HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə14/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   10   11   12   13   14   15   16   17   ...   145

44 

 

atmadılar. Eyni zamanda, sonrakı hadisələr göstərdi ki, o zamankı 



rəhbərlik təbii situasiyanın fonunda  əldə edilmiş müstəqilliyin qo-

runub saxlanılması kimi strateji missiyanı da reallaşdırmaq iqtida-

rında deyildi. 

Beləliklə,  Azərbaycan  öz  müstəqilliyini  əldə  etdikdən  sonra 

daha kəskin problemlər və kataklizmlərlə qarşı-qarşıya qaldı. O za-

mankı hakimiyyətin müstəqilliyə etinasız yanaşaraq və xalqımızın 

ali  maraqlarını  ayaqlar  altına  ataraq  Azərbaycanı  Rusiyanın  for-

postuna  çevirmək  uğrunda  xüsusi  fəallıq  nümayiş  etdirməsi  və 

Moskvadan verilən tapşırıqlar əsasında hərəkət etməsi, bütün bun-

ların  fonunda  isə  yanlış  strategiya  seçməsi,  ilk  növbədə, 

torpaqların  itirilməsinə xüsusi şərait  yaratdı.  Bu  şəraitdən istifadə 

edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən 

əlverişli  ərazilərimizi  anneksiya  etdi.  Hələ  bu,  son  deyildi. 

Xalqımızın  bir  sıra  ictimai-siyasi  xadimlərinin  terror  aktlarına 

məruz  qalmaları,  dövlət  strukturları  arasında  çəkişmələrə  start 

verilməsi  və  bunların  daha  kəskin  xarakter  alması  Azərbaycanın 

bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada  əldə 

edilən müstəqilliyin itirilməsi təhlükəsi həyəcan təbillərini daha da 

artırmışdı.  Mövcud  vəziyyətdən  çıxışı  təmin  edə  bilməyəcəyini 

anlayan  Mütəllibov  hakimiyyəti  çarəni  istefa  verməkdə  gördü. 

Amma bu heç də ölkənin qurtulması mənasına gəlmirdi. 

Bundan  sonra  hakimiyyətə  gəlmiş  AXC-Müsavat  cütlüyü 

Azərbaycanı  sözün  əsl  mənasında  xarici  kəşfiyyat  orqanlarının 

mübarizə meydanına çevirdi. Ölkədə tam bir  anarxiya  yarandı  və 

daxili  çəkişmələr  özünün  pik  nöqtəsinə  çatdı.  Artıq  “əlinə  silah 

alan”  hakimiyyəti  ələ  keçirməyə  çalışırdı  və  bölücü  meyillər  ol-

duqca  güclənmişdi.  Ermənistanın  təcavüzü  davam  edir  və  xarici 

dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstə-

qil subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə güclü siyasi lide-

rin  nüfuzuna  söykənən  mütəşəkkil  siyasi  subyektlər  lazım  idi  ki, 

Azərbaycanı anarxiya meyilləri ilə müşayiət  edilən xaotik durum-

dan xilas etsin.  Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxs-

lər xarici qüvvələrin “piyada”sı kimi çıxış etməkdən başqa, xalqı-



45 

 

mız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər. 



Beləliklə,  müstəqilliyin  ilk  illərində  Azərbaycan  çox  ciddi 

problemlərlə  üzləşdi  və  sistematik  strategiyanın  həyata  keçirilmə-

məsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və di-

gər sahələri iflic etdi. 

Beləliklə,  bütün  bunların  fonunda  ölkədaxili  xaos  və  destabil-

liklə müşayiət edilən dağıdıcı tendensiyalar daha da sürətləndi. Ar-

tıq ölkədə vətəndaş qarşıdurması səviyyəsində təzahür edən katak-

lizm  və  konfrantasiyalar  şiddətləndi,  eləcə  də,  aqonist  və 

antaqonist  daxili  qüvvələrin  dağıdıcı  mübarizəsi  etnik  bölücülük 

aktlarının  yayılmasını  şərtləndirdi.  Əlbəttə,  mövcud  institusional 

kataklizmlərin  dərinləşməsi  etnik  bölücülüyü  sürətləndirməklə 

bərabər,  üfüqi  və  şaquli  münaqişələrin  əhatə  dairəsinin 

genişlənməsinə  də  təkan  vermiş  oldu.  Bütün  bunlar  o  zamankı 

hakimiyyət daxilindəki qarşıdurmaların açıq müstəviyə keçməsi ilə 

davam etdi. 

1993-cü ilin iyun ayının 4-də Gəncədə sabiq korpus komandiri 

və  AXC  hakimiyyətinin  Qarabağ  üzrə  xüsusi  səlahiyyətli  nüma-

yəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi 

ilə bağlı qərarın rəsmi şəkildə qəbul edilməsindən sonra o zamankı 

müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu  əmrə tabe olmayan 

Surət  Hüseynov  tabeliyində  olan  hissələrin  Bakıya  doğru  irəlilə-

məsi ilə bağlı xüsusi göstəriş verdi. Bundan sonra toqquşmalar və 

qarşıdurmaların kəskinlik səviyyəsi daha da artdı. Belə ki, 709-cu 

briqadanı  tərk-silah  etmək  məqsədilə  Gəncəyə  göndərilmiş  Milli 

Qvardiya    hissələri  ilə  Surət  Hüseynovun  rəhbərlik  etdiyi  silahlı  

birləşmələr arasında baş vermiş  toqquşma hakimiyyət daxilindəki 

ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərin-

ləşməsinə səbəb oldu. Bütün bunlar isə ölkəni vətəndaş müharibə-

sinə sürükləyən dağıdıcı tendensiyaların pik nöqtəsi idi. 

Beləliklə, yuxarıda sadalananlar belə bir nəticəyə gəlməyə im-

kan verir ki, AXC-Müsavat  dövrünün hakimiyyət boşluğundan və 

təcrübəsizliyindəm istifadə edən xarici qüvvələr özlərinin dağıdıcı 

niyyətlərini ölkəmizdə reallaşdırmaq üçün müxtəlif metod və vasi-



46 

 

tələrə  istinad  edirdilər.  Bu  zaman  onlar  daha  çox  iki  klassik  üsul 



üzərindən  taktiki  manevrlər  edirdilər.  Bunlardan  biri  taktiki  ma-

nevrləri  ayrı-ayrı  ölkədaxili  subyektlər  üzərində  qurmaqla  məqsə-

də nail olmaq, digəri isə açıq surətdə zor işlətməklə uzurpasiya va-

sitəsilə  son  hədəfə  çatmaq  idi.  İkinci  variant  üzərində  durmaqla 

son məqsədə çatmaq real və perspektivli olmadığından bəhs edilən 

subyektlər  daha  çox  birinci  üsul  üzərindən  hərəkət  edirdilər.  Bu-

nun  başlıca  səbəblərindən  biri  həmin  ərəfədə  Azərbaycanın  orta-

müddətli və uzunmüddətli perspektivdə məhz bu cür uzurpasiya si-

yasətinə qarşı duruş gətirmək üçün kifayət qədər potensial ehtiyat-

larının  (kəmiyyət  və  keyfiyyət  ünsürləri  baxımından)  olması  idi. 

Təbii ki, ölkəmiz üzərindən özlərinin milli və transmilli maraqları-

nı  həyata  keçirməyə  çalışan  aktorlar  bu  faktoru  birmənalı  şəkildə 

nəzərə  almışdılar.  Məhz  bu  səbəbdən  onlar  birinci  variant  üzərin-

dən  hərəkət  etməyə  başladılar.  Bunun  üçünsə  bəhs  edilən  xarici 

qüvvələr Surət Hüseynovun timsalında özlərinə “etibarlı” tərəfdaş 

tapdılar  və  rus  generalı  Şerbakın    vasitəsilə  öz  planlarını  reallaş-

dırmağa  başladılar. Hadisələrin məhz bu  cür inkişafının fonunda 

mövcud  hakimiyyətin  zəif  cəhətlərindən  məharətlə  istifadə  edən 

xarici güclər başladıqları böyük oyunun davamlılığını təmin etmək 

üçün  S.Hüseynovun  çox  kiçik  fiqur  olduğunu  nəzərə  alaraq  onu 

müəyyən vəzifə kürsüsünə əyləşdirmək üçün bir sıra tədbirlər hə-

yata keçirdilər və tezliklə buna nail oldular. Artıq cəmiyyətdə ste-

reotiplər  əsasında  formalaşmış  “xalq  qəhrəmanı”  imici  və  vəzifə 

səlahiyyəti ona xarici güclərin transmilli maraqları əsasında “piya-

da” qismində hərəkət etməyə imkan verirdi. Məhz həmin maraqla-

rın  fonunda  təşəkkül  tapmış  ssenariyə  görə,  Azərbaycan  Ayaz 

Mütəllibov, Əlikram Hümbətov, Surət Hüseynov və ermənilər ara-

sında bölüşdürülür, sonra isə konfederasiya əsasında yeni federativ 

respublika  yaradılırdı.  O  zamankı  iqtidar  diplomatik  resursları  və 

strateji  idarəetmə  potensialı  ilə  bunun  qarşısını  almaqda  aciz  idi. 

Məhz  buna  görə  də,  Əbülfəz  Elçibəy  qurtuluşu  Heydər  Əliyevi 

Bakıya dəvət etməkdə görürdü. Çünki belə bir mürəkkəb situasiya-

nın fonunda ölkədəki dağıdıcı qüvvələr və meyilləri neytrallaşdıra-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə