Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə81/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   77   78   79   80   81   82   83   84   ...   232

166 

 

üzəri tili üstə qoyulmuĢ biĢmiĢ (köhnə) kərpiclərlə örtülmüĢdür. Eyni tip qəbirlərin 12-



si sənətkarlar  məhəlləsində,  6-sı  isə "Böyük Ģəhər"in Ģimal-Ģərq qala divarları  üzərində 

aĢkara çıxarılmıĢdır. Həmin qəbir abidələrinin bir elmi əhəmiyyəti də ondan ibarətdir ki, 

onlar  Beyləqanın  nə  zaman,  həm  də  böyük  bir  ərazidə  qəbiristanlığa  çevrild iyini 

əyani Ģəkildə nü mayiĢ etdirir. 

Bakıdakı  Qız  qalasının  qərb  tərəfində,  məscidin  həyətində  aparılan  qazıntılar 

zamanı  50-dən  artıq  müsəlman  qəbri  aĢkara  çıxarılmıĢdır.  Qəbirlərdə  bəzən  iki  Ģəxsin 

skeleti olduğu müəyyən edilmiĢdir. Qəbirlərin bir qisminin  müvəqqəti səciyyə daĢıdığı 

aydınlaĢdırılmıĢdır, belə ki, qəbirlərdəki sümüklərin aparılıb  müsəlmanlann müqəddəs 

yeri olan Məkkədə dəfn ediləcəyi nəzərdə tutulurdu. 

Bakıdakı ġirvanĢahlar sarayında ġirvanĢah Xəlilullahın anası va oğlu üçün 1435-

1436-cı  illərdə  tikdirdiyi  türbədə  aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı  7  qəbir  aĢkar 

edilmiĢdir. Məlum olmuĢdur  bu türbədə yalnız Xəlilullahın oğlu və anası deyil, həmin 

ailənin baĢqa üzvləri (ġirvanĢah Fərrux Yəmin, Biki, Bəhram, ġeyx Saleh  Xəlilullah və 

b.) də dəfn olunmuĢdur. Bu qazıntıların əhəmiyyəti hər Ģeydən əvvəl ondan ibarətdir 

ki,  nəticədə  ġirvanĢahların  Dərbəndi  sülaləsinin  ilk  nəsil  Ģəcərəsini  və  türbədə  dəfn 

edilənlərin  təvəllüd, vəfat tarixlərini,  adlarını  və yaĢlarını  daha dəqiq  müəyyən  etmək 

mü mkün olmuĢdur. 

Eyni  sözləri  Qəbələ  Ģəhərinin  "Səlbir"  hissəsi  haqqında  da  demək  olar.  Burada 

aparılmıĢ qazıntılar zamanı bir neçə yerdə yerüstü əlaməti olmayan müsəlman qəbirləri 

aĢkara çıxarılmıĢdır. Ancaq "Səlbir"in Ģimal-Ģərq hissəsində XIV əsrə aid səkkizguĢəli 

bir  türbənin  qalıqlarına  təsadüf  edilmiĢdir.  Məqbərənin  bünövrəsi  çaydaĢından,  üst 

hissəsi isə yonulmuĢ iri daĢdan tikilmiĢdir. Türbədə bir nəfər yaĢlı adam və iki uĢaq dəfn 

olunmuĢdur.  YaĢlı  Ģəxsin  qəbri  də  yonulmuĢ  daĢdan  çəkilmiĢ  və  üstü yonulmuĢ  daĢ 

lövhələrlə örtülmüĢdür. UĢaq qəbirlərindəki skeletlər çürüdüyündən onların vəziyyətini 

və istiqamətini müəyyən etmək mümkün olmamıĢdır.  

Xaraba  Gilanda  yerli  daĢdan  tikilmiĢ  səkkizguĢəli  türbə-sərdabə  aĢkar 

olunmuĢdur.  Sərdabənin  konstruktiv  quruluĢu,  xüsusilə  onun  ortasında  yerləĢən  dayaq-

sütun XV-XVI əsrlərdə də Azərbaycanda türbə tikintisində Əcəmi  məktəbi ənənəsinin 

davam etdiyini aydın göstərir. 

Sikkə  qalıqları  bu  dövr  üçün  də  ən  kütləvi  tapılan  maddi  mədəniyyət 

nümunələrindəndir. Onlar qazıntılardan təsadüfi torpaq iĢləri gediĢində  böyük  və  kiçik 

dəfinələr və yaxud nadir nüsxələr Ģəklində tapılmıĢdır. Bakıda (ĠçəriĢəhərdə) tapılmıĢ 

bir dəfinədə 3271 ədəd gümüĢ sikkə olmuĢdur. Sikkələr Qəzvində (XV əsr), Kirmanda 

və  KaĢanda  (XV  əsr),  Ərdəbildə  (XV  əsr),  ġamaxıda  və  Təbrizdə  (XVI  əsr)  zərb 

olunmuĢdur. Qəbələ Ģəhər yeri yaxınlığında (Böyük Əmili  kəndi  ərazisində) tapılmıĢ, 

XV  əsrin  əvvəllərində  torpağa  basdırılmıĢ  dəfinədə  isə  150  ədəd  gümüĢ  sikkə 




167 

 

olmuĢdur.  Bunlardan  55-i  əldə  edilmiĢdir.  Sikkələr  ġirvanĢah  ġeyx  Ġbrahimin  (1382-



1417) adından ġama xıda və Dərbənddə, 32-si Qaraqoyunlu Pirbu-dağın (1411-1418) 

və Qara Yusifin (1410-1420) adından Bakıda, ġamaxıda və Ərdəbildə zərb edilmiĢdir. 

Tək-tək  tapılmıĢ  sikkələrə  isal  olaraq  Qəbələdən  əldə  edilmiĢ  Elxani  sikkələrini 

Məhəmməd  xanın  (XIV  əsrin  birinci  yansı),  Əbu  Səidin  (XIV  əsr),  Qızıl  Orda  xanı 

ToxtamıĢın  (XIV  əsr),  Cəlairi  Su ltan  Əhmədin  (XV  əsr),  ġarnaxı  ĢirvanĢahı  ġeyx 

Ġbrahimin (XIV əsrin ikinci yarısı, Bakı), Ġbrahimin oğlu Xəlilullahın (XV əsr), Sultan 

Bayazidin  (1481-1512,  Ġstanbul),  ġirvanĢah  ġahruxun  (XV  əsr,  ġama xı),  Ağqoyunlu 

Rüstəmin (XV əsr), Mahmudxan Teymurun (1445), Keran Davudun oğlu Tilxanın (XV 

əsr) adından kəsilmiĢ sikkələri qeyd etmək olar. Demək olar ki, təxminən oxĢar vəziyyət 

ġamaxı,  Bakı,  Gəncə Ģəhərlərinə  və  baĢqa  mərkəzlərə  də  aiddir.  Bu  Ģəhərlərdə  də 

əsasən  ġirvanĢahların,  Elxanilərin,  Cəlairilərin,  Qaraqoyunluların,  Ağqoyunluların 

sikkələri tapılmıĢdır. Həmin sikkələr gümüĢdən, gümüĢ qarıĢığı olan misdən və ən çoxu 

isə  misdən  kəsilmiĢdir.  Pulların  zərb  keyfiyyəti  və  tərkibi  ölkədə  yaranmıĢ  siyasi  və 

iqtisadi vəziyyətə uyğun olaraq mü xtə lif Ģəkil almıĢdı.  

Çox  qiymətli  maddi  mədəniyyət  nümunələri  sayılan  bu  arxeo loji  tapıntılar 

əsasında  Azərbaycanda  XIII-XV  əsrlərdə  mövcud  olmuĢ  sikkə  zərbxanalarını,  sikkə 

zərbində  baĢ verən dəyiĢiklikləri,  hakim  sülalələrin  Ģəcərəsini,  hökmdarların  adlarını, 

hökmranlıq  illərini  və  s.  müəyyən  etmək,  ölkədə  pul  dövriyyəsinin,  siyasi  asılılığın 

vəziyyətini,  xarici  əlaqələrin  o  zamankı  mənzərəsini  aydınlaĢdırmaq  və  bir sıra  digər 

məsələləri həll etmək mümkün olmuĢdur. 

 

 

 



VI FƏS ĠL 

 

 

AZƏRBAYCAN  XVI  ƏSRDƏ. 

AZƏRBAYCAN SƏFƏVĠLƏR DÖVLƏTĠ 

 

XV  əsrin  sonu  -  XVI  əsrin  əvvəllərində  Azərbaycanın  siyasi  vəziyyəti. 

XV  əsrin  sonunda  Azərbaycan  ərazisində  ġirvanĢahlar  və  Ağqoyunlu   dövlətləri 

mövcud  idi.  Ərdəbil  Ģəhərini  idarə  edən  və  Səfəviyyə  təriqətinin  davamçıları  olan 

feodal  nümayəndələri  də  özünəməxsus  "Ərdəbil  malikanəsi"  yaratmıĢdılar;  onlar 

Ağqoyun-lulardan asılı id ilər,  lakin Ərdəbil və ətraf əraziləri  müstəqil surətdə idarə 

edirdilər. Azərbaycanda feodal  müharibalərindən  müsibətlər çəkmiĢ  xalq içərisində 

vahid dövlət yaratmaq və siyasi çəkiĢ mələrə son qoymaq meyilləri güclənirdi.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə