Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə95/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   91   92   93   94   95   96   97   98   ...   232

194 

 

digər Ģəxslərdən ibarət nü mayəndə heyətini Os man paĢanın yanına yolladılar. Lakin  



Ģəhərlilər inadlı  müqavimət göstərdiklərinə görə Osman paĢa öz əsgərlərinə Təbrizi 

talan və qarət etmək əmrini verdi. Hadisələrin  müasiri yazırdı: " Yeniçərlər həyət və 

evləri  axtararaq  tapdıqları  hər  Ģeyi  mənimsəyirdilər".  ġəhərin  çoxlu  gözəl  b inası 

dağıdıldı.  Əzəmətli  məscidlər  daĢ  qalaqlarına  və  külə  çevrild i.  "Qeysəriyyə" 

adlanan ən böyük örtülü bazarın malları qarət ed ild i, ba zar isə yandırıld ı.  

Bir  aydan  sonra  Osman lı  qoĢunu  Təbrizi  tərk  etməyə  məcbur  oldu. 

ġəhərlilərin  qəhrəmancasına  mübarizəsi,  q ızılbaĢ  qoĢununun  Təbriz  ətrafında 

yerləĢmiĢ  Osmanlı  qüvvələrinə    dəfələrlə  hücumları  nəticəsində  düĢmənin  mənəvi 

ruhu  sarsıldı.  QızılbaĢlar  Təbriz  yaxınlığında  Osman lı  dəstələrin i  iki  dəfə 

məğ lubiyyətə uğratdılar (ilk dəfə Qulu bəy ƏfĢarın, ikinci dəfə isə Həmzə Mirzənin  

baĢçılığı ilə).  Osmanlı qoĢun baĢçıları q ızılbaĢlara əsir düĢdü lər. Sonuncu döyüĢdə 

məĢhur  tarixi-coğrafi  əsərin  müəllifı  olan  Oruc  "əy  Bayat  (Don  Juan)  da  iĢtirak 

etmiĢdi. 

Ġki  dövlət  arasında  baĢlanmıĢ  sülb  danıĢıqları  Həmzə  M irzən in  sui-qəsd 

nəticəsində  qətl  edilməsi  ilə  (1586-cı  ilin  sonunda)  dayandırıldı.  Bundan  sonra 

Səfəvi  ərazisində  mərkəzi  hakimiyyət  bir    müddət  son  dərəcə  zəiflədi  və  ölkədə 

özbaĢınalıq  hökm  sürdü.  QızılbaĢ  əyanların ın  əsas  hissəsi  ġah  Məhəmməd 

Xudabəndədən  üz  döndərdi  və  Xorasanda  Abbas  Mirzən i  taxta  oturdan 

qiyamçıların tərəfinə keçd i. 

Osmanlı  hərb i  ko mandanlığı  Həmzə  M irzənin  ö lü mündən  və  Azərbaycan 

Səfəvilər  dövlətindəki  ağır  daxili  vəziyyətdən  istifadə  etməyi  qərara  ald ı.  Sülh 

danıĢıqları  kəsildi.  Təbrizdəki  Os manlı  baĢçısı  Cəfər  paĢa  Ģəhərdən  çıxıb  Cənubi 

Azərbaycanın  bir  ço x  vilayətlərin i  tutdu.  Nizami  Os manlı  qoĢunu  isə  Qarabağı  və 

ölkənin d igər ərazilərini ələ keçirdi. 

Beləliklə,  1586-1589-cu  illərdə  təqribən  bütün  Azərbaycan  III  Sultan 

Muradın  ordusu  tərəfindən  tədricən  ələ  keçirild i.  Os manlıların  müvəffəq iyyətini 

özbək hakimlərinin Xorasana basqınları da təmin etmiĢdi.  Yen i Səfəvi Ģahı I Abbas 

sultanla sülh danıĢıqlarına baĢlamağa tələsdi. O, yerdə qalan əraziləri əldə saxlamaq 

üçün sülhün ağır Ģərtlərin i qəbul etməli oldu. 1590-cı il Ġstanbul sülhü nün Ģərtlərinə 

əsasən  Azərbaycan  (Qaradağ,  Ərdəbil  və  TalıĢ  vilayətləri  istisna  olunmaqla), 

Cənubi  Qafqaz  əraziləri  və  Ġran ın  bəzi  qərb  v ilayətləri  Os manlı  imperiyasının 

tərkib inə daxil edildi. 

Səfəvilər  dövlətinin  Avropa  ölkələri  ilə  əlaqələri.  A zərbaycan  Səfəvi 

dövlətinin yaranması, bu dövlətin banisi I ġah Ġsmay ılın fəal xarici siyasət yeritməsi 

Avropa diplomatiya dairələrində belə bir ü mid doğurdu ki, Səfəv i dövləti  Os manlı 

Türkiyəsi  ilə  hərbi-siyasi  qarĢıdurmada  Avropa  dövlətlərinin  müttəfiqi  o la  bilər. 




195 

 

Lakin  Avropa  dövlətləri  bu  qarĢıdurma  prosesində  əsas  ağırlıq  mərkəzini  ġərq 



istiqamətinə yönəltməyə çalıĢırdılar. 

I  ġah  Ġsmayılın  diplo matik  münasibətlər  yaratmağa  can  atdığı  ilk  Avropa 

dövləti  Venesiya  Respublikası  idi.  1505-ci  ildə  ġah  Ġs mayıl  Venesiya  doju 

Leonardo Loredanoya məktub göndərmiĢ, məktubda özünün dostluq və səmimiyyət 

hisslərini  izhar  etmiĢdi.  Venesiyaya  rəsmi  səviyyəli  elçi  heyəti  də  göndərilmiĢ, 

heyətin  qarĢısında  Osmanlı  Türkiyəsi  əleyhinə  ittifaq  münasibətlərin i  yaratmaq 

məqsədi  qoyulmuĢdu.  1507-1508-ci  illərdə  Venesiyaya  gəlmiĢ  qızılbaĢ  elçiləri 

Venesiya dojunu Osmanlı Türkiyəsinə qarĢı dəniz həmləsinə təhrik edirdilər.  Onlar 

Leonardo  Loredanonu  əmin  edirdilər  ki,  venesiyalıların  dəniz  həmləsi  ilə  eyni 

zamanda  I  ġah  Ġsmayıl  quruda  osmanlılara  qarĢı  hərbi  əməliyyatlara  baĢlayacaq. 

Lakin  Avropa  dövlətləri  arasında  mövcud  olan  ziddiyyətlər  onların  vahid  cəbhədə 

birləĢməsinə,  Səfəvi  dövləti  ilə  yaxınlaĢ maya  maneçilik  törətdi.  Ro ma  papası  II 

Yu liyə  (1503-1513)  qarĢı  çəkiĢ mələrdə  iĢtirak  edən  Venesiya  rəhbərləri  I  ġah 

Ġsmayılın  hərbi-siyasi  planlarına  lazımi  əhəmiyyət  vermədilər.  Venesiya  1503-cü 

ildə  imzalan mıĢ  Os manlı  -  Venesiya  sülh  müqaviləsini  də  pozmaq  istəmirdi. 

QızılbaĢ  səfırləri  dəniz  yolu  ilə  Venesiyadan  Kiprə  qayıtdılar  və  oradan  Suriyaya 

getdilər.  Onlar  DəməĢqdə  Venesiya  konsulu  Petrus  Zeno  ilə  görüĢərək  xüsusi 

müĢavirədə  iĢtirak  etdilər.  Os manlı  casusları  bu  görüĢ  haqqında  məlu matı  sultana 

çatdırdılar.  II  Bayazid in  təhriki  ilə  Misir  sultanı  qızılbaĢ  səfırlərini  həbs  etmək 

sərəncamını verdi. 

1514-cü  ildə  Ça ldıran  döyüĢündəki  məğlubiyyətdən  sonra  I  ġah  Ġsmayıl 

Avropa dövlətləri  ilə d iplo matik, hərb i, siyasi  münasibətlər yaratmaq  istiqamətində 

daha  fəal  tədbirlər  görməyə  baĢladı.  1515-ci  ildə  Səfəv i  hökmdarı  özünün  səfıri 

vasitəsilə  Rodos  adasında  qərar  tutmuĢ  xaçpərəst-ioannitlərin  baĢçısına  Os manlı 

Türkiyəsinə  qarĢı  ittifaq  bağlamaq  təklifıni  çatdırdı.  I  ġah  Ġs mayıl  zənn  edirdi  ki, 

Rodos  adasının  ruhani  hakimi  Avropanın  xristian  dövlətlərin i  vahid  cəbhədə 

birləĢdirə  bilər.  Ro ma  papası  X  Lev  PolĢa  kralı  I  Sigizmunda  göndərdiyi 

məktubunda bildird i ki, Rodos hakimindən məktub alın mıĢdır, "Sofi" (qızılbaĢ Ģahı) 

Avropa  dövlətlərindən  hərbi  yardım  təminatı  Ģərtilə  "türk  zalımına"  qarĢı  hərbi 

əməliyyatlara  baĢlamağa  razıdır,  Səfəvi  o rdusu  müharibəyə  hazırdır.  Məktubda 

qeyd  edilird i  ki,  I  ġah  Ġs mayıl  qələbə  qazan ılacağ ı  təqdirdə  keç miĢdə  xristianlara  

məxsus olmuĢ əraziləri Avropa dövlətlərinə qaytar-mağa söz vermiĢdir. 

Çaldıran  döyüĢü  ardınca  Suriya  və  Misirin  Sultan  Səlim  tərəfindən  zəbt 

edilməsi  Os manlı  imperiyasını  xey li  qüvvətləndirdi.  Onun  ən  güclü  rəqiblərindən 

biri Məmlü k dövləti tamamilə aradan qaldırılmıĢ, digər  rəqibi  -Səfəv ilər dövləti isə 

zəifləmiĢdi.  Osmanlı  imperiyası  hərbi-siyasi  in kiĢafının  ən  yüksək  mərhələsinə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə