HeydəR ƏLİyev koreya ilə əlaqələrdə yeni mərhələ Naxçıvan Dövlət Universiteti



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix04.07.2018
ölçüsü1,81 Mb.
#53363
1   2   3   4

2  / GÜNDƏM                       

YENİ FİKİR

DEKABR 2015

N

axçıvan  Muxtar  Respublikası



Ekologiya  və  Təbii  Sərvətlər

na ziri Hafiz Yaqubov və nazirliyin

əmək daşları Naxçıvan Dövlət Uni-

versitetinin Təbiətşünaslıq və kənd

təsərrüfatı fakültəsinin bir qrup tələ -

bə si ilə görüşüb. Tədbiri universite-

tin rektoru, AMEA-nın müxbir üzvü

Saleh Məhərrəmov açaraq bildirib ki,

Naxçıvan Muxtar Res pub li ka sı Ali

Məclisi Sədrinin 2015-ci il 27 iyul ta-

rixli “Ali və orta ixtisas təhsili müəs -

si sə lərində ixtisasların müvafiq təşki -

lat lara hamiliyə verilməsi haqqında”

Sərəncamı muxtar respublikada fəa -

liy yət göstərən nazirlik və təşkilatlarla

ali  təhsil  müəssisələrinin  müştərək

fəaliyyəti, peşəkar kadr hazır lı ğı za -

manı nəzəriyyə və təcrübənin pa ralel

öyrədilməsi,  tələbələrin  gələ cək də

iş yerləri ilə təmin olunması ba xı   mın -

dan mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan  Muxtar  Respubli-

kası Ekologiya və Təbii Sərvətlər na-

ziri Hafiz Yaqubov ümummilli lider

Heydər Əliyevin təməlini qoyduğu

ekoloji siyasət, ətraf mühitin qorun-

ması,  ekoloji  təhlükəsizliyin  təmin

edilməsi,  respublika  ərazisində  və

dün yada mövcud olan ekoloji prob -

lem lərin aradan qaldırılması məq sə -

dilə görülən işlər, ölkədə bu sahədə

qanunvericilik  bazasının  formalaş-

dırılması,  Heydər Əliyevin 2001-ci

il 23 may tarixli Fərmanına əsasən

yaradılan Azərbaycan Respublikası-

nın  Ekologiya  və  Təbii  Sərvətlər

Na zir liyinin  fəaliyyəti  barədə

məlumat  verib.  Qeyd  olunub  ki,

ümummilli lider Azərbaycanın təbii

sərvətlərindən, əlverişli coğrafi möv -

qe yindən  ölkənin  və  xalqın  mə na -

feyinə  uyğun  istifadə  edilməsinə

yönəldilmiş irimiqyaslı beynəlxalq iq-

tisadi  sazişlərin  hazırlanıb  həyata

keçirilməsində,  beynəlxalq  ekoloji

təşkilatlarla əməkdaşlığın qurulma-

sında  mühüm rol oynamışdır. Ölkə -

nin ekoloji siyasəti muxtar respubli-

kada da uğurla həyata keçirilmək də -

dir. Belə ki, bu illər ərzində 16 min

hektardan çox ərazidə meşə massiv -

ləri, yeni meyvə bağları və yaşıllıq zo-

laqları salınmış, nəticədə muxtar res-

publikanın təbiət ərazilərində yaşıl-

lıqların sahəsi 50 min hektara yaxın

artmışdır. Muxtar respublikada eko-

loji tarazlığın qorunması məqsədilə

148 min hektara yaxın ərazini əhatə

edən, 3 yasaqlıq və 1 milli parkdan

ibarət xüsusi mühafizə olunan təbiət

əraziləri yaradılmışdır. Muxtar res-

publikanın zəngin biomüxtəlifliyinin

qorunması və bərpa olunması məq -

sədilə  ilk dəfə olaraq buranın nadir

flo ra və faunasına aid “Qırmızı kitab”

ha zır lanmışdır.  Naxçıvan  Muxtar

Res pub  likası Ali Məclisinin Sədri tə -

rə findən həyata keçirilən kompleks

tədbirlər, sosial-ekoloji layihələr və

ətraf mühit tədbirləri regionda əlverişli

ekoloji mühitin formalaşmasına şərait

yaratmışdır. Naxçıvan MR Ekologiya

və  Təbii  Sərvətlər  naziri  çıxışında

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2001-ci il 25 may

tarixli fərmanı ilə yaradılan nazirliyin

strukturu və fəaliyyəti barədə danışıb.

Qeyd olunub ki, muxtar respublikada

bu sahənin inkişafı məqsədi ilə qəbul

edilən dövlət proqramları, imzalanan

fərman, sərəncam və qərarların icra-

sı isti qa mətində nazirlikdə ardıcıl iş

aparılır. Muxtar respublika ərazisində

mövcud olan saf ekoloji mühit, eko -

lo ji cə hət dən təmiz ərzaq məhsul la -

rının yetiş di ril məsinə yaradılan şərait,

ekoloji mə də niyyətin formalaşması

uğurlu ekoloji siyasətin nəticəsidir. Çı-

xışda  bu  sahəyə  olan  kadr  təlabatı

məsə lə lərinə toxunulub, bu təlabatın

Nax çı van Dövlət Universitetinin ha-

zırladığı  ixtisaslı  mütəxəssislər

hesabına  ödə nil məsi  istiqamətində

görüləcək tədbirlərdən danışılıb.

Tədbirdə “Naxçıvanın zəngin

təbiəti” sənədli filmi göstərilib, eyni

mövzuda təşkil olunmuş sərgi ilə ta-

nışlıq olub, müəllim və tələbələrin su-

alları cavablandırılıb. 

Mehriban Sultan

C

ənubi  Koreya  Respublikasının



Azər baycandakı  Fövqəladə  və

səla hiy  yətli Səfirinin ikinci müavini

və Konsulu Cənab Chon Junsouk və

sə fir liyin 2 əməkdaşı Naxçıvan Döv -

lət Universitetində səfərdə ol muş lar.

Səfərin  məqsədi  Univetsitet də  fə -

aliy  yət göstərən Koreya Mə dəniyyət

Mər kəzinin  və  Koreya  dili  Tədrisi

Mərkəzinin fəaliyyəti ilə tanış lıq və

bu sahədə gələcək əmək daş lığın pers -

pek tivlərinin müzakirəsi idi.

Universitetin Tədris işləri üzrə

prorektoru Seyid Surə ilə keçirilən gö -

rüş də mərkəzin ötən müddət ərzində

gör düyü işlər barədə ətraflı məlumat

ve rildi. Prorektor qeyd etdi ki, univer -

sitetin Cənubi Koreya ilə geniş təhsil

əla qələri mövcuddur. Hazırda univer -

si tetdə 10–a yaxın koreyalı tələbə təh -

sil alır. Universitetin Koreyanın Kim-

Çonq  və  Busan  Universitetləri  ilə

əmək daşlıq  müqavilələri  mövcud-

dur. Kim-Çonq Universiteti ilə Nax -

çı van  Dövlət  Universiteti  arasında

mo billik əsasında stomatologiya, tu-

rizm, İngilis dili, hüquq ixtisasları üzrə

tələbə  mübadiləsi  həyata  keçirilir.

Bu əlaqələri daha da möhkəmlən dir -

mək məqsədi ilə Universitet ərazi sin -

də Koreya-Azərbaycan dostluq par-

kı salınmışdır. Universitetin bey nəl -

xalq münasibətlər ixtisasında “Ko-

reyaşünaslıq” seçmə fənn kimi tədris

planına salınmış və Koreyalı müəl lim -

lər tərəfindən uğurla tədris edilmişdir.

Hər il Univetsitetdə koreyalı tələ bə -

lərin təşkil etdiyi “Koreya günləri”ndə

Koreya mədəniyyəti, tarixi, folklor

nümunələri  təqdim  edilir  və  yerli

tələbələr tərəfindən maraqla qarşıla-

nır. 

Koreya dili tədrisi mərkəzində



isə  Koreyalı  müəllimlər  tərəfindən

ötən dövr ərzində 40-dan yuxarı tələ -

bə yə bu dil tədris edilmiş, imtahan-

dan uğurla keçən tələbələrə universi -

tetin sertifikatları təqdim edilmişdir.

Pro rektor qeyd etmişdir ki, görülən bu

işlər Azərbaycan Respublikası Pre zi -

denti, Cənab İlham Əliyevin Azər bay -

can  və  Koreya  arasında  qurduğu

uğur lu siya sətin və dostluq əlaqə lə -

ri nin bəh rəsidir. Muxtar Respublika

Rəhbər li yinin  regionda  ali  təhsilin

inkifına yönəlmiş təhsil siyasəti isə

yerli  uni ver si tetlərin  dünya  təhsil

sis teminə in teqrasiyasını sürətləndi -

rir və öz bəhrələrini verir.

Görüşdə  çıxış  edən  Cənab

Chon Junsouk universitetdə səmimi

qarşılanma və Koreya dilinin tədrisi

mərkəzinin  fəaliyyətinə  yaradılan

şə raitə görə minnətdarlığını ifadə et -

miş və Koreya Respublikasının Təhsil

Nazirliyi  tərəfindən  mərkəzə  əlavə

tədris  vəsaitlərinin  alınması  üçün

ay rılan 952 ABŞ dolları məbləğində

qrantı mərkəzə təqdim etmişdir. Kon-

sul bundan sonra da mər kəzin davam -

lı fəaliyyəti və Nax çıvan Dövlət Uni-

vetsitetinin  Ko reya  Universitetləri

ilə əlaqə lərinin genişlənəcəyinə əmin -

li yini ifadə etmiş və bu sahədə inteq -

rasi y a nın zəruriliyini vurğulamışdır.  

Görüşün sonunda qonağa xa -

tirə hədiyyəsi təqdim olunmuş, mər -

kəzlə tanışlıq qonaqda xoş təəssürat

yaratmışdır.

Mehriban Sultan

Koreya ilə əlaqələrdə yeni mərhələ  

N

axçıvan Dövlət Universitetində



Milli GRİD seqmentinə qoşulma

işlərinə  start  verilib.  Azərbaycan

Milli  Elmlər  Akademiyası  Fizika

Institutu tərəfindən həyata keçirilən

layihə  ilə  bağlı  təqdimat  mərasimi

keçirilib. Tədbirdə İnformasiya Kom-

munikasiya Texnologiyaları Mərkəzi,

Elektron  Təhsil  Şöbəsinin,  Media

Mərkəzinin  əmək daşları,  İnforma-

siya Kommunikasiya Texnologiyaları

mühən disliyi ixtisasının müəllim və

tələbələri iştirak edib.

Universitetin  elmi  işlər  üzrə

prorektoru, fizika üzrə fəlsədə dok-

toru, dosent Mübariz Nuriyev tədbiri

giriş  sözü  ilə  açaraq  çağdaş  infor -

masiya əsrində dünyaya inteqrasiya,

informasiya kommunikasiya texnolo -

gi ya larını  hərtərəfli  mənimsəmək,

onlardan  tədris  prosesində,  elmi

tədqiqatlar zamanı səmərəli istifadə

etmək  istiqamətində  universitetdə

görülən işlərdən danışıb. Qeyd olunub

ki, “Elektron universitet” layihəsinin

həyata  keçirilməsi,  semestr  imta-

hanlarının  elektron  test  üsulu  ilə

keçirilməsi, Cənubi Koreya Beynəl -

xalq Əməkdaşlıq Agentliyi (KOİCA)

ilə birgə “Naxçıvan Dövlət Univer-

siteti üçün elektron təhsil şəbəkəsi və

rəqəmsal  multimedia  infrastruktu-

runun yaradılması” layihəsinin uğurla

həyata keçirilməsi, beynəlxalq video -

konfrans və onlayn dərslərin təşkili bu

istiqamətdə görülən işlərdəndir. Ali

məktəbin Azərbaycan Milli Elmlər

Akademiyasının Fizika İnstitutunun

“Yüksək enerjilər fizikası” laborato-

riyası bazasında, Azərbaycan Rabitə

və Yüksək Texnologiyalar  Nazirli -

yinin, Azərbaycan Milli Elmlər Aka-

demiyasının,  dəstəyi  ilə  yaradılan

Milli  GRİD  seqmentinə  qoşulması

professor və müəllimlə rin, aspirant və

doktorantların, magistr və baka lavr -

ların səmə rəli elmi-tədqiqat işi apar -

 maları, həm də müx təlif beynəlxalq

la yi hələrdə iştirak etmə lə rinə şərait ya-

radacaq. Dünyada mövcud olan digər

GRİD şəbəkə lə ri nə qoşulmağa imkan

verən   Milli GRİD seqmenti Nax çı -

van Dövlət Universitetinin dünyaya

inteqrasiya imkanlarını geniş lən dir -

məklə yanaşı, elmi nəticələrin sax-

lanması,  qorunması  və  onlardan

səmərəli  istifadə,  elmi  nəzəri  və

təcrübə mübadiləsində əhəmiyyətli rol

oynayacaq.

AMEA    Fizika  İnstitutunun

“Yüksək  enerjilər  fizikası”  labora -

toriyasının  əməkdaşı  Rövşən  Hə -

şimov AMEA-nın müxbir üzvü, fi-

zika-riyaziyyat elmləri doktoru Ov-

sat Abdinovun təşəbbüsü və rəhbərliyi

ilə yaradılan  Milli GRİD seqmenti

haqqında ətraflı məlumat verib. Qeyd

olunub ki, Azərbaycanın əksər elmi

tədqiqat  institutlarının  qoşulması

nəzərdə  tutulan  GRİD  resursların

mərkəzləşdiril miş idarəsi mümkün ol-

mayan halda bu resurslardan istifadəni

koordi na si ya  edən  sistemdir.  Milli

GRİD seqmentinin qarşısında duran

əsas vəzifə Azərbaycanda informasiya

hesablama GRİD mühitinin yaradıl -

ması və elm, sənaye, iqtisadiyyat və

s. digər sahələrdə tətbiqinə nail ol-

maqdır. GRİD standart, açıq, universal

pro to kol və interfeysdən istifadə edib

yüksək keyfiyyətli xidmət göstərir.

GRİD texnologiyaların infrastruktu -

run və standartların qovuşmasıdır. Hal

– hazırda informasiya texnologiyaları

aləmində informasiya və hesablama

resurslarının qlobal  inteqrasiyasını

təmin edə bilən bu yeni kompüter in-

frastrukturu  geniş  vüsət  almışdır.

GRİD-in  məqsədi  ərazi  cəhətdən

paylanmış yüksək texnoloji infor ma -

si ya  və  hesablama  resurslarına  –

ayrı-ayrı  kompüterlərə,  klasterlərə

və superkompüter mərkəzlərinə, in-

formasiya  anbarlarına,  şəbəkələrə,

elmi instrumentarilərə və s. etibarlı,

uyğun,  ucuz  və  təhlükəsizlik  girişi

təmin  edə  bilən  standartlaşdırılmış

xidmətlər  dəstinin  yaradılmasıdır.

GRİD istənilən elmi araşdırmalarda

effektivdir; adi informasiya texnolo-

giyalarından istifadə böyük zaman və

resurs  tələb  etdiyi  hallarda  GRİD

əvəzedilməzdir. 

Sonda AMEA  Fizika İnstitu-

tunun  “Yüksək enerjilər fizikası” la -

bo ra tori ya sının  əməkdaşı  müəllim

və  tələbələ rin  suallarını  cavablan-

dırmışdır.

Qeyd edək ki, yaxın zaman-

larda universitetin Fizika-riyaziyyat

fakültəsi nin  nəzdində  yaradılmış

xüsusi  otaqda  müasir  kompüter

dəsti quraş dırıla caq və Milli GRİD

seq mentinə  qoşulma  işləri

tamamla na  caq.

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin

müdiri

Universitet Milli GRİD seqmentinə

qoşulacaq

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii

Sərvətlər Nazirliyinin əməkdaşları universitetdə

M

ultikulturalizm dünyanın 11



ölkəsinin nüfuzlu ali məktəb -

lərində,  Azərbaycanın  isə  20  ali

məktəbində  tədris  olunur.  Bakı

Beynəlxalq Multikulturalizm Mər -

kə zinin  əməkdaşı Vidadi  Rzayev

Naxçıvan Dövlət Uni versitetində də

tədris  olunan  Mul ti kulturalizmə

giriş  və  Azərbay can  multikul tu -

ralizmi  fənlərinin  monitorinqini

aparmaq məqsədilə həmin ali təhsil

ocağında olub.

Naxçıvan  Dövlət  Universi-

tetinin I kurs sosial iş ixtisasında

monitorinq keçirilib.

Giriş  sözü  ilə  çıxış  edən,

Sosial idarəetmə və hüquq fakül tə -

si nin  de kanı,  fəlsəfə  üzrə  fəlsəfə

doktoru, 

do sent 

Qərib


Allahverdiyev  Azər bay can  Res-

publikasının  Prezidenti  İlham

Əliyevin  fikirlərini  səs lən di rib:

“Azərbaycan  dünyada  nü mu  nə vi

tolerantlıq  örnəyi,  sivili za siyalar

və mədəniyyətlərarası dia loq mə ka -

nı, zəngin multikultural ənənələrə

malik ölkə kimi tanınır”. Natiq çı -

xı şında  mədəni,  etnik,  dini  və  s.

müx təlifliklərin  tənzimlən mə sin -

 də  düz gün siyasət model lərindən

bi ri nin  də  multikulturalizm

olduğunu nə zərə çatdırıb.

Sonra  Fəlsəfə  və  sosial  iş

kafedrası nın müdiri, dosent Nov -

ruzəli Rə hi mov I kurs sosial iş ix-

tisasında  təhsil  alan  tələbələrə

“Multikultu ra lizm və xarici siyasət”

mövzusunda açıq dərs keçib. Açıq

dərsdə vurğu la nıb ki, multikul tu -

ralizm dövlətlərin da xili siyasətində

mü hüm amilə çev rildiyi kimi, xarici

siyasətin for ma  laşmasına da güclü

təsir  göstərir.  Dün yanın  böyük

dövlətlərinin xarici siyasətlərində

multikultural  element lər  özünü

qabarıq şəkildə göstərir.

Açıq dərslə bağlı fikirlərini

bölüşən  Ba kı  Beynəlxalq  Multi-

kulturalizm Mər kəzinin əməkdaşı

Vidadi  Rzayev  ümummilli  lider

Heydər Əliyevin multikulturalizm

siyasəti nin ölkəmizin demokratik

inkişa fı nın tərkib hissəsi olduğunu,

Azər bay canın  bu  gün  dünyada

məhz  multikulturalizm  mərkəzi

kimi  ta nın  dığını,  bu  sahədə

təcrübənin  öy rə nilməsinə  böyük

maraq göstəril di yini bildirib. Natiq

qeyd  edib  ki,  Prezident  İlham

Əliyevin  məqsəd yön lü  siyasəti

nəticəsində  Azər bay can  indi  öz

multikulturalizm modelini dünyaya

təqdim  edir.  Ölkəmizdə  milli

azlıqların ədəbiy yat, mədəniyyət,

dil və tarixləri nin qorunub saxla-

nılmasına, öyrənil mə  sinə, inkişaf

etdirilməsinə, təbliğinə geniş şərait

yaradıldığını diqqətə çatdırıb. Vi-

dadi Rzayev, Azərbaycan Respub-

likası Prezidenti İlham Əliyevin 15

may 2014-cü il tarixli Fərmanı ilə

Bakı Beynəlxalq Multikulturalizm

Mərkəzinin  yaradıldığını  və

dünyada yeganə Multikulturalizm

Multikulturalizm və xarici siyasət

Mərkəzi olduğunu bildirib. Natiq,

əməkdaşı olduğu Bakı Beynəlxalq

Multikulturalizm Mərkəzi haqqında

geniş məlumat verib, eyni zaman-

da  universitetdə  olmağının  məq -

sədlərini də açıqlayıb. Vurğulanıb

ki, ildə iki dəfə ke çirilən monitorinq

sözügedən  fənləri  daha  da  tək -

milləşdirmək, əgər vardırsa, möv-

cud  nöqsanları  aradan  qal dır maq

məqsədilə aparılır.

Diskussiya şəklində keçirilən

monitorinqdə tələbələri və müəl lim -

ləri maraqlandıran suallara aydınlıq

gətirilib və bir sıra təkliflər irəli sü-

rülüb.

Qeyd edək ki, bu cür moni -



torinqlərin keçirilməsi tələbə lərin bu

fənnə olan marağını daha da artırır,

multikultural  dəyərlərin  düzgün

təbliği üçün geniş imkanlar yaradır.

Mina Qasımova



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə