HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə5/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   2   3   4   5   6   7   8   9   ...   93

14

Ermənistan­Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ic­

timaiyyətinə çatdıra bildi. 

Azərbaycan  yalnız  Heydər  Əliyevin  hakimiyyətə  qayıdışından  sonra  özü-

nün  geosiyasi  imkanlarını  gerçəkləşdirməyə  başlamışdır.  Heydər  Əliyevin 

siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təh-

lükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proses-

lərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı 

ilə seçilmişdir. 

Ayrı­ayrı  şəxslərə  və  siyasi  qruplaşmalara  xidmət  edən  silahlı  birləşmələr 

Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticə-

sində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı 

qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda küt-

ləvi  fərarilik  hallarına  son  qoyuldu,  hərbi  intizam  möhkəmləndirildi.  Bu  gün 

Azərbaycanın  suverenliyini,  müstəqilliyini,  ərazi  bütövlüyünü  qorumağa  tam 

qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında 

göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. 

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai­siyasi, 

sosial, iqtisadi, elmi­mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yarandı, 

elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət qurucu-

luğu prosesi başlandı. 

Azərbaycanın  daxilində  yaranmış  sabitlikdən  və  beynəlxalq  aləmdə  ölkə-

mizə artan inam və maraqdan istifadə edərək, 1994­cü ilin sentyabrında “Əsrin 

müqaviləsi”  adlandırılan  ilk  neft  müqaviləsi  imzalandı.  Onun  gerçəkləşdiril-

məsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın 

iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata 

keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas 

mənasını Azərbaycanın  zəngin  təbii  sərvətlərindən  xalqın  rifahı  naminə  daha 

da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks 

etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının 

əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbayca-

nın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat 

dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyası-

nın həyata keçirilməsinin bəhrəsidir. 

Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bər­

qərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyya­

tına  inteqrasiyası,  özəlləşdirmə  proqramının,  aqrar  islahatların  həyata  keçiril-

məsi ardıcıl prioritet sahələr olmuşdur. 

Müstəqil Azərbaycanın  ilk  Konstitusiyasının  müəllifi  olan  Heydər  Əliyev 

demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, 

ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün 

əsaslı zəmin yaratmışdır. 




15

Heydər  Əliyevin  xarici  siyasət  məsələlərinə  müstəsna  əhəmiyyət  verməsi, 

beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər na minə 

ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlət-

çiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. 

Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın de­

mokratik  dövlətlərinin  və  aparıcı  ictimai  təşkilatlarının  ölkəmizə,  onun  zorla 

cəlb  olunduğu  silahlı  münaqişəyə  münasibətinin  əsaslı  surətdə  dəyişməsinə 

nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq 

hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin 

ərazi  bütövlüyünə  hörmət  və  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlıq  prinsipləri 

təşkil etmişdir. 

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsə­

fəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimi-

zin ideyasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm 

zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə 

düşündürən  milli  dirçəliş  problemləri  bütöv  şəkildə  Heydər  Əliyevin  həmin 

illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəl-

səfədən əməli siyasət müstəvisinə keçmişdir. 

Azərbaycanda  dövlətçilik  ənənələrinin  XX  əsrin  sonlarında  bərpa  edilib 

zənginləşdirilməsi,  Azərbaycanın  müstəqilliyinin  möhkəmləndirilməsi,  onun 

əbədi,  dönməz  xarakter  alması,  ölkəmizin  dinamik  iqtisadi  inkişaf  yolu  ilə 

inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliye-

vin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müd-

rik  rəhbərliyi,  siyasi  uzaqgörənliyi,  qətiyyəti  və  əzmkarlığı  ilə  zəmanəmizin 

görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Lide-

rinə  çevrilmişdir.  Azərbaycan  Respublikasının  hərtərəfli  inkişafı  üçün  onun 

hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin 

möhkəmləndirilməsi  və  gücləndirilməsi,  iqtisadi  qüdrətinin  artırılması,  xalqı-

mızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. 

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik 

fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. 

Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə 

göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində 

də  bir  daha  bütün  dünyaya  əyani  şəkildə  nümayiş  etdirildi.  Bu,  milyonlarla 

insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi. 

Dəfn mərasimindən dərhal sonra ölkə vətəndaşları öz yığıncaqlarında, küt-

ləvi  informasiya  vasitələrində,  müxtəlif  tədbirlərdə  Ümummilli  Lider  Heydər 

Əliyevin xatirəsini əbədiləşdirməklə bağlı çoxsaylı müraciətlər etdi. Müraciət-

lərə baxılması üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2003­cü 

il tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası Azər-

baycan Respublikası Milli Məclisinin, ictimai qurumların, qeyri­hökumət təşki-




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə