HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə6/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   2   3   4   5   6   7   8   9   ...   145

17 

 

SİYASİ PORTRET ƏVƏZİ 



 

Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli 

lider, dünya üçün ümumbəşəri dəyərdir 

 

Onun adı və fəaliyyəti Azərbaycan 

etnosiyasicoğrafiyası ilə məhdudlaşmır 

 

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan döv-

lətinin  qurucusu,  Azərbaycan  siyasi  sisteminin  yaradıcısı,  azər-

baycançılıq  ideologiyasının  banisi,  Azərbaycanda  milli  özünü-

dərk  prosesinin  başladıcısı  və  idarəedicisi  Ulu  öndər  Heydər 

Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük 

yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladı-

ğımız  titulların  heç  biri  Onun  titanik  fəaliyyətini  tam  əhatə 

etmir.  Biz  bu  gün  Azərbaycan  tarixində  Heydər  Əliyev  erasını 

yaratmış  Ulu  öndər  haqqında  danışarkən,  adətən,  Onu  bir 

Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisə-

siz  olaraq  belədir.  Amma  bu  zaman  bizə  elə  gəlir  ki,  Heydər 

Əliyevin  fəaliyyətini  bir  qədər  məhdudlaşdırmış  oluruq.  Onun 

fəaliyyətinə  bir  qədər  sırf  milli  kontekstdə  yanaşmış  oluruq. 

Lakin Heydər Əliyev şəxsiyyəti və  Onun fəaliyyəti təkcə  Azər-

baycanın  etnosiyasi  coğrafiyası  ilə  bağlı  deyil  və  Ulu  öndərin 

bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafi-

yası  ilə  məhdudlaşmır.  O,  istər  Sovet  xalqları  müstəvisində  və 

istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər 

olan  xalqların  tarixində  rol  oynamış,  onların  yaxından  tanıdığı 

və  onların  həyatına  təsir  edəcək  proseslərə  imza  atmış  bir 

şəxsiyyətdir.  Ona  görə  də,  hesab  edirik  ki,  bu  gün  Ulu  öndəri 

hörmətlə  anarkən  Heydər  Əliyevşünasların  və  Heydər  Əliyev 

sevərlərin,  tədqiqatçıların  araşdırmalı  olduğu  elmi  istiqamətlər-

dən biri də, məhz bu olmalıdır. 

 



18 

 

Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı... 



 

 

Biz bu gün Ulu öndərin bu vaxta qədər tədqiqatdan və ümumi 

kütləvi  yanaşmadan  kənarda  qalan  fəaliyyətinin  bəzi  spektrləri 

haqqında  fikirlərimizi  bildirməyə  çalışacağıq.  Ümumi  yanaşma 

Ulu  öndər  Heydər  Əliyevin  azərbaycançılıq  ideologiyasını,  məhz 

Azərbaycanın  siyasi  rəhbərliyinə  gəldikdən  sonra  başlatdığı  yö-

nündədir...  Ancaq  biz  hesab  edirik  ki,  Ulu  öndər  Heydər  Əliyev 

azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet 

dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərli-

yi  dövründə  başlatmışdır.  Biz  bilirik  ki,  Dövlət  Təhlükəsizlik 

Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdır-

an,  onu  idarə  edən  və  yönləndirən  əsas  orqan  idi.  Və  təəssüf  ki, 

Sovet  Azərbaycanı  dövründə  Ulu  öndər  Heydər  Əliyevə  qədər 

Dövlət  Təhlükəsizlik  Komitəsinə  rəhbərlik  edən  azərbaycanlı 

olmamışdır.  Azərbaycan  xalqının,  Azərbaycan  ziyalısının,  Azər-

baycan  dövlətçiliyinin,  Azərbaycanın  düşünən  beyinlərinin  başına 

gələn  faciələrin  əsas  törədicisi  və  əsas  ideyavericisi  də,  məhz  bu 

sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 

1937-ci  il  repressiyasında,  həmçinin,  ondan  sonrakı  dövrlərdə  

Azərbaycan xalqının ziyalılarına qarşı törətdiyi repressiyanın mər-

kəzi,  məhz  təhlükəsizlik  orqanları  idi.  Bu  təhlükəsizlik  orqanları, 

sanki  Azərbaycanın daxilində antiazərbaycançı qüvvələrin mərkə-

zini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu öndər Heydər 

Əliyev  milli  təhlükəsizlik  orqanlarına  rəhbərlik  edən  günə  qədər 

davam  etdi.  Onun  rəhbərliyi  dövründə  isə  respublikanın  təhlükə-

sizlik orqanlarından  anti-azərbaycançi  qüvvələr,  Azərbaycanı  sev-

məyən  müxtəlif  xalqların  nümayəndələri  təmizlənməyə  başlandı. 

Və  azərbaycançılıq  ideologiyasının  rüşeymi  də,  milli  özünüdərk 

prosesinin  rüşeymi  də  elə  oradan  cücərməyə  başladı.  Bundan 

sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer 

etdikdən  sonra,  yəni,  1969-cu  ildə  Azərbaycan  Kommunist  Parti-

yası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu 

rüşeym  daha  bir  münbit  sferaya  düşməklə  siyasi  populyarlıq  qa-



19 

 

zandı.  Beləliklə,  artıq  1978-ci  ildə  Ulu  öndərin  həyata  keçirdiyi 



fəaliyyət  nəticəsində  Azərbaycan  dili  Azərbaycan  Sovet  Sosialist 

Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düş-

dü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı 

misilsiz xidmətlərindən biri idi. 

  

 

İdeyanın ideologiyaya çevrilməsi və kütləvi mənimsənilməsi 



 

 

Həmin  dövrdə  artıq  azərbaycançılıq  ideyası  bir  ideya  şəklin-



dən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideo-

logiyaya  çevrilməyə  başladı.  Təsadüfi  deyil  ki,  bu  ideologiyaya 

çevrilmə prosesi də məhz ideya müəllifi tərəfindən həyata keçiril-

di. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq 

tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu isti-

qamətdə  atılan ilk  addımın  ilkin nəticəsi  isə, məhz Bakı  şəhərinin 

azərbaycanlılaşdırılması oldu. Çünki biz bilirik ki, o dövrdə Bakını 

istənilən  yerdə  və  istənilən  şəkildə  ümumi  universal  möhürü  bey-

nəlmiləl  şəhər  möhürü  idi.  Bu  beynəlmiləl  şəhər  bir  kosmopolit 

bakılılar  anlayışını  özündə  birləşdirməklə,  milli  ünsürləri  rədd 

edirdi.  Beləliklə,  hətta  o  dövrdə  mərkəzi  hakimiyyətdə  Dərbənd 

kimi  neft mərkəzi  olan Bakını da hansısa bir şəkildə federasiyaya 

bağlamaq, bu mümkün olmayanda isə, heç olmasa Bakını azərbay-

canlılarından qorumaq siyasəti həyata keçirilirdi. 

 

Kosmopolit Bakıdan milli Bakıya doğru  

 

 



Məhz  bu  zəncirləri,  yəni  Bakını  azərbaycanlılardan  ayıran  o 

zəncir halqalarını Ulu öndər qırdı. 1969-cu ildən başlayaraq 1970-

ci illərdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbay-

canın  regionlarından,  rayonlarından,  kəndlərindən  azərbaycanlıla-

rın məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakı bir Azərbay-

can  şəhərinə  çevrildi  və  azərbaycançılığın  ilk  nəticəsi  Bakının 

azərbaycanlılaşması  oldu.  Və  əlbəttə  ki,  bu  proses  həm  iqtisadi, 

həm  siyasi,  həm  milli  intellektual  müstəvidə  baş  verirdi.  Yəni 

regiondan gələn gənclərin işlə, qalacaqla təmin olunması, məskun-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə