HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə14/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

35

Mehriban  xanım  51  müsəlman  dövlətinin  təmsil  olunduğu  nüfuzlu  bey-

nəlxalq mədəni­humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniy-

yət Təşkilatının – İSESCO­nun rəhbərini salamlayaraq, onun yenidən Azərbay-

cana gəlməsindən məmnunluğunu söyləmişdir. Dövlətimizin yüksək mükafatı 

–  “Şöhrət”  ordeni  ilə  təltif  edilməsi  münasibətilə  Baş  direktoru  təbrik  edən 

Mehriban  xanım  Əliyeva  özünün  də  xoşməramlı  səfiri  olduğu  İSESCO­nun 

dünyada  nüfuzunun  getdikcə  artmasından,  islam  ölkələrində  gördüyü  geniş-

miqyaslı işlərdən qürur duyduğunu bildirdi.

İSESCO­nun Baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü-

nün böyük təsir bağışladığını, rəhbərlik etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığa 

xüsusi önəm verdiyini, Heydər Əliyev Fondu ilə əlaqələrin genişlənməsindən 

məmnunluğunu vurğuladı. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə 

həyata  keçirdiyi  layihələri  yüksək  qiymətləndirən  Əbdüləziz  bin  Osman  əl­ 

Tüveycri İSESCO­nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu 

şərəfli missiyanın yerinə yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir.

Mehriban xanım Əliyeva və Əbdüləziz bin Osman əl­Tüveycri Heydər Əliyev 

Fondu  ilə  İSESCO  arasında  əməkdaşlıq  haqqında  Protokol  imzalamışlar.  5  il 

müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniy-

yət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçi-

rilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutmuşdur.

2007­ci  il  mayın  31­də  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNES-

CO­nun  və  İSESCO­nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehri-

ban  xanım  Əliyeva  MDB  Yəhudi  İcmaları  Federasiyasının  və  “Or­Avner” 

Beynəlxalq Fondunun prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə 

heyəti ilə görüşmüşdür.

Mehriban xanım qonaqlara Heydər Əliyev Fondunun yaranma tarixi, məq­

sədləri,  fəaliyyəti  barədə  məlumat  verdi.  Bildirdi  ki,  Fond  yarandığı  vaxtdan 

Azərbaycanın  mədəniyyəti  və  tarixinin  geniş  təbliği,  əhalinin  sağlamlığının 

mühafizəsi, ekoloji mühitin sağlamlaşdırılması, informasiya texnologiyalarının 

tətbiqi, sosial problemlərin həlli ilə əlaqədar bir sıra genişmiqyaslı layihələr hə­

yata keçirmişdir. Son iki ildə respublikanın bütün regionlarında, ən ucqar kənd-

lərdə Fondun təşəbbüsü ilə 200­ə yaxın müasir tipli məktəb tikilib istifadəyə 

verilmiş,  bütün  lazımi  avadanlıqla  təmin  edilmişdir.  Beynəlxalq  təşkilatlarla 

sıx əməkdaşlıq edən Fond BMT­nin İnkişaf Fondu ilə birlikdə “Kor və görmə 

qabiliyyəti zəif olan insanların İnformasiya Texnologiyalarına çıxışının təmin 

edilməsinə dair” layihəni uğurla başa çatdırmışdır. Ötən il Latın Mədəniyyəti 

Akademiyası və Vaşinqton Elmlər Akademiyası ilə birgə keçirilən konfranslar 

da səmərəli olmuşdur. Fond Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad 

şəhərində qızlar üçün müasir təhsil kompleksi inşa etməklə yanaşı, Fransanın 

Versal sarayında və parkında iki abidənin də bərpa işlərini aparır. Fondun “Dini 



36

tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Bakıda Pravoslav kil-

səsinin, məscidlərin yenidən qurulması başa çatdırılmışdır.

Mehriban xanım Əliyeva dünyanın ən inkişaf etmiş xalqlarından biri olan 

yəhudilərin  Azərbaycanda  qədim  tarix  və  mədəniyyətinin  mövcudluğunu 

xatırladaraq, yəhudi uşaqları üçün təməli qoyulan təhsil mərkəzinin inşasının 

da ölkəmizdə tolerantlığın yeni bir təzahürü olduğunu bildirdi. Bundan əvvəl 

də dünya yəhudilərinin nüfuzlu təşkilatları ilə Fond arasında əlaqə yaradıldı-

ğını bildirdi, “Or­Avner” Beynəlxalq Fondu ilə əməkdaşlığın da səmərəli ola-

cağını söyləmişdir.

Lev  Levayev Azərbaycan  Prezidenti  ilə  görüşlərinin  qəlbində  silinməz  iz 

qoyduğunu bildirmiş və Mehriban xanımın rəhbərlik etdiyi Fondun ölkə daxi-

lində və xaricdə kifayət qədər nüfuzlu bir qurum kimi tanındığını, qəbul edildi-

yini vurğuladı. O, rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondu ilə əməkdaş-

lığa xüsusi əhəmiyyət verdiyini söyləmişdir.

Heydər Əliyev Fondu ilə “Or­Avner” Fondu arasında 3 il müddətində təh-

sil,  səhiyyə,  mədəniyyət,  sosial  təyinatlı  obyektlərin  tikintisi,  yenidən  qurul-

ması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanmışdır. 

Lev Levayev Azər TAC­ın müxbirinə müsahibəsində qeyd etmişdir ki, gör­

kəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyətini yüksək 

qiymətləndirirəm, Bakıda təməli qoyulan yəhudi təhsil mərkəzinin xalqlarımız 

arasında  dostluq  münasibətlərinin  inkişafına  səmərəli  kömək  göstərəcəyinə 

inanır və imzalanan sazişin real nəticələri olacağına əminəm. O, əlavə etdi ki, 

rəhbərlik etdiyi qurum 1992­ci ildə yaradılmışdır, Rusiyada fəaliyyət göstərir. 

Heydər Əliyev Fondu kimi genişmiqyaslı layihələr həyata keçirməsə də, MDB 

ölkələrində xeyli sayda təhsil kompleksi inşa etmiş, səhiyyə və sosial yönümlü 

layihələri reallaşdırmışdır. 

2007­ci il iyunun 18­də Heydər Əliyev Fondunda BMT­nin Təhsil, Elm və 

Mədəniyyət Məsələləri Təşkilatı – UNESCO, Azərbaycan Hökuməti və Hey-

dər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan 

layihənin icra planına dair saziş imzalanmışdır.

UNESCO və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Meh-

riban  xanım  Əliyeva  rəhbərlik  etdiyi  Fondun  təhsil  sahəsinə  xüsusi  əhəmiy-

yət verdiyini, bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyini bildirmişdir. 

Bundan əvvəl BMT və UNESCO ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin 

uğurla yerinə yetirildiyini vurğulayan Azərbaycanın birinci xanımı, ölkəmizdə 

peşə  təhsilinin  inkişafını  dəstəkləməyi  nəzərdə  tutan  layihənin  əhəmiyyətini 

qeyd  etmiş,  imzalanacaq  sazişin  də  uğurla  reallaşacağına  inandığını  söylə-

mişdir. 2005­ci il avqustun 24­də “Gülüstan” sarayında keçirilən “UNESCO­ 

Azərbaycan:  gələcəyə  körpü”  mövzusunda  konfransda  UNESCO­nun  Baş 

di rektoru Koiçiro Matsuuranın da iştirak etdiyini, tədbirdə Azərbaycanın təh-



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə