30
nın sədri Sergey Mironov, martın 30da Polşa Prezidenti Lex Kaçinski, apre-
lin 8də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey, aprelin 30da
Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev, mayın 3də Belarus Res-
publikasının Prezidenti Aleksandr Lukaşenko, mayın 11də Türkiyənin Kons-
titusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu, mayın 21də Fransa Senatı-
nın Qafqaz dostluq qrupunun rəhbəri, senator Ambruaz Düpon, mayın 24də
Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetləri Assosiasiyası-
nın prezidenti, akademik Viktor Sadovniçi, mayın 29da Luvr muzeyinin direk-
toru Anri Luaret, iyunun 8də Litvanın Mədəniyyət naziri Yonas Yuças, avqus-
tun 13də Tacikistan Prezidenti Emoməli Rəhmon, avqustun 21də İran İslam
Respublikasının Prezidenti Mahmud Əhmədinejad, avqustun 31də Rusiya
Federasiyası hökuməti Aparatının rəhbəri – hökumət sədrinin müavini Sergey
Narışkin, sentyabrın 10da məşhur memar xanım Zaha Hadid, oktyabrın 2də
Xorvatiya Prezidenti Stepan Mesiç, oktyabrın 31də İran İslam Respublikasının
vitseprezidenti, Milli Gənclər Təşkilatının rəhbəri höccətülislam Əli Əkbəri,
noyabrın 1də Qətər Əmirinin xanımı, Qətər Elm və Mədəniyyət Fondunun
prezidenti Şeyxa Moza bint Nasir əlMisnəd, noyabrın 6da Türkiyə Prezidenti
Abdullah Gül, 2008ci il yanvarın 11də Gürcüstan Prezidenti Mixail Saakaş-
vilinin xanımı Sandra Elizabet Rulofs, fevralın 6da Koreya Respublikası Baş
nazirinin müavini, təhsil və insan ehtiyatları naziri Kim Sin, Beynəlxalq Olim-
piya Komitəsinin prezidenti Jak Roqq, martın 7də Vatikanın dövlət katibi, kar-
dinal Tarçizio Bertone, martın 18də Avropa İnformasiya Agentlikləri Alyansı-
nın (EANA) büro üzvü, Macarıstan İnformasiya Agentliyinin (MTİ) prezidenti
Matyas Vins, mayın 6da İordaniya Kralı əlahəzrət II Abdullahın xanımı Ra
niya, mayın 12də İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen, mayın
20də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, mayın 29da
Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və
idman komitəsinin üzvü Peter Plevan, iyulun 3də Rusiya Prezidenti Dmitri
Medvedev, iyulun 9da Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin
sədri Müşahid Hüseyn Səid, sentyabrın 12də Özbəkistan Prezidenti İslam Kəri-
mov, 18də İsveç Krallığının məşğulluq naziri Sven Otto Littori, 2009cu il
yanvarın 13də Estoniya Prezidenti Toomas Hendrik İlves, martın 30da Bel-
çika Krallığı senatının qadın və kişi hüquqlarının bərabərliyi üzrə məsləhət
şurasının sədri, senator xanım Dominique Tilmans, aprelin 3də Yeniyetmələ-
rin Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Gintinq, aprelin 8də Lit-
vanın Xarici İşlər naziri Viqaudas Uşatskas, aprelin 9da Ukrayna Prezidenti-
nin xanımı Katerina Yuşşenko, mayın 13də Yunanıstanın xarici işlər nazirinin
müavini Miltiadis Varvitsiotis, mayın 14də Türkiyə Ali Məhkəməsinin sədri
31
Hasan Gerçəkər, iyunun 28də İsrail Prezidenti Şimon Peres, iyulun 20də Lon-
don Siti merinin xanımı Lin Luder, avqustun 6da Rumıniyanın paytaxtı Buxa-
rest şəhərinin 2ci sektorunun meri Nikolay Ontsyanu, avqustun 10da Latviya
Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere, avqustun
17də tanınmış rus yazıçıpublisisti, Rusiya Təbii Elmlər Akademiyasının aka-
demiki, məşhur “Qarabağ qan girdabında” kitabının müəllifi, professor Yuri
Pompeyev, sentyabrın 16da Polşanın keçmiş birinci xanımı İolanta Kvas-
nevska, noyabrın 9da Sloveniya Respublikasının Prezidenti Danilo Türk və
xanımı Barbara Mikliç Türk, 2010cu il fevralın 20də Ağır atletika üzrə ikiqat
Olimpiya, səkkizqat dünya və Avropa çempionu Vasiliy Alekseyev xanımı
Olimpiada Alekseyeva, aprelin 12də Küveyt Dövlətinin Gənclər və İdman
məsələləri üzrə Dövlət Komitəsinin sədri general Feysəl Musaid ƏlCəzzafı,
aprelin 13də Qambiyanın Xarici İşlər, beynəlxalq əməkdaşlıq və xaricdəki
qambiyalılar üzrə naziri Usman Cammeh, aprelin 15də Estoniyanın Tallinn
şəhərinin Kristiyne rayonunun başçısı Mixail Korbun, aprelin 28də Rusiyanın
Stavropol vilayətinin qubernatoru Valeri Qayevski, mayın 13də Serbiya Res-
publikasının Prezidenti Boris Tadiç, İyunun 17də Vatikanın mədəniyyət üzrə
Pantifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi, iyunun 25də
İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Əhməd Məhəmməd Əli, dekab-
rın 14də məşhur fransız aktyoru Jerar Depardye, 2011ci il martın 2də Rusiya
Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, apre-
lin 5də Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, mayın 2də
Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte, mayın 17də
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova
Heydər Əliyev Fondunda olmuşlar və Ulu Öndər haqqında fəxri qonaqlar kita-
bına ürək sözlərini yazmışlar.
32
HEYDƏR ƏLİYEV FONDUNUN
BEYNƏLXALQ ƏLAQƏLƏRİ
2005ci il dekabrın 9da BMTnin İnkişaf Proqramı ilə Heydər Əliyev Fon
du arasında saziş imzalanmışdır.
Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi açaraq bildirdi ki, iki
qurum arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan
insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edil-
məsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanacaqdır.
Sənədləri Heydər Əliyev Fondunun prezidenti, UNESCOnun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və BMTnin Azərbay-
candakı rezidentəlaqələndiricisi Marko Borsotti imzaladılar.
Mehriban xanım Əliyeva imzalanmış sənədi qiymətləndirərək demişdir:
“Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında çox önəmli
bir saziş imzalandı. Ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların
informasiya kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq
həyata keçirilməyə başlanır. Azərbaycanda 320 min əlil insan yaşayır. Onlar-
dan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların
həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə bilik
və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğu-
nun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xid-
mət edəcəkdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMTnin İnkişaf Proqramı
arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gün-
dən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır.
Artıq bu gün hamıya tanış olan fəaliyyətimiz bunu sübut edir. “Diabetli uşaq-
lara ən yüksək qayğı”, “Talassemiyasız həyat”, “Yeniləşən Azərbaycana yeni
məktəblər”, “Uşaq evi və internat məktəblərinin inkişafı” proqramları qısa bir
zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş,
kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır.
Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə
malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.
Bu gün Heydər Əliyev Fondu beynəlxalq səhnəyə çıxır. Dünyanın ən
mötəbər, ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə birgə
fəaliyyətə başlayır. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük
uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan
insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yar-
dım göstərəcəkdir”.
BMTnin Azərbaycandakı rezidentəlaqələndiricisi cənab Marko Borsotti
çıxış edərək demişdir: “Mənə elə gəlir ki, bu gün BMTdə çalışan hər bir mütə
Dostları ilə paylaş: |