HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ


Partiyası”,  “Azərbaycançılıq  ideologiyası:  milli  həmrəylik  və  bü-



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə5/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   2   3   4   5   6   7   8   9   ...   145

14 

 

Partiyası”,  “Azərbaycançılıq  ideologiyası:  milli  həmrəylik  və  bü-



tövlüyü  təmin  edən  universal  ideoloji  formula,  yaxud  neokonser-

vatizmin  milli  modeli  kimi”,  “Demokratiya  institutu:  mahiyyəti, 

nəzəri  və  təcrübi  əsasları,  demokratik  tranzit  problemi:  modellər, 

mərhələlər  və  reallıqlar”,  “Demokratiya”  “silah”ı  geosiyasi  oyun-

lar  və  siyasi  manipulyasiya  vasitəsi  kimi”,  “Demokratik  tranzitin 

milli  modeli-Azərbaycan  nümunəsi:  reallıqlar  və  perspektivlər”, 

“Hüquqi dövlət anlayışı: tarixi kökləri, təşəkkülü xüsusiyyətləri və 

modern  səciyyəsi”,  “Vətəndaş  cəmiyyəti:  ideya  əsasları  və  səciy-

yəvi  xüsusiyyətləri,  Azərbaycanda  hüquqi  dövlət  quruculuğu  və 

vətəndaş  cəmiyyətinin mütləq komponentlərinin  bərqərar olunma-

sı: mərhələləri, spesifikası və nəticəsi”, “İnsan və vətəndaş hüquq 

və  azadlıqlarının  təşəkkülü,  inkişafı  və  siyasi  mahiyyəti:  nəzəri 

əsaslar və təcrübi gerçəkliklər”, “Demokratik cəmiyyətlərdə insan 

və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  və  müdafiə  edilməsi 

vasitələri və mexanizmləri”, “İnsan hüquqları probleminin beynəl-

xalq  hüquqi  tənzimlənməsinin  siyasi  aspektləri”,  “Azərbaycan 

Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının konsti-

tusiya əsasları”, “Azərbaycanda insan və vətəndaş hüquq və azad-

lıqlarının təmin edilməsi siyasətinin əsas istiqamətləri”, “Azərbay-

can cəmiyyətinin demokratikləşməsi şəraitində ombudsman təsisa-

tının  təşəkkülü  xüsusiyyətləri”,  “Elita  problemi  nəzəri-konseptual 

və  analitik-empirik  tədqiqat  obyekti  kimi”,  “Elita  nəzəriyyələri: 

institusional  və  differensial  yanaşmalar”,  “Milli  elitanın  Azərbay-

can nümunəsi: formalaşma və təşəkkül mərhələləri, transformasiya 

forması və modern səciyyəsi”, “Demokratik cəmiyyətdə müxalifət 

institutu: mahiyyəti və spesifik funksionallıq məsələsi”, “Müxalifət 

institutunun  fəaliyyət  mexanizmi  və  funksionallığı  məsələsi:  radi-

kal  və  konstruktiv  meyillər”,  “Milli  müxalifətin  Azərbaycan  nü-

munəsi:  təmayüllər,  reallıqlar  və  nəticələr”,  “Siyasi  mədəniyyət: 

funksiyaları,  növləri  və  struktur  elementləri”,  “Siyasi  mədəniyyə-

tin Azərbaycan təcrübəsi: reallıqlar, nailiyyətlər və perspektivlər”, 

“Siyasi modernləşmə kursu milli inkişaf strategiyasının fundamen-

tal  istiqaməti  kimi:  nəzəri-konseptual  məsələlər  və  Azərbaycan 



15 

 

təcrübəsi”,  “Seçki  institutu  demokratik  siyasi  sistemin  mühüm 



struktur elementi kimi: nəzəri-empirik əsaslar və təcrübi göstərici-

lər”, “Azərbaycanda seçki institutu: hüquqi əsasları, spesifikası və 

struktur  elementləri”,  “Müstəqillikdən  sonra  Azərbaycanda  prezi-

dent seçkiləri institutu və təcrübəsi analitik tədqiqat obyekti kimi: 

reallıqlar və nəticələr”, “Müstəqillikdən sonra Azərbaycanda parla-

ment seçkiləri institutu və təcrübəsi analitik tədqiqat obyekti kimi: 

reallıqlar və nəticələr”, “Media institutu: mahiyyəti, spesifikası və 

funksiyaları”,  “Müstəqillikdən  sonra  milli  mətbuatın  təşəkkülü 

prosesi  və  inkişaf  səviyyəsi:  faktlar,  reallıqlar  və  nəticələr”, 

“Modern informasiya cəmiyyətində milli maraqlar və jurnalistika”, 

“Müstəqilliyin  ilk  illərində  sosial-iqtisadi  durum:  problemlər  və 

vəzifələr”,  “Milli  iqtisadi  inkişaf  strategiyası:  konseptual  əsasları 

və  real  nəticələri”,  “Milli  iqtisadi  inkişafın  yeni  mərhələsi:  keçid 

iqtisadiyyatına  son  və  yeni  inkişaf  mərhələsi”,  “Azərbaycan  Res-

publikasının  beynəlxalq  münasibətlər  sisteminin  aktoruna  çevril-

məsi  prosesi:  reallıqlar,  nailiyyətlər və  nəticələr”, “Milli  potensial 

və  güc  dəyərləndirməsi  Azərbaycan  nümunəsində:  meyarlar  və 

göstəricilər”, “Balanslaşdırma siyasəti-milli maraqlara və dəyərlə-

rə müvafiq xarici siyasət strategiyası”, “Milli maraqlara praqmatik 

münasibətin geosiyasi nümunəsi və ya Azərbaycanın xarici siyasət 

strategiyasında  enerji  resursları  amili”,  “Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi analitik tədqiqat obyekti kimi: faktlar 

və  nəticələr”  və  “Azərbaycan  artıq  postsovet  ölkəsi  deyil”  adlı 

mövzular  hər  biri  ayrıca  bir  paraqraf  olmaq  etibarilə  Azərbaycan 

nümunəsində  elmi-nəzəri  və  analitik-empirik  əsasda  hazırlanmış-

dır. 


Kitabın  əsas  məziyyətlərindən  biri  də  budur  ki,  analitik 

tədqiqat obyektinə çevrilən müxtəlif siyasi proseslərin fonunda 

Ulu öndər Heydər Əliyevin politoloji irsi geniş şəkildə öz əksini 

tapır.  Müxtəlif  faktlar  və  arqumentlərin  geniş  analitik  təhlili 

Ulu öndər Heydər Əliyevin politoloji irsinin öyrənilməsi üçün 

mühüm mənbə rolunda çıxış edir. Eyni zamanda, kitab Prezi-

dent  İlham  Əliyevin  siyasi  varislik  prinsipi  əsasında  həyata 


16 

 

keçirdiyi  milli  inkişaf  strategiyasının  əsaslarının  öyrənilməsi 



üçün də xüsusi əhəmiyyət daşıyır. 

Kitabın  digər  bir  məziyyəti  odur  ki,  Azərbaycan  nümunəsi  və 

təcrübəsində  toxunulan  bütün  məsələlər  elmi-nəzəri  kontekstdə 

əsaslandırılmış  və  təcrübi  gerçəkliklərin  fonunda  analitik  üslubda 

diqqətə çatdırılmışdır. 

Ümidvarıq ki, kitab Azərbaycan Respublikasının 22 illik müs-

təqillik  dövründə  ölkəmizin  daxili  və  xarici  siyasətində  müşahidə 

edilmiş  hadisələrin,  proseslərin  araşdırılması,  öyrənilməsi  baxı-

mından  tədqiqat  xarakterli  xüsusi  elmi-nəzəri  və  empirik-analitik 

informasiya mənbəyi kimi oxucular üçün olduqca maraqlı olacaq-

dır. 

Kitab  Azərbaycan  Respublikasının  müstəqillik  tarixini  və  bö-



yük dövlət xadimi Heydər Əliyev siyasi irsini öyrənən ali məktəb 

tələbələri,  magistr  və  doktorantlar,  müstəqillik  dövrünü  tədqiq 

edən araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş-

dur. 


Hikmət BABAOĞLU 

 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə