HeydəR ƏLİyev ndu-nun rektoru, amea-nın müxbir



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix01.07.2018
ölçüsü2,5 Mb.
#52811
  1   2   3   4   5   6


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR

NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ                        22 oktyabr 2015-ci il.№4(13) 

HEYDƏR ƏLİYEV

NDU-nun rektoru,

AMEA-nın müxbir

üzvü, Saleh

Məhərrəmovun 50 illik

yubileyi qeyd olunub

Gürcüstanda keçirilən

beynəlxalq simpozium-

da Naxçıvan Dövlət

Universiteti də uğurla

təmsil olunub

Naxçıvan Dövlət

Universitetində seçmə

yarışlara start verilib

Müstəqilliyi

əbədiləşdirən lider

səhifə-2-də

səhifə-3-də

səhifə-3-də

səhifə-4-də

Məmməd Araz: Bu da

belə bir ömürdü 

səhifə-5-də

N

axçıvan Dövlət Universitetində



Heydər Əliyev Universitetinin

“Ulu öndər Heydər Əliyev və milli-

mənəvi  dəyərlər”    mövzusunda

199-cu məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə açan

universitetin  rektoru,  AMEA-nın

müxbir üzvü Saleh Məhərrəmov ulu

öndərin  hakimiyyətə  qayıdışından

əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı

vəziyyətdən  və  dahi  rəhbərin

hakimiyyətə gəlişindən sonra üzərinə

götürdüyü  xilaskar  missiyasının

öhdəsindən  böyük  məharətlə

gəlməsindən söz açıb. Rektor bildi-

rib  ki,  dövlət  və  xalq  qarşısındakı

əvəzsiz xidmətləri ümummilli lider

Heydər Əliyevin şərəfli ömrünü ta-

riximizin  şanlı  səhifəsinə  çevirib,

ona əbədiyaşarlıq hüququ qazandırıb.

Görkəmli  dövlət  xadimi  Heydər

Əliyev 

milli 


dəyərlərimizin

öyrənilməsini, qorunub saxlanılma-

sını,  inkişaf  etdirilməsini  əsas

vəzifələrdən biri kimi irəli sürürdü.

Dahi  şəxsiyyət  deyirdi  ki,  milli

dəyərləri  qoruyub  saxlayan  xalq

həmişə müstəqillik yolu ilə getmək və

müstəqilliyini qorumaq əzmində ola-

caqdır. Saleh Məhərrəmov, dövlətimiz

tərəfindən  hər  zaman  milli-mənəvi

dəyərlərimizə yüksək qayğı və diqqət

göstərildiyini nəzərə çatdırıb.

Universitetin “Fənlərin tədrisi,

metodikası  və  texnologiya  müəl -

limliyi” kafedrasının müdiri, professor

Elbəyi Maqsudov “Ulu öndər Heydər

Əliyev  və  milli-mənəvi  dəyərlər”

adlı məruzəsinə dahi rəhbərin dəyərli

fikirləri ilə başlayıb: - “Hər xalqın öz

adət-ənənəsi var, öz milli-mənəvi və

dini  dəyərləri  var.  Biz  öz  milli-

mənəvi dəyərlərimizlə fəxr edirik. Bi-

zim xalqımız yüz illərlə, min illərlə

adət-ənənələrimizi,  milli-mənəvi

dəyərlərimizi yaradıblar və bunlar indi

bizim  mənəviyyatımızı  təşkil  edən

amillərdəndir”.  Natiq  məruzəsində

ümummilli  lider  Heydər  Əliyevin

milli dəyərlərimizi təkcə milli varlı-

ğımızın yox, həmçinin dövlət quru-

culuğu  prosesinin  mühüm  atributu

kimi  dəyərləndirdiyini  söyləyib.

Azərbaycanda 1969-cu il iyulun 14-

də siyasi hakimiyyətə gələn ümum-

milli lider Heydər Əliyev ilk gündən

hər  cür  ideoloji-siyasi  çətinliklərə

sinə  gərərək  Azərbaycan  xalqının

milli özünüdərki üçün bütün zəruri

tədbirləri  həyata  keçirməyə  səy

göstərmiş, cəmiyyəti bütün sahələr

üzrə  gələcək  mənəvi  yüksəlişlərə

ruhlandırmağa çalışmışdır. Bildirilib

ki,  dahi  rəhbər  xalqın  milli

heysiyyətini  gücləndirmək,  onu  öz

şanlı  keçmişinə,  soykökünə

qaytarmaq, habelə zəngin bədii irsini,

mədəniyyətini,  incəsənətini,  adət-

ənənələrini yaşatmaq, ana dilini in-

kişaf etdirmək üçün bir sıra mühüm

tədbirlər həyata keçirmişdir.  Profes-

sor  vurğulayıb  ki,  bütün  görülən

işlərlə  yanaşı,  müdrik  rəhbərimiz

Heydər  Əliyevin  böyük  qayğı  və

diqqəti  nəticəsində  2000-ci  ildə

“Kitabi–Dədə Qorqud”un 1300 illik

yubileyinin  UNESKO  xətti  ilə

beynəlxalq miqyasda təntənəli qeyd

edilməsi də Heydər Əliyevin milli-

mənəvi dəyərlərimizə olan hörmət və

ehtiramının növbəti parlaq təcəssümü

idi. Vurğulanıb ki, ulu öndər Heydər

Əliyevin müdrik dövlətçilik kursunun,

strateji inkişaf konsepsiyasının layiqli

davamçısı, Azərbaycan Respublika-

sının Prezidenti cənab İlham Əliyevin

milli-mənəvi dəyərlərimizə olan qay-

ğıkeş münasibəti bu gün eyni ənənəni

yaşadır. Bu baxımdan, ölkə Prezidenti

İlham  Əliyevin  xalqımızın  mədəni

sərvətlər xəzinəsində müstəsna yer

tutan və əsrlərdən bəri milli-mənəvi

varlığın  ayrılmaz  tərkib  hissəsinə

çevrilən  “Kitabi-Dədə  Qorqud”un

alman  dilində  ilk  tərcüməsi  və

nəşrinin 200 illiyinin qeyd edilməsi

haqqında” bu il fevral ayının 20-də

imzaladığı  Sərəncam  da  diqqəti

xüsusi cəlb edir. Natiq məruzəsinin

sonunda qeyd edib ki, ulu öndərin la-

yiqli davamçısı Cənab Prezidentimiz

İlham Əliyev milli dövlətçiliyimizin,

onun ərazi bütövlüyünün qorunması

ilə yanaşı, həm maddi sərvətlərimizin,

həm də milli mənəvi dəyərlərimizin

qorunmasına sədaqətlə xidmət edir.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin

əməkdaşı

Ulu öndər Heydər Əliyev və 

milli-mənəvi dəyərlər

N

axçıvan Dövlət Universitetində



Bakı  Dövlət  Universitetinin

Beynəlxalq  münasibətlər  kafedra-

sının  dosenti,  siyasi  elmlər  üzrə

fəlsəfə  doktoru  Rza  Talıbovun

“Asiya  ölkələri  beynəlxalq

münasibətlər  sistemində”  adlı

kitabının təqdimat mərasimi keçi-

rilib. Universitetin rektoru, AMEA-

nın müxbir üzvü Saleh Məhərrəmov

tədbiri  giriş  sözü  ilə  açaraq  yeni

nəşrin  Asiya  ölkələrinin  dünya

siyasətində  və  beynəlxalq  mü -

nasibətlər  sistemindəki  yeri,

mövqeyi  və  əhəmiyyətindən  bəhs

edən,  bunu  beynəlxalq  mü -

nasibətlərin üzvi tərkib hissəsi olan

Azərbaycan Respublikasının Asiya

ölkələri  ilə  çoxcəhətli  əlaqələri

kontekstində  təqdim  edən  faydalı

dərslik olduğunu vurğulayıb. Kitab

Naxçıvan  Dövlət  Universitetində

də tədris olunan müvafiq ixtisasın

müəllim və tələbələri, tədqiqatçılar,

siyasi xadimlər üçün sanballı elmi

mənbə, stolüstü kitab rolunu oyna-

yacaq. Kitabın böyük elmi maraq

doğurması,  rus  dilinə  tərcümə  və

nəşri bunu bir daha təsdiq edir. 

Universitetin  Beynəlxalq

münasibətlər  kafedrasının  müdiri,

fəlsəfə  üzrə  fəlsəfə  doktoru,  do-

sent Yusif Hüseynov dərsliyi ətraflı

təhlil  edərək  qeyd  edib  ki,  dünya

siyasətində  Asiya  ölkələrinin

çəkisinə  və  roluna  artan  maraq

çərçivəsində bu ölkələrin geostrtateji

və geosiyasi cəhətdən araşdırılma-

sı baxımından boşluq mövcuddur.

Dərslik  bu  boşluğu  aradan

qaldırmağa  xidmət  edən  sanballı

elmi-tədqiqat əsəridir. 6 fəsildən, 27

yarımfəsildən ibarət kitabda Asiya

ölkələrinin  dünya dövlətləri ilə si-

yasi-diplomatik münasibətləri, iq-

tisadiyyat, elm, təhsil, səhiyyə kimi

çoxçəhətli  əməkdaşlıqları  araşdı-

rılmış, bu dövlətlərin tarixi keşmi-

şi, bügünkü sosial-iqtisadi vəziyyəti,

siyasi strtategiyaları haqqında əhatəli

məlumat  verilmışdir.  Kitab  bü -

tövlükdə Xəzər hövzəsi ölkələri, o

cümlədən  Azərbaycan  ilə  əmək -

daşlığa xüsusi əhəmiyyət verən Çin

Xalq Respublikası, dünya siyasətinin

cazibə qüvvəsi hesab olunan Yapo-

niya, texnologiyalar ölkəsi Koreya

Respublikası, müstəqil dövlət kimi

geniş iqtisadi islahatlar aparmaqla

inkişafın  ən  yüksək  səviyyəsini

təşkil edən Sinqapur, Cənub-Şərqi

Asiyanın,  eləcə  də  Sakit  Okean

hövzəsinin  ən  böyük  müsəlman

dövlətlərindən olan Malaziya, son

dövrlərdə  xarici  siyasətində  Qərb

dövlətlərinə  meyl  edən  Vyetnam

Sosialist  Respublikası  haqqında

zəngin, dərin məzmunlu bilik verir.

Müəllif  gərgin  elmi  ax ta -

rışların,  tədqiqatların  nəticəsində

bu  mühüm  elmi  qənaətə  gəlir  ki,

Asiya  beynəlxalq  münasibətlərin

tənzimlənməsində  aparıcı  qüvvə,

dünya  siyasətinin  əsas  mərkəz -

lərindən biri, böyük iqtisadi fırtınalar

məkanı, elm, təhsil, texnologiyanın

tərəqqisi ilə fərqlənən bir qitədir. Bö-

yük siyasi uzaqgörənlik və analitik-

siyasi  təfəkkürün  məhsulu  olan

əsərdə  Asiya  ölkələrinin  gələcək

müqəddaratı barədə də maraqlı si-

yasi  proqnozlar  verilir.  Kitab

Azərbaycan Respublikasının Şərq və

Qərb arasında “qızıl körpü” rolu oy-

naması  elmi  qənaəti, Asiya  qitəsi

ölkələrinin beynəlxalq münasibətlər

sistemindəki özünəməxsus yerinin

müəyyənləş diril məsi  baxımından

siyasətşünaslıq  elminə  qiymətli

töhfə hesab oluna bilər. 

Təqdimat 

mərasimində

Beynəlxalq  münasibətlər  kafedra-

sının dosentləri, tarix üzrə fəlsəfə

doktorları Şamxal Məmmədov və

Emin Şıxəliyev çıxış edərək çoxsaylı

yerli  və  xarici  elmi,  elmi-kütləvi

mənbələrə əsaslanaraq yazılan yeni

dərsliyin elmi məziyyətlərindən da-

nışıblar.  Qeyd  olunub  ki,  kitabda

geosiyasi əhəmiyyətinə görə müa-

sir  dünya  siyasətinin  diqqət

mərkəzində dayanan Asiya qitəsinin

beynəlxalq  siyasi  arenadakı  çəki -

sindən, ayrı-ayrı Asiya ölkələrinin

müasir  inkişaf  modelindən  bəhs

olunur. Dərslikdə ümummilli lider

Heydər  Əliyevin  rəhbərliyi  ilə

müstəqil Azərbaycanın  yürütdüyü

diplomatik siyasət, Asiya ölkələri ilə

qarşılıqlı və çoxşaxəli əlaqələri, bu

əməkdaşlığın  Prezident  İlham

Əliyev  tərəfindən  uğurla  davam

etdirilməsi  ilə  bağlı  dəyərli

məlumatlar  da  öz  əksini  tapıb.

Çıxışçılar müəllifi bu əhəmiyyətli

elmi nəşr üçün təbrik edib, yeni-yeni

uğurlar arzu ediblər. 

Siyasi elmlər üzrə fəlsəfə dok-

toru,  dosent  Rza  Talıbov  tədbirin

təşkilatçılarına  minnətdarlıq  edib,

müasir  dünyada  baş  verən  siyasi

proseslərdə Asiyanın müstəsna ye-

rinin  olduğunu  diqqətə  çatdırıb.

Müəllif bildirib ki, belə bir dərsliyə

olan  zəruri  elmi  təlabatdan  sonra

gələcəkdə Asiya ölkələrinin hər bi-

rinin  ayrı-ayrılıqda  müasir  dünya

siyasətindəki  mövqeyi  haqqında

yeni elmi nəşrlər üzərində işləməyi

düşünür. 

Sonda  rektor,  AMEA-nın

müxbir  üzvü  Saleh  Məhərrəmov

ali  məktəb  kollektivi  adından

müəllifi təbrik edərək gələcək elmi-

pedaqoji fəaliyyətində ona uğurlar

arzulayıb.  Universitetin  müəllim

və  tələbələrinə  yeni    dərsliklər

hədiyyə edilib. 



Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin

müdiri

Siyasətşünaslıq elminə qiymətli töhfə


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə