HeydəR ƏLİyev koreya ilə əlaqələrdə yeni mərhələ Naxçıvan Dövlət Universiteti



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix04.07.2018
ölçüsü1,81 Mb.
#53363
1   2   3   4

3  / GÜNDƏM                       

YENİ FİKİR

DEKABR 2015

N

axçıvan MR Gənclər və İdman



Nazirliyinin, Naxçıvan Dövlət

Universiteti və “Naxçıvan” Univer -

si tetinin birgə təşkilatçılığı ilə “Maliy -

yə resurslarının idarə edil mə si bacarığı

və onun təkmil ləş diril mə si” layihəsi

çərçivəsində 3 mərhələdə keçiriləcək

treninq öz işinə başlayıb. “Ailə büd -

cə si”, “Şəxsi karyera” və “Şəx si biz-

nes” mövzularının dinlə ni ləcəyi tre -

ninq, növbəti günlərdə “Naxçıvan”

Universitetində  və  gənc lə rin  “Qış

məktəbi” zamanı Ağbulaq İstirahət

Mərkəzində davam etdiriləcək.

Sözügedən  layihənin  əsas

məqsədi, müasir dövrümüzün ən ak-

tual  problemlərindən  hesab  olunan

maliyyə  bacarığının  təkmilləşdiril -

məsi, fərdi biznesdə uğur qazanma-

nın yolları, kariyeranın düzgün qu rul -

m ası və  gələcəyə sağlam addımlar-

la  atılmaq  istəyən  gənclərimizin

maliyyə  bacarıqlarına  yiyələnməsi

həmçinin  sərbəst  vəsaitlərin  gəlirli

sahələrə  investisiya  edilməsi  kimi

vərdiş və bacarıqların formalaşdırıl-

masından ibarətdir.

Naxçıvan Dövlət Universitetin -

də baş tutan “Ailə büdcəsi” mövzusu -

na həsr olunmuş ilk treninqdə, cəmiy -

yə tin iqtisadi maarifləndiril məsi istiqa -

mə tin də də fəal işlər aparan Mərkəzi

Bankın Naxçıvan Muxtar Respub li -

kası İdarəsinin əməkdaşı Elçin Əliyev

son zamanlar cəmiyyətdə ən aktual

məsələlərdən  birinə  çevrilmiş  ailə

büd cəsi mövzusunda tələbələrə ətraflı

mə lumat verib. Elçin Əliyev bu mə -

sə lənin real həyatımızdakı əhəmiyyəti

haqqında  danışıb,  potensial  gəlir

mənbələrinin  müəyyənləşdirilməsi,

xərclərə qənaət edilməsi baxımından

müxtəlif aspektli yanaşmaları tələ bə -

lər lə birgə müzakirə edib. Vurğulanıb

ki, ailə büdcəsinin təşkili bütün dövr -

lərin və cəmiyyətin aktual problemi

hesab edilir.  Maddi problemlərin qar -

şı  sını  almaq  üçün  ailə  büdcəsinin

plan laşdırılması  şərtdir.  Müəyyən

müd dət ərzində ailənin gəlirlərinin və

xərc lərinin məcmusu olan ailə büdcəsi

gəlir və xərclərin fərqindən ası lı ola-

raq, aktiv və ya müsbət büd cə, passiv

və  ya  kəsirli  mənfi  büdcə  kimi

qiymətləndirilir.  Bankın  əmək da şı

qeyd edib ki, ailə büdcəsi gün dəlik,

həftəlik, aylıq və illik büdcə şək lin də

formalaşdırılır və istifadə olunur.

İlk treninqin sonunda tələbə lə -

rin bu istimaqətdə biliklərinin yox-

lanılması üçün 10 sualdan ibarət sor-

ğu anketi paylanılıb.

Qeyd  edək  ki,  ilk  treninqdə

Nax çıvan Dövlət Universitetinin və

“Naxçıvan” Universitetinin tələbələri

iştirak ediblər.

Mina Qasımova



Maliyyə resurslarının idarə edilməsi bacarığı və 

onun təkmilləşdirilməsi layihəsi çərçivəsində

treninq öz işinə başlayıb

O, Naxçıvan Dövlət Universite-

tinin  ilk  müəllim lərin dən  biri  ol-

muşdur...

1969-cu  il  sentyabrın  1-də

Azərbaycan Dövlət Pedaqoji İnsti-

tutunun Naxçıvanda filialının fəaliy -

yətə  başlaması  ziyalıların  yadda -

qalan  gününə  çevrildi.  Bəli,  SSRİ

məkanında  hər  sahədə  ögey-doğ-

malıq hökm sürürdü. Ölkədəki iyir-

mi muxtar respublika arasında yal-

nız Naxçıvan MSSR-də ali məktəb

yox idi. 1939-cu il sentyabrın 15-dən

iki fakültə (Dil-ədəbiyyat və fizika-

riyaziyyat)  ilə  fəaliyyətə  baş la yan

Cəlil Məmmədquluzadə adına Nax -

çıvan  Dövlət  Müəllimlər  İnstitutu

(təhsil  2  il  olduğundan  çox  vaxt

iki illik  institutut  kimi  xatır lanır)

1954-cü ildə bağlanır. Bu vəziyyətlə

barışmayan yerli ziyalılar Moskvaya

şikayət  məktubları  ünvanlamağa

başlayırlar. 

APİ-nin Naxçıvan filialı-bu gün-

kü Naxçıvan Dövlət Universiteti beş

il indiki AMEA Naxçıvan Böl  məsinin

Bioresurslar İnstitutu yer ləşən binada

fəaliyyət göstər miş dir. 

1969-cu ilin iyulunda Azər bay -

canda rəhbərliyə başlayan ulu öndər

Heydər Əliyev filialın müstəqil pe-

daqoji instituta çevrilməsinə və in-

diki 108 hektarlıq əraziyə köçürül -

məsini həyata keçirdi.

Bu sətirlərin müəllifi də filialın ilk

109 nəfər tələbəsi arasında olmuşdur.

Direktor tarix elmləri na mi zə di Əli

Əliyev,  onun  müavini  filolo gi ya

elmləri  namizədi  Yavuz  Axun dov

tədricən işləri qaydasına qoyur, orta

məktəblərdən  elmi  adı  olan  və

qabaqcıl  müəllimlərin  dəvət  olun-

ması hesabına yerli kadrlardan isti -

fa də etməyə çalışırdı. Doğulduqları

diyarda bu yeniliyə sevinən Bakıdakı

həmyerlilərimiz də ilk dövlərdə dərs

deməyə dəvət olunurdular. Onlardan

bir nəfər Moskvada çalışan filologiya

elmləri doktoru, professor, əməkdar

elm xadimi Əziz Şərif (1895-1988)

xüsusi bir sevinclə doğulduğu diya-

ra, burada ali məktəbin bünövrəsinin

qoyulması münasibətilə gəlmişdi. 

Onun xoş siması, mehriban ca sı na

söhbəti  yaddan  çıxmır.  Ə.Şərif

ədəbiyyatımız  və  onun  təbliği  haq-

qında  M.T.Sidqinin  məktəbi  və

H.Cavidlə  bağlı  xatirələr  söylədi.

Onun ustad dərsinin davamı olaraq

akademik Məmməd Cəfər, profes sor -

lar Məmmədhüseyn Təhmasib, Abbas

Zamanov və başqaları tələbələri daha

yaxşı  oxumağa  həvəsləndirir di lər.

İndiyədək bu təhsil ocağının məzunları

arasından  bir  nəfər  akademik,  iki

nəfər  AMEA-nın  müxbir  üzvü,  üç

nəfər elmlər doktoru və səkkiz nəfər

elmlər namizədi yetişmişdir.

Sovet hakimiyyətinin yaranışın -

dan  yarım  əsr  sonra  Naxçıvanda

müs təqil  pedaqoji  institutut  yara-

dıldı. 5 il filial, 20 ilə yaxın institu-

tut adlanan ali təhsil ocağı artıq 25

ildir ki, Naxçıvan Dövlət Univetsiteti

kimi fəaliyyət göstərir.

NDU-da  olmuş  çoxsaylı  elm,

ədəbiyyat və dövlət adamları arasın -

da bu il anadan olmasının 120 illik yu-

bileyini Naxçıvan MR Ali Məclisi nin

sədri Vasif Talıbovun sərəncamı ilə ge-

niş  qeyd  etdiyimiz  Əziz  Şərif

görüşlərinin əhəmiyyəti xüsusi qeyd

olunmalıdır. Böyük alimi universite-

timizin ilk müəllimlərindən biri kimi

xatırlayır və gənc nəslə təbliğ edirik.



Abbas Hacıyev

Filologiya üzrə fəlsəfə doktoru,

“Universitet  dünyası”  muzeyinin

müdiri,  Azərbaycan  Yazıçılar  və

Jurnalistlər Birliklərinin üzvü, qa-

baqcıl maarif xadimi

ƏZİZ ŞƏRİF – 120

N

axçıvan Dövlət Universitetində



ilin yekunlarına həsr olunmuş

müşavirə keçirilib. Müşavirəni uni-

versitetin rektoru, AMEA-nın müx-

bir  üzvü  Saleh  Məhərrəmov  giriş

sözü ilə açaraq 2015-ci il universitetin

elm, təhsil, tədris sahəsi ilə yanaşı

idman və mədəniyyət sahəsində də

əhəmiyyətli uğurlar qazandığını  vur-

ğulayıb.  Rektor,  tələbə  gənclərin

hərbi-vətənpərvərlik ruhunda, əqli və

fiziki cəhətdən düzgün tərbiyə olun-

maları,  onların  asudə  vaxtlarının

səmərəli təşkili, zərərli vərdişlərdən

yayınmaları, potensiallarının aşkar-

lanıb düzgün istiqamətləndiril məsi

baxımından  müxtəlif  intellektual

oyunlarda, idman yarış larında iştirak

etmələrinin  zəru riliyindən  danışıb.

Universitetin Fiziki tərbiyə və

idman oyunları kafedrasının dosenti,

Tələ bə İdman Klubunun sədri  Məm -

mə də li Rəhimov  çıxış edərək qeyd

edib ki, yola salmaqda olduğumuz

2015-ci il universitet üçün idman sa -

hə sindəki bir sıra əhəmiy yət li uğur-

larla yadda qalacaq. Belə ki, tələbə

boks çu Tayfur  Əliyev Azərbaycan

çempionu kimi 2015-ci ildə Bakıda

keçirilən  ilk  Avropa  Oyunlarında

mü  vəf fəqiyyətlə iştirak edərək bü-

rünc medala sahib olub. Universi te -

tin tələbələri Azərbaycan Respubli -

ka sı  ali  məktəb  tələbələri nin  XII

uni  ver siadasında uğurla çıxış ediblər.

Universiadada  sərbəst  güləş  üzrə

Ramid  Yaqubov  bütün  rəqiblərinə

qalib gəlib, Azər Əliyev isə III yerə

layiq görülüb. Şahmatçı tələbəmiz

Toğrul Həsənzadə 51 şahmatçı ara-

sında V olub. Universitetin qızlardan

ibarət badminton komandası III ye -

rə layiq görülüb. Toğrul Həsənzadə

ümummilli  lider  Heydər  Əliyevin

anadan olmasının 92-ci ildönümünə

həsr  olunmuş  “Naxçıvan  Open-

2015”  beynəlxalq şahmat yarışında

mü vəffəqiyyətlə  çıxış  edərək  I-III

yer ləri bölüşüb. Tələbələrimiz müx -

tə lif idman növləri üzrə müxtar res -

publika birinciliklərində də mü vəf -

fəqiyyətlə çıxış ediblər. Ekstre mal və

Hava idman növləri Federa si yasının

Gənclər və İdman Nazirliyi ilə birgə

keçirdiyi  8  km  məsafəyə  qa çışda

Samiq Səfərov I, Yuris Al lah verdiyev

II,  Ramid  Yaqubov  III  yeri  tutub.

Naxçıvan Muxtar Respublikası At-

letika Federasiyası ilə Gənclər və İd-

man Nazirliyinin ke çir diyi Peyntbol

üzrə muxtar respublika birinciliyində

iştirak  edən  universitetin  iki  ko-

mandasından biri I, digəri isə III yerə

layiq  görülüb.  Ümummilli  lider

Heydər Əliyevin anadan olmasının

92-ci ildönümünə həsr olunmuş ve-

losiped  üzrə  muxtar  respublika

birinciliyin də universitet komanda-

sı ümumi komanda hesabında I yerə

çıxıb, futbol yığma komandası isə III

yerlə ki fa yətlənməli olub. Universi-

tetdaxili yarışlar, Naxçıvan Dövlət

Universitetinin  XII  universiadası

mü tə şəkkil şəkildə keçirilib, qeyri-ix-

tisas fakültələrində fiziki tərbiyə işi-

nin  könüllülük  prinsipi  ilə  təşkili

istiqamətində əhəmiyyətli işlər gö-

rülüb. Universitetdə idmanın maddi-

texniki bazası gücləndirilib.

Tədbirdə 10-17 noyabr “Tə lə -

bə Gənclər Həftəsinə həsr olunmuş

Naxçıvan Muxtar Respublikası ali və

orta  ixtisas  məktəb  tələbələrinin

mux tar respublika birinciliyində qa -

lib gələn badmintonçu, şahmatçı və

bokşçu tələbələrə, habelə Naxçıvan

şəhər birinciliyində qələbə qazanan

voleybolçulara  kubok,  diplom  və

hədiyyələr təqdim olunub, I kurslar

arasında voleybol, şahmat və digər

idman növləri üzrə keçirilən univer -

si tetdaxili seçmə yarışlarda fərqlənən

idmançılar da mükafatlandırılıb. İd-

manın inkişafı və fiziki tərbiyə iş lə -

ri nin təşkilində fərqlənən Tibb fakül -

tə si və Pedaqoji fakültə də diploma

layiq görülüb. 

Tədbirdə Rabitə və Yüksək

Texnologiyalar  Nazirliyi,  Heydər

Əliyev  Fondu, Təhsil  Nazirliyi  və

AMEA-nın İnformasiya Texnologi -

ya ları İnstitutunun birgə təşkilat çı lığı

il ə keçirilmiş ali məktəb tələbələri

ara sında informatika üzrə X Ümum-

respublika  Olimpiadasında  finalda

təm sil olunan informatika komanda -

sı nın üzvləri də təltif olunub. Yeni

Azərbaycan Partiyası Naxçıvan Mux-

tar Respublika Təşkilatının Heydər

Əliyev adına Gənclər Birliyi, Naxçı -

van Muxtar Respublikası Ali Məclisi -

nin  Sədri  yanında  Gənclər  Fondu,

Gənclər və İdman Nazirliyinin 10-17

noyabr – Beynəlxalq Tələbə-Gənclər

Həftəsi ilə əlaqədar Naxçıvan Mux-

tar Respublikasında fəaliyyət gös tə -

rən ali və orta ixtisas təhsili müəs sisə -

lə rinin tələbələri arasında keçirdiyi

yarış və  müsabiqələrdə də universitet

liderlik edib. Bunlardan “Nuh yurdu”

intellektual  oyunun  qalibi  olan

“Əlincə” komandasının, həmin ya-

rışda ikinci yerə layiq görülən “Şah-

dağ” komandasının, muxtar respub -

li kada fəaliyyət göstərən ali və orta

ixtisas təhsili müəssisələrinin Şən və

Hazırcavablar  Klubları  arasında

müsabiqənin qalibi olan Naxçıvan

Dövlət Universitetinin “Karvan” ko-

mandasının üzvləri də kubok, diplom

və mükafatlarla təltif olunublar. 

Mehriban Sultan

Naxçıvan Dövlət Universiteti

tələbələrinin uğurları

N

axçıvan Dövlət Universitetində



İncəsənət fakültəsinin Xalq çalğı

alətləri ifaçılığı ixtisası üzrə II kurs

tələbəsi  Ələsgər  Cəlilzadənin  solo

kon serti olub. Konsertdən öncə Ələs -

gər Cəlilzadə haqqında ətraflı məlu -

mat verilərək bildirilib ki, o, ilk ibti-

dai musiqi təhsilini Naxçıvan şəhər

Məmməd Məmmədov adına 1 nöm -

rə li Uşaq Musiqi Məktəbinin qarmon

sinfində almış, bir çox konsert proq-

ramlarında  çıxış  etmiş,  2003-  ildə

ümum milli  lider  Heydər  Əliyevin

ana dan olmasının 80 illik yubileyinə

həsr olunmuş müsabiqənin iştirakçı-

sı olmuş, Naxçıvan Muxtar Respub-

likasının uşaq musiqi məktəblərinin

qarmon  ifaçıları  arasında  keçirilən

müsabiqələrdə 2004-cü ildə üçüncü,

2005-ci ildə isə birinci yerə layiq gö-

rülmüşdür. 2006-2010-cu illərdə Nax -

çıvan Musiqi Kollecində təhsil alan

Ələsgər Cəlilzadə kollecin xalq çalğı

alətləri orkestrinin, Naxçıvan Muxtar

Respublikasının əməkdar artisti Aqib

Seyidovun bədii rəhbəri olduğu “Hi-

caz” xalq çalğı alətləri an sam blının

tərkibində konsertlərdə fəal iştirak et-

mişdir. 2014-cü ildə Nax çı van Dövlət

Universitetinin İncəsənət fakültəsinin

Xalq çalğı alətləri ifaçılığı ixtisasına

daxil olan gənc müsiqi çi hazırda bu-

rada ali musiqi təhsili alır.

Sonra  söz  musiqiyə  verilib.

Ələsgər Cəlilzadənin ifasında Tofiq

Quliyev, Hacı Xanməmmədov, Ra-

miz Mirişli kimi tanınmış Azərbaycan

bəstəkarlarının əsərləri, “Bayatı Şiraz”

muğamı və digər musiqi nömrələri

səs lənib. Gənc musiqiçinin  XIX əs -

rin sonlarından etibarən Azərbaycan

xalqının məişətinə daxil olmuş və mil-

li musiqi mədəniyyətinin bir hissəsinə

çevrilmiş, xalq musiqi aləti kimi se -

vi lən  qarmonda  ifa  etdiyi  musiqi

nöm rələri alqışlarla, tamaşaçı sevgisi

ilə qarşılanıb. İfaçını Naxçıvan Mux-

tar Respublikasının əməkdar müəllimi

Nərminə Qədimova və digər sənət -

karlar müşaiyət edib.

Universitetin rektoru, AMEA-

nın müxbir üzvü Saleh Məhərrəmov

konsertin sonunda çıxış edərək Azər -

bay can mədəniyyətinin, incəsənətinin

inkişafına göstərilən dövlət qayğısın -

dan, Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri Vasif Talıbovun

Naxçıvan Musiqi Kollecinin 40 illik

yubileyi münasibətilə keçirilən təd bir -

dəki çıxışında orta və ali təhsilli mu-

siqiçi kadrların hazırlanması ilə bağ-

lı qarşıya qoyduğu vəzifələrdən da -

nışıb. Rektor qeyd edib ki, univer si -

tetdə  təşkil  olunan  mədəniyyət

tədbirlərinin, İncənət fakültəsinin ka-

fedralarının  hesabat  konsertlərinin

keçirilməsi gənc istedadların üzə çı-

xarılması, onlarda sənət vərdişlərinin,

səhnə mədəniyyətinin aşılanması ba-

xımından mühüm rol oynayır. Rektor

gənc ifaçı Ələsgər Cəlilzadəni təbrik

edə rək  ona  ali  təhsildə  və  sənətdə

uğur lar  arzu  edib.  Sonda  Ələsgər

Cə lil zadə  çıxış  edərək  konsertin

təşkilatçılarına,  Xalq  çalğı  alətləri

kafedrasının  müdiri,  sənətşünaslıq

üzrə  fəlsəfə  doktoru  Aynurə

Quliyevaya, sənət müəllimləri Nax-

çıvan  Muxtar  Respublikasının

əməkdar artisti Aqib Seyidov və Mo-

bil Hacıyevə minnət darlığını bildirib.

Mehriban Sultan

Gənc ifaçının solo konserti 



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə