HeydəR ƏLİyev koreya ilə əlaqələrdə yeni mərhələ Naxçıvan Dövlət Universiteti



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix04.07.2018
ölçüsü1,81 Mb.
#53363
1   2   3   4

Elmin  mahiyyəti  və  fəziləti

haqqında

Ərz  edim  ki,  Rəsulullah

(səllallahu əleyhi və alihi) demişdir:

“Hər bir müsəlman kişi və müsəlman

qadın elm öyrənməyə borcludur”.

Burada  nəzərdə  tutulan  elm

nəticəsi mənfəət əldə etməyə gətirib

çıxaran elmdir ki, bu haqda deyirlər.

“Ən yaxşı elm vəziyyətin öyrənilməsi,

ən yaxşı əməl isə [əldə edilmiş] nə -

ti cə nin  qorunmasıdır”.  Elm  insana

məx sus olduğundan onun nəticəsi heç

kəsdən gizli deyil, çünki elmdən baş -

qa,  şücaət,  qüvvət,  şəfqət  və  sair

kimi  bütün  keyfiyyətlərdə  insanla

bərabər, başqa canlılar da iştirak edir. 

Allah-Taala Adəmin mələklər

üzərində üstünlüyünü elmlə göstərdi

və əmr etdi ki, onlar Adəmə səcdə qıl -

sın lar. Əgər bu iş tələb olunan kimi

yerinə yetirilərsə, elm əbədi səadətə

çatmaq  üçün  vasitədir.  Mükəlləf

şəxsə tapşırılmış elm öyrənilməlidir,

əgər o öyrənməsə, məcbur edilməlidir.

Belə  demişlər  ki,  elm  həmişə  qida

qədər əhəmiyyətlidir-deməli, hər kəs

üçün vacibdir, bəzi hallarda isə insa-

nın  ehtiyac  duyduğu  dava-dərman

kimi  xeyirlidir.  Elmin  mahiyyətinə

gəlincə, bu, elmlə məşğul olana ay-

dın olan keyfiyyətdir. Tələbə əvvəl-

axır ona nəyin faydalı, nəyin zərərli

olduğunu  nəzərdən  qaçırmamalı,

faydalı şeylə məşğul olmalı, zərərli

şeydən  uzaq  qaçmalıdır  ki,  ağlı  və

elmi ona bir sübut olsun.



Niyyət haqqında

Elm öyrənənin elm öyrənməyə

mütləq niyyəti olmalıdır. Tələbə elm

öyrənməyi,  cahilliyi  özündən  və

başqa cahillərdən yox etməyi niyyət

etməlidir. Elm öyrənən [tələbə] çə tin -

lik lər içində olmalı, var qüvvəsi ilə ça-

lışmalıdır, fani dünyada öz ömrünü

fay dasız işlərə sərf etməməli, acgöz -

lük ucbatından özünü zəlil etməməli,

kin-küdurətdən kənar və təkəbbürdən

uzaq olmalıdır.



Elmin,  müəllimin,  tələbə

yoldaşının və səbatlığın seçilməsi

Elm öyrənən [tələbə] elmlərin

ən  yaxşısını  seçməlidir.  Müəllimə

gəl dikdə isə, tələbə onun ən savad lı -

sını və ən yaxşısını seçməlidir. Elm

öyrənilməsi,  yəni  hansı  elm  üzrə

təh sil almağa girişmək istəyi ətrafında

məs ləhətləşmək lazımdır. Tələbə təh -

sil almaq istədiyi şəhərə daxil olduqda

alimlərlə əlaqədar müxtəlif fikirlərə

düşməyə tələsməməlidir. Əgər Tələbə

iki ay səbir edərək, bu müddət ərzində

özünə müəllim seçərsə, o həmin mü -

əl limi tərk edəndə onun xeyir-duası-

nı almamış başqa bir müəllimin ya -

nı na getməz. Hər hansı bir müəllimi

və  öyrəndiyi  kitabı  yarımçıq  tərk

etməmək üçün səbirli və möhkəm ol-

maq  lazımdır.  Bir  fən nə  dərindən

yi yə lənməyincə başqa bir fənlə məş -

ğul olmaq olmaz. [tələbə] zərurət ol -

madan təhsil aldığı şəhərdən başqa bir

şəhərə getməməlidir, [çünki] bütün

bunlar [tələbəni] təhsillə bağlı işlərdən

ayırır, fikrini yayındırır və vaxt aparır.

Tələbə yoldaşı isə xeyirxah və

həqiqətpərəst xasiyyətli insanlardan

seçilməlidir. Tənbəldən, tüfeylidən,

çox  danışandan,  pozğun  və  söz

gəzdirəndən uzaq olmaq lazımdır.

Elmə  və  elm  əhlinə  səmimi

qəlb dən böyük ehtiram göstərmək la -

zım dır. Yazı yazan zaman yazının key -

fiy yətini yaxşılaşdırmaq, sıx və xır-

da yazmamaq, haşiyəyə ancaq zərurət

olduqda müraciət etmək lazımdır...

Elm istehza ilə yox, hörmət və

ehtiramla dinlənilməlidir. Elm sahəsi

tələbə  tərəfindən  deyil,  müəllim

tərəfindən  seçilir,  çünki  müəllim

tədris  prosesində  bu  sahədə  lazımi

təcrübə əldə etmiş olur. Müəllim hər

kəsə  nəyin  lazım  olduğunu  və  hər

kəsin təbiətinə nəyin münasib oldu-

ğunu daha yaxşı bilir.

Elm öyrənən tələbə dərs zama -

nı zərurət olmadan müəllimə yaxın

oturmamalıdır. Onunla müəllim ara-

sında bir kaman məsafəsi olmalıdır -

bu  məsafə  hörmət  əlamətidir.  Elm

öyrənən tələbə pis əxlaqi keyfiy yət -

lər dən uzaq olmalıdır.



Ciddilik,  səy  və  çalışqanlıq

haqqında

Elm öyrənən tələbə həm də cid-

di  çalışqan  və  dönməz  olmalıdır.

[Bunun la əlaqədar] deyilmişdir: “Bir

şey istəyən və onu cidd-cəhdlə axta-

ran axırda tapar, bir qapını döyən və

inadkarlıq göstərən içəri girə bilər”.

Həmçinin demişlər: “Nə qədər səy

gös tərsən,  arzuladığın  şeyə  bir  o

qədər çatarsan”. Deyirlər ki, təlim al -

maq da üç nəfərin-tələbənin, müəl li -

min və əgər sağdırsa, atanın səyinə eh-

tiyac vardır.

Elm  öyrənən  [tələbə]  dərsini

öyrənmək və onu təkrar etmək üçün

axşam, gecə və gündüz, mübarək vaxt

olan  dan  yeri  söküləndə  səy

göstərməlidir.

Elm  öyrənən  tələbə  elmdə

kifayət qədər çalışqanlıq göstərmə -

lidir. “Həqiqətən insan öz çalışqanlığı

sayəsində qoşa qanadları ilə uçan quş

kimi uçar”. Tələbə bəzi şeyləri öyrən -

mək üçün kitabların hamısını yadda

saxlamağa cəhd göstərməlidir. 

O,  elmlərin  fəzilətlərini  və

incəliklərini düşünməklə, səy göstərib,

cidd-cəhd və təhsillə özünü yorma-

lıdır.  [Dünyada]  elm  qalır,  ondan

baş qaları isə puç olub gedir. Elm əbədi

olaraq  canlıdır.  [Bununla  əlaqədar]

demişlər: “Alimlər ölsələr də, canlı-

dırlar”.

Aqil üçün elmin ləzzəti təhsilə

çağırışdan ibarətdir. Tənbəllik bəl ğə -

min və rütubətin çoxluğundan əmələ

gəlir.  Onların  azaldılmasının  yolu

ye mə yin azaldılması ilə bağlıdır. Ona

görə ki, yaddaşsızlıq bəlğəmin çox -

lu ğundan, bəlğəmin çoxluğu suyun

çox içilməsindən, suyun çox içilməsi

isə çox yeməkdəndir. Quru çorək də

rütubətin qarşısını alır. Eləcə də su

içməyə  ehtiyac  duymamaq  və

bəlğəmi artırmamaq məqsədi ilə bir

qədər  kişmiş  yemək  lazımdır.  Dişi

təmizləmək bəlğəmi azaldır, yaddaşı

və nitqin gözəlliyini yaxşılaşdırır.

Az  yeməyin  xeyri  haqqında

düşünsək, bu sağlamlıq, təmizlik və

s. deməkdir. Çox yeməyin zərərləri

haqqında düşünsək, bu xəstəliklər və

insanın təbii vəziyyətindəki yorğunluq

deməkdir.  [Bununla  əlaqədar  belə]

demişlər:  “Qarınqululuq  dərrakəni

öldürür”. Yağlı yeməklərdən deyil, ən

yüngül və ləzzətli yeməklərdən is ti -

fa də etmək lazımdır. Yeməyə və yat -

mağa aludə olmaq zərərlidir.

Dərsin başlanması, həcmi və

tərtibi haqqında

Dərsə [həftənin] cümə axşamı

günü başlamaq lazımdır. Başlanğıcda

dərsin həcminə gəlincə, [tələbə üçün]

dərsin həcmi elə olmalıdır ki, [tələbə]

onu rahatca və tədricən iki dəfə tək -

rarlaya  bilsin.  Başlanğıcda  dərs

uzandıqda və onu on dəfə təkrar la ma -

ğa  ehtiyac  olduqda,  sonda  da  elə

olur, çünki [tələbə] buna adət edir və

böyük cidd-cəhdlə həmin təkrarı da-

vam etdirir. [Bu ba -

rə də] demişlər: “Dərs

bir  sözdür  təkrar-

min”. Elə bir şeydən

başlamaq  lazımdır

ki, o, [tələbənin] dü -

şün cəsinə  daha  ya-

xın olsun. Müəllim -

lər  [tələbələr  üçün]

daha yaxşı başa dü -

şülən və yadda qalan

kiçik həcmli mətnlər

seçirlər. Tələbə başa

düşmədiyi  şeyi  yazmamalıdır.  Bu

hal onu yorur, zehnini pozur və vax-

tını alır. [tələbə] müəllimindən düşün -

mək,  fikirləşmək  və  çoxlu  təkrar

etməklə  öyrənmək  üçün  cidd-cəhd

göstərməlidir.  Əgər  [tələbə]  dərsi

azal dıb, çoxlu təkrar etsə və düşünsə,

dərk edər və başa düşər. Həmçinin [bu

barədə] demişlər: “İki vərəqlik mətni

eşitməkdənsə, iki sözü yadda saxla-

maq yaxşıdır”. Əgər [tələbə] dərsin

başa düşülməsində diqqətsizliyə yol

verərsə və bir-iki dəfə onu başa düş -

mə yə cidd-cəhd göstərməzsə, dərsin

öyrənilməsində  buna  adət  edəcək,

sadə sözü də başa düşməyəcəkdir.

Elm öyrənən tələbə üçün qar-

şılıqlı sual-cavab və müzakirə mütləq

lazımdır. O, insaflı, diqqətli və dü şün -

cəli olmalı, səs-küydən və əsəbilikdən

çəkinməlidir. Mübahisə və müzakirə

həqiqəti  üzə  çıxaran  qarşılıqlı

məsləhətləşmədir.  Qarşılıqlı  sual-

cavab mücərrəd təkrardan daha fay-

dalıdır,  çünki  bu  zaman,  təkrarla

yanaşı, əlavə biliklər də verilir. Bir sa-

atlıq sual-cavab bir aylıq təkrardan

yaxşıdır. 

Lakin sağlam təbiətli, ədalətli

şəxs  pis  təbiətli  insanla  müzakirə

aparmaqdan  çəkinməlidir,  [çünki]

onun təbiəti gizli, əxlaqı təcavüzkar

olacaq və qonşuluğu özünün təsir al-

tına salacaqdır. Elm öyrənən hər za-

man elmin incəliklərini düşünməli və

buna adət etməlidlir. Həqiqətən elmin

incəlikləri  düşünməklə  dərk  edilir.

Sözü deməzdən əvvəl düşünmək la-

zımdır ki, deyilən söz düzgün olsun.

Həqiqətən söz ox kimidir.

Bədəni  və  ağlı  sağlam  olan

kəsin  elmi  öyrənməməsinə  heç  bir

üzrlü  səbəb  yoxdur.  Elm  öyrənən

çox çalışqan olmalı, insanların mal-

dövlətinə tamah salmamalıdır. Əvvəl -

ki zamanlarda əvvəlcə sənət, sonra isə

elm öyrənirdilər ki, insanların mal-

dövlətinə tamah etməsinlər. Hikmətli

sözlərdə  deyildiyi  kimi,  baş qasının

ma lı ilə varlanan kəs yoxsul olar. Alim

tamahkar olduqda, onun üçün elmi

məşğuliyyət qalma yacaq və o, haqq

sözü deməyəcəkdir. [tələbə] dünənki

günün dərsini beş dəfə, srağagünün

dərsini dörd dəfə, ondan əvvəlki gü -

nün dərsini üç dəfə, ondan əvvəlkini

iki dəfə və nəhayət, ondan əvvəlki gü -

nün dərsini bir dəfə təkrarlamalıdır.

Bu  yadda  saxlamağın  və  təkrarın

mak simum  və  minimum  həddidir.

Tələbə elm öyrənməkdə təhsilini əv -

vəldən-axıra kimi davam etdirməlidir.



Təhsilin müddəti haqqında

Deyirlər,  oxuyub-öyrənmə

dövrü beşikdən qəbrə qədərdir. Bir

elmdən  bezdikdə,  başqa  bir  elmlə

məşğul olmaq lazımdır. 

Şəfqət və nəsihət haqqında

Elm sahibi şəfqətli və nəsihət

verən  olmalıdır.  [Başqasına]  həsəd

aparmaq zərər verir, o nəinki xeyir

gətirmir, hətta onu kamil təhsil almaq

niyyətindən yayındırır. Müəllim səy

göstərməlidir ki, tələbəsi onun döv -

rün də alim olsun. Dünya alim lərindən

üstün olmaq üçün o öz tələbələrinə

şəfqət göstərməlidir. Elm öyrənən heç

bir kəslə çəkişməməli və ədavət apar-

mamalıdır, çünki bu hal vaxt aparır.

Xeyirxah adam öz yaxşı əməlləri ilə

mükafatlandırılacaq,  pis  adama  isə

onun  bəd  əməlləri  özünə  kifayət

edəcəkdir. 



Fayda götürmək haqqında

Elm öyrənən tələbə fayda əldə

etmək üçün hər bir vaxtdan istifadə

etməlidir. Fayda əldə etməyin yolu

belə dir  ki,  eşitdiyi  faydalı  şeyləri

yaz maq üçün [tələbənin] mürəkkəb

qabı hər zaman onun yanında olma-

lıdır.  [Bununla  əlaqədar  belə]  de -

miş lər: “Nə yadda saxlasan-qaçacaq,

nə yazsan-qalacaqdır”. Bir şəxs öz oğ-

luna tövsiyə etdi ki, elmdən hər gün

bir şey yadda saxlasın, bu getdikcə

genişlənəcək və tezliklə çoxalacaqdır.

Elm çoxdur, ömür isə qısadır. Tələbə

vaxtını və saatlarını itirməməli, ge cə -

lər dən və tənha qaldığı vaxtlardan fay -

da götürməlidir. Elm öyrənən tələbə

müəllim [təcrübəsindən] istifadə et -

mə li  və  onlardan  faydalanmalıdır.

Elm öyrənməkdə qılığa girmək olar.

Tələbə fayda götürmək üçün müəl li -

mi nin,  tələbə  yoldaşlarının  və  baş-

qalarının qılığına girməlidir. [Bununla

əlaqədar  belə]  demişlər:  “  Elm

əzəmətdir, onda alçalma yoxdur. Elm

dikbaşlıqla yox, itaətlə dərk edilər”.



Yaddaşı  və  yaddaşsızlığı

yaradan amillər haqqında

Yaddaşı  gücləndirən  ən

qüvvətli amillər cidd-cəhd göstərmək,

çalışqanlıq, az yemək, itaətkarlıqdır.

Peyğəmbərə  (səllallahu  əleyhi  və

alihi) görə, yaddaşın möhkəmlən di -

ril məsində  ən  yaxşı  amil  Qur'anın

qira ətidir. Dişlərin təmizlənməsi, bal

içmək,  şəkərlə  buxur  və  iyirmi  bir

ədəd qara kişmiş dənəsi yemək yad -

da şı möhkəmləndirir, çoxlu xəstəlik -

ləri və ağrıları sağaldır. Bəlğəm və

rütubəti  azaldan  hər  şey  yaddaşı

möhkəmləndirir,  bəlğəmi  çoxaldan

hər şey isə unutqanlıq (yaddaşsızlıq)

yaradır.


Elm öyrənmək hüzn və qayğı-

ları aradan qaldırır.



Redaktor:

Şəhla Şirəliyeva

shshahla36@gmail.com

Qeydiyyat №330

Sifariş № 

Tiraj 300

Ünvan: AZ 7012, 

Naxçıvan şəhəri, 

Universitet şəhərciyi

Telefonlar:

544-08-61 (13-60)

yenifikir.ndu@gmail.com

Dizayner: 

Samir Tarverdiyev

“Əcəmi” Nəşriyyat-Poliqrafiya

Birliyində ofset üsulu ilə çap

olunmuşdur.

4/ SƏRBƏST                             

YENİ FİKİR

DEKABR 2015

"Adabül-mütəəllimin"- Tələbəlik mədəniyyəti

(ixtisarla)

Ötən saydakı məntiqi sualların cavabları:

1) Torbada qalan axırıncı top qara rəngdə olacaq.

2) 1-ci kəndirin yarısının yarısına qədər yandırıb 2-cinin 4 də 3-

ünü yandırıb birləşdirsək 45 dəqiqəni tapmış olarıq. 

3) Almaları ən azı 12 dəfə kəsmək lazım gələcək.

4) 1b, 2ç,  3e, 4d, 5a, 6c.



Qədim  zamanlarda  Yaxın  və  Orta  Şərq

ölkələrində, eləcə də Azərbaycanda “ədəb” mədəniyyəti

adı altında ata-babalardan irsən övladlara verilmiş adət-

ənənələr,  əxlaq  normaları  və  davranış  qaydaları

nəzərdə tutulurdu.

Ədəb  ədəbiyyatının  əsas  məqsədi  insanların

təlim-tərbiyəsinə, onların geniş dünyagörüşünə malik

ziyalılar kimi yetişməsinə yönəldilmişdi.

Ədəb ədəbiyyatı sahəsində qələmini sınamış və bu

sahədə mükəmməl abidələr yaratmış alimlərimizdən biri

də  XIII  əsr  Azərbaycan  və  dünya  mədəniyyətinin

görkəmli dühalarından olan Nəsirəddin Məhəmməd Tu-

sidir (1201-1274). Onun "Əxlaqi-Nasiri" və "Adabül-

mütəəllimin"  əsərləri  ədəb  ədəbiyyatının  ən  dəyərli

nümunələrindəndir.

Müəllif  "Adabül-mütəəllimin"  əsərində

tələbələrin elmi biliklərə yiyələnməsinin düzgün metod

və yollarını göstərməklə bərabər, onlara yüksək insani

keyfiyyəllərin  aşılanmasına,  xalqın  tərəqqisində  və

inkişafında elmin rolunu tam aydınlığı ilə şərh etməyə

çalışmışdır.

Məntiqi suallar

1)  Diametri  2  sm  olan  çevrənin  daxilinə,  ən  çoxu  iki  ədəd

diametri  1  sm  olan  qəpik  yerləşir.  Diametri  3sm  olan  çevrənin

daxilinə isə ən çoxu yeddi ədəd diametri 1 sm olan qəpik yerləşir.

Bəs diametri 4 sm olan çevrənin daxilinə ən çoxu neçə ədəd diametri

1sm olan qəpik yerləşdirmək olar?

2) Bir tələbə iki dənə kompyuter alır, amma sonra onları satmaq

qərarına gəlir. Kompyuterlərin hər birini 600 manata satır, və birində

20%  gəlir digərində isə 20%  itki etmiş olur. Hər iki satışdan sonra

tələbə hansı miqdarda pul qazanır(itirir)?

3) İşə yeni təyin olunmuş bağbana belə bir tapşırıq verilir: 9 ağacı

elə  ək  ki,  bu  ağaclar  hərəsində  3  ağac  olmaqla  10  düz  sıra  əmələ

gətirsinlər. Bağban bunu necə edə bilər?

4) Bir ata öz oğluna 150 manat hədiyyə verdi,  digər bir ata isə öz

oğluna  100  manat  hədiyyə  verdi. Ancaq  məlum  oldu  ki,  iki  oğlun

pullarının cəmi yalnız 150 manat artıb.Bunu necə izah etmək olar?



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə