HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə8/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   4   5   6   7   8   9   10   11   ...   145

23 

 

sa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin 



fiziki-bioloji  mövcudluğu  bitdikdən  sonra  dövlətin  də  ömrü  bitir. 

Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varis-

liyini də təmin etmiş oldu. 

Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli 

lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet 

İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu-

nun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil 

Azərbaycan  Respublikasının  Prezidenti  və  s.  Bunlar  əlbəttə  ki, 

hamısı  bir  titul,  bir  vəzifədir.  Amma  Heydər  Əliyev  şəxsiyyəti 

bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni bu, 

bir  həqiqətdir  ki,  bütün  bu  vəzifələrdən  və  titullardan  Heydər 

Əliyev  Azərbaycan  xalqının  milli  və  dövlətçilik  maraqlarının 

təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq 

mücahidi  idi,  Azərbaycan  xalqının  böyük  mücahidi  idi, 

Azərbaycan  xalqını  beynəlxalq  münasibətlərdə  böyük  arenaya 

çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan  həqiqətlərini 

dünyaya  çatdırmağı  qarşısına  məqsəd  qoymuşdu.  Müstəqil  Azər-

baycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük 

bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə 

Onun üçün, məhz bu məqsədləri həyata keçirmək üçün bir mexa-

nizm və vasitə idi. Ona görə də Ulu öndər Heydər Əliyev Azərbay-

can xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduq-

ca O da yaşayacaqdır. 

Hikmət BABAOĞLU 

 

 



 

 

 



 

 



24 

 

 



 

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir 

Ulu öndər Heydər Əliyev 

 

*** 

 

İndi ...bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda 

bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın 

müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr 

alovunda, dağıntılar və qan içində olmağa qoymamışam 

Ulu öndər Heydər Əliyev 

 

*** 

 

Bizim üçün müstəqillik ən böyük sərvətdir, ən böyük ne-

mətdir, ən böyük dəyərdir 

Prezident İlham Əliyev 

 

*** 

 

İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan 

ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, 

artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən 

siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət 

göstərir 

Prezident İlham Əliyev

  


25 

 

 



 

 

 

 

 

I HİSSƏ 

 

 

 

Azərbaycan Respublikasında 

müstəqil dövlət quruculuğu 

prosesi və Heydər Əliyev fenomeni 

 


26 

 

I FƏSİL 



 

HEYDƏR ƏLİYEVİN SOVET İTTİFAQI DÖVRÜNDƏ 

SİYASİ FƏALİYYƏTİNİN BƏZİ SƏCİYYƏVİ 

XÜSUSİYYƏTLƏRİ 

 

1.1. Heydər Əliyevin Azərbaycan Respublikasına 

       rəhbərliyinin birinci dövrü 

 

Ulu öndər Heydər Əliyevin siyasi irsinin politoloji aspektlərini 



araşdırarkən, ilk növbədə, Onun hakimiyyətinin birinci mərhələsi-

nə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır. 

Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tər-

kibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin 

başında  gəlirdi.  Respublikamızın  inkişafı  üçün  əhəmiyyətli  resurs 

və  potensial  mövcud  olsa  da,  onlardan  səmərəli  surətdə  istifadə 

edilməməsi  tənəzzül  meyillərinin  əsasında  dayanan  başlıca  faktor 

və destruktiv substrat idi. 

Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 

1969-cu il iyul  (14 iyul  1969-cu il)  plenumunda  Heydər Əliyevin 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci ka-

tibi  seçilərək  respublikanın  rəhbəri  olması  ölkəmizin  Sovet  dövrü 

tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahə-

lərdə  həyata keçirilən islahatlar,  görülən tədbirlər respublikamızın 

inkişafını təmin edən substrat oldu. 

Həmin  dövrə  qədər  Azərbaycan  SSRİ  miqyasında  xammal 

mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur 

ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini 

aradan  qaldırmaq  və  davamlı,  sürətli  inkişafı  təmin  etmək  üçün 

kompleks  səciyyəli  strateji  islahatlar  aparmaq,  genişmiqyaslı  təd-

birlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə, sosial-iqtisadi 

islahatlar həyata keçirməklə milli inkişafın maddi bazasını forma-

laşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqa-



27 

 

mətdə  fundamental  strateji  tədbirlər  görməklə  davamlı  və  nizamlı 



inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və 

qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəlilə-

yişlər  qeydə  alındı.    Ardıcıl  surətdə  sənaye  müəssisələri  tikilib 

istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata 

keçirilməsini  təmin  edən  əsaslardan  biri  oldu.  Qısa  müddətdə 

Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə 

görə ilk yerdə qərarlaşdı. Bunun məntiqi və qanunauyğun nəticəsi 

kimi,  maşınqayırma,  metallurgiya  və  digər  sahələrdə  də  əhəmiy-

yətli  irəliləyişlər  qeydə  alındı.  Eyni  zamanda,  müəssisələrin  mad-

di-texniki  bazası  daha  da  yaxşılaşdırıldı,  çoxsaylı  yeni  kompleks-

lər, emal zavodları istifadəyə verildi. Bunlar isə  yüngül və yeyinti 

sənayesinin inkişafına təkan verdi. 

Sənaye sahəsinin inkişaf etdirilməsi aqrar sektorun da tərəqqi-

sinə təkan və töhfə verən əsas oldu. Aqrar sahədə görülən işlər bu 

sektorda sürətli və sıçrayışlı inkişafın şərtləndiricisi qismində çıxış 

etdi.  1970-ci  ildə  Heydər  Əliyevin  təşəbbüsü  və  səyləri  ilə  SSRİ 

Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrü-

fatını inkişaf etdirmək tədbirləri haqqında” Qərar kənd təsərrüfatı-

nın inkişafı yönündə həyata keçirilən yeniliklərin normativ əsasını 

təşkil  etdi.  Bunun  ardınca  9  iyul  1975-ci  il  tarixli  “Azərbaycan 

SSR-də  kənd  təsərrüfatı  istehsalını  daha  da  ixtisaslaşdırmaq, 

üzümçülüyü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərar da bu 

sahənin inkişafının hüquqi substratı qismində çıxış etdi. 

Həyata keçirilən tədbirlərin fonunda kənd təsərrüfatı sənaye tə-

məli  üzərində  inkişaf  etdirildi  və  istehsal  olunan  məhsulların  orta 

illik həcmi mütəmadi surətdə  artırıldı. Artıq 1982-ci  ildə kənd tə-

sərrüfatı  məhsullarının  istehsal  həcmi  ilk  dövrlərlə  müqayisədə  6 

dəfə  artırılmışdı  ki,  bu  da  aqrar  sektorun  inkişafı  yönündə  həyata 

keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. 

Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin respublikaya rəh-

bərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan 

qaldırıldı  və  bəhs  edilən  sahədə  ehtiyatlardan  səmərli  istifadə  et-

məklə  davamlı  və  nizamlı  inkişafın  əsası  qoyuldu.  Neft  hasilatı 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə