HeydəR ƏLİyev ndu-nun rektoru, amea-nın müxbir



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix01.07.2018
ölçüsü2,5 Mb.
#52811
1   2   3   4   5   6

2  / GÜNDƏM                       

YENİ FİKİR

OKTYABR 2015

N

axçıvan Muxtar Respub likası



Ali Məclisi Sədrinin 2015-ci il

27 iyul tarixli “Ali və orta ixtisas

təhsili müəssisələrində ixtisasların

müvafiq  təşkilatlara  hamiliyə

verilməsi  haqqında”  Sərəncamına

uyğun olaraq, muxtar respublikada

fəaliyyət göstərən müxtəlif nazirlik

və  təşkilatların  nümayəndələri

Naxçıvan  Dövlət  Universitetinin

müvafiq ixtisaslarının tələbələri ilə

görüşlər keçirir.

Növbəti  görüş  Naxçıvan

Dövlət  Universitetinin  Təbiətşü -

nas lıq və kənd təsərrüfatı fakültə -

sinin  yenicə  yaradılımış  Torpaq -

şünas lıq  və  aqrokimya,  habelə

Coğrafiya  müəllimliyi,  Biologiya

müəllimliyi  ixtisaslarının    I  kurs,

Ekologiya  ixtisasının  isə  III  kurs

tələbələri ilə keçirilib. Görüşdə uni-

versitetin elmi işlər üzrə prorektoru,

fizika üzrə fəlsədə doktoru, dosent

Mübariz Nuriyev sərəncamın mux-

tar respublikada kadr potensialının

formalaşması,  yüksək  intellektli

mütəxəssislərin müəyyənləş dirilməsi

və  gələcəkdə  iş  yerləri  ilə  təmin

olunması  baxımından  əhəmiy -

yətindən danışıb.

Naxçıvan  Muxtar  Respubli-

kasının Daşınmaz Əmlak və Torpaq

Məsələləri üzrə Dövlət Komitəsinin

sədri Müslüm Cabbarzadə 2015-ci

il 27 iyul tarixli sərəncamın muxtar

respublikada  fəaliyyət  göstərən

təşkilatlarla ali təhsil müəssisələri

arasında  əməkdaşlığın  inkişafı,

tələbələrə  təcrübi  biliklərin

öyrədilməsi baxımından zəruriliyini

vurğulayıb.  Məlumat  verilib  ki,

komitənin bu məqsədlə hazırladığı

tədbirlər planında tələbələrə dərslik,

dərs vəsaitləri, elektron nəşrlər və

əyani vəsaitlərin hədiyyə olunması,

virtual  dərslərin  təşkili,  istehsalat

bazasında  təcrübələrin  təşkili

nəzərdə tutlur.

Sonra,  iqtisad  üzrə  fəlsəfə

doktoru, dosent  Müslüm Cabbar -

zadə  tələbələrə  “Ümummilli  lider

Heydər Əliyevin torpaq islahatı və

aqrar sektorun inkişafı” mövzusunda

mühazirə keçib. İnformasiya-kom-

munikasiya texnologiyaları vasitə -

silə,  slaydlar  şəklində  keçirilən

mühazirənin  sonunda  tələbələrin

sualları cavablandırlıb.

Sonda  tələbələrə  dərslik  və

monoqrafiyalar, xəritələr, elektron

nəşrlər hədiyyə edilib.



Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin

müdiri

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət

Komitəsi NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki 

müvafiq ixtisasları  hamiliyə götürüb

A

MEA  Naxçıvan  Bölməsində



Naxçıvan Dövlət Universiteti-

nin  rektoru,  AMEA-nın  müxbir

üzvü,  biologiya  elmləri  doktoru,

professor,  Əməkdar  elm  xadimi

Saleh  Məhərrəmovun  anadan  ol-

masının 50 illiyinə həsr olunmuş yu-

biley yığıncağı keçirilmişdir. 

Tədbiri bölmənin sədri, aka-

demik İsmayıl Hacıyev açaraq Saleh

Məhərrəmovun  keçdiyi  ömür  yo-

lundan, onun Azərbaycan elminin,

təhsilinin  inkişafındakı  xidmət -

lərindən danışmışdır.

Tədbirdə  Naxçıvan  Dövlət

Universitetinin prorektoru, professor

Məmməd  Rzayev  “Əməkdar  elm

xadimi Saleh Məhərrəmovun ömür

yolu, elmi və pedaqoji fəaliyyəti”

mövzusunda məruzə etmişdir. 

Qeyd  edilmişdir  ki,  Saleh

Məhərrəmov 101 elmi məqalənin, 3

monoqrafiyanın, 2 dərs vəsaitinin,

2  proqram,  2  təklif  və  1  metodik

vəsaitin müəllifidir. Onun rəhbərliyi

altında 10 fəlsəfə doktoru disserta-

siya işi yerinə yetirir.

Yığıncaqda AMEA-nın vitse-

prezidenti, akademik İsa Həbibbəyli,

Naxçıvan Müəllimlər İnstitutunun

rektoru,  professor  Oruc  Həsənli,

“Naxçıvan” Universitetinin rektoru,

professor İsmayıl Əliyev, Naxçıvan

Dövlət  Universitetinin  Sosial

idarəetmə  və  hüquq  fakültəsinin

dekanı, dosent Qərib Allahverdiyev,

Naxçıvan  Dövlət  Universitetinin

Tibb  fakültəsinin  dekanı,  dosent

Bəhruz  Məmmədov  çıxış  edərək

Saleh 

Məhərrəmovun 



elmi

fəaliyyətini yüksək qiymətləndirmiş

və  ona  gələcək  işlərində  uğurlar

arzulamışlar. 

Sonda Saleh Məhərrəmov ona

göstərilən  diqqətə  və  elmi  fəaliy -

yətinə verilən yüksək qiymətə görə

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin  Sədri  cənab  Vasif

Talıbova  öz  dərin  minnətdarlığını

ifadə etmişdir.

Naxçıvan Dövlət Universitetinin rektoru, 

AMEA-nın müxbir üzvü, Saleh Məhərrəmovun 

50 illik yubileyi qeyd olunub

N

axçıvan Dövlət Universitetində



2015-2016-ci tədris ilinin birinci

semestrinə aid pedaqoji təcrübənin

başlanğıc  konfransı  keçirilib.  Uni-

versitet kollektivinin, təhsil nazir li -

yi nin  əməkdaşlarının,  təcrübəçi

tələbələrin iştirak etdiyi konfransı uni-

versitetin rektoru, AMEA-nın müx-

bir üzvü Saleh Məhərrəmov açaraq

vurğulayıb ki, pedaqoji təcrübənin

tələbələrin ali təhsil zamanı aldıqları

nəzəri bilikləri sınaqdan çıxarmala-

rı,  pedaqoji  mühitə  alışmaları,

müəllimlik sənətinin sirlərinə daha

dərindən yiyələnmələri, ümumtəhsil

məktəbləri ilə əməkdaşlığı möhkəm -

lətmək, yüksək intellektli müəllim,

mütəxəssisi hazırlanması baxımından

mühüm əhəmiyyət kəsb edir. Rektor,

pedaqoji təcrübə zamanı davamiyyət

və  nizam-intizamın,  məsuliyyətin

vacib  amil  olmasından  bəhs  edib,

dərslərin  informasiya-kommunika-

siya  texnologiyaları  vasitəsilə

keçirilməsi,  tərbiyəvi  tədbirlərin

təşkili ilə bağlı tövsiyələrini çatdırıb

Tədris şöbəsinin müdiri, tarix

üzrə fəlsəfə doktoru, dosent Rafiq

Rəhimov bildirib ki, cari semester

ərzində universitetin 6 fakültəsinin

pedaqoji profilli 16 ixtisası üzrə 365

nəfər  III - IV kurs tələbəsi muxtar

respublikanın 17 tam orta məktə bin -

də, o cümlədən Babək rayonunun

Şıxmahmud və Kərimbəyli kəndlə -

rin dəki tam orta məktəblərdə təcrü -

bə də olacaq. Rafiq Rəhimov sənəd -

ləş mə işləri – təcrübə jurnallarının,

məktəb  rəhbərlərinin  və  təcübə -

çilərin  iş  planlarının,  icmal  və

gündəliklərin,  hesabatların  hazır-

lanması,  qiymət ləndirmə  sistemi,

açıq  dərslərin,  kütləvi  tədbirlərin

təşkili  barədə  məlumat  verib,

təcrübəçi tələbələrin, metodistlərin,

məktəb  müdiriyyə tinin  üzərinə

düşən vəzifələrdən danışıb.

Konfransda  Fənlərin  tədrisi

və metodikası və texnologiya müəl -

limliyi  kafedrasının  baş  müəl limi

Rövşən  Bağırov  “Metodist lərin

təcrübə dövründə yerinə yetirə cə yi

işlər”, Pedaqogika və psixologiya ka-

fedrasının  əməkdaşı,  psixologiya

üzrə fəlsəfə doktoru Sevinc Orucova

“Təcrübə dövründə pedaqogika və

psixologiya  üzrə  görüləcək  işlər”

barədə məruzələr ediblər.

Naxçıvan  Muxtar  Respubli -

kası Təhsil Nazirliyinin aparat rəhbəri

Rəşad  Xudiyev  konfransa  yekun

vuraraq vurğulayıb ki, muxtar respub -

likada təhsilin inkişafına göstərilən

dövlət qayğısı öz bəhrəsini vermək -

dədir.  Bunu  son  onilliyin  statistik

göstəriciləri də təsdiq edir. Belə ki,

muxtar  respublikanın  ümumtəhsil

məktəblərinin  məzun ların dan  ali

məktəblərə yüksək balla qəbul olan-

ların sayı 2004-2005-ci illərdə   87

nəfər idisə, 2014-2015-ci illərdə bu

rəqəm  313-ə  çatıb.  Fərəhləndirici

haldır ki, onlardan 144 nəfəri ali təhsil

almaq üçün məhz Naxçıvan Dövlət

Universitetini seçib. Bu il tələbə adı

qazanıb  muxtar  respublikanın  ali

təhsil  ocaqlarında  təhsil  alacaq  8

nəfər  Azərbaycan  Respublikası

Preziden tinin fərdi təqaüdünə layiq

görülüb. Muxtar respublikanın tam

orta  məktəblərində  təcrübəçi

tələbələrin  pedaqoji  prosesi  əyani

şəkildə  öyrənmələri,  bilik  və  peşə

vərdişlərini  yaxşı  mənimsəmələri

üçün hər cür şərait yaradılıb.

Konfransda ötən tədris ilindəki

pedaqoji  təcrübələri  əks  etdirən

slaydlar nümayiş olunub. 

Pedaqoji təcrübənin başlanğıc

konfransı

N

axçıvan  Muxtar  Respublikası



Ali Məclisi Sədrinin 2015-ci il

iyulun  27-də  imzaladığı  “Ali  və

orta ixtisas təhsili müəssisələrində ix-

tisasların  müvafiq  təşkilatlara

hamiliyə  verilməsi  haqqında”

Sərəncamına uyğun olaraq Naxçıvan

Muxtar  Respublikası  Təhsil

Nazirliyinin  tədbirlər  planı  hazır-

lanmışdır.  Naxçıvan  Muxtar

Respublikası  Təhsil  naziri  Piri

Nağıyev və nazirliyin əməkdaşları

həmin  Sərəncamdan  irəli  gələn

vəzifələrin icrası ilə bağlı Naxçıvan

Dövlət Universitetinin pedaqoji pro-

filli  hamiliyə  götürülmüş  ixtisas -

larında təhsil alan tələbələrlə görüş

keçirib.

Tədbiri universitetin rektoru,

AMEA-nın  müxbir  üzvü  Saleh

Məhər rəmov açaraq, Azərbaycanda

təhsilin  inkişaf  strategiyasından,

ümummilli  lider  Heydər  Əliyevin

təhsil siyasətinin uğurlu davamından

danışıb. Qeyd olunub ki, Naxçıvan

Dövlət  Universiteti  tarixi  inkişaf

yolu  keçən,  çoxillik  ənənənlərə

söykənən,  yüksək  ixtisaslı  mütə -

xəsisslər yetişdirən, güclü maddi-tex-

niki bazaya malik olan, beynəlxalq

əlaqələrini günbəgün genişləndirən

ali  təhsil  ocağıdır.  Rektor,  27  iyul

2015-ci il tarixli Sərəncamın təhsil

tarixindəki mühüm əhəmiyyətindən

danışıb. 

Naxçıvan  Muxtar  Respubli -

kasının təhsil naziri Piri Nağıyev təd -

birdə çıxış edərək vurğulayıb ki, bu

gün muxtar respublikamızda təhsilə

diqqət və qayğı ən yüksək səviy yə -

dədir. Yeni məktəb binalarının tikilib

istifadəyə verilməsi, onların yüksək

maddi-texniki baza və ən müasir in-

formasiya  kommunikasiya  texno-

logiyaları ilə təchizatı bu qayğının

bariz nümunəsidir. Nazir, Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin  2015-ci  il  iyulun  27-də

imzaladığı “Ali və orta ixtisas təhsili

müəssisələrində ixtisasların müvafiq

təşkilatlara  hamiliyə  verilməsi

haqqında”  Sərəncamın  çox  böyük

tarixi  əhəmiyyəti  olduğunu  bildi-

rib.  Nazir,  Sərəncamın  ali  və  orta

ixtisas təhsili müəssisələri, nazirliklər,

komitələrlə  belə  əlaqəli  tədbirlər,

bilik və təcrübə mübadiləsi, mövcud

problemlərin  aradan  qaldırılması,

gələcək 


pedaqoji 

fəaliyyət

prinsiplərinin düzgün müəyyən ləş -

dirilməsi  baxımın dan,  həmçinin

tədrisin və təhsilin daha da yüksək

səviyyədə  qurulmasında  mühüm

əhəmiyyət kəsb etdiyini bildirib. 

Ali və orta ixtisas məktəblərinə

həm sənədvermə, həm də qəbulun

nəticələrinin  ilbəil  yaxşılaşdığını

vurğulayan təhsil naziri qeyd edib ki,

2014-cü  ildə  117  ümumtəhsil

məktəbinin  məzunları  qəbul  imta-

hanlarında  yüksək  nəticələr

göstərmişdisə,  2015-ci  ildə  belə

məktəblərin sayı 129-a çatıb. Piri Na-

ğıyev vurğulayıb ki, məzunlar ixti-

sas seçimi zamanı muxtar respub -

likada  fəaliyyət  göstərən  ali  təhsil

müəssisələrinə  daha  çox  üstünlük

veriblər.  2015-ci  ildə  1137  nəfər,

yaxud qəbul olanların 72 faizi Nax-

çıvan  Muxtar  Respublikasında

yerləşən  ali  təhsil  müəssisələrini

seçiblər. Nazir bir faktı da diqqətə

çatdırıb  ki,  bu  il  yüksək  balla  ali

məktəbə  qəbul  olaraq,  Prezident

təqaüdünə  layiq  görülən  8  nəfər

tələbənin 4-ü Naxçıvan Dövlət Uni-

versitetinin tələbəsidir. 

Tədbirdə, muxtar respublikada

müəllim  əməyinin  qiymətləndiril -

məsinin  daim  diqqət  mərkəzində

saxlanıldığını nəzərə çatdıran Piri Na-

ğıyev vurğulayıb ki, Naxçıvan Mux-

tar Respublikası Ali Məclisi Sədrinin

“Naxçıvan Muxtar Respublikasının

dövlət ümumi təhsil müəssisələrində

çalışan,  bilik  və  bacarıqlarının

qiymətləndirilməsi aparılan müəllim -

lərin dərs yükünün və əmək haqqı-

nın artırılması haqqında” 2015-ci il

22 iyun tarixli Sərəncamı müəllim

əməyinə,  ümumilikdə,  təhsilə

göstərilən  dövlət  qayğısının  bariz

nümunəsidir.

Sonda  Nazir  tələbə-gənclərə

vətənpərvər,  dövlətçiliyə  və  xalqa

sədaqətli gənc nəsil kimi yetişmə -

lərini arzulayaraq onlara, bu yolda

uğurlar diləyib.

Naxçıvan  Muxtar  Respub -

likası  Təhsil  Nazirinin  müavini

Məmməd Qəribov bildirib ki, Təhsil

Nazirliyinin əməkdaşları Sərəncam -

dan irəli gələn vəzifələrin icrası ilə

bağlı,  dəfələrlə  Naxçıvan  Dövlət

Universitetində  olaraq  tələbələrlə

görüşüb və onlarla söhbətlər aparıb,

yeni təlim metodu olan kurikuluma

aid  metodiki  vəsaitlər,  Naxçıvan

Muxtar Respublikası Təhsil Nazir-

liyinin tabeliyində olan ümumtəhsil

məktəbləri 

haqqında 

yazılı


məlumatlar tələbələrə paylanılıb. 

Qeyd  edək  ki,  bu  dəfə  də

tələbələrlə  görüş  zamanı  onlara,

ümumtəhsil məktəblərində məktəb -

daxili qiymətləndirmənin tətbiqi adlı

metodik vəsait paylanılıb.



Mina Qasımova

Təhsil naziri hamiliyə verilmiş 

ixtisaslarda təhsil alan tələbələrlə

görüşüb


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə