HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə4/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   2   3   4   5   6   7   8   9   ...   93

11

Nizaminin  obrazını  Azərbaycan  heykəltəraşı,  V.Muxina  adına  Leninqrad 

Ali  Rəssamlıq  Məktəbinin  məzunu  Qəyruş  Babayev  yaratmışdır.  Bu  il  şairin 

anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, fondun nümayəndə-

liyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən 

fraqmentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur. 

Sankt­Peterburq  qubernatorunun  qərarı  ilə  bu  gözəl  bağa  Nizami  Gəncəvinin 

adı verilmişdir. 

Qeyd  etməliyik  ki,  Sankt­Peterburq  ziyalıları  Böyük  Vətən  müharibəsinin 

ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə 

bu  qayğıkeş  münasibəti  Azərbaycan  xalqı  heç  vaxt  unutmayacaqdır.  Heydər 

Əliyev  Fondunun  təşəbbüsü  ilə  Sankt­Peterburq  şəhərində  dahi  Azərbaycan 

şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  xatirəsinə  ucaldılmış  abidə  və  sa­

lınmış bağ Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mə­

dəniyyətini təcəssüm etdirir. 

Bu gün Heydər Əliyev Fondu Azərbaycanda yüz minlərlə insanın inam və 

etimadını  qazanmış  ictimai  təşkilat  olmaqla  yanaşı,  Ulu  Öndərimizin  adını 

şərəflə daşıyır. 

Unutmamalıyıq  ki,  Azərbaycan  cəmiyyətinin  həyatına  və  dilimizin  lü­

ğət tərkibinə daxil olan “birinci xanım”, “xoşməramlı səfir” məfhumları, bi­

lavasitə  Mehriban  xanımın  adı  və  yüksək  mənəvi  keyfiyyətlərə  malik  olan 

şəxsiyyəti ilə bağlıdır. 



Elmar VƏLİYEV,

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı


12

HEYDƏR ƏLİYEV 

FONDUNUN YARANMASI

2004­cü  il  may  ayının  10­da,  yəni  Ümummilli  Liderimizin  anadan  olduğu 

gün ölkəmizin Birinci xanımının təşəbbüsü ilə qeyri­hökumət, qeyri­kommersiya 

təşkilatı olan Heydər Əliyev Fondunun rəsmi açılışı olmuşdur. 

Heydər  Əliyev  Fondunun  yaradılması  Azərbaycan  xalqının  Ümummilli 

Lideri  Heydər  Əlirza  oğlu  Əliyevin  xatirəsinin  əbədiləşdirilməsi  haqqında 

möhtərəm Prezidintimiz İlham Əliyevin 10 mart 2004­cü ildə imzaladığı fər-

mana əsaslanmışdır. Bu səbəbdən sözü gedən fərmanın mətni ilə əziz oxucunu 

tanış etməyi vacib hesab etdik.

“Azərbaycan  xalqının  Ümummilli  Lideri,  müstəqil Azərbaycan  dövlətinin 

qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlər-

dən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi

bu illər ərzində xalqın ictimai­siyasi, iqtisadi və mədəni həyatının bütün sahələ-

rində  dirçəlişi  Heydər  Əliyevin  adı  ilə  sıx  bağlıdır.  Heydər  Əliyev  rəhbərlik 

etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaq-

larından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və 

onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969­cu 

ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi 

həkk olunmuşdur. 

Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin 

başlıca  ideya­siyasi  istiqaməti  xalqın  milli  özünüifadəsinin  bütün  forma  və 

vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüu-

run  yüksəlişinə  təkan  verən  sürətli  inkişaf  strategiyasının  gerçəkləşdirilməsi 

ilə  səciyyələnmişdir.  Xalqın  tarixi  yaddaşının  özünə  qaytarılması  onun  qəl-

bində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük 

hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləş-

məsi üçün zəmin yaratdı. 

Azərbaycanın  müasir  tarixində  1969­cu  il  respublikanın  sosial­iqtisadi  və 

mədəni inkişafında dönüş ili olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında res-

publikanın  dinamik  inkişafı  üçün  kompleks  proqramların  işlənib  hazırlanma-

sında  yorulmaz  fəaliyyət,  misilsiz  təşəbbüskarlıq  və  nəhəng  enerji  70­ci  illə-

rin bariz əlamətinə çevrildi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən 

parlaq  səhifələr  kimi  daxil  olmuşdur.  Kənd  təsərrüfatının  inkişafında  böyük 

nailiyyətlər əldə edildi. Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqti-

sadiyyatda struktur islahatları həyata keçirildi. Yeni sənaye sahələri yaradıldı, 

sənayenin  qabaqcıl  sahələrində,  ilk  növbədə,  maşınqayırma  kompleksində, 

kimya  və  neft  kimyasında,  əlvan  metallurgiyada  texniki  cəhətdən  yeniləşmə 



13

və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metal-

lurgiyanın  və  dağ­mədən  sənayesinin  genişləndirilməsi  prosesi  başlandı. 

Azərbaycan  bu  illərdə  neft  məhsulları,  neft  avadanlığı,  polad  borular,  əlvan 

metallar,  sintetik  kauçuk,  elektrik  mühərrikləri,  tikinti  materialları,  məişət 

kondisioner ləri,  avtomobil  hissələri,  mineral  gübrələr,  çini­saxsı,  xalça  və 

xalçaçılıq  mə mulatı  istehsalı  üzrə  keçmiş  SSRİ­də  aparıcı  yerlərdən  birini 

tuturdu.  Azərbaycanda  buraxılan  350  adda  məhsul  dünyanın  65  ölkəsinə 

ixrac  olunurdu.  Əslində,  Azərbaycanın  dövlət  suverenliyi  və  müstəqilliyi, 

sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get­gedə 

daha dərindən inteqrasiya olunması hələ 1970­1985­ci illərdə təməli qoyul-

muş iqtisadi potensiala əsaslanır. 

Dinamik  inkişaf  edən  iqtisadiyyatı  yüksək  ixtisaslı  kadrlarla  təmin  etmək 

üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpa-

caq dərəcədə genişləndirildi, hər il Moskvanın, eləcə də keçmiş SSRİ­nin digər 

şəhərlərinin  aparıcı  elm  və  təhsil  ocaqlarına  gənclərin  göndərilməsi  həmin 

illərdə bir ənənəyə çevrildi. 

Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc 

və  yeniyetmə  azərbaycanlı  oğlanların  həmin  məktəbə,  habelə  respublikadan 

kənarda  ali  hərbi  məktəblərə  cəlb  olunması  Azərbaycan  üçün  peşəkar  hərbi 

kadrlar hazırlanması işinə böyük təkan verdi. Beləliklə, Heydər Əliyevin uzaq-

görənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun forma-

laşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı. 

Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş 

dövrü yaşadı. Respublikanın paytaxtı Bakı şəhərinin, digər şəhər və rayonların 

inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirildi. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə 

hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir­birini əvəz 

etməsi  və  çoxhakimiyyətliliyin  hökm  sürməsi  müstəqil  dövlətçiliyə  ağır  zər-

bələr  vurdu.  Ölkədə  yaranmış  ictimai­siyasi  xaos,  anarxiya,  zorakılıq  halları 

milli  və  vətəndaş  qarşıdurmasının  kəskinləşməsinə  və  hakimiyyətin  tam  if­

lasına  rəvac  verirdi.  Nəticədə  1993­cü  ilin  yayında  Azərbaycan  dövlətçiliyi 

böhran  və  məhv  olmaq  təhlükəsi  qarşısında  qaldı,  ölkə  vətəndaş  müharibəsi 

və  parçalanma  həddinə  gətirildi.  Belə  bir  vəziyyətdə  xalqın  təkidli  tələbi  ilə 

hakimiyyətə  qayıdan  Heydər  Əliyev  öz  böyük  siyasi  təcrübəsi  və  müdrikliyi 

ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk 

növbədə,  hakimiyyət  vakuumu  aradan  qaldırıldı,  respublikanın  müxtəlif  böl-

gələrində  baş  qaldırmış  destruktiv  qüvvələr  xalqın  fəal  köməyi  ilə  zərərsiz­

ləşdirildi,  vətəndaş  müharibəsinin  qarşısı  alındı. Azərbaycanın  dövlətçiliyinə, 

müstəqilliyinə,  ərazi  bütövlüyünə  qəsdlər  təşkil  edən  cinayətkar  ünsürlər  cə­

miyyətdən təcrid edildi. 1994­cü ilin mayında Ermənistan­Azərbaycan mühari-

bəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə