HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə7/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   2   3   4   5   6   7   8   9   10   ...   145

20 

 

laşması  prosesi  vardır.  Həmin  dövr  Azərbaycanda  həm  sənaye 



müəssisələri tikildi, həm yataqxanalar tikildi, həm də yeni qəsəbə-

lər və mikrorayonlar salındı. Beləliklə də, Bakı azərbaycanlaşdırıl-

dı. Biz, sadəcə, Ulu öndərin siyasi ideoloji  fəaliyyətini təhlil etdi-

yimiz  üçün  iqtisadi  və  sosial  məsələlər  barəsində  çox  danışmaq 

istəmirik. 

 

 



Heydər  Əliyev  erası  müxtəlif  sosial,  iqtisadi  və  ideoloji 

qatlardan ibarətdir 

 

Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xid-

mətlərinə  nəzər  saldıqda  görəcəyik  ki,  dediyimiz  bu  era  ayrı-ayrı 

qatlardan  və  mərhələlərdən  ibarətdir.  Bu  qatların  və  mərhələlərin 

hər  biri  Azərbaycan  xalqının  tarixində  ayrıca  səhifədir.  Ən  əsası 

odur  ki,  bu  səhifələr  Azərbaycan  xalqının  və  dövlətinin  inkişafını 

özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu 

öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə apa-

rılması  ilə  bağlıdır.  Bu  dövrdə  də  yenə  Azərbaycan  daima  Ulu 

öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsə-

lə kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəha-

yət, Ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti Onu artıq müstəqil 

bir  dövlətin,  müstəqil  bir  xalqın  lideri  kimi  səciyyələndirməyə 

imkan  verir.  Genetik  olaraq,  liderlik  keyfiyyətlərinə  və  yüksək 

xarizmaya  sahib  olan  Heydər  Əliyev  heç  kəsin  proqnozlaşdıra 

bilməyəcəyi  proseslər  baş  verərkən,  XX  əsrin  sonlarında  bunları 

proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin 

içində  müəyyənləşdirməyi  dəqiqliklə  bacarırdı.  Eyni  zamanda, 

Onun  qəbul  etdiyi  şəxsi  qərarlar  bir  növ  Azərbaycan  xalqının 

siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və 

məqsədyönlü,  konkret  hədəfə  doğru  istiqamətlənmiş  olduğu  üçün 

bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi. 

 

 

 




21 

 

Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstə-



qillik  mübarizəmizin  uğurla  sona  çatması  üçün  Ulu  öndər 

böyük xidmətlər göstərdi 

 

20  Yanvar  faciəsindən  sonra  Moskvada  Azərbaycanın  Daimi 

nümayəndəliyinə  gələrək,  xalqının  ağır  günündə  onun  yanında 

olduğunu  nümayiş  etdirən  Ulu  öndərin  bu  addımı  bütün  dünyaya 

səs saldı. Əslində bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin 

elan  olunması  və  hədəflərinin  göstərilməsi  idi.  Əlbəttə  ki,  Azər-

baycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik müba-

rizəmizin  uğurla  sona  çatması  üçün  Ulu  öndər  Heydər  Əliyev 

böyük  xidmətlər  göstərdi.  Baxmayaraq  ki,  o  dövrdə,  istər  siyasi 

baxımdan, istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji ba-

xımdan daim məhdudiyyətlər və təzyiqlər  altında fəaliyyət  göstə-

rirdi.  Amma  Naxçıvana  gələr-gəlməz  dərhal  Naxçıvan  MR  Ali 

Sovetində  Azərbaycanın  bugünkü  bayrağını  və  eyni  zamanda, 

Azərbaycanın tarixi bayrağını 

 1918-20-ci illərdə dalğalanmış üç-



rəngli bayrağımızı, məhz xüsusi qərarla Naxçıvan Muxtar Respub-

likasının  Ali  Sovetinin  binası  üzərində  ucaltdı.  Bu  addımın  özü 

xalqın  milli  azadlıq  hərəkatına  yeni  keyfiyyət,  yeni  ruh  və  opti-

mizm  gətirdi.  Hesab  edirik  ki,  bu  da  tariximizin  yaddaqalan,  ma-

raqlı və gərəkli səhifələrindəndir. 

Ondan sonrakı mərhələdə, əlbəttə ki, Ulu öndərin fəaliyyət sfe-

rası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq 

imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin 

qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında ta-

riximizə yazılan qızıl səhifələrdəndir. 

 

Müstəqil  dövlətimizin  tərəqqisi  Heydər  Əliyevin  adı  ilə 

bağlıdır 

 

Əlbəttə  ki,  başqa  maraqlı  bir  dövr  Azərbaycanda  vətəndaş 

müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürək-

kəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlü-

kəsi  ilə  baş-başa  qalmışdı.  Həmin  dövrə  diqqətlə  nəzər  salsaq 



22 

 

görərik ki, Ulu öndər Heydər  Əliyev dahi  bir dövlət  xadimi  kimi 



Azərbaycan  dövlətinin  və  dövlətçiliyinin  mənzərəsini  çox  aydın 

şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nə-

yin necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticə-

si idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndərin 

həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbay-

can müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müs-

təqil dövlət kimi tanınır. 

 

O, böyük müəllim, mükəmməl natiq, dahi təbliğatçı idi 

 

 

Ulu  öndərin  başqa  böyük  keyfiyyətlərindən  biri  də  Onun  bö-



yük  müəllim,  dahi  təbliğatçı  və  mükəmməl  natiq  olmasında  idi. 

Heydər Əliyev “ideya, ideologiya və təbliğat” universal üçlük for-

mulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı ve-

rir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfin-

dən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək 

universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, 

təbliğatçısı  və  icraedicisi,  məhz  Ulu  öndərimiz  olub.  Əslində,  bir 

xalqın  vahid  ideologiya  ətrafında  təşkilatlanması  üçün  illər  keçir. 

Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və 

xalqın  həmin  ideologiyanın  daşıyıcısına  çevrilmə  prosesi  uzun 

illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas 

xüsusi  çevik  üsul  və  metodlarla  bu  prosesi  elə  etdi  ki,  qısa 

müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-

siyasi  ideologiyasına  çevrildi.  Bir  qədər  sonra  isə  bu  öz  müsbət 

bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və 

mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu. 

 

Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi 

 

Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, döv-

lətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zaman-

da, onun varisliliyini də  təmin etdi.  Hər hansı  bir dövlətin var ol-

ması  üçün mütləq ideoloji-siyasi  varislik lazımdır. Əgər bu olma-



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə