Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə91/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   87   88   89   90   91   92   93   94   ...   232

186 

 

ilin  əvvəllə rində  Diyarbəkirin  Osmanlı  hakimi  Fil  Yaqub  paĢa  50  minlik  qoĢunla 



Bidlis  qalasını  aldı.  Əmir  ġərəf  kö mək  üçün  Səfəvi  Ģahına  müraciət  etdi.  I  ġah  

Təhmasib  özü  qoĢunla  kö məyə  getdi  və  Bidlisi  qaytardı.  O,  Bidlisin  və  digər 

Kürdüstan vilayətlərinin idarə o lunmasın ı Əmir ġərəfə tapĢırdı. 

I Su ltan Süley man  1534-cü  ilin yayında baĢ vəzir Ġbrah im paĢanın baĢçılığ ı 

altında  Azərbaycana  böyük  ordu  göndərdi.  ġah  Təh masib  bu  zaman  qoĢunu  ilə 

özbək  xan larının  növbəti  basqınını  dəf  etmək  üçün  Xorasana  getmiĢdi.  Osman lı 

qoĢunu  müqavimətə  rast  gəlmədən  Səfəvilərin  paytaxtına  yaxınlaĢdı,  1534-cü  il 

iyunun  3-də  Təbrizi,  sonra  isə  bütün  Cənubi  Azərbaycan  vilayətlərin i  ələ  keçirdi. 

Sultan  Süley man  yürüĢə baĢçılıq  edərək  əsas qüvvələrlə  sentyabrın  27-də  Təbrizə 

daxil  oldu.  Təbriz  əha lisi  zü lm  və  qarət lərlə  məĢğul  olan  əsgərlərə  qarĢı  partizan 

mübarizəsi  yolunu  seçdi.  ġah  Təhmasib  düĢmən  haqqında  xəbər  tutdu,  sürətlə 

Xorasandan  Azərbaycana  döndü.  Lakin  qızılbaĢlar  "payız  yarpaqları  və  səhra 

qumları"  kimi  (Həsən  bəy  Ru mluya  görə)  ço xsaylı  olan  Osman lı  ordusunun  əsas 

qüvvələri ilə toqquĢmadan çəkinirdilər. 

Sultan  Süley man  Sultaniyyəyə  çatan  zaman  Ģiddətli  Ģaxtalar  baĢlanmıĢ  və 

xeyli qar yağ mıĢdı.  Osmanlı o rdusu ərzaq çatıĢmazlığ ı və soyuqlar üzündən böyük 

itkilər  verd i.  QızılbaĢların  inadcıl  müqaviməti  və  Os manlı  ordusunun  çətinliklərlə 

üzləĢ məsi  sultanı  Azərbaycandan  çıxmağa  məcbur  etdi.  Su ltan  Süley man  böyük 

əziyyətlə qızılbaĢ hakimin in tərk etmiĢ olduğu Bağdada çatdı. Su ltan 1534-1535-ci 

ilin q ıĢını Bağdadda keçirdi. Ġraqda Os manlı idarəçilik sistemi təĢkil olundu. Torpaq 

sahibliyinin timar sistemi tətbiq edildi və Os manlı feodalları timar, ziamətlər ald ılar. 

Bu  dövrdən  etibarən  Ġraqi  Ərəb  Osman lı  imperiyasının  tərkib inə  daxil  oldu. 

QızılbaĢların bu əraziləri geri qaytarmaq cəhdləri heç bir nəticə verməd i. 

Sultan  Süley man  1535-ci  il  yazın  əvvəllərində  Bağdadı  tərk  etdi  və  ikinci 

dəfə  Azərbaycana  yürüĢə  baĢladı.  Əhali  ġah  Təh masibin  göstəriĢi  ilə  paytaxtdan 

köçürüldü.  Azərbaycanın  cənub  vilayətlərində  yaĢayan  tayfalar  Fars  vilayətinə  və 

Ġraqi  Əcəmə köçürüldülər. Suvarma kanalları və kəhrizlər torpaqla dolduruldu, taxıl 

və  əkin  sahələri  yandırıldı,  yerdə  qalan  nə  varsa,  heyvanlara  yedirdildi.  Təbriz 

Ģəhəri  ikinci  dəfə  Sultan  Süley man  tərəfindən  tutuldu.  Lakin il  osmanlıların  ġərq ə 

irəliləmək  cəhdləri  müvəffəqiyyətsizliyə  uğradı.  Onlann  ön  dəstələri  Sultaniyyə 

Ģəhəri yaxın lığ ında məğlub oldular. 

Ərzaq  çatıĢmazlığı  və  baĢlanmıĢ  taun  xəstəliyi  Osmanlı  qoĢununun 

vəziyyətini  daha  da  ağırlaĢdırdı.  Os manlı  ordusu  bu  dəfə  də  Azərbaycanda 

möhkəmlənə b ilmədi və tələsik geri çəkilməli o ldu.    QızılbaĢ qoĢunu yenidən geri 

çəkilməkdə  olan  düĢməni  təqib  etdi  və  ona  güclü  zərbələr  endirdi.  Səfəvi  ordusu 

Kürdüstanda,  Van  qalası  yaxın lığ ında  Qazi  xan  Zü lqədər  baĢda  olmaqla  Osman lı 




187 

 

hakimi, Məhəmməd paĢanı ağır  məğ lubiyyətə uğratdı, bir neçə  Osmanlı sərkərdəsi 



əsir  alındı.  QızılbaĢ  sərkərdəsi  Budaq  xan  Qacar  tərəfındən  Sinan  paĢanın 

ko mandanlığı altında olan ən böyük dəstələrindən biri də ƏrciĢ Ģəhəri yaxınlığında 

darmadağın  edildi.  Sinan  paĢanın  ölüm  xəbərini  eĢidən  sultan  Ġbrahim  paĢanın 

rəhbərliy i altında seçmə hissəsini qızılbaĢlara qarĢı göndərdi, lakin onlar də məğlub 

oldular. 

Sultan  Süley man  1548-ci  ilin  yazında  A zərbaycana  üçüncü  yürüĢünə 

baĢladı.  Bu  yürüĢə  mükəmməl  hazırlıq  görülmüĢdü.  Avropa,  Asiya  və  Afrikada 

sultana tabe olan bütün ərazilərdən böyük ordu toplanmıĢdı.  

Osmanlıları  dayandırmaq  üçün  kifayət  qədər  qüvvəsi  olmayan  ġah 

Təhmasib  paytaxtı  tərk  edərək  ġərqə  çəkild i  və  qoĢun  toplamaq  üçün  Əhər  çay ı 

sahilində gözləməli o ldu. 

Osmanlı  ordusunun  hərəkətini  çətinləĢdirmək  üçün  sərhəddən  baĢlayaraq 

paytaxta kimi bütün yollar viran edilmiĢdi.  Hər Ģey yandırılmıĢ, iĢğalçılar üçün "bir 

toxu mcuq,  ot  saplağı"  belə  saxlanılmamıĢdı.  Fədakarlığ ı  ilə  məĢhur  olan  Təbriz 

sakinləri  su  mənbələrini,  suvarma  kanalların ı  (qanov  və  kəhrizləri)  elə  bağladılar 

ki, "hətta özlərinin içməsi üçün belə lazım o lan qədər su qalmadı".  

Sultan  Süley man  əsas  qüvvələrlə  Təbrizə  daxil  o ldu.  Lakin  o,  bu  dəfə 

paytaxtda  yalnız  4  gün  qala  bildi.  Bu  günlər  osman lılar  üçün  çox  sıxıntılı  keçdi. 

Yemin  çatıĢmaması  üzündən  onların  min lərlə  atı,  dəvəsi  və  qatın  məhv  oldu. 

ġəhərdə  ərzaq  olmad ığına  görə  əsgərlər  Ģəhərlilərin  Ģəxsi  əmlakını  qarət  etməyə 

baĢladılar.  Əhali  os manlılara  qarĢı  üsyan  qaldırdı.  Salnaməçi  qeyd  edir  ki, 

"Təbrizin  qara  camaatı  və  pozğun  ünsürləri  zorakı  əllərini  sultanın  atlarına  və 

məiyyətinə uzadaraq, onun adamlarının ço xunu qətlə yetirdilər".  

QızılbaĢ  qoĢunu  da  osmanlılara  rahatlıq  vermirdi.  QızılbaĢlar  gecə-gündüz 

onlara  gözlənilməz  basqınlar  edir,  əsas  qüvvələrdən  uzaqlaĢmıĢ  olan  ayrı-ayrı 

dəstələri  məhv edir və əsir alırdılar.  Osmanlılar hətta özlərinə yemək tap maq üçün 

düĢərgələrindən  bir  addım  belə  uzaqlaĢa  bilmirdilər.  A zərbaycan  xalqının  artan 

müqaviməti,  q ızılbaĢ  qoĢununun  hücumları  və  ərzaq  cəhətdən  dözülmə z  vəziyyət 

Osmanlı  ordusunu  yenidən  Azərbaycandan  çıxmağa  məcbur  etdi.  Beləliklə, 

Osmanlı sultanının Azərbaycana üçüncü yürüĢü də uğursuzluqla nəticələndi.  

DüĢmən tərəfınə keçmiĢ bəzi qızılbaĢ əmirlərinin və hakimlərin in qiyamları 

Azərbaycan  Səfəvilər  dövlətinin  müdafıə  qabiliyyətini  zəiflədirdi.  1530-1531-ci 

illərdə  Təbriz  bəylərbəyi  Üləma  bəy  Təkəli  naib  vəzifəsini  ələ  keçirməyə  cəhd 

göstərdi, lakin müvəffəq iyyətsizliyə uğradı, qoĢunun bir hissəsi ilə Türkiyəyə qaçdı. 

O,  Os manlı  sultanının  A zərbaycana  üç  yürüĢünün  hamısında  fəal  iĢtirak  etmiĢdi. 

1547-c i  ildə  ġirvan  bəylərbəyi,  ġah  Təh masibin  qardaĢı  Əlqas  Mirzə  də  Ģah 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə