Heydər Əliyev Azərbaycan xalqının



Yüklə 323,83 Kb.
Pdf görüntüsü
səhifə5/79
tarix26.05.2018
ölçüsü323,83 Kb.
#46270
1   2   3   4   5   6   7   8   9   ...   79

15
-  İstismar qazma işləri başa çatdırılan Bibiheybət yatağındakı 3742, 3743 nömrəli 
quyulardan gündəlik 2-3 ton neft hasilatı alınmış və  “Bibiheybət” NQÇİ-nin balansına 
təhvil verilmişdir;
- Struktur-axtarış qazma işləri başa çatdırılan Süleyman-Axtarma sahəsindəki 104 
nömrəli  quyuda  üç  intervalda  perforasiya  işləri  aparılmış  və  hər  intervaldan  orta 
gündəlik  hasilat  0,2-0,3  ton  neft  və  1  nömrəli  quyuda  üç  intervalda  perforasiya 
işləri aparılmış və hər intervaldan orta gündəlik 8-15 min m
3
 qaz hasilatı alınmış və 
Ə.Əmirov adına NQÇİ-nin quyuların mənimsəmə fonduna təhvil verilmişdir;
-  Babək sahəsində aparılmış mühəndis-geoloji işlər nəticəsində sahənin dəniz dibi 
relyefi və dənizin dərinliyi öyrənilmişdir;
  -  Qoşadaş-Ağburun-Qərbi  Abşeron  sahələrində  aparılmış  işlərin  nəticəsində 
sahələrin tektonik qırılma pozulmaları, qaz çıxışları, qazla doyumlu sahələr, layların 
yatım  formaları,  strukturların  tağ  və  tağ  ətrafı  zonaları  dəqiqləşdirilərək  xəritəyə 
alınmışdır. Sahələrin dəniz dibi relyefi və dənizin dərinliyi öyrənilmişdir.
Elmi-tədqiqat  və  tematik  işlər  Geofizika  və  geologiya  İdarəsi  («Geofizika» 
ETİ və «Kompleks geoloji kəşfiyyat və topoqrafiya» İdarəsi) tərəfindən 2010-cu il 
ərzində 21  mövzü üzrə, o cümlədən 16 elmi-tədqiqat və 5 tematik işlər aparılmışdır. 
Elmi-tədqiqat işlərindən (icraçı «Geofizika» ETİ) 9-u «Azneft» İB-nin sifarişi və 7-si  
Geofizika və geologiya İdarəsinin tapşırığı əsasında aparılmışdır. Hesabat ilində 10 
mövzü üzrə elmi-tədqiqat işləri tamamlanaraq müdafiə olunmuş sifarişçi təşkilatlara 
müvafiq qaydada təhvil verilmiş və 6 mövzu üzrə işlər davam etdirilir. 
«Azneft» İB-nin sifarişi əsasında  5 mövzü üzrə tematik işlər  aparılmış və işlər 
tamamlanmışdır (icraçı «Kompleks geoloji kəşfiyyat və topoqrafiya» İdarəsi).
  
II. Аxtarış-kəşfiyyat qazma işləri
2010-cu ildə axtarış-kəşfiyyat  qazma işləri Azərbaycan  Respublikasının quru və 
dəniz sahələrində (neft- qaz yataqlarında və  perspektivli strukturlarda) ARDNŞ-nin 
öz gücü ilə və xarici şirkətlərlə birlikdə aparılmışdır.
Ümumılıkdə  axtarış-kəşfiyyat  qazma  işlərini  beş  sahədə  -  quruda    Bəyimdağ-
Təkçay  sahəsində,  dənizdə  isə  Pirallahı  adası  yatağında,  Bulladəniz  yatağında, 
Ümid strukturunda və  Şahdəniz yatağında  12025m həcmində həyata keçirilmişdir. 
Cari  ildə  ARDNŞ  öz  gücü  ilə    dənizdə  Ümid  (8№-li  quyu),  Bulladəniz  (89  №-li 
quyu),  Pirallahı  (1200  №-li  quyu)  və  quruda  Bəyimdağ-Təkçay  (31  №-li  quyu)  
sahələrində  6681 m və BP şirkəti tərəfindən Şah-dəniz yatağında 5344 m həcmində 
axtarış-kəşfiyyat  qazma işləri aparılmışdır. 
İl ərzində 1 quyu - Ümid strukturunda 8№-li quyu qazma ilə qurtarmış, 1 quyu - 
Şah-dəniz yatağında  SDX-6№-li quyu qazma ilə  başlamışdır. 
Bəyimdağ-Təkçay strukturu  31№-li  axtarış quyusu (layihə dərinliyi 1850 m, layihə 


16
horizontu Valanjin ). Quyu 2010-cu ilə 1220 m dərinliklə keçmişdir. İl ərzində 415 m 
həcmində qazma işləri görülmüşdür. Quyu 2011-ci ilə 1635 m dərinliklə keçib, hazırda 
qazma qurgusunun dəyişdirilməsi ilə əlaqədar olaraq quyu konservasiyadadır.
Pirallahı adası yatağı 1200 №-li  axtarış quyusu (layihə dərinliyi 2050 m, layihə hor-
izontu MQ-nin QaLD). Quyunun 01.01.2010-cu il tarixinə dərinliyi 1677 m olmuşdur. 
İl ərzində 181 m həcmində qazma işləri görülmüşdür. Quyu 1858m dərinliyə qazılıb. 
Quyu 962 m dərinlikdə məhsuldar qatdan aşağıda yatan çöküntülərə daxil olub və  
1050-1445m intervalında Miosen çöküntülərini, 1445-1858m intervalında Maykop 
çöküntülərini açmışdır.  Hazırda quyu geoloji səbəbdən ləğv gözləyir.
Bulla-dəniz yatağı 89№-li axtarış quyusu (layihə dərinliyi 6400 m, layihə horizon-
tu MQ-nin VIII horizontu). Quyu 2010-cu ilə 2800 m  dərinliklə qazma ilə keçmişdir. 
İl ərzində 2719 m həcmində qazma işləri görülmüşdür. Quyu 2011-ci ilə 5519 m 
dərinliklə qazma ilə keçib.
Ümid  strukturunda 8 №-li axtarış quyusu.  Quyu 1№-li stasionar özüldən (dənizin 
dərinliyi 58 m)  layihə dərinliyi 6500 m, layihə horizontu MQ-nin VII horizontu ol-
maqla qazılıb.  Quyu 2010-cu ilə 2640 m  dərinliklə qazma ilə keçmişdir. İl ərzində 
3366 m həcmində qazma işləri görülmüşdür.  Quyu 5923 m-də MQ-nin VII horizon-
tuna daxil olmuşdur. Quyuda aparılmış geofiziki tədqiqatlar nəticəsində  məhsuldar 
qatın VII (5923-6006 m) və V horizontunun (5475-5582m) qazla doymuş olduğu 
müəyyən edilmişdir.  Məhsuldar qatın VII horizontundan güclü qaz axını alınmışdır. 
Quyu 2011-ci ilə tikinti  ilə keçib.
 Şah-dəniz  yatağında  SDX-6№-li  axtarış  quyusu.    SDX-6№-li  axtarış  quyusu 
28.07.2010-cu il tarixində “İstiqlal” YDQQ ilə (dənizin dərinliyi 71 m)  layihə dərinliyi 
6285  m,  layihə  horizontu  MQ-nin  Fasilə  LD  olmaqla    qazılmağa  başlanmışdır  və 
il  ərzində  5344  m  həcmində  qazma  işləri  həyata  keçirilmişdir.  Quyuda  geofiziki 
tədqiqat işləri aparılmışdır.  Quyu 2011-cu ilə 5344 m  dərinliklə qazma ilə keçib. 
Aparılmış  axtarış-kəşfiyyat  qazması    nəticəsində  qeyd  olunan  sahələrin  geoloji 
quruluşu və neft-qazlılıq perspektivliyi  öyrənilmişdir. 
 2010-cu ildə geoloji kəşfiyyat sahəsində əldə edilmiş ən əsas nailiyyət, Xəzərin 
Azərbaycan  sektorunda  nəhəng qazkondensat yatağı olan Ümid yatağının  kəşf 
edilməsidir. İlkin hesablamalara görə Ümid strukturunun karbohidrogen ehtiyatları 
200  mlrd.m
3
  qaz  və  40  mln.  ton  kondensat  həcmində  qiymətləndirilir.    “Ümid” 
yatağının kəşfi xüsusən bir də ona görə əlamətdardır ki, yataq bu rayonun neft-
qazlılıq  perspektivliyini  yüksəltmiş,  yeni  neft-qaz  yataq  və  laylarının  açılması 
ehtimalını artırmış oldu.


Yüklə 323,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə