22
“Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev kimi tarixi bir
şəxsiyyətin adını daşıyan Fondda olmağımdan çox şadam. Mən Prezident
Heydər Əliyevlə ilk görüşlərimi böyük məmnuniyyətlə xatırlayıram. Bu gün
isə Fonda gələrək, bu unudulmaz şəxsiyyəti bir daha yada salır, ona Allahdan
rəhmət diləyirəm”. Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezi-
denti Konstantinos Stefanopulos xatirə şəkli çəkdirmişlər.
2004cü il iyulun 5də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və ölkəmizdə səfərdə olan Moskvanın meri Yuri Lujkov Heydər Əliyev Fon-
dunda qonaq olmuşlar.
Moskvanın meri Fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır:
“Azərbaycan xalqının böyük oğlu Heydər Əliyeviç Əliyevin xatirəsi keçmiş
Sovet İttifaqının bütün xalqlarının və xüsusən onunla birlikdə olmuş insanların
qəlbində əbədi yaşayacaqdır”.
2004cü il iyulun 9da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Pərviz
Müşərrəf və hər iki ölkənin dövlət başçılarının xanımları Heydər Əliyev Fon-
dunda olmuşlar.
Pakistan Prezidenti Pərviz Müşərrəf Fondun fəxri qonaqlar kitabına ürək
sözlərini yazmışdır:
“Mərhum Heydər Əliyev elə bir nadir rəhbərlər qrupuna daxil idi ki,
o, öz ölkəsinin tarixinin ən həlledici məqamında meydana gəlmiş və xalqını
firavanlıq, tərəqqi yolu ilə aparmışdır”. Dövlət başçıları və qonaqlar Fon-
dun eyvanına çıxaraq, Bakının mənzərəsini seyr etdilər. Prezident İlham Əliyev
şəhərdə görülən işlərdən danışdı. Pakistan Prezidenti Bakıda geniş miqyasda
tikinti işlərinin aparılmasını yüksək qiymətləndirdi.
“Şəxsən mən Heydər Əliyevi çox müdrik və uzaqgörən bir dövlət xadimi
kimi tanımışam və əminəm ki, onun miras qoyduğu standartlar Azərbayca-
nın gələcək nəsilləri üçün istifadə ediləcəkdir”.
2004cü il avqustun 6da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti
Məhəmməd Xatəmi Heydər Əliyev Fondunun binasında olmuşlar.
İran Prezidenti Məhəmməd Xatəmi Fondla tanışlıqdan sonra fəxri qonaq-
lar kitabına ürək sözlərini yazmışdır:
“Mən Azərbaycanda, Bakı şəhərində
avqustun 5-dən 7-dək olacağım müddətdə Heydər Əliyev Fondunu ziyarət
etməyi arzu edirdim. İndi bu Fondu ziyarət etmək mənə çoxlu xatirələri
yada salır və cənab Heydər Əliyevin Azərbaycanın müstəqil olması, inkişaf
etməsi, ölkədə sabitlik və təhlükəsizlik şəraiti yaratması mənim bu xa ti-
rələrimi və onunla keçirdiyim görüşləri dirildir. Hamımız bilirik ki, iki
qonşu və müsəlman ölkə – İran və Azərbaycan arasında yaranan əlaqələr
mərhum Heydər Əliyevin rolunu göstərir və bu rol həmişəyaşardır.
23
Mənim bu səfərim bir daha fürsət yaratdı ki, İran İslam Respublika-
sının Prezidenti kimi, eləcə də İranın mədəniyyətsevən və uzun tarixi olan
milləti adından cənab Heydər Əliyevin xidmətlərinə və fəaliyyətinə görə
ona öz minnətdarlığımı bildirirəm”.
“Əsrin müqaviləsi”nin 10 illiyinə həsr olunmuş bayram tədbirlərinin işti-
rakçıları, o cümlədən ölkəmizə gəlmiş müxtəlif beynəlxalq neft şirkətlərinin
nümayəndələri 2004cü il sentyabrın 20də Heydər Əliyev Fondunda olmuşlar.
Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən
eksponatlarla tanışlıqdan sonra onlar ulu öndərin əsasını qoyduğu neft stra-
tegiyasının həyata keçirilməsini əks etdirən xüsusi guşəyə baxmışlar. Heydər
Əliyev Fondunda yaradılan guşədə Ümummilli Liderimizin neft strategiyasının
həyata keçirilməsi sahəsində gördüyü möhtəşəm işləri əks etdirən eksponatlar
nümayiş etdirilmişdir.
“bpAzərbaycan” şirkətinin prezidenti Devid Vudvord “Əsrin müqaviləsi”
imzalandıqdan sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən
həyata keçirilmiş irimiqyaslı layihələr barədə məlumat vermiş, bütün bu
möhtəşəm işlərin Heydər Əliyevin gərgin əməyi, iradəsi və əzmi sayəsində
görüldüyünü vurğulamışdır. O, “bpAzərbaycan” şirkəti, onun BakıTbilisi
Ceyhan, Cənubi Qafqaz boru xətləri və “Şahdəniz” layihəsi üzrə tərəfdaşları
adından Heydər Əliyev Fonduna neft strategiyasının simvolu olan hədiyyə
təqdim etmişdir.
2004cü il sentyabrın 20də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və “Əsrin müqaviləsi”nin 10cu ildönümü münasibətilə keçirilən təd-
birlərdə iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Gürcüstanın Baş naziri
Zurab Jvaniya Heydər Əliyev Fondunda olmuş və fəxri qonaqlar kitabına ürək
sözlərini yazmışdır:
“Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin xa-
tirəsi önündə baş əyirəm. Biz Heydər Əliyevə, onun iradəsinə, apardığı
mübarizəyə görə minnətdarıq. Məhz onun səyləri nəticəsində Gürcüstan
işıqlı gələcəyə olan inamını qoruyub saxlayır və Azərbaycanla birgə sa-
baha doğru addımlayırıq”.
2004cü il oktyabrın 8də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva, Bolqarıstan Respublikasının Prezi-
denti Georgi Pırvanov və xanımı Zorka Pırvanova Heydər Əliyev Fondunda
olmuş və fəxri qonaqlar kitabına ürək sözlərini yazmışlar:
“Azərbaycanın
Ümummilli Lideri Heydər Əliyevin işıqlı xatirəsi önündə baş əyirəm. Biz
öz ölkəsinin inkişafı, regionda sabitliyin və təhlükəsizliyin təmin olun-
ması, Avropaya inteqrasiya istiqamətində çoxlu enerji və qüvvə sərf etmiş
bu siyasətçini və dövlət xadimini həmişə minnətdarlıqla xatırlayaca-
ğıq. İna nıram ki, Heydər Əliyevin dost Azərbaycan xalqının işıqlı gələ-
cəyi naminə gördüyü işlər və onun ideyaları bundan sonra da layiqincə
davam etdiriləcəkdir”.