HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə4/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   2   3   4   5   6   7   8   9   ...   145

11 

 

müşayiət edilən dərin böhran halları baş verdi. Siyasi sahədə xaos 



və kataklizmlərlə müşayiət edilən antaqonist proseslərin kəskinləş-

məsi,  separatçılıq  meyillərinin  və  “mərkəzdənqaçma”  tendensiya-

larının sürətlənməsi, subyektlərarası münasibətlərin sürüşkən müs-

təvidə  dərin  ziddiyyətlərlə  təzahür  olunması,  sosial  sahədə  asim-

metrik  təbəqələşmə  və  qeyri-paritet  münasibətlər  sisteminin  for-

malaşması,  dezinteqrasiyanın  kəskin  xarakter  alması,  ideoloji  sa-

hədə  eksses aktlarının  baş  verməsi,  qarşıdurma və  dağıdıcı  müba-

rizələrin güclənməsi, iqtisadi sahədə tənəzzül meyillərinin, hüquqi 

sahədə isə nihilizmin hökmranlıq etməsi ölkəni sözün əsl mənasın-

da xaos və kataklizmlər meydanına çevirdi. 

Məhz belə bir kəskin situasiyanın fonunda 1993-cü ildə ikinci 

dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev rasional təfəkkü-

rü  və  praqmatik  fəaliyyət  mexanizminin  fonunda  tətbiq  etdiyi 

strategiya ilə Azərbaycanı dərin xaos və kəskin kataklizm meyillə-

rindən  xilas  edərək  yeni  inkişaf  yolunu  açmış  oldu.  Ümummilli 

lider Heydər Əliyev müəyyənləşdirdiyi və tətbiq etdiyi milli siya-

sətin  fonunda,  ilk  növbədə,  xaos  və  kataklizmi  şərtləndirən  bölü-

cülük  meyillərinin  və  “mərkəzdənqaçma”  tendensiyalarının  qar-

şısını aldı, subyektlərarası sürüşkən müstəvidə antaqonist meyillər-

lə müşayiət edilən dağıdıcı prosesləri aradan qaldırmağa müvəffəq 

oldu. Daha sonra həyata keçirilən quruculuq və inkişaf strategiya-

sının  fonunda  siyasi  sistemin  təşəkkülü  və  tərəqqisi  yönündə 

fundamental işlər görüldü. Belə ki, ümumxalq səsverməsi-referen-

dum vasitəsilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitu-

siyası  qəbul  edildi,  qarışıq  seçki  sistemi  əsasında  parlament 

seçkiləri keçirildi, ictimai-siyasi institutlaşma prosesinin əsası qo-

yuldu və bunların fonunda milli inkişaf strategiyasının mühüm ün-

sürü kimi səciyyələndirilən siyasi-hüquqi islahatlar həyata keçiril-

di.  Bunlarla  yanaşı,  milli  həmrəylik  və  bütövlüyü  təmin  edəcək 

keyfiyyət  ünsürü olan və  universal  ideoloji formula kimi  səciyyə-

ləndirilən,  neokonservatizmin  milli  modeli  qismində  çıxış  edən  

“azərbaycançılıq” ideologiyasının əsası qoyuldu. Bu, milli siyasə-

tin mühüm strateji istiqaməti oldu və milli həmrəyliyi təmin edən 



12 

 

substrat qismində çıxış etdi. 



Beləliklə,  Ulu  öndər  Heydər  Əliyevin  əsasını  qoyduğu  milli 

inkişaf  strategiyasının  fonunda  həyata  keçirilən  strateji  tədbirlər 

milli tərəqqini təmin edən və şərtləndirən fundamental mexanizmə 

çevrildi. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə si-

yasi varislik prinsipi əsasında həyata keçirilən milli inkişaf strate-

giyası bütün sahələrdə mütəmadi yüksəlişlə müşayiət olunan inki-

şafın mənbəyi və qarantı qismində çıxış etdi. Qısacası, siyasi, hü-

quqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edi-

lən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlə-

tə  çevirdi.  Artıq  müasir,  müstəqil  dövlət  kimi  çıxış  edən  ölkəmiz 

özünün  tərəqqisi  ilə  milli  inkişafın  Azərbaycan  modelinin  əsasını 

qoydu.  Eyni  zamanda,  Ulu  öndər  Heydər  Əliyevin  müəyyən  və 

icra etdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərə-

findən müasir dövrün aktual çağırışlarına, reallıqlarına və qanuna-

uyğunluqlarına  müvafiq  surətdə  uğurla  davam  etdirilməsi  Azər-

baycanı  müasir  beynəlxalq  münasibətlər  sisteminin  müstəqil  və 

suveren aktoruna çevirdi. Artıq Azərbaycan Cənubi Qafqaz regio-

nunun  ən  güclü  və  nüfuzlu  aktoru,  siyasi  güc  mərkəzi  və  iqtisadi 

lokomotivi olmaq etibarilə özünün praqmatik xarici siyasət strate-

giyası ilə beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerar-

xiyasında sürətlə irəliləməkdədir. Bir sözlə, Prezident İlham Əliye-

vin  qeyd  etdiyi  kimi,  Azərbaycan  artıq  postsovet  ölkəsi  deyildir: 

Bəzən  bizə  belə  deyəndə,  mən  hesab  edirəm  ki,  buna  razı 

olmamalıyıq,  çünki  postsovet  dövrü  başa  çatıb.  Biz  müstəqil, 

güclü, müasir, demokratik ölkəyik”. 

Beləliklə, bütün bu reallıqların və nailiyyətlərin fonunda Azər-

baycan Respublikasının müstəqilliyinin 22-ci ildönümü ərəfəsində 

qələmə aldığımız bu kitab 22 illik müstəqillik tariximizin reallıqla-

rı və nailiyyətlərinin siyasi, ideoloji, sosial, iqtisadi və hüquqi nöq-

teyi-nəzərdən  sistemli  və  kompleks  analitik  təhlili  səciyyəsi  daşı-

yır.  Kitabda  “Müstəqillik  uğrunda  mübarizə  ərəfəsində  və  müstə-

qilliyin  ilk  illərində  Azərbaycanda  ictimai-siyasi  durum”,  “Milli 

dövlət quruculuğu prosesinin başlanması və siyasi sistemin təşək-



13 

 

külü:  lider  faktoru;  sosial,  siyasi,  ideoloji  və  hüquqi  məsələlər”, 



“Demokratik tranzit problemi: nəzəri-konseptual məsələlər, təcrübi 

gerçəkliklər  və  Azərbaycan  təcrübəsi,  hüquqi  dövlət  və  vətəndaş 

cəmiyyəti  quruculuğu  milli  inkişaf  strategiyasının  başlıca  istiqa-

məti  kimi:  nəzəri-empirik  məsələlər  və  Azərbaycan  nümunəsi”, 

“İnsan  və  vətəndaş  hüquq  və  azadlıqları:  tarixi  təkamülü,  siyasi-

hüquqi,  beynəlxalq  aspektləri  və  Azərbaycan  təcrübəsi”,  “Milli 

elita  məsələsi:  nəzəri-konseptual  əsaslar,  elitar  transformasiyalar 

və  Azərbaycan  təcrübəsi”,  “Milli  müxalifət  məsələsi:  nəzəri-kon-

septual  əsaslar,  siyasi  təmayüllər və  Azərbaycan təcrübəsi,  siyasi 

mədəniyyət  və  siyasi  modernləşmənin  Azərbaycan  təcrübəsi: 

təşəkkül mərhələləri və spesifik səciyyəsi”, “Müstəqil Azərbaycan-

da seçki təcrübəsi: hüquqi-siyasi əsasları, göstəricilər, müqayisələr 

və  nəticələr,  Azərbaycanda  kütləvi  informasiya  vasitələrinin  for-

malaşma və təşəkkül mərhələləri, fəaliyyət mexanizmi və funksio-

nallıq  səviyyəsi”,  “Milli  iqtisadi  inkişafın  sosial-siyasi  nəticələri: 

Azərbaycanda  yeni  iqtisadi  münasibətlər  sisteminin  formalaşması 

mərhələləri”,  “Beynəlxalq  münasibətlər  sistemi  və  müstəqil 

Azərbaycan Respublikası”, “Milli maraqlar və xarici siyasət” kimi 

məsələlər  hər  biri  ayrıca  fəsillər  şəklində  analitik  tədqiqat  obyek-

tinə  çevrilmişdir.    Eyni  zamanda,  bəhs  edilən  fəsillərə  müvafiq 

surətdə  “Müstəqilliyə  gedən  yol:  milli  özünüdərk  və  milli  oyanışı 

təmin  edən  tarixi  situasiya”,  “Milli  enerji  milli  gücün  keyfiyyət 

ünsürü  kimi:  nəzəri-konseptual  əsasları  və  Azərbaycan  təcrübəsi, 

dövlət  müstəqilliyinin bərpası: problemlər, proseslər, reallıqlar və 

nəticələr”,  “Müstəqilliyin  ilk  illərində  keçid  dövrü  və  onun 

Azərbaycan təcrübəsi analitik tədqiqat obyekti kimi: yeni cəmiyyət 

və milli dövlət quruculuğu prosesində problemlər və vəzifələr, mil-

li  dirçəliş  və  qurtuluşun  əsası,  siyasi  sabitliyin  təmin  edilməsi  və 

milli  inkişafın  başlanğıcı:  lider  faktoru”,  “Siyasi  sistemin  struktur 

elementlərinin  təşəkkül  tapması  və  təkmilləşdirilməsi,  konstitusi-

yanın  qəbulu,  parlament  seçkilərinin  keçirilməsi  və  ictimai-siyasi 

institutlaşma  prosesinin  əsasının  qoyulması”,  “Siyasi  partiyalar 

plüralist  siyasi  sistemin  başlıca  ünsürlər  kimi:  Yeni  Azərbaycan 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə