438
Xalq yaradıcılığ ı ilə bu cür qırılma z bağlılıq, rəssamın ətraf həyatla canlı
əlaqəsi Azərbaycan divar rəsmlərinə çox vaxt özünəməxsus realizm xüsusiyyətləri
verird i.
Ölkə iqtisadiyyatında natural təsərrüfatın hakim olduğu Ģəraitdə sənayedə
sənətkarlıq üstünlük təĢkil edirdi. ġəhərlərdə və bəzi kəndlərdə külli miqdarda
pambıq, ipək və yun parça istehsal edən, dəri emalı ilə məĢğul olan, eləcə də zərgərlik
məmulatı, mis və gil qablar hazırlayan emalatxanalar mövcud idi. Bu malların satıĢı
həm xanlıq daxilində, həm də xanlıqlar arasında aparılırdı.
XVIII əsrdən bugünədək külli miqdarda dekorativ-tətbiqi incəsənət
nümunələri, o cümlədən daĢ və ağac üzərində bədii oyma, döymə metal məmulatı,
xalçalar, saxsı qablar, parçalar və naxıĢlı tikmələr qorunub saxlan ılmıĢdır.
Müxtəlif dekorativ incəsənət növləri arasında aparıcı yer xalçaçılığa
məxsusdur. Əvvəllər olduğu kimi, XVIII əsrdə də Quba, Bakı, ġamaxı, Qarabağ,
Gəncə, Qazax, Təbriz, Ərdəbil xalça məmulatı ilə məĢhur idi. Bunlar həm əhalinin
ehtiyaclarını ödəmək, həm də xarici ticarət məqsədilə istehsal olunurdu. Ya zılı
mənbələrlə yanaĢı, mü xtəlif Avropa və ġərq kolleksiyalarında saxlanılan xalçalar
bunu bir daha təsdiq edir. Xalçalar xovlu (xalça, xalı, gəbə və s.) və xovsuz (palaz, kilim,
sumağı, zili və s.) toxunurdu. Xovlu xalçalar naxıĢlarının incəliyi və rənglərin
zənginliyi ilə fərqlənirdi.
Ötən əsrlərin xalçaçılıq ənənələrini davam etdirən bu xalçalar iki böyük
qrupa bölünürdü: ornamentli xalçalar və süjetli-tematik xalçalar. Ġkinci qrup xalçalar
daha az miqdarda istehsal edilir və XVI-XVII əsrlərdə olduğu kimi, mürəkkəb
ko mpozisiya, süjet rəngarəngliyi və texn ikasının incəliyi ilə seçilird i.
Xüsusi kolorit zənginliyi və naxıĢ rəngarəngliyi ornamentli xalçalara xas idi.
Azərbaycanın mü xtəlif rayonlarının XVIII əsrə aid ornamental xalçalarının
müqayisəsi göstərmiĢdir ki, uzaq keçmiĢdə qəbul olunmuĢ kompozisiya üsulları və
ornament motivləri nəsildən-nəslə təkrar edilərək, ço x nadir hallarda yeni elementlərlə
təzələnmiĢdir.
Bu dövr Azərbaycan xalçalarının ən gözəl nümunələri sırasında öz dekoruna
görə seçilən iki xovlu xalçanı (1800-cü ildə biri Bakının Suraxanı, digəri isə Xilə
kəndində toxunmuĢdur), habelə XVIII əsrdə Qazaxda (Almaniya, Ģəxsi kolleksiya) və
Qarabağda toxunmuĢ süjetli ko mpozisiyalı xovsuz xalçaları (Kiyev, Qərb və ġərq
Ġncəsənəti Muzeyi) misal göstərmək olar.
XVIII əsrdə xalçaçılıqla yanaĢı, Azərbaycanda ipək, pambıq və yun parça
istehsalı da mühüm əhəmiyyət kəsb etmiĢdir. Bodii parçaların istehsalı ġamaxı və
Təbriz kimi ənənəvi mərkəzlərlə bərabər, XVIII əsrdə Gəncə, ġəki və Marağa
Ģəhərlərində də geniĢ inkiĢaf etmiĢdi. Məsələn, ġamaxıda 1500-ə yaxın toxuculuq
439
dəzgahı iĢləyirdi. Rusiya Elmlər Akadınemiyasının üzvü S.Qmelin qeyd edirdi ki,
ġamaxıda ipək parça istehsal edən fabriklər vardı. Görünür, bu, muzdlu əməkdən
istifadə olunan manufakturanın rüĢeymi idi. ġama xıda istehsal olunan ipək parçaların
çeĢidi zənginliyi ilə fərqlənirdi. Burada öz istehsal texnikası, rəngi ilə seçilən darayı,
tafta, kimxa və s. növlü parçalar hazırlanırdı. Yüksək keyfıyyətli bu parçalar geniĢ
yayılmıĢ və Qafqazdan kənara, o cümlədən Ġrana, Kiçik Asiyaya, eləcə də HəĢtərxana,
oradan da Rusiyanın içərilərinə aparılırdı.
Xalq yaradıcılığının geniĢ yayılmıĢ növlərindən biri d ə bədii tikmədir.
Azərbaycan Tarixi Muzeyində saxlan ılan həmin dövr bədii tikmə nümunələri
onların yüksək bədii səviyyəyə və mü xtəlif icra te xnikasına ma lik o lduğunu göstərir.
Təkəlduz və güləbətin kimi ənənəvi üslubla yanaĢı, XVIII əsrdə məiĢət
əĢyalarına, paltara bəzək vurulduqda müxtəlif metallardan -gümüĢ, tune və s.
hazırlanmıĢ dairə, borucuq, romblardan geniĢ istifadə olunurdu. Bu tikmələrdə əsas
üstünlük rəngbərəng yastı, parıltılı, ortası deĢik metal dairələrə - pilələrə verilirdi.
Onlardan daha çox Gəncə, ġuĢa, ġəki, Qa za x və Na xç ıvanda istifadə olunurdu. Taxça
üçün pərdələrdən və podnos örtüyündən tutmuĢ at çulunadək ən müxtəlif əĢyalar
pilələrlə bəzədilirdi.
Qarabağ xanının təkəlduzla tikilmiĢ papağı, Naxçıvanda güləbətinlə iĢlənmiĢ
qadının köynəyi - arxa lıq və ġuĢadına hazırlanmıĢ muncuqlu əl ağacı - bürüncək
XVIII əsr tikməsinin ən gozəl nümunələridir (Azərbaycan Dövlət Ġncəsənət Muzeyi).
Onlar nəinki mü xtəlif iĢ üsulu, eləcə də rənglərin və naxıĢ motivlərinin zənginliyi ilə
seçilir.
Azərbaycanda dəmir, mis, qızıl və digər metalların mövcud olması
nəticəsində bədii metaliĢləmə sənəti geniĢ vüsət almıĢdır. Yazılı mənbələrin
məlu matına görə, XVIII əsrdə bədii metaliĢləmə sənətinin mərkəzi Təbriz, ġamaxı,
ġəki, Gəncə, Naxçıvan olmuĢdur. Bakı, Moskva, Leninqradın və bir sıra xarici
ölkələrin mu zeylərində (məsələn, Bern Tarix Muzeyinin zəngin kolleksiyasını
göstərmək olar) XVIII əsrə aid külli miqdarda bədii metaliĢləmə nümunəsi
saxlan ılır.
Metaldan hazırlanan əĢyalar arasında mis döymə qablar daha geniĢ
yayılmıĢdı. Əcnəbi səyyahlar bu dövr bir sıra Azərbaycan Ģəhərlərində forma və
dekoruna görə gözəl olan ev əĢyaları - sərpuĢ, aftafa, cam, Ģamdan, manqal və s.
hazırlayan xüsusi misgər məhəllələri olduğunu qeyd edirlər. Ġrandakı rus səfırliyinin
həkimi Ġ.Lerx 1745-ci ildə ġamaxıda hazır məhsula naxıĢ vuran xüsusi oymaçı
emalatxanaların mövcud olduğunu da yazır. Müxtəlif növlü metal əĢyaların
hazırlan masında bədii emalın məlu m olan bütün üsullarından - nəqqaĢlıq, oyma,