Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə1/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
  1   2   3   4   5   6   7   8   9   ...   79
46270


«Azərbaycanın zəngin karbo-
hidrogen ehtiyatları ölkənin enerji 
təhlükəsizliyini uzun illər, onilliklər 
ərzində təmin edəcəkdir».
Heydər Əliyev
Azərbaycan xalqının 
Ümummilli Lideri
Azərbaycanda uğurla gerçəkləşən 
neft-qaz layihələri Azərbaycanın milli 
maraqlarına xidmət edir.
İlham Əliyev
Azərbaycan Respublikasının 
Prezidenti


1
Azərbaycan  bu  gün  davamlı  sosial-iqtisadi  yüksəliş  dövrünü  yaşayır.  Əsası 
xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  tərəfindən  qoyulmuş  və  ölkənin  hazırki 
misilsiz  inkişafının  etibarlı  təməlini  yaratmış  yeni  neft  strategiyası  Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam 
etdirilir, müstəqil dövlətimizə ilbəil yeni-yeni nailiyyətlər qazandırır. Azərbaycan artıq 
bütün dünyada regionun öncül dövləti kimi tanınır və bölgədə baş verən geosiyasi 
proseslərdə mühüm rol oynayır.  
Müasir  dövrdə  neftə  və  nisbətən  təmiz  enerji  mənbəyi  hesab  edilən  təbii  qaza 
maraq  böyükdür.  Dünyanın  əsas  enerji  regionlarında  baş  verən  hadisələr  bu  gün 
beynəlxalq  diqqəti  siyasi  cəhətdən  sabit,  iqtisadi  nöqteyi-nəzərdən  inkişafda  olan 
Xəzər  hövzəsi  regionunda  cəmləşdirmişdir.  Azərbaycanın  enerji  istehsalçısı  kimi 
artan  potensialı,  eləcə  də  Mərkəzi  Asiyanın  digər  enerji  ixracatçıları  üçün  güclü 
I. NEFT STRATEGİYASI AZƏRBAYCANI 
YENİ QƏLƏBƏLƏRƏ APARIR


2
əhəmiyyətə malik tranzit imkanları ölkəmizə marağı daha da artırır. Respublikanın 
təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 mlrd. ton, qaz ehtiyatlarının həcmi isə 2,2 
trln. m
3
 təşkil edir. İndiyədək Azərbaycandan 255,5 mln. ton neft, 22,2 mlrd. m
3
 qaz 
ixrac olunmuşdur. Biz dünyanın 33 ölkəsinə, o cümlədən, ABŞ, Çin, Braziliya, Çili, 
Tayland kimi ölkələrə neft və neft məhsulları ixrac edirik. Qaz ixracının coğrafiyası 
da genişlənməkdədir. Avropa İttifaqının təklif etdiyi “Cənub qaz dəhlizi” layihəsi bu 
baxımdan qarşıda böyük imkanlar açır. 
Yeni  neft  strategiyası  çərçivəsində  həyata  keçirilən  layihələr,  SOCAR-ın 
modernizasiyası istiqamətində görülən tədbirlər nəticəsində son illər Azərbaycanda 
yüksək hasilat göstəricilərinə nail olunmuş, neftin, qazın, neft və kimya məhsullarının 
ixracatçısı  kimi  ölkənin  mövqeləri  möhkəmlənmişdir.    2010-cu  ildə  ölkə  üzrə  50,8 
mln. ton neft, 26,3 mlrd. m
3
 qaz hasil edilmişdir. SOCAR 8,5 mln. ton neft, 7,3 mlrd. 
m
3
 qaz hasil edərək, əvvəlki illərə nisbətən daha yüksək nailiyyət əldə etmişdir.
Şirkətimiz  xarici  tərəfdaşlarla  birlikdə  həyata  keçirilən  irimiqyaslı  layihələrdə 
Azərbaycan  dövlətinin  ona  verdiyi  səlahiyyətlər  çərçivəsində  uğurlu  fəaliyyət 
göstərməklə  yanaşı,  ötən  ildən  başlayaraq,  müstəqil  olaraq    “Ümid”  perspektiv 
strukturunda geoloji kəşfiyyat işləri aparmış və yeni bir qaz-kondensat yatağı kəşf 
edilmişdir.  Dənizin  58  metr  dərinliyində  quraşdırılmış  stasionar  dəniz    özülündən 
8 saylı birinci quyunun qazması 6006 metr dərinlikdə güclü qaz axını alınması ilə 
nəticələnmişdir. İlkin hesablamalara görə, strukturun ehtiyatları 200 mlrd.m
3
 qaz və 
Azərbaycan Respublikasında neft hasilatı (mln ton) 
9,1
11,4
13,8 14,0 14,9 15,3
15,4 15,6
22,2
32,3
42,6
44,5
50,4
50,8
0
10
20
30
40
50
60
1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010
Az. Resp. üzrə
Konsorsium
ARDNŞ
 


3
40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” Azərbaycan Respublikası 
müstəqilliyini  bərpa  etdikdən  sonra  kəşf  olunan  birinci  yataqdır  və  uzun  sürən 
fasilədən sonra daxili imkanlar hesabına açılmışdır. Bu, ciddi bir uğurdur və Dövlət 
Neft  Şirkətinin  öz  inkişafında  yeni  mərhələyə  başladığını  göstərir.  Digər  tərəfdən 
Xəzərin  Azərbaycan  sektorunda  məhsuldarlıq  perspektivlərini  yüksəltmiş  bu  kəşf 
yeni lay və yataqların açılması ehtimalını da artırmışdır. Artıq “Babək” strukturunun 
ehtiyatları 400 mlrd. m
3
 qaz və 80 mln. ton kondensat həcmində qiymətləndirilir. 
Hesab  edirik  ki,  “Naxçıvan”,  “Zəfər”,  “Məşəl”  strukturlarında  bizi  daha  böyük 
perspektivlər gözləyir.
Ölkənin qaz ixrac potensialının artırılması ilə yanaşı, SOCAR respublikanın təchizatı 
sisteminin  yenidən  qurulması    layihəsi  üzərində  də  səylə  çalışır.  “Azərbaycan 
Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı”na uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın hər 
yerində  genişmiqyaslı  tikinti-quraşdırma  və  təmir-bərpa  işləri  aparılır,  indiyədək 
“mavi yanacaq”la təchiz olunmayan yaşayış massivləri qazlaşdırılır. Ölkə Prezidenti 
tərəfindən əhali və sənayenin təbii qaza olan tələbatının fasiləsiz ödənilməsi məqsədi 
ilə  SOCAR-ın  qarşısında  qoyulmuş  mövcud  yeraltı  qaz  anbarlarının  tutumunun 
artırılması vəzifəsinə də vaxtında əməl olunmuşdur. Qaradağ yeraltı qaz anbarında 
yeni kompressor stansiyası tikilib istismara verilmiş, Qalmazda mövcud kompressor 
stansiyasında  modernizasiya  və  təmir  işləri  aparılmış,  quyu  fondu  bərpa  edilmiş, 
8,
4
0,6
9,
0
8,
3
0,7
9,
0
8,
2
0,8
8,
9
8,
1
0,9
8,
9
8,
1
0,9
9,
0
8,
0
1,0
9,
0
7,
8
1,2
9,
0
7,
6
1,2
8,
8
7,
4
1,2
8,
7
7,
3
1,2
8,
5
7,
3
1,2
8,
5
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
Azneft üzrə
MM/ƏŞ
ARDNŞ üzrə neft hasilatı (mln ton)


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə