə