60
Forumda çıxış edən ABŞın Con Hopkins Universitetinin professoru Fren-
sis Fukuyama ilk dəfə Bakıda 20 il öncə olduğunu söylədi, budəfəki gəlişində
böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi.
Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə qadınların rolunun artdı-
ğını vurğulayan professor, müxtəlif ölkələrdə qadınlara yanaşmada fərqlərin
mövcudluğunu diqqətə çatdırmışdır.
Yaponiyanın Şizuoka Prefektura Universitetinin professoru Yoko Hirosi
müasir dünyadakı problemlərdən danışmış, onların həllində qadınların rolunu
qeyd etmişdir.
Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun ailə və gender məsə
lələri şöbəsinin müdiri Tatyana Qurko demişdir ki, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum həm bu, həm də
digər problemlərin həllində mühüm rol oynayacaq, qadınların rolunun artma-
sına təkan verəcəkdir.
Böyük Britaniyada nəşr olunan “Şərq Maqazin” jurnalının baş redaktoru
Rim Məğribi isə bildirmişdir ki, qadınlar hər zaman mədəniyyətlərarası dia-
loqda mühüm rol oynamışlar, lakin tarixən formalaşmış stereotiplər əsasında
hərəkət qadınların ailədə davranışına mənfi təsir göstərir. Bu cür tədbirlər mənfi
baxışları dəyişdirəcəkdir.
Amsterdam Universitetinin Avropa tədqiqatları üzrə professoru Kornelia
Verteg sosial həyatda qadınların və kişilərin arasındakı qeyribərabərlikdən da
nışmış, bu sahədəki Avropa təcrübəsindən bəhs etmişdir.
Belçika Senatının üzvü xanım AnnaMari Lizinin sədrliyi ilə keçirilən dör-
düncü sessiyada “Şərq və Qərb: Biz birbirimizi necə görürük” mövzusunda
müzakirələr olmuşdur.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru xanım
İrina Kudryaşova təhsil sahəsində çalışan qadınların problemlərinə toxuna-
raq demişdir ki, siyasi dözümsüzlük, münaqişələr elmə və təhsilə mənfi təsir
göstərir. Bunun qarşısını almaq üçün İslam dəyərlərinin sosial həyata göstərdiyi
təsir Avropa gənclərinə daha geniş şəkildə öyrədilməlidir. İslam dəyərləri bütün
cəmiyyətlərin inkişafının təməlini təşkil edə bilər.
İrlandiyanın Dublin Triniti Kollecinin professoru Roland Hil çıxışında
demişdir ki, mədəniyyətləri öyrənmək, tədqiq və təbliğ etmək sivilizasiyalara-
rası toqquşmanın qarşını almağa kömək edə bilər. Bunun üçün digər xalqların
milli ənənələrinin, ədəbiyyatının, maddi mədəniyyət nümunələrinin öyrənil-
məsi çox vacibdir. Ümid edirik ki, bu forum sivilizasiyalararası dialoqu daha
da inkişaf etdirəcəkdir.
ABŞın Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Təd
qiqatları Mərkəzinin direktoru xanım Ancela Stent Bakıda ikinci dəfə olduğunu
bildirmiş, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, sürətli inkişafı yük-
61
sək qiymətləndirmişdir. O, qadınların sülhə necə nail olunması istiqamətindəki
fəaliy yətinə dair tədqiqatlar aparıldığını qeyd etmiş və qadınların müxtəlif döv-
lət vəzifələrində çalışmalarının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Almaniyalı qrafinya Anna Beatriça Şlik demişdir ki, bu forum beynəlxalq
aləmdə Azərbaycanın imicinin daha da yüksəlməsinə təsir göstərəcəkdir. Meh-
riban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və
qayğı göstərir və biz hamımız onunla qürur duyuruq.
Beynəlxalq forumun yekun sənədi – Bakı Bəyannaməsi qəbul olunmuşdur.
Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların
sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan forumu keçirmək təşəbbüsü
alqışlanır. Bildirilir ki, Bakı forumu İnsan Hüquqları üzrə Dünya Bəyannamə-
sinin 60cı ildönümünə təsadüf edir. Bu da insan hüquqları, mədəniyyət müxtə-
lifliyi, mədəniyyətlərarası dialoq və gender bərabərliyi arasında əlaqə yaratmaq
haqda düşünməyə imkan verir. Bəyannamədə dünya dövlətləri münaqişələrin
həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının
artırılmasına çağırılır.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında bil-
dirmişdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCOnun və İSESCOnun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəb-
büsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda keçirilən bu forum qloballaşan dünyada sivilizasiyalararası dia-
loqa təkan verəcəkdir.
Sonda Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKTnin humanitar məsələlər
üzrə xüsusi elçisi” statusuna dair diplomu təqdim etmişdir.
2009cu il martın 18də AMEAnın Milli Azərbaycan Tarixi Muzeyində
“Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziu-
mun açılışı olmuşdur.
Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCOnun və İSESCOnun xoşməramlı səfiri
Mehriban Əliyeva simpoziumu açaraq demişdir: “UNESCOnu təmsil edən, o
cümlədən Beynəlxalq Musiqi Şurasının muğam bölməsində fəaliyyət göstərən
qonaqlarımızı xüsusi salamlayıram. Muğamın təhlili, təbliği ilə məşğul olan
məşhur alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını, muğam
ustadlarımızı, bütün muğamsevərləri bu gün bu möhtəşəm tədbirdə görməyə
çox şadam. Ümidvaram ki, muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi
muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına çevriləcəkdir. Eyni
zamanda muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən
beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün
yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı