HeydəR ƏLİyev ndu-nun rektoru, amea-nın müxbir



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix01.07.2018
ölçüsü2,5 Mb.
#52811
1   2   3   4   5   6

4 / GÜNDƏM                                                                                  

YENİ FİKİR

OKTYABR 2015

N

axçıvan Dövlət Universitetin də



dünya təhsil sisteminə inteqra-

siya,  Boloniya  sisteminin  tam

tətbiqinə nail olunması üçün təcrübə

mübadiləsi,  beynəlxalq  əlaqələrin

inkişafı  istiqamətində  əhəmiyyətli

işlər görülməkdədir. Bu sahədə atı-

lan  mühüm  addımlardan  biri  də

müəlllim,  tələbə  mobilliyidir.

Universitet əməkdaşları beynəlxalq

layihələrdə, simpozium və konfrans -

larda,  təkmilləşdirmə  kurslarında

iştirak etməklə ali məktəbdə zəngin

təcrübə əldə edir, tədrisin və təlimin

dünya standartlarına uyğun, müasir

səviyyədə  qurulmasında fəal iştirak

edirlər. Universitetin İngilis dili və

tərcümə  kafedrasının  müəllimi,  fi-

lologiya  üzrə  fəlsəfə  doktoru

Süsənbər Ağamalıyeva bu günlərdə

Gürcüstanın paytaxtı Tiflis şəhərində

İvane Çavaxişvili adına Tiflis Dövlət

Universitetinin, Şota Rustaveli adı-

na Gürcüstan Ədəbiyyat İnstitutunun

və Gürcü Müqayisəli Ədəbiyyat As-

sosiasiyasının birgə təşkilatçılığı ilə

keçirilən  "Ədəbiyyatın  müasir

ənənələri" mövzusunda ənənəvi 9-cu

beynəlxalq simpoziumda iştirak edib.

Gürcü  ədəbiyyatının  klassiki,

görkəmli  Akaki  Tsereteliyə  həsr

olunmuş,  18  ölkədən  120  nüma -

yəndənin  iştirak  etdiyi  beynəlxlaq

simpoziumda Naxçıvan Dövlət Uni-

versitetini  uğurla  təmsil  edən

Süsənbər  Ağamalıyeva  “Müasir

Amerika  nəsrində  Heminquey

ənənələri”  adlı  elmi  məruzə  ilə

ingiliscə çıxış edib. Məruzəçi ümum-

milli lider Heydər Əliyev tərəfindən

əsası qoyulmuş Amerika-Azərbaycan

ədəbi-mədəni əlaqələrinə toxunaraq

vurğulayıb  ki,  bu  cür  beynəlxalq

simpoziumlarda ədəbiyyatın, mədə -

niy  yətin vəzifəsi bütün dünyaya sülh

və  sabitlik,  xalqlar  arasında

mehribanlıq  və  dostluq  aşılamağa

xidmət edir. O, həmçinin ulu öndər,

Heydər  Əliyevin  "Mən  istərdim

Azərbaycan gəncləri Şekspiri ingilis

dilində, Puşkini rus dilində, Nizamini

isə Azərbaycan  dilində  oxusunlar"

müdrik  kəlamını  xatırladaraq  dahi

şəxsiyyətin  müdrik  ideyalarının

ölkəmizdə həyata keçirilən düzgün

daxili və xarici siyasət nəticəsində re-

allığa çevrildiyini qeyd edib. 

“Bu gün dünyada baş qaldıran

bütün proseslərdə terror, ziddiyyətli

və çaxnaşmalı hadisələr içərisində biz

bütün dünyaya göstərə bilirik ki, 20

faiz  torpaqları  işğal  altında  olan

Azərbaycan Avropa mədəniyyətinə,

Amerika ədəbiyyatına və ali bəşəri

dəyərlərə böyük diqqət göstərir və bu

dəyərləri təbliğ edir", - deyə S.Ağa-

malıyeva bildirib. 

Məruzədə Azərbaycanın mul-

tikulturalizm ideyaları ilə zəngin bir

tolerant ölkə, xalq olması tədbir iş-

tirakçılarının  diqqətinə  çatdırlıb:

"Multikulturalizm xalqımızın həyat

tərzidir və biz bu həyat tərzi ilə ge-

dirik.  Biz  bununla  dünya  ədəbiy -

yatını,  mədəniyyətini  öyrənirik  və

eyni  zamanda  bu  gün  böyük

dəyərlərə sahib olan ölkəmizi dün-

yaya  tanıda  bilirik.  Qeyd  etmək

istəyirəm ki, bu gün Azərbaycanda

sabitlik,  yüksək  iqtisadi  inkişaf,

düzgün siyasət vardır. Dahi şəxsiyyət

Heydər Əliyevin siyasətinin uğurla

davamının nəticəsində biz gənclər bu

cür beynəlxalq simpoziumlarda fəal

iştirak  edir,  həm  özümüzü,  həm

ölkəmizi tanıdır, həm də dünyanı ta-

nıyırıq. Biz eyni zamanda buradan

bütün dünyaya bir mesaj göndəririk

ki,  ədəbiyyatın  vəzifəsi  tərbiyədir,

mədəniyyətdir, insani xüsusiyyətlər

formalaşdırmaqdır. Azərbaycan xalqı

ziddiyyətlərdən,  müharibələrdən,

çaxnaşmalardan  kənar  yaşayan

mədəni  bir  xalqdır  və  multi kultu -

ralizm  məkanıdır.  Azərbaycan

müxtəlif  xalqların  və  millətlərin

uzun  əsrlər  boyu  birgə  yaşayış

mərkəzi olub və biz dünya ilə məhz

bu  konteksdə  öz  əlaqələrimizi

genişləndirmək istə yi rik." 

“Ernest Heminquey və “Şərq”

mövzusunda  ciddi  elmi  axtarışlar

aparan filologiya üzrə fəlsəfə doktoru

Süsənbər Ağamalıyeva, məruzəsində

XX  əsr  Amerika  ədəbiyyatının

görkəmli  nümayəndəsi  Ernest  He-

minqueyin  yaradıcılığının  müasir

Amerika nəsrinin for malaşması və

inkişafına  təsir  məsələlərinə  toxu-

naraq, yazıçının ədəbi irsinin böyük

məktəb rolu oynadığını bildirib. O,

Heminqueyin  əsələrindən  sitat

gətirərək yazıçının islamafobiyaya,

ksenofobiyaya qarşı olduğunu, xalq-

lar  arasında  dini,  irqi  fərqin

qoyulmasını  və  diskrimi na si yanı

pislədiyini  bildirib.  O,  Ernest

Heminqueyin  “Əcəl  zəngi”  roma -

nında Azərbaycan adını çəkməsindən,

Azərbaycan  ədəbiy yatında  və

ədəbiyyatşünaslı ğında yazıçıya olan

münasibətdən bəhs edib, onu  Şərqlə

bağlayan məsələlərə toxunub. S.Ağa-

malıyeva qeyd edib ki, bütün yara-

dıcılığı boyu müharibə əleyhinə olan

Ernest  Heminqueyin  əsərləri

müharibə şəraitində olan Azərbay -

canda və onun ayrılmaz parçası - 25

ildir ki, ermənilər tərəfindən bloka-

daya  alınmış  Naxçıvanda  sevilə-

sevilə öyrənilir. Müharibənin yarat-

dığı ağrıları öz tarixində və taleyində

görən  bir  tədqiqatçı  kimi  S.Ağa -

malıyeva beləb bir elmi qənaətlə çı-

xış edib ki, Heminqueyin ədəbi və

publisistik  irsi  bütün  dövrlər  üçün

aktualdır.

Gənc  tədqiqatçı  alimin  elmi

məruzəsi öz aktuallığ ilə seçilib  və

maraqla  qarşılanıb.  Belə  ki,

simpoziuma təqdim edilmiş ən yaxşı

məruzələrdən  biri  hesab  olunaraq,

digər  8  azərbaycanlı  almin  elmi

məruzəsi ilə yanaşı nəşrə tövsiyə olu-

nan simpozium məqalələri sırasına

daxil edilib, eyni zamanda Təşkilat

Komitəsinin sertifikatına layiq gö-

rülüb.

Naxçıvan  Dövlət  Universi -



tetinin  müəllimi  Gürcüstanda

keçiriləcək  növbəti  elmi  konfrans-

larda iştirak etmək üçün dəvət alıb.

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Gürcüstanda  keçirilən  beynəlxalq  simpoziumda

Naxçıvan Dövlət Universiteti də uğurla təmsil olunub

N

axçıvan Muxtar Respublikası



Ali Məclisi Sədrinin 2015-ci il

iyulun  27-də  imzaladığı  “Ali  və

orta ixtisas təhsili müəssisələrində

ixtisasların  müvafiq  təşkilatlara

hamiliyə  verilməsi  haqqında”

Sərəncamına uyğun olaraq Naxçıvan

Muxtar Respublikası Səhiyyə Na-

zirliyinin  də  tədbirlər  planı  hazır-

lanmışdır.  Naxçıvan  Muxtar

Respublikası  Səhiyyə  Nazirliyi

həmin  Sərəncamdan  irəli  gələn

vəzifələrin icrası ilə bağlı Naxçıvan

Dövlət  Universitetinin  Tibb

fakültəsində hamiliyə götürülmüş ix-

tisaslarında təhsil alan tələbələrlə gö-

rüş keçirib.

Naxçıvan Dövlət Universite -

tinin tədris işləri üzrə prorektoru, fi-

lologiya üzrə fəlsəfə doktoru, dosent

Surə  Seyid  çıxış  edərək,  27  iyul

2015-ci il tarixli sərəncamın mühüm

əhəmiyyətindən danışıb, sərəncam -

dan  irəli  gələn  vəzifələri  nəzərə

çatdırıb.  Azərbaycanda  və  onun

ayrılmaz tərkib hissəsi olan MR-da

tibb təhsilinin inkişafına göstərilən

dövlət qayğısından danışıb, univer-

sitetin tibb fakültəsində təhsil alan

tələbələr üçün hər cür şərait yara-

dıldığını  bildirib.  Prorektor  tibbi

kadrlara olan tələbatı ödəmək üçün

1999-cu ildə ali təhsil müəssisəsində

Tibb fakültəsinin yaradıldığını, ən

yeni  tibbi  avadanlıqlarla  təchiz

edilən  Universitet  Xəstəxanasının

mövcud olduğunu nəzərə çatdırıb.

Natiq, bu Sərəncamın tibb sahəsinə

də  böyük töhfələr verəcəyini qeyd

edib. 

Naxçıvan Muxtar Respublika -



sı səhiyyə nazirinin müavini Sona

Məmmədova 

bildirib 

ki,


Sərəncamdan irəli gələn vəzifələrin

icrası muxtar respublika səhiyyəsi

üçün mühüm əhəmiyyət kəsb edir.

Yüksək ixtisaslı həkim kadrlarının

hazırlanması işi Səhiyyə Nazirliyi-

nin  qarşısında  duran  vacib

məsələlərdəndir.  Bu  gün  muxtar

respublikada  ali  və  orta  ixtisas

təhsili müəssisələrində tibb təhsili

alanların  praktik  iş  qabiliyyətinə

yiyələnmələri daim diqqətdə saxla-

nılır. Vurğulanıb ki, Naxçıvan MR

Stomatoloji  Mərkəzdə  Stomatolo-

giya ixtisasında təhsil alan tələbələrə,

protez  hazırlamaları  üçün  alətlər

verilmiş,  sərbəst  işləmələri  üçün

hər cür şərait yaradılmışdır. Qeyd

olunub ki, 27 iyul 2015-ci il tarixli

Sərəncam  muxtar  respublika

səhiyyəsi  üçün  çox  vacibdir  və

muxtar  respublikada  fəaliyyət

göstərən  tibbi  kadr  potensialına

böyük  töhfə  verəcəkdir.  Səhiyyə

nazirinin müavini səhiyyənin ümu-

mi  inkişafına  da  nəzər  salaraq

bildirib ki, səhiyyə sisteminin yeni

dövrün  tələblərinə  uyğunlaşdırıl -

ması, əhalinin sağlamlığının etibarlı

təminatına imkan verən müasir tibb

infrastrukturunun yaradılması, mux-

tar  respublikada  uğurla  davam

etdirilən  genişmiqyaslı  quruculuq

işlərinin  mühüm  tərkib  hissəsinə

çevrilib.  İnsanların  sağlamlığının

yaxşılaşdırılması,  əhalinin  bütün

təbəqələrinin  keyfiyyətli  tibbi

xidmətlə təmin edilməsi məqsədilə

muxtar  respublikada  mühüm  işlər

görülür.  Bütün  bunlarla  yanaşı,

həkimlərin  peşə  vərdişlərinin

artırılması  məqsədilə  çoxsaylı  se-

minarlar, konfranslar keçirilir, tibb

işçiləri  Bakı  şəhərinə  və  Türkiyə

Respublikasının  müxtəlif  klinika

və xəstəxanalarına təkmilləşdirmə

kurslarına  göndərilir.  Bunların

nəticəsidir ki, muxtar respublikadan

olan  həkimlər  müstəqil  şəkildə

xəstələr  üzərində  açıq  ürək,  lapo-

roskopik, TUR, LOR, göz və digər

mürəkkəb cərrahi əməliyyatlar apa-

rırlar. Natiq bildirib ki, ən qiymətli

kapital sayılan insan problemlərinin

həllinə  həssaslıqla  yanaşmaq,

üzləşdiyi çətinliklərin qısa zaman-

da aradan qaldırılması istiqamətində

həyata keçirilən tədbirlər də məhz bu

inkişafın hesabına mümkün olur.

Sonda  bir  sıra  təkliflər  irəli

sürülüb, həmçinin tibb sahəsinə aid,

tələbələri maraqlandıran suallar ca-

vablandırılıb.



Mina Qasımova

NDU-nun Mətbuat

şöbəsinin əməkdaşı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin NDU-nun

Tibb fakültəsində hamiliyə götürülmüş ixtisaslarda təhsil alan

tələbələrlə görüşü 

N

axçıvan  Muxtar  Respublikası



Ali Məclisi Sədrinin 2015-ci il

iyulun  27-də  imzaladığı  “Ali  və

orta ixtisas təhsili müəssisələrində ix-

tisasların müvafiq təşkilatlara hami -

liyə  verilməsi  haqqında”  Sərənca -

mına uyğun olaraq Naxçıvan Mux-

tar Respublikası Gənclər və İdman

Nazirliyinin,    həmçinin  Naxçıvan

Muxtar Respublikasının Səfərbərlik

və  Hərbi  Xidmətə  Çağırış  üzrə

Dövlət Xidmətinin də tədbirlər pla-

nı hazırlanıb. Sərəncamdan irəli gə -

lən vəzifələrin icrası ilə bağlı həmin

təşkilatların əməkdaşları  Naxçıvan

Dövlət Universitetinin bədən tərbiy -

yəsi  və  idman,  fiziki  tərbiyə  və

çağırışaqədərki hazırlıq müəllimliyi

ixtisasları üzrə təhsil alan tələbələrlə

görüş keçiriblər.

Naxçıvan Muxtar Respub li ka -

sı Gənclər və İdman Nazirliyi Apara -

tı nın rəhbəri Canməmməd Canməm -

mədov çıxışında sərəncamdan irəli

gələn vəzifələri nəzərə çatdırıb. Na-

tiq, hamiliyə götürülmüş ixtisaslar

üzrə təhsil alan tələbələrin pedaqo-

ji kadr kimi formalaşması, təcrübə -

lərinin artırılması məqsədilə onların

idman  məşqlərinə,  kütləvi  idman

yarışlarına cəlb olunması, Naxçıvan

Muxtar Respublikasına dəvət olun-

muş idman mütəxəssislərinin müxtə -

lif idman növlərində tələbə lərin ix-

tisaslarına uyğun keçirilən seminar-

larda  onların  iştirakının  ön  plana

çəkilməsi və digər bu kimi görüləcək

işlər barədə tələbələrə məlumat ve-

rib. Aparat rəhbəri, ölkəmizdə, eləcə

də muxtar respublikamızda uğurla

həyata  keçirilən  dövlət  gənclər

siyasəti və bu sahədə görülən ardıcıl

tədbirlər barədə danışıb. Bildirilib ki,

bu  gün  muxtar  respublikamızda

gənclərin  asudə  vaxtının  səmərəli

təşkili, intellektual inkişafının təmin

edilməsi,  onların  gələcəyin  əsl

vətəndaşı kimi yetişdirilməsi üçün

hər cür şərait yaradılıb. 

Görüşdə  Naxçıvan  Muxtar

Respublikasının Səfərbərlik və Hərbi

Xidmətə  Çağırış  üzrə  Dövlət

Xidmətinin əməkdaşı, mayor Məftun

Xəlilovun “Çağırışaqədər yaş həd -

din də olan vətəndaşların Azərbaycan

Respublikasının Silahlı qüvvələrində

və Azərbaycan Respublikasının qa -

nun  vericiliyinə uyğun olaraq yaradıl -

mış başqa silahlı birləşmələrdə müd -

dətli həqiqi hərbi xidmətə hazırlan-

ması, eyni zamanda Vətəndaş ların

qeydiyyatının təşkili və aparılması”,

Naxçıvan  Muxtar  Respublika sının

Səfərbərlik və Hərbi Xidmətə Çağırış

üzrə  Dövlət  Xidmətinin    digər

əməkdaşı  kapitan  Vüsal  Əliyevin

“Azərbaycan  Respublikasında

çağırışaqədər  yaş  həddində  olan

vətəndaşların çağırışaqədərki hazır-

lığı, ilkin hərbi qeydiyyata alınma-

sı,  eyni  zamanda  Azərbaycan

Respub  likası 

vətəndaşlarının

müddətli həqiqi hərbi xidmətə çağ-

rılması”  mövzularında  çıxışları

dinlənilib.

Mina Qasımova

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan

tələbələrlə görüşlər davam etdirilir



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə