Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə94/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   90   91   92   93   94   95   96   97   ...   232

192 

 

edir,  dövləti  idarəetmə  iĢlərində  Azərbaycan  əmirlərin in  ro lunu  zəiflətməyə 



çalıĢırdı.  Bu,  nüfuzlu  əmirlərin  kəskin  etirazına  səbəb  oldu  və  onları  intiqamçı, 

hökmlü  Ģah  arvadının,  M irzə  Salmanın  ö zbaĢınalıq larına  son  qoymaq  üçün  əlbir 

olmağa vadar etdi. Saraydakı əmirlər Ģahdan vəziri aradan götürməy i, "mələkəni" 

hakimiyyətdən  uzaqlaĢdırmağı  tələb  etdilər.  Lakin  onun  aciz  o lduğunu  görüb, 

özləri saraya soxularaq Ģahın arvadını qətlə yetirdilər.  

1579-cu  ilin  yayında  Krıra  xanı  Məhə mməd  Gəray  yüz  min lik  ordu  ilə  

Bağçasaraydan  hərəkətə  baĢlayıb,  ġimali  Qafqazdan  keçdi  və  ġirvan  sərhədinə 

yaxınlaĢdı.  Krım  tatarları  Os man  paĢa  ilə  birlikdə  ġamaxıya  və  Bakıya  yürüĢ 

etdilər.  On lar  Kürü   keçərək  ƏrəĢ,  Gəncə,  Qarabağ  və  Muğana  hücum  etdilər  və 

Qızılağaca  qədər  irəlilədilər.  Lakin  q ızılbaĢ  qoĢununun  ġirvana  daxil  o lması 

xəbərin i almıĢ Krım xan ı tələsik Ģimala yollandı və xeyli əsir apardı.  

1578-1579-cu  illərdə  Osman lı-Krım ordusunun törətdiyi hərbi ə mə liyyatlar, 

dağıntılar, qarətlər nəticəsində Azərbaycanda Ģiddətli aclıq və taun xəstəliyi tüğyan 

edirdi. Əvvəllər əhalinin sıx olduğu bəzi bölgələr viran qalmıĢdı.  

1580-c i  ildə  Təbrizdə  Türkman  və  ġa mlı  ə mirlə ri  arasında  ixt ilaflar 

gücləndi.  ġamlı  əyanları  arasında  da  parçalan ma  baĢ  verdi.  1581-ci  ildə  qiyamçı 

ġamlı  əmirlərinin  Heratda  I  Abbası  Ģah  elan  etməsi  Xorasanın  Səfəvilər 

dövlətindən  aynlmasına  səbəb  oldu.  1580  və  1581-ci  illərdə  Krım  xan ının  

qardaĢları  Qazi  Gəray ın  və  Səfı  Gərayın  baĢçılığı  ilə  tatar  ordusu  daha  iki  dəfə 

ġirvana soxuldu. Krım tatarları dağıntılar, qarətlər törətdilər və tezliklə Dərbənddən 

keçərək vətənə qayıtdılar. 

Sonuncu yürüĢ zamanı Peykər  xan Qacarın rəhbərliy i altında  qızılbaĢ dəstəsi 

Krım  tatarlarını  ġabranla  ġamaxı  arasındakı  ərazidə  qarĢılad ı.  QızılbaĢlar  Ģiddətli 

döyüĢdə  ġirvan  qiyamçılarını,  Os manlı  hissələrini  və  tatarları  ağır  məğ lubiyyətə 

uğratdılar.  Qazi  Gəray  əsir  düĢdü.  Lakin  bu  müvəffəq iyyət  ġirvandakı  ü mu mi  

vəziyyəti  Səfəv ilərin  xeyrinə  dəyiĢdirmədi.  Dərbənddə  qərar  tutmuĢ  Osman  paĢa 

ərzaq qıtlığı nəticəsində qızılbaĢ qoĢununun ġirvanı tərk etməsindən sonra yenidən 

bu diyarı ələ keçirdi. 

Beləliklə,  Krım  tatarları  osman lılara  ġirvanda  hakimiyyəti  saxlamaqda  ço x 

mühü m  kö mək göstərdilər.  Lakin burada Osman lı ağalığının bərqərar olması yerli, 

Dağıstan hakimlərinin ürəy incə deyild i. 

Tarku ġamxalı və Əbubəkr Mirzə Qarabağın q ızılbaĢ hakimi  Ġmamqulu xan 

Qacara Os man paĢaya qarĢı birgə  mübarizə təklifi  ilə  mü raciət  etmiĢdilər.  1583-cü 

ildə  Samur  çayı  yaxınlığında  baĢ  vermiĢ  döyüĢlərdən  birində  Əbubəkr  Mirzə 

qızılbaĢlar  tərəfində  Osman  paĢaya  qarĢı  çıxıĢ  etmiĢdi.  Bu  fakt  sübut  edir  ki, 



193 

 

Ģirvanlılar bu vaxtdan etibarən osman lıların yard ımı  ilə  müstəqillik almaq ü midin i 



itirmiĢdilər. 

1582-c i ildə III Su ltan Murad qızılbaĢlarla sülh danıĢıqlarına baĢlamıĢ Sinan 

paĢanı vəzifəsindən götürüb, Fərhad paĢanı ġərqə yürüĢünün rəhbəri təyin etdi.  

1583-cü  ilin  yayından  Fərhad  paĢa  Qarsdan  hərəkətə  baĢlayaraq  Çuxursədi 

tutdu,  orada  qala  tikdirib  qoĢun  yerləĢdirdi.  Çu xu risəd  hakimi  Məhə mməd  xan 

Toxmaq  heç  bir  kö mək  almayaraq  öhdəsindəki  cüzi  qüvvə  ilə  Naxçıvana  geri 

çəkilməyə  məcbur  oldu.    Ġsgəndər  bəy  MünĢi  ümu mxalq,  ü mu mdövlət  mənafeyini 

deyil,  ö z Ģəxsi və tayfa menafeyin i hər Ģeydən üstün tutan və Çu xursəd  kimi "abad 

bir vilayətin" itirilməsinə səbəb olan əmirləri  məzəmmət edird i.  QızılbaĢ rəhbərləri 

bütün  qüvvələri  səfərbərliyə  alaraq  düĢmənin  hücumunu  dəf  etmək  əvəzinə  daxili 

mübarizə  və  fitnə-fəsadla  məĢğul  idi.  Tü rkman  tayfasının  baĢçısı  Əmir  xan  həbs 

olundu' və Qəhqəhə qalasında öldürüldü. Bundan sonra Türkman və Təkəli tayfaları 

bütün  ölkədə  mərkəzi  hakimiyyətə  qarĢı  qiyam  qaldırdılar.  QızılbaĢ  tayfaları 

arasında  çəkiĢmə  və  mübarizə  Azərbaycan    Səfəvilər  dövlətinin  xarici  düĢ mənlərə 

qarĢı  müqavimət  qüvvəsini    xeyli  sarsıtmıĢ,  Os manlı  ordusunun  iĢğallarını 

asanlaĢdırmıĢdı.  QızılbaĢ dövlətinin ağır daxili vəziyyəti haqqında xəbərdar edilmiĢ  

Osmanlı sultanı döyüĢkən ruhlu Özdəmir oğlu Os man paĢanı Dərbənddən Ġstanbula 

çağıraraq onu Ģərq yürüĢünə rəhbər təyin etdi. 1585-ci  ilin yayında Osman paĢa 200 

minlik  ordu  ilə  Pasinabad-Çaldıran-Xoy-Mərənd-Su fıyan-Təbriz    istiqamətində 

Azərbaycana hərəkət etdi. ġah Məhəmməd və atasının əvəzinə bütün dövlət iĢlərini 

idarə  edən  oğlu  Həmzə  M irzə  20  minlik  qoĢunla  Təbrizə  doğru  irəliləyən 

osmanlıların  qarĢısını  kəs mək  üçün  tələsdilər.  Sufiyan  ətrafında  qızılbaĢların  ön 

hissələri düĢmən qoĢunu ilə döyüĢə girdilər,  lakin qüvvələr bərabər olmad ığı üçün 

geri çəkilməyə məcbur oldular. 

Təbrizə  yaxın laĢmıĢ  Osman  paĢa  Ģəhəri  dinc  yolla  təslim  etmək  tələbi  ilə 

əhaliyə müraciət etdi. Lakin gözlənilən cavab alın madı və osmanlılar sentyabrın 20-

də  hərbi  əməliyyata  baĢladılar.  Öncə  düĢmənin  Təbrizə  soxu lmaq  cəhdi  baĢ 

tutmadı.  ġotorbanan  küçəsi  ilə  hərəkət  edən  yeddi  min lik  Os manlı  dəstəsi  süni 

maneələrlə  saxlan ıld ı.  170  nəfər  itirən  osman lılar  Ģəhər  xaricindəki  ilkin  

mövqelərinə  qayıtdılar.  Təbrizlilər  düĢmənlə  ilk  döyüĢlərdə  böyük  igid lik  və 

qəhrəmanlıq nü mayiĢ etdirdilər. 

Ertəsi  gün  Osmanlı  artilleriyasından  süni  maneələrə  Ģiddətli  atəĢ  açılması 

nəticəsində düĢmən qoĢunu Ģəhərə daxil oldu və  küçə döyüĢləri aparmağa baĢladı. 

QızılbaĢlar  Ģəhəri  tərk  etdilər.  Kö məksiz  qalmıĢ  təbrizlilər  bir  müddət  Ģiddətli 

müqavimət  göstərdilər.  ġəhər  əyanları  öz  həyatlarını,  hab elə  əmlakların ı  talandan 

qorumağa  cəhd  edərək  Qazi  Kamran  bəy  Əvhədi,  ġey xülislam  Məhəmməd  Əli  və 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə