HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə9/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

28 

 

xeyli artırıldı. Artıq 1970-ci ildə  neft hasilatı 17,3 milyon tona çat-



dırıldı ki, bu da mühüm göstərici idi. Bununla yanaşı, Xəzər dəni-

zində  “28 aprel”, “Bahar”, “Günəşli” kimi zəngin ehiyatlara malik 

olan  neft  və  qaz  yataqları  aşkar  edildi.  Neftçıxarma  texnologiya-

sında sürətli təkmilləşdirmə işləri aparıldı. Xəzər dənizində 2800-

6500  metr  dərinliyində  neft  quyuları  qazıldı  və  sualtı  neft  kəməri 

çəkildi.  1972-ci  ilədək  Azərbaycanda  neft  yataqlarından  bir  mil-

yard ton neft çıxarıldı. 1976-cı ildə Yeni Bakı Neftayırma zavodu, 

1982-ci  ildə  isə  Bakı  Neftayırma  zavodunda  neftin  ilkin  emalı 

üçün ELOU-AVT qurğusu işə salındı.  Bu müəssisələrdə 30 adda 

müxtəlif  neft  məhsulları  istehsal  olunurdu.  Neft  sektorunda  əldə 

edilən  bu  nailiyyətlər,  o  cümlədən,  dənizdə  neft  istehsalı  üçün  ti-

kilmiş  “Dərin  özüllər”  zavodunun  yaradılması,  əslində,  gələcəkdə 

“Əsrin müqaviləsi” adlandırılan və müstəqil Azərbaycanın inkişa-

fını  təmin  edən  müqavilənin  imzalanmasına  gətirib  çıxardı  ki,  bu 

da  hazırki  iqtisadiyyatımızın  inkişafında  başlıca  stimullaşdırıcı 

amildir. 

Nəticə  etibarilə,  neft  və  qaz  ehtiyatlarından  səmərəli  istifadə 

edilməsi  milli  inkişafa  mühüm  töhfələr  bəxş  etmiş  oldu.  Eyni  za-

manda, sənaye müəssisələrinin  sayının və  sənaye  istehsalının illik 

həcminin  artırılması,  kənd  təsərrüfatında  məhsuldarlıq  səviyyəsi-

nin  yüksəldilməsi,  enerji  sektorunun  mütəmadi  inkişafının  təmin 

edilməsi  milli  inkişafı təmin etməklə  yanaşı,  respublikamıza milli 

inkişafa  sərf  etmək  üçün  əhəmiyyətli  dərəcədə  kapital  gətirmiş 

oldu. 


Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son 

qoyuldu  və  respublikamızın  sosial-iqtisadi  inkişafına,  dirçəlişinə 

start  verildi.  Sosial-iqtisadi  inkişafın  təmin  edilməsi  mədəniyyət, 

təhsil,  səhiyyə  və  digər  sahələrdə  də  görülən  fundamental  strateji 

tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ 

səviyyəsində  ən  yüksək  inkişaf  tempinə  malik  olan  ölkəyə  çevril-

məsinin təminatçısı qismində çıxış etdi. 



29 

 

Bunlarla  yanaşı,  ümummilli  inkişafın  strateji  detallarını  aşkar 



etmək  üçün  sosial-iqtisadi  tərəqqinin  fonunda  müxtəlif  sahələrin 

dinamik inkişaf tempinə nəzər yetirmək məqsədəmüvafiqdir. 

İlk növbədə, təhsil sektorunda ardıcıl və davamlı islahatlar hə-

yata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və tək-

milləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, 

təhsil  sektorunun  maddi-texniki  bazası  yaxşılaşdırıldı.  Xüsusi  in-

tellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza 

yaradıldı  və  buna  müvafiq  olaraq  praktik  müstəvidə  əhəmiyyətli 

tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik et-

diyi  dövrdə  müxtəlif  bölgələrdə  350  mindən  çox  şagird  yeri  olan 

849 ümumtəhsil məktəbi istifadəyə verildi. Eyni zamanda, ümum-

təhsil məktəblərinin maddi-texniki bazası mütəmadi surətdə yaxşı-

laşdırıldı və əhəmiyyətli keyfiyyət dəyişikliklərinə nail olundu. 

Bunlarla  yanaşı,  Ulu  öndər  Heydər  Əliyevin  xüsusi  diqqət  və 

qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmil-

ləşdirilməsi  istiqamətində  azərbaycanlı  gənclər  SSRİ  miqyasında 

fəaliyyət  göstərən  ali  təhsil  müəssisələrinə  göndərildilər.  Belə  ki, 

azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, 

Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəs-

sisələrində  öz  təhsillərini  başa  vuraraq  ölkəmizə  qayıdır  və  kadr 

potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə Heydər 

Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu 

ali  təhsil  müəssisələrində  18  minədək  yüksək  ixtisaslı  mütəxəssis 

hazırlandı.  Bu  isə  milli  inkişafın  intellektual  əsaslarının  möh-

kəmlənməsinə fundamental töhfə idi. 

Ulu öndər Heydər Əliyev təhsil sektorunun  inkişafının zərurə-

tini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, 

biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiy-

yətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbay-

canın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bun-

lar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə 

edə  bilməzdik.  Onları  qiymətləndirmək  lazımdır  və  on  illərlə 

əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”. 



30 

 

Bununla  yanaşı,  azərbaycanlı  gənclərin  SSRİ  miqyasında 



fəaliyyət  göstərən  nüfuzlu  ali  təhsil  məktəblərinə  göndərilməsi 

milli  mədəniyyətimizin  təbliği  və  möhkəmləndirilməsi,  milli 

diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töh-

fələr  bəxş  etdi.  Sonralar  Ulu  öndər  Heydər  Əliyev  bu  missiya  və 

prosesi məhz bu cür dəyərləndirirdi: “O  vaxtlar azərbaycanlıları 

ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndər-

məklə  dayaq  yaratmaq  istəyirdim.  İndi  isə  sərhədlər  açılıb, 

azərbaycanlılar  hər  yerdə  yaşaya  bilər.  Bir  şərtlə  ki,  gərək, 

millətini, dinini, torpağını və ana vətənini unutmayasan”. 

Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəl-

dilməsi  istiqamətində  əhəmiyyətli  tədbirlər  görüldü. Musiqi, teatr, 

kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və in-

kişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr 

ucaldıldı,  incəsənət  xadimlərinə  fəxri  adlar,  ordenlər,  təqaüdlər 

ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliy-

yət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı. 

Səhiyyə  sektorunda  da  fundamental  yeniliklər  həyata  keçirildi 

və əhəmiyyətli tədbirlər görüldü. 1969-cu ilin dekabr ayında Hey-

dər Əliyevin  təşəbbüsü  ilə  səhiyyə qanunvericiliyinin  təkmilləşdi-

rilməsi  haqqında  qərar  qəbul  edildi.  Bunun  ardınca  isə  Sağlamlıq 

Məcəlləsi və “Səhiyyə haqqında” Azərbaycan SSR-in Qanunu qə-

bul  edildi.  1970-1980-ci  illərdə  Heydər  Əliyev  30-a  yaxın  gənc 

azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə SSRİ miqyasında  dok-

toranturaya qəbul edilməsinə müvəffəq oldu. 

Bundan  başqa,  Heydər  Əliyevin  təşəbbüsü  ilə  paytaxt  Bakı 

müvafiq sahədə müxtəlif seminar və konfranslara ev sahibliyi etdi. 

1970-ci  ildə  Ümumdünya  Səhiyyə  Təşkilatının  regionlararası  se-

minarının Bakıda keçirilməsi barədə qərar qəbul edildi. 

Bunlarla yanaşı, səhiyyə işçilərinin çalışma və məişət şəraitinin 

yaxşılaşdırılması yönündə də əhəmiyyətli tədbirlər görüldü. Səhiy-

yə  sektorunda  çalışanların  əməkhaqları  artırıldı  və  onlar  müxtəlif 

orden, medal və fəxri fərmanlarla təltif edildilər. 




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə