Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə96/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   92   93   94   95   96   97   98   99   ...   232

196 

 

çatmıĢdı.  Beləliklə,  Avropa  yeni  Osmanlı  iĢğalları  qarĢısında  böyük  təĢviĢ  keçirir, 



Səfəvi  dövləti  ilə  Avropa  dövlətləri  arasında  diplo matik  miinasibətlər  yeni 

mərhələyə daxil olur. 

Məhz  bu  zaman  Avropa  dövlətləri  ilə  ġah  Ġsmay ıl  arasında  Osmanlı 

imperiyasına  qarĢı  yönəldilmiĢ  hərbi  ittifaq  yaratmaq    təĢəbbüsləri  güclənir, 

Osmanlı dövlətini  məhv etmək plan ları tərtib edilir.  Ro ma papasının xristian dövlət 

baĢçılarına  göndərdiyi    məktublardan  bu  planın  bəzi  təfərrüatı  məlu mdur.  Buna 

görə  Almaniya  kralı  V  Karl  Habsburq  və  onun  müttəfıq ləri  sultana  qarĢıf 

müharibəni  1518-ci  ilin  yayında  Afrikada  yerli  hakimlərin  dəstəyi  ilə  baĢlayaraq, 

Misirdən keçməli idilər. 

Eyni  zamanda PolĢa kralı Sig izmundun Macarıstan və Avstriyaya qoĢunu ilə 

qonĢu  Osmanlı  ərazisinə  hücumu  nəzərdə  tutulmuĢdu..  1519-cu  ildə  Afrikadakı 

əməliyyatlan imperator Maksimilian ve Portuqaliya kralı davam etdirməli və onlara 

Ġngiltərə  kralı  da  qoĢulmalı,  müttəfıqlər  Nil  çayını  keçən  zaman  müharibəyə  ġah 

Ġsmayıl  daxil  olmalı  id i.  Həmin  vaxt  Fransa  kralı  I  Fransisk  Bosniyaya soxulmalı, 

PolĢa kralı bildirki hücumunu davam etdirməli, bundan sonra qüvvələrini Fransa ilə 

birləĢdirməli  və  onlar  birlikdə  Kiçik  Asiyaya  daxil  olmalı,  müharibənin  üçüncü 

ilində,  yəni  1520-ci  ildə  Afrikada  hərb i  əməliyyatlar  sona  çatmalı,  bütün  ordular 

birləĢməli  Ġstanbul fəth olunmalıydı.  Bundan sonra Kiçik Asiya  müttəfıq qüvvələr 

tərəfındən  iĢğal  edilməli  idi;  Anadolunun Ģərq  hissəsi  ġah  "Ġsmayılın  hakimiyyəti 

altına  keçməli,  qərb  hissəsi  xristian  dövlətləri  arasında  bölüĢdürülməli  idi.  Lakin 

Qərbi  Avropanın  rəhbər    siyasi  dairələrində  hazırlanan  bu  plan  ancaq  kağız 

üzərində  qaldı,  çünki  Avropa  dövlətlərinin  bir-biri  ilə  toqquĢan  mənafeləri, 

aralarında  mövcud  olan  siyasi,  iqtisadi  ziddiyyətlər  onların  b ir  ittifaqda 

birləĢməsinə  və  vahid  qüvvə  kimi  çıxıĢ  etməsinə  imkan  vermird i.  Bu  baxımdan 

Səfəvi Ģahı ilə Habsburq kralı arasındakı rəs mi yazıĢ ma da diqqəti cəlb edir. ġah bu 

dövlətlə Türkiyəyə qarĢı hərbi-siyasi ittifaq yaratmağa can atırdı.  1518-ci ildə I ġah 

Ġsmayıl  Livanda  yaĢayan  xristian-maronit  keĢiĢi  Pyotr  vasitəsilə  Habs burq  kralı  V 

Karla  məktub  göndərmiĢdi.  Səfəvi  Ģahı  həmin  Ģəxsə  Macarıstan  kralı  II  Lüdovikə 

çatmalı  məktubu  da  həvalə  etmiĢdi  (Macarıstan  kralın ın  səfiri  bir  qədər  əvvəl 

Təbrizdə,  Ģah sarayında olmuĢdu). I Ġs mayıl V Karla yazdığ ı məktubda osmanlılara 

qarĢı  birgə  hərbi  əməliyyatlara  aprel  ayında  baĢlamağ ı  təklif  etmiĢdi.  V  Karl  bu 

məktubu  bir  neçə  ildən  sonra  Ġspaniyanın  Toledo  Ģəhərindəki  iqamətgahında 

almıĢdı,    artıq  yazılmıĢ  rəsmi  məktub  öz  əhəmiyyətini  itirmiĢdi.  KeĢiĢ  Pyotr  V 

Karlın cavab məktubunu 1525-ci ilin avqustunda Səfəvi Ģahının Təbrizdəki sarayına 

yetirdi. Lakin I ġah Ġsmayıl artıq dünyasını dəyiĢmiĢdi.  



197 

 

QızılbaĢ  dövləti  ilə  mənafeləri  uzlaĢmayan  ilk  Avropa  dövləti  portuqaliya 



oldu.  Hindistana  gedən  dəniz  yolunda  inhisar  mövqeyini  möhkəmləndirmə yə  can 

atan  Portuqaliya  1515-c i  ildə  Ġran  körfəzindəki  adaların  çoxusunu  ələ  keçirdi  və 

QızılbaĢ  dövləti  ərazilərinə    xeyli    dərəcədə    yaxınlaĢdı.    Portuqaliyalılar  Osman lı 

Türkiyəsinə qarĢı mübarizədə Səfəvi dövlətindən istifadə etmək istəyir, q ızılbaĢlar la 

əməkdaĢlıq edird ilər.  Bəzi  mənbə məlu matlarından aydın olur ki, Portuqaliya I ġah 

Təhmasibə hərbi yardım edirdi. Mənbələrdə iddia edilir ki, portuqaliyalılar 1549 -cu 

ildə Səfəvi Ģahının ixtiyarına 10 min tüfəng və 20 top vermiĢdilər. Bununla əlaqədar 

olaraq  qeyd  etmək  maraqlıd ır  ki,  Sə fəvilərin  saray  tarixç iləri  salna mə lərində  I 

Təhmasibin  sarayına  yalnız  iki  "Firəng"  (Avropa)  səfırliyin in  gəldiyini 

göstərmiĢlər.  Hər  iki  d iplo matik  heyət  Portuqaliyadan  göndərilmiĢdi.    Po rtuqaliya 

kralı  III  Juanın  (1502-1557)  1551-ci  ildə  Qəzv inə,  Ģah  sarayına  gəlmiĢ  səfırlər 

qonaqpərvərliklə  qarĢılan mıĢdılar.    Bu  zaman  Osman lı-Səfəvi  müharibəsi  davam 

etməkdə  idi.  III  Juanın  xələfı  o lan  Don  Sebastyan  tərəfındən  1557 -1558-ci  illərdə 

göndərilmiĢ səfır heyətini isə I ġah Təhmasib qəbul etmədi.  Həsən bəy Rumlu qeyd 

edir  ki,  portuqaliyalıların   Ġran   körfəzindəki  ö zbaĢına  hərəkətləri,  b ir  ço x  adaların 

iĢğalı  Səfəv i  Ģahının  qəzəbinə  səbəb  olmuĢdu.  Həsən  bəy  Rumlu  göstərir  ki, 

portutaliyalılar  "müsəlman  əhalisinə  qarĢı  hörmətsizlik"   etmiĢdilər.  Lakin  ehtimal 

etmək olar ki, bu hadisənin baĢqa bir səbəbi vardı: Ģah Osmanlı və Səfəvi dövlətləri 

arasında  1555-ci  ildə  bağlanmıĢ  sülh  müqaviləsinin  Ģərtlərin i  pozmaq  istəməmiĢ, 

osmanlıların baĢlıca düĢmənlərindən biri o lan Portuqaliyanın səf ırlərini  məhz buna 

görə  qəbul  etməmiĢdi.  1572-ci  ildə  Ro ma  papası  V  Piy  I  ġah  Təh masibə  məktub 

göndərdi. Roma papası Ģahı inandırmağa çalıĢırd ı ki, Os manlı türklərinə qarĢı birgə 

çıxıĢ  etmək  məqamı  gəlib  çatmıĢdır.  V  Piy  ġah  Təhmasib in  qarĢıdakı  müharibədə  

qələbə  qazanacağına  əmin  olduğunu  bildirmiĢ,  Dəclə  və  Fərat  Çayları  arasındakı 

ərazini,  Suriyanı  qızılbaĢlara  vəd  etmiĢdi.  Ro ma  Papası  qeyd  edirdi  ki,  Osman lı 

Türkiyəsi  iki  cəbhədə  müharibə  aparmaq  iqtidarında  olmayacaq  və  müharibə 

tezliklə  müttəfıq lərin  zəfəri  ilə  baĢa  çatacaq.  Lakin  Avropa  diplo matiyasının 

cəhdləri  boĢa çıxdı.  I  ġah  Təhmasib  Osmanlı  Türkiyəsi  ilə  münasibətləri    daha  da 

kəskin ləĢdirmək  istəmirdi.  QızılbaĢlar  baĢa  düĢmüĢdülər  ki,  onları  Osman lı 

Türkiyəsinə qarĢı müharibəyə sövq edən Avropa dövlətləri  müĢahidəçi mövqeyində 

duracaqlar. 1578-c i ildə Os manlı Türkiyəsi Avropadakı hərb i ə mə liyyatlardan sonra 

Səfəvi dövlətinə qarĢı müharibəyə baĢladı. Osman lılar  Cənubi Qafqazı iĢğal etdilər. 

ġah  Məhəmməd  Xudabəndə  Portuqaliyaya  nümayəndələr  göndərərək,  Avropanın 

bütün dövlətlərini  Osman lı təcavüzü əley-hinə çıxıĢ etməyə çağırmalı oldu. Bu dəfə 

də  heç  bir  Avropa  dövləti  Səfəvi  hökmdarının  çağırıĢına  qoĢulmadı,  Osman lı 

Türkiyəsinə qarĢı hərbi əməliyyatlara baĢlamadı.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə