HeydəR ƏLİyev ndu-nun rektoru, amea-nın müxbir


Redaktor: Şəhla Şirəliyeva



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix01.07.2018
ölçüsü2,5 Mb.
#52811
1   2   3   4   5   6

Redaktor:

Şəhla Şirəliyeva

shshahla36@gmail.com

Qeydiyyat №330

Sifariş № 

Tiraj 300

Ünvan: AZ 7012, 

Naxçıvan şəhəri, 

Universitet şəhərciyi

Telefonlar:

544-08-61 (13-60)

yenifikir.ndu@gmail.com

Dizayner: 

Samir Tarverdiyev

“Əcəmi” Nəşriyyat-Poliqrafiya

Birliyində ofset üsulu ilə çap

olunmuşdur.

6/ SƏRBƏST                             

YENİ FİKİR

OKTYABR 2015

H

azırda  mobil  telefonlardan



istifadə gündəlik həyat norma-

sına çevrilib. Həyatımızın ayrılmaz

parçasına  çevrilən  bu  mükəmməl

ixtiranın müəllifi amerikalı alim Mar-

tin Kuperdir.

Qısa avtobioqrafiyası

M.Kuper  1928-ci  il,  26  de-

kabr tarixində Çikaqoda (ABŞ) Uk-

raynadan  mühacirət  etmiş  yəhudi

ailəsində dünyaya gəlib. O, 1950-ci

ildə İllinoys Texnologiya İnstitutunu

mühəndis-elektrotexnik ixtisası üzrə

bitirib.  Martin ABŞ-ın Hərbi-Dəniz

Qüvvələrində    zabit  kimi  xidmət

edib. Koreya müharibəsindən sonra

Martin  teletaypın  yaradılması

üzərində iş həyata keçirən  “Western

Electric” şirkətində işə düzəlir. Lakin

1954-cü ildən “Motorola” şirkətində

işləməyə başlayır. Bu zaman Kuper

təhsil almağa davam edirdi. O, İlli-

noys Texnologiya İnstitutunda elek-

trotexnika üzrə magistr dərəcəsinə la-

yiq görülür və şirkətdə çalışmaqla ya-

naşı,  pedaqoji  fəaliyyətlə  məşğul

olur.

Kuper  “Motorola” şirkətində



avtomobil  radiotelefon  şəbəkəsinin

təkmilləşdirilməsi ilə məşğul olurdu.

Bu vasitə tamamilə böyük və narahat

olmasına baxmayaraq çox məşhur idi

və bu məşhurluq sürətlə artmaqda da-

vam  edirdi.  1970-ci  illərin

əvvəllərində  Kuper avtomobil tele-

foniyası üçün məsuliyyətli bölmənin

rəhbəri postunu tutdu.

Mobil rabitənin yaradılma-

sına stimul verən ideya

Qeyd edək ki, radiotelefon ide-

yası  “AT&T  Bell  Labs”  şirkətində

hələ 1946-cı ildə meydana çıxmışdı.

O zaman bu firma dünyada ilk ra-

diotelefon  xidmətini  yaratdı:  bu,

telefonun və radioötürücünün hibri-

di idi - maşında qurulmuş  radios-

tansiyanın köməyi ilə ATS-də siqnalı

vermək və adi telefon zəngini etmək

mümkün  idi.  Radiotelefona  zəng

daha    mürəkkəb  yolla  olurdu:

abunəçiyə telefon stansiyasına zəng

vurmaq və maşında qurulmuş telefon

nömrəsini bildirmək lazım idi. Ra-

diotelefonların  imkanları  məhdud

idi:  maneələr  və  radiostansiyanın

kiçik hərəkət radiusu problem yara-

dırdı.

1960-cı  illərin  başlanğıcına



qədər şirkətlər mobil rabitənin yara-

dılması  sahəsində  araşdırmalar

keçirməkdən  imtina  edirdi.  Onlar

hesab edirdilər ki,  prinsip etibarilə,

yığcam mobil telefon aparatı yarat-

maq  mümkün  deyil.  Həmçinin

“AT&T” təcrübəsi onları dayandırırdı.

Belə  ki,  şirkət  1947-ci  ildə  “yol

xidməti”  sistemini  yaratdı  –  o,  ra-

diotelefonları Nyu-York və Boston

arasında 

daim 


səfər 

edən


biznesmenlərə  və  sürücülərə  təklif

etdi.  Beş  il  işdən  sonra  bu  xidmət

müştərilərin çatışmazlığına görə bağ-

landı.


Lakin təxminən on il “AT&T

Bell Labs” və  “Motorola” paralel ola-

raq mobil rabitənin yaradılması üzrə

tədqiqat aparırdılar. Nəticədə, “Mo-

torola”  Martin  Kuperin  sayəsində

uğur  qazanmağı  bacardı  və  qalib

gəldi.

Martin Kuperin misilsiz ix-

tirası

Kuper bildirirdi ki, mobil te-

lefonun ölçüsünü o qədər azaltmaq la-

zımdır ki, insanlar onu asanlıqla əldə

daşıya bilsinlər. Lakin XX əsrin 70-

ci illərinin başlanğıcına qədər heç kəs

buna nail olmadı.

1973-cü  il,  3  aprel  tarixində

“Motorola”nın rəqibi “Bell Labora-

tories”  şirkətinin  konstruktor

bölməsində  telefon  zəngi  eşidildi.

“Tap, mən hardan zəng edirəm?" -

dəstəkdə  Martinin  səsini    tədqiqat

bölməsinin başçısı Coel Enqel eşitdi.

- “Mən sənə əsl mobil telefondan zəng

edirəm”.


Bu  mobil  telefondan  edilmiş

birinci zəng idi və o, faktiki olaraq, te-

lekommunikasiya  sahəsində  yeni

dövrün başlanğıcı oldu.

Mobil telefonun birinci mode-

linin hazırlanmasına şirkət 90 milyon

dollar sərf etdi. Sonralar “Bell La-

boratories”  sistem  hazırlamaları

bölməsinin  başçısı  olmuş  Riçard

Frenkel “Dyna-Tac (Dynamic Adap-

tive Total Area Coverage)”  haqqın-

da deyib:

“Bu,  əsl  triumf  idi.  O  vaxta

qədər biz maşınlarda 14 kiloqramlıq

telefonlardan istifadə edirdik. Onla-

rın  hamısını  1  kq  yerləşdirmək

qabiliyyəti böyük sıçrayış idi”.

Martin  Kuperin  “DynaTAC”

modelinin  ölçüləri  22,5x12,5x3,75

sm,  çəkisi 1 kiloqram təşkil edirdi.

Sözügedən  qurğuda  ümumilikdə  2

min detal var idi.  Onun akkumul -

yatoru  isə  cəmi  20  dəqiqə  danışıq

üçün  kifayət  edirdi.  M.Kuperin

fikrincə, bu, belə də olmalı idi, çünki

əl bu cür ağırlığa 20 dəqiqədən çox

dözmürdü.

Şirkətin  ilk    mobil  telefonu

bazara yalnız 10 il sonra çıxdı. Li-

senziyanın  alınması  və  şəbəkənin

yaradılması vaxt tələb edirdi.

Nəhayət,  1983-cü  il,  6  mart

tarixində  dünyada ilk mobil telefon

buraxıldı.  Həmin  gün  “Motorola”

şirkəti “DynaTAC 8000X” aparatını

təqdim etdi. İlk olaraq ABŞ-ın Rabitə

üzrə Federal Komissiyası tərəfindən

telefonun  kommersiya  məqsədilə

istifadəsi təsdiq edildi.

Telefonun satış qiyməti 3995

dollar  təşkil  edirdi.  “Motorola”

nümayəndələrinin  sözlərinə  görə,

yüksək qiymətə baxmayaraq, yeni ix-

tira istifadəçiləri o qədər ruhlandırdı

ki, “DynaTAC 8000X”-ı əldə etmək

üçün növbəyə minlərlə amerikalı ya-

zılmışdı.

“Motorola”dan getdikdən son-

ra Martin öz telefon şirkətinin əsasını

qoydu  və  tezliklə  zəngin  bir  insan

oldu, partnyorlarla birlikdə 1986-cı

ildə  23  000  000  dollar  məbləğinə

şirkəti satdı.

Mobil rabitənin inkişafı

İlk  illərdə  şirkət  texniki

səbəblərə görə mobil telefona sahib

olmaq 


arzusunda 

olanların

əksəriyyətini bu qurğu ilə təmin edə

bilmirdi. Lakin sonrakı illərdə texni-

ki problemlər aradan qaldırıldıqdan

sonra  telefon  istifadəçilərinin  sayı

sürətlə artdı. Dünyada artıq 1990-cı

ildə    11  milyon  mobil  telefon

abunəçisi var idi. Mobil texnologi-

yaların  yayılması  bu  xidməti  daha

ucuz,  keyfiyyətli  və  əlçatan    etdi.

Beynəlxalq  Telekommunikasiya

İttifaqının məlumatına görə,  1995-ci

ildə 


artıq 

mobil 


telefon

istifadəçilərinin  sayı  90.7  milyon

nəfərə  çatdı,  sonrakı  6  il  ərzində

istifadəçilərin  sayı  10  dəfə  artdı.

2003-cü ildə isə artıq 1.29 milyard

abunəçi qeydə alınmışdı.

Hazırda dünyada mobil telefon

abunəçilərinin  sayı  əhalinin  sayını

keçmək üzrədir.

BMT-nin  Beynəlxalq  Tele-

kommunikasiya İttifaqı gələn il mo-

bil telefon abunəçilərinin sayının 7

milyardı keçəcəyini açıqlayıb. Hazırda

isə  bu  rəqəm  6  milyard  800

milyondur.

Abunəçi  sayına  görə  rekord

qıran bölgə Müstəqil Dövlətlər Bir-

liyidir. Mobil telefondan ən az istifadə

edən  əhalinin böyük hissəsi Afrika

qitəsidir.

Əhalisinin 300 milyonu gündə

bir  dollardan  az  pulla  yaşayan

Hindistanda  isə  xalqın  yarısından

çoxunun  mobil  telefonu  var.  Bu

ölkədə mobil telefon istifadəçilərinin

sayı 900 milyon civarındadır. 



Mobil telefonun yaradıcısı

Müdrik kəlamlar

Ey  iman edənlər! Səbr və dua ilə ALLAHdan kömək

diləyin.Çünki ALLAH səbr edənlərlədir. (Qurani-Kərim)

***


Səbr etməklə kişi zindandan çıxar,

Səbr ilə açılar bağlı qapılar. (Nizami Gəncəvi)

***

Səbr ağlın xəzinəsidir. (Zeynalabdin Şirvani)



***

Hər bir müdrikliyin əsası səbrdir. (Platon)

***

Uğurun iki səbəbi var :səbr və ümid. (Aleksandr Düma)



***

Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə

nail olmaq üçünsə səbirli olmalıyıq. (Henrik İbsen)

***


Tələskənlik kədərin, səbr isə sevincin açarıdır. (Fars atalar sözü)

***


«B

luetooth » sözünün hərfi

mənası  —  mavi  diş

deməkdir.  Bəs  bunun  telefon  və

kompüterə nə aidiyyatı var?

Bu ad 930-986-cı illərdə ya-

şamış  Danimarka  kralının  adına

söykənmişdir.

Kral  Harald  Bluetooth

skandinav  ölkələrini  birləşdirmək

uğrunda çalışırdı. 958-ci ildə taxta çı-

xan  Herald  976-cı  ildə  vuruşaraq

Norveçi öz tərkibinə qatır. Bununla

Herald Bluetooth iki dövlətin kralı

olur, Norveç və Danimarka. Heral-

dın  daxili,  xarici  və  birləşdirmə

siyasəti dünyada məşhurdur.

«Bluetooth»  ləqəbinin  ya-

ranmasına iki səbəb var. Birincisi —

kralın dişləri doğurdan da patoloji

rəngdə idi, yəni mavi rəngdə. İkin-

cisi  —  bu  adı  ona  vikinglər

qarabuğdayı və tünd saçlı olduğuna

görə vermişlər. 

Vikinglərin  dilində  kralın

ləqəbidir.  Lakin    o  tarixdə  dişinin

rəngiylə yox, başqa xüsusiyyəti ilə

iz qoyub. O parçalanmış Danimar-

kanı ümumi dövlət kimi birləşdirir

və 965-ci ildə xristianlığı ölkədə əsas

din elan edir. Buna görə onun ikinci

ləqəbi də var —  Birləşdirən.

Ellinqdə olan qədim daşların

üzərində 

 

«Harald 


bütün

Danimarkanı  fəth  etdi» kəlməsi

yazılmışdı. Bu daşın üzərində onun

almanlarla  döyüşündən  də  bəhs

olunub.

Əsası 1998-ci ildə qurulmuş



bu texnologiyanı ilk əvvəl beş şirkət

— Ericsson, Nokia, IBM, Toshiba və

İntel dəstəklədi. Bluetooth sistemi

müxtəlif qurğuların birləşməsi üçün

nəzərdə tutulmuşdur. Onun sayəsində

iki və ya bir neçə mobil telefonun,

telefonun  və  kompüterin  arasında

simsiz əlaqə yaradılır.

Tezliyin uyğunlaşan dəyişik -

li yini nəzərdə tutan Bluetooth  siqnal -

ların simsiz ötürülməsini 10 metrdən

100 metrə qədər həyata keçirməyə

icazə verən texnologiyadır. 

20 may 1998-ci il Xüsusi İşçi

Qrupun    (Special  Interest  Group

SİG)  rəsmi  təqdimatı  olur.  Dani-

markalılar  tarixlərinə  və  tarixi

şəxsiyyətlərinə çox sadiq olduqları

üçün  bu  adı  məhz  texnologiyada

yaşatmağı qərara alırlar. Və bu yeni

texnologiya Bluetooth adı ilə dün-

yaya çıxır. 

«S

eagate 


Technology»

şirkəti  2,5  düym  form-

faktoru  və  qalınlığı  7  mm  təşkil

edən 2 TB tutuma malik sərt disk

təqdim  edib.  Əvvəl  bu  tutuma

malik sərt disklər ən azı 9,5 mm qa-

lınlığa malik olub.

Yeni sərt disk iki lövhədən

ibarətdir.  Beləliklə,  2,5  düymlük

form-faktora malik sərt diskin bir

lövhəsinə  1  TB  informasiya

yerləşir.

2  TB  tutuma  malik  sərt

diskə 500 mindən çox musiqi, 320

min şəkil, 240 saatlıq «HD» video

və ya 26 saatlıq «4K» formatında

məzmun yazmaq olar. Vinçesterin

çəkisi 90 qramdır.

Yeni sərt disk sayəsində is-

tehsalçılar çəkisi az və aşağı enerji

sərfiyyatına malik daha nazik no-

utbuklar yarada biləcək.

«Seagate» şirkəti yeni daşı-

yıcının  satışa  çıxarılma  tarixi  və

qiymətini hələ açıqlamayıb.

Sərt disk istehsalında inqilab: 

sərt disklər nazikləşir

Bluetooth

***


Səbr acı olsa da, meyvəsi şi-

rindir. (Aristotel)

***

Bir  milyonçudan  uğurun



sirrini soruşmuşlar.

O,  "səbr"  deyərək  cavab

vermişdir.

-  Axı  bu  həmişə  mümkün

olmur.

- Məsələn?



- Nə qədər səbr edirsənsə et,

ələklə  su  daşımaq  mümükün

deyil.

-  Sən  yanılırsan.  Sadəcə



ələyi  götürüb  səbrlə  qışı

gözləmək lazımdır - deyə mily-

onçu cavab vermişdir...

***


Ötən saydakı məntiqi sualların cavabları:

1)  Sikkələrin  hər  biri  yan  tərəfi  üzərində  dayanacaq  şəkildə

saquli vəziyyətdə hamısı bir-birinə toxunacaq formada yerləşdirilir.

2) 15+18=33, 16+19+31=66. 20. Aparılan benzinin miqdarı 3-ə

bölünür.  Cəmi  119  l  benzn  var.  119:3=39(qal.2)  .  20:3=6(qal.2).

Deməli 20 litrlik qalıb.

3)  4 oğlan, 3 qız

4) 5 dəqiqə

5)  Altruizm 

6) Vatikan, İran, Peru, Konqo ölkə, Dubay şəhər adıdır.



Məntiqi suallar

1) Torbada 20 qara və 16 ağ top var. Anar, torbada 1 top qalana

kimi növbəti prosesi təkrar edir: O, torbadan iki top götürüb kənara

qoyur. Kənara qoyduğu topların rəngi eyni idisə, torbaya 1 qara top

əlavə  edir,  yox  əgər  fərqli  rəngdə  idilərsə,  torbaya  1  ağ  top  əlavə

edir. Torbada qalan axırıncı top hansı rəngdə olacaq?

2) Qarşınızda iki eyni uzunluqda olan alışqan kəndir yerləşdirilib.

Məlumdur  ki,  kəndirlərin  hər  biri  düz  bir  saata  yanıb  qurtarır.  Bu

kəndirləri  yandıraraq  45  dəqiqəlik  bir  zamanı  necə  ölçmək  olar?

(Kəndirlər  eyni  sürətlə  yanmır,  məsələn  ola  bilər  ki,  kəndirin  bir

yarısı 10 dəqiqəyə, digər yarısı isə 50 dəqiqəyə yanıb qurtarır).

3) Beş ədəd təmamilə eyni almanı 8 adam arasında tam bərabər

bölmək lazımdır. Almaları ən azı neçə dəfə kəsmək lazım gələcək?

4) ) İxtiralar və ixtiraçılar

1.dinamit

A.Sun Sı-myao

2. kağız

B. Alfred Nobel

3. çap maşını

C. Morze


4. radio

Ç. Tsay Lun

5. barıt

D. Popov


6. teleqraf

E. Qutenberq



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə