Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə4/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   2   3   4   5   6   7   8   9   ...   79

12
qaz anbarı sahəsində 6350 metr (622, 259, 282, 10 nömrəli quyularda) və Qaradağ 
qaz  anbarı  sahəsində  2840  metr  (433  nömrəli  quyuda)  həcmində  aparılmışdır 
(sifarişçi «Azneft» İB).
Emal  işləri:  Quruda  Qalmaz  qaz  anbarı  sahəsi  üzrə  25,64  km
2
  həcmində  3D 
seysmik (sifarişçi «Azneft» İB),  1088,85 xətti km həcmində 2D seysmik materialları, 
o  cümlədən  Cahandar-Tərsdəllər  sahəsi  üzrə  495,25  xətti  km,  Şimali  Naftalan-
Naftalan-Gödəkboz sahəsi üzrə  171,3 xətti km (sifarişçi «Azneft» İB)  və dənizdə 
Şah-dəniz sahəsi üzrə 422,3 xətti km (sifarişçi «bp» şirkəti) emal olunmuşdur. 
 Qalmaz qaz anbarı sahəsi üzrə  6350 m, Qaradağ qaz anbarı sahəsi üzrə 2840 m  
həcmində ŞSP materialları emal olunmuşdur.
2010-cu  ildə  kəşfiyyat  geofizikası  sahəsində  aşağıdakı  əsas  geoloji  nəticələr 
alınmışdır:
  -  Qalmaz  qaz  anbarı  sahəsində  yerinə  yetirilmiş  3D  və  ŞSP  işləri  nəticəsində 
Ağcagil,  Abşeron,  Məhsuldar  Qatın  (MQ)  I,  II,  III,  IV,  V  və  Pont  çöküntülərinə 
uyğun horizontlar üzrə struktur xəritələr qurulmuş, sahənin sürət xarakteristikası, 
tektonikası  dəqiqləşdirilmiş  və  materialların 
kompleks  təhlili  əsasında  sahənin  üçölçülü 
modeli qurulmuşdur;
- Cahandar və Tərsdəllər sahələrinin tektonik 
quruluşları dəqiqləşdirilmiş, Üst Təbaşir, Orta 
Eosen,  Maykop  çöküntülərinin  aşağıları  və 
Ağcagil çöküntülərinin dabanına uyğun gələn 
seysmik  horizontlar  üzrə  struktur  xəritələr 
qurulmuş,  Cahandar-Tərsdəllər-Borsunlu  re-
gional profili üzrə qeyd olunan seysmik hori-
zontlar  quyu  məlumatları  ilə  uzlaşdırılaraq 
korrelyasiya edilmişdir;
-  Mərkəzi  Xəzər  hövzəsi  üzrə  ümumi    və 
Cənub  Xəzər  hövzəsinin  ayrı-ayrı  strukturları 
Şah-dəniz, Şəfəq-Asiman, Zəfər-Məşəl üzrə və 
quruda Gəncə NQR-nun Qazanbulaq-Ziyadxan 
sahələri üzrə seysmik materiallar kompleks in-
terpretasiya olunmuşdur. 
Mədən geofizika işləri  üzrə 2010-cu il ərzində Geofizika və geologiya İdarəsi 
(«Mədəngeofizika»  İdarəsi  və  «Geofizika»  ETİ)  tərəfindən,  «Azneft»  İstehsalat 
Birliyinin və Kompleks Qazma İşləri Trestinin təşkilatlarının, Əməliyyat Şirkətlərinin 
və  kənar  təşkilatların  sifarişlərinə  əsasən  Azərbaycanın  quru  ərazisində  və  Xəzər 
dənizinin Azərbaycan sektorunda qazmada və istismarda olan neft-qaz və həmçinin 


13
su quyularında cəmi 3863 (1030 quyuda), o cümlədən 3819 neft-qaz (1368 açıq 
lülədə, 2451 kəmər buraxılmış) və 44 su (açıq lülədə) quyularında quyu geofiziki 
tədqiqat və perforasiya işləri yerinə yetirilmişdir. 
Quyu  geofiziki  tədqiqat  və  perforasiya  (partlayış-atma)  işləri  49  sahədə,  o 
cümlədən neft-qaza 48 sahədə və suya 1 sahədə (Oğuz) aparılmışdır.            Neft-
qaza dənizdə 15 sahədə (Abşeron küpəsi, Bahar, Bulla-dəniz, Çilov adası, Darvin 
küpəsi, Duvanı-dəniz, Ələt-dəniz, Günəşli, Gürgan-dəniz, Neft Daşları, Qum-dəniz, 
Palçıq  Pilpiləsi,  Pirallahı,  Ümid  və  8  Mart)  və  quruda  isə  33  sahədə  (Atəşgah, 
Balaxanı, Bəyimdağ-Təkçay, Bibiheybət, Binəqədi, Böyükdüz, Buzovna, Candahar, 
Cəfərli, Daşgil, Dəliməmmədli, Xıllı, Kürovdağ, Qala, Qalmaz, Qaradağ, Qaraçuxur, 
Qobustan,  Quşxana,  Lökbatan,  Muradxanlı,  Nardaran,  Neftçala,  Puta,  Ramanı, 
Səadan,  Suraxanı,  Şıxıqaya,  Şurabad,  Süleyman-Axtarma,  Zağlı,  Zarat  və  Zeyvə) 
qazmada və istismarda olan quyularda yerinə yetirilmişdir.
2010-cu ildə 2774 sifariş əsasında (588 quyuda) aparılmış quyu geofiziki tədqiqat 
işləri nəticəsində 6404 dioqram ölçülmüş, 3802 lay dəyərləndirilmiş, o cümlədən, 
1184 lay sənaye əhəmiyyətli neftli-qazlı kimi, 13 lay qeyri-müəyyən, 2605 lay sulu 
kimi qiymətləndirilmişdir. 
2010-cu ildə qazma ilə qurtarmış 128 quyuda, o cümlədən tikinti ilə qurtarmış 73 
quyuda kompleks geofiziki tədqiqat işləri, yataqların işlənməsinə geofiziki üsullarla 
nəzarət məqsədilə 298 quyuda 468  sifariş yerinə yetirilmış,   qaz karotajı və qazma-
ya  geoloji-geokimyəvi-texnoloji  nəzarət  15  quyuda  (Bəyimdağ-Təkçay-31,    Bulla-
dəniz-89, Ələt-dəniz-64, Günəşli- 56, 57, 59,  79, 80, 311, 312, 313, Şıxıqaya-1, 
Pirallahı-1200, Ümid-8 və 8 Mart-731 nömrəli quyularda) və lay sınağı işləri 2 quyu-
da (Candahar-Zarat-1Mz və Dəliməmmədli-23 nömrəli quyularda) aparılmışdır.
Hesabat  ilində  1089  sifariş  əsasında  (708  quyuda)  perforasiya  (partlayış-atma) 
işləri yerinə yetirilmiş, laylarda 109651 dəlik açılmışdır.
2010-cu ildə mədən-geofiziki işlər üzrə aşağıdakı əsas nəticələr alınmışdır:
2010-cu  ildə  yerinə  yetirilmiş  quyu  geofiziki  tədqiqat  işləri  nəticəsində  rəy 
verilmiş  131  layda  perforasiya  işləri  yerinə  yetirilmişdir.  O  cümlədən  neftli-qazlı 
kimi  qiymətləndirilmiş  121  lay  perforasiya  olunmuş  və  nəticədə  neft,  sulu  kimi 
qiymətləndirilmiş 8 lay perforasiya olunmuş və nəticədə su alınmış,  qeyri-müəyyən 
kimi qiymətləndirilmiş 2 lay  perforasiya olunmuş və nəticədə 1 laydan neft alınmış, 
digər laydan axın alınmamışdır. 
Mühəndis-geoloji işləri üzrə 2010-cu il ərzində Geofizika və  geologiya İdarəsi 
(«Kompleks geoloji kəşfiyyat və topoqrafiya» İdarəsi) tərəfindən – cəmi 400 metr istis-
mar qazması, 1785 metr struktur-axtarış qazması («Azneft» İB-nin sifarişi ilə), 7352 metr 
(4432 metr «Azneft» İB-nin sifarişi və 2920 metr digər sifarişlər əsasında) mühəndisi-
geoloji qazma,  1755,5 km («Azneft» İB-nin sifarişi ilə) fasiləsiz seysmoakustik profilləmə 


14
(FSAP),    4149,3  km  (2802,3  km 
«Azneft»  İB-nin  sifarişi  və  1347 
km  «Neftqazelmitədqiqatlayihə» 
İnstitutunun  sifarişi  əsasında)  so-
nar planalma və 3899,2 km (2799,2 
km «Azneft» İB-nin sifarişi və 1100 
km  «Neftqazelmitədqiqatlayihə» 
İnstitutunun  sifarişi  əsasında)  hi-
droqrafiya    (batimetriya)  işləri 
aparılmışdır.  
İstismar  qazma  işləri  quruda 
Bibiheybət  yatağında  400  metr 
(3742  nömrəli  quyuda-120  metr, 
3743  nömrəli  quyuda-280  metr) 
yerinə yetirilmişdir. 
Struktur-axtarış  qazma  işləri 
quruda Süleyman-Axtarma sahəsində 773 metr (104 nömrəli quyuda-250 metr, 1 
nömrəli quyuda-523 metr) və Şıxıqaya sahəsində 1012 metr (1 nömrəli quyuda-212 
metr, 1A nömrəli quyuda-800 metr) yerinə yetirilmişdir. 
Mühəndisi - geoloji qazma işləri dənizdə Ağburun-Qərbi Abşeron-Qoşadaş- 1000 
metr,  Babək-  300m,  Bulla-dəniz-  1000  metr,  Günəşli-  330  metr,  Xərə-Zirə-1000 
metr,  Neft Daşları- 802 metr (sifarişçi «Azneft» İB),  Xəzər dənizinin Rusiya sek-
torunda- 2070,5 metr (sifarişçi Latviya Respublikasının «Morinjgeologiya» SC) və 
quruda Olimpiya stadionu- 599,5 metr, Zirə- 250 metr (sifarişçi ARDNŞ-nin Sosial 
İnkişaf İdarəsi) həcmində yerinə yetirilmişdir.  
Fasiləsiz  seysmoakustik  profilləmə  dənizdə  Ağburun-Qərbi  Abşeron-Qoşadaş- 
1473,5 km, Babək- 281 km və Neft Daşları- 1 km (sifarişçi «Azneft» İB) həcmində 
yerinə yetirilmişdir.  
Sonar planalma dənizdə Ağburun-Qərbi Abşeron-Qoşadaş- 1619 km, Babək- 628 
km, Darvin küpəsi-51 km, Günəşli- 20 km, Xərə-Zirə- 407 km, Neft Daşları- 43,8 km, 
Palçıq pilpiləsi- 28 km, Şimal qırışığı-5,5 km (sifarişçi «Azneft» İB) və Dəniz kənarı 
bulvar- 4 km, Ümid-Qaradağ arası- 1343 km (sifarişçi «Neftqazelmitədqiqatlayihə» 
İnstitutu) həcmində  yerinə yetirilmişdir.
Hidroqrafiya  (batimetriya)  dənizdə  Ağburun-Qərbi  Abşeron-Qoşadaş-  1480  km, 
Babək- 662,5 km, Darvin küpəsi- 40 km, Günəşli- 42 km, Xərə-Zirə- 487 km, Neft 
Daşları- 22,7 km, Palçıq pilpiləsi- 15 km, Pirallahı adası- 32 km, Şimal qırışığı-18 km 
(sifarişçi «Azneft» İB) və Dəniz kənarı bulvar- 22 km, Ümid-Qaradağ arası- 1078 
km (sifarişçi «Neftqazelmitədqiqatlayihə» İnstitutu) həcmində  yerinə yetirilmişdir.
2010-cu  ildə  aparılmış  mühəndis-geoloji  işlər  üzrə  aşağıdakı  əsas  nəticələr 
alınmışdır:


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə