HeydəR ƏLİyev ümumrespublika Olimpiadasında ndu- nun komandası finala



Yüklə 281,44 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.06.2018
ölçüsü281,44 Kb.
#47239
  1   2   3   4   5   6


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR

NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ                          26 may 2015-ci il.№3(12) 

HEYDƏR ƏLİYEV

Ümumrespublika

Olimpiadasında NDU-

nun komandası finala

vəsiqə qazanıb

Ümummilli Lider

Heydər Əliyev və

Azərbaycan Ədəbiyyatı

Klassikləri

Kənd təsərrüfatının 

inkişaf perspektivlərinə

həsr olunmuş konfrans

Müasir arıçılığın

problemləri və inkişaf

xüsusiyyətləri

səhifə-4-də

səhifə-3-də

səhifə-3-də

səhifə-5-də

Naxçıvan və Şərqi

Anadolu abidələri 

mövzusunda beynəlxalq

simpozium

səhifə-4-də

Ölkəmizdə yüksəkixtisaslı kadrların ha-

zırlanmasında mühüm xidmətləri olan Naxçıvan

Dövlət Universitetində müasir tədris imkanla-

rı yaradılmışdır. Son illər universitet şəhərciyində

aparılan  yenidənqurma  işləri,  tikilən  müasir

binalar  və  yaradılan  elektron  tədris  sistemi

təhsilin  səviyyəsini  xeyli  yüksəltmişdir.  Bu

işlərin davamı olaraq universitet xəstəxanası və

baytarlıq təbabəti ixtisası üçün yeni binalar inşa

olunmuşdur.

Mayın 21-də Naxçıvan Dövlət Univer -

siteti xəstəxanasının yeni binası istifadəyə ve-

rilmişdir.

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində

iştirak etmişdir.

Tədbirdə universitetin rektoru, Azərbay -

can Milli Elmlər Akademiyasının müxbir üzvü,

professor Saleh Məhərrəmov çıxış edərək de-

mişdir ki, son illər universitet şəhərciyində ən

müasir texnoloji avadanlıqlarla təmin olunmuş

yeni tədris korpusları, elektron kitabxana, id-

man kompleksi istifadəyə verilmiş, yeni ixti-

saslar açılmışdır. Həyata keçirilən tədbirlər ali

təhsil  ocağında  təhsilin  səviyyəsini

yüksəltmişdir. Xəstəxana və baytarlıq ixtisası

üçün müasir binaların istifadəyə verilməsi də

göstərilən  qayğının  davamıdır.  Saleh

Məhərrəmov yaradılan müasir tədris şəraitinə

görə  universitetin  kollektivi  adından

minnətdarlıq etmiş, tədrisin səviyyəsini daha da

yüksəldəcəklərini bildirmişdir.

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  Sədri  Vasif  Talıbov  müəllim  və

tələbələri Tibb fakültəsinin yeni xəstəxana bi-

nasının istifadəyə verilməsi münasibətilə təbrik

edərək demişdir: “Ölkəmizdə gənclərin təhsil

alması üçün lazım olan bütün şərait yaradılır.

Naxçıvan  Dövlət  Universitetində  də  müasir

tədris şəraiti yaradılmış, lazımi avadanlıqlarla

təchiz olunmuş tədris korpusları tikilib istifadəyə

verilmişdir. Həmçinin universitetlərarası təcrübə

mübadiləsi də həyata keçirilir, burada təhsil alan

gənclərin  qabaqcıl  təcrübəyə  yiyələnmələri

təmin edilir. Bütün bunlar ölkəmizin gələcəyi

üçündür.

Hər bir həkim insan sağlamlığının qo-

runmasına cavabdehdir. Buna görə də tələbələrin

bu  peşəni  yaxşı  mənimsəməsi  üçün  lazımi

tədbirlər  görülür.  Bu  gün  istifadəyə  verilən

xəstəxana  binası  da  bu  istiqamətdə  həyata

keçirilən tədbirlərin tərkib hissəsidir. Naxçıvanın

blokada şəraitində olması nəzərə alınaraq tib-

bi kadrlara olan tələbatı ödəmək üçün 1999-cu

ildə  Naxçıvan  Dövlət  Universitetində  Tibb

fakültəsi  yaradıldı.  O  dövrdə  bir  ixtisasla

fəaliyyətə başlayan fakültə ötən dövr ərzində

inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə

həkim hazırlığını həyata keçirir. Bu günədək

fakültənin nəzdində 1 ixtisas üzrə xəstəxana

fəaliyyət göstərirdisə, bu gün 5 ixtisası əhatə

edən xəstəxana şəraiti yaradılmışdır. Həmçinin

Naxçıvan  Muxtar  Respublikasında  fəaliyyət

göstərən  bütün  xəstəxanalarda  tələbələrin

təcrübə keçməsi üçün lazımi şərait yaradılmış,

auditoriyalar qurulmuşdur. Bütün bunlar bilikli

və  təcrübəli  gənclərin  yetişdirilməsində

əhəmiyyətli rol oynayacaqdır”.

Ali  Məclisin  Sədri  demişdir:  “Bu  gün

muxtar respublikada həkim hazırlığı işi pilləli

təhsil sistemi üzrə həyata keçirilir. Kiçik tibb

işçilərinin hazırlanması üçün Naxçıvan Tibb

Kolleci fəaliyyət göstərir. Naxçıvan Dövlət Uni-

versitetində  isə  həm  bakalavr,  həm  də

rezidentura təhsili üzrə həkimlərin hazırlanması

həyata keçirilir. Xəstəxana binasında yaradılan

şərait  gənclərin  ilkin  tibbi  vərdişlərə

yiyələnməsinə  xidmət  edəcəkdir.  Bu  sahədə

təhsil alanların tam ixtisaslaşması üçün isə mux-

tar respublikanın xəstəxanalarında yaradılan im-

kanlardan  səmərəli  istifadə  edilməlidir.  Bu

gün  bu  sahədə  yaradılan  şərait  ölkəmizin

gələcəyi və muxtar respublika əhalisinin sağ-

lamlığının qorunması üçündür. Əgər hər hansı

bir ölkənin insanları sağlamdırsa, onun iqtisa-

diyyatı da davamlı inkişaf edəcək, ailələri də

sağlam təməllər üzərində qurulacaqdır. Buna

görə də ölkəmizdə bu sahənin inkişafına xüsusi

diqqət və qayğı göstərilir. Bu isə insan amilinə

göstərilən qayğı deməkdir. Buna görə də bu

sahədə kadr hazırlığına xüsusi diqqət ayrılma-

lıdır ki, yaxşı həkim peşəsinə yiyələnən gənclər

yetişsin,  insanlara  nümunəvi  tibbi  xidmət

göstərilsin”. 

Ali  Məclisin  Sədri  yaradılan  şəraitdən

səmərəli istifadə olunacağına, tələbələrin ilkin

peşə vərdişlərinə yiyələnəcəklərinə, universitetin

6 minə yaxın tələbə-müəllim heyətinə nümunəvi

tibbi  xidmət  göstərəcəklərinə  əminliyini  bil-

dirmiş, kollektivi bir daha yeni xəstəxana bi-

nasının istifadəyə verilməsi münasibətilə təbrik

etmiş,  onlara  tədrisdə  və  gələcək  işlərində

uğurlar arzulamışdır.

Ali Məclisin Sədri açılışı bildirən lenti

kəsmiş və yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, hazırda univer-

sitetin Tibb fakültəsində pediatriya, tibbi pro-

filaktika, müalicə işi, stomatologiya və əczaçılıq

ixtisasları üzrə 326 tələbə təhsil alır. Xəstəxanada

tələbələrin seçdikləri ixtisaslar üzrə hərtərəfli

bilik və təcrübə qazanması üçün lazımi şərait

yaradılmışdır. Üç mərtəbədən ibarət olan binanın

birinci  mərtəbəsində  cərrahiyyə  bloku  və

klinika bölməsi fəaliyyət göstərir. Burada 2 pa-

latadan  ibarət  reanimasiya  şöbəsi,  rentgen

kabinəsi, kliniki laboratoriya, aptek və həkim

otağı  vardır.  Stasionar  bölmə  üçün  ayrılan

ikinci mərtəbədə həkim və tibb bacıları üçün iş

otaqları, ultrasəslə müayinə və EKQ kabinələri,

pediatriya palatası, oftalmoloji kabinə, 2 pala-

ta, sarğı otağı, auditoriya və bufet yerləşir. 

Binanın  üçüncü  mərtəbəsində  isə  sto-

matoloji kabinə, sterilizasiya otağı, fizioterapiya

kabinəsi, 2 stomatoloji və 2 əczaçılıq labora-

toriyası, terapevt otağı və auditoriyalar vardır.

Mərtəbələrin  hər  birində  müasir  iş  və  tədris

şəraiti yaradılmış, otaq və kabinələr ən yeni tib-

bi avadanlıqlar və inventarlarla təchiz edilmiş,

lift quraşdırılmışdır.

Xəstəxanada  professor-müəllim  heyəti

üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək

bilik və bacarıqlara yiyələnmək imkanı möv-

cuddur. Burada çalışan həkim və tibb işçiləri

peşəkar tibbi kadrların hazırlanması işinə öz

töhfələrini verməklə yanaşı, həm də insanların

sağlamlığının  qayğısına  qalacaqlar.  Müasir

xəstəxana binası tələbələrin nəzəri və praktik

biliklərinin  təkmilləşdirilməsində  müstəsna

əhəmiyyətə  malikdir.  Tələbələr  laborator

məşğələlərdə, diaqnostika, müayinə və müalicə

əməliyyatlarında iştirak etməklə tibbi biliklərini

daha da möhkəmləndirəcəklər.

Xəstəxana ilə tanışlıqdan sonra kollektivlə

görüşən Ali Məclisin Sədri demişdir ki, həkim-

müəllimlərin  qarşısında  insan  sağlamlığının

qorunması  ilə  yanaşı,  gələcəyin  kadrlarının

yetişdirilməsi kimi mühüm vəzifələr dayanır.

Bunun üçün Naxçıvan Dövlət Universitetində

müasir tədris şəraiti yaradılmış, tələbələrin il-

kin tibbi biliklər üzrə təcrübə əldə etməsi üçün

müasir xəstəxana binası istifadəyə verilmişdir.

Bu  gün  Naxçıvan  Dövlət  Universitetinin

dünyanın 100-ə yaxın universiteti ilə əlaqələri

mövcuddur, tələbə-müəllim mübadiləsi həyata

keçirilir. 



Ardı 2-ci səhifədə

Naxçıvan Dövlət Universitetinin xəstəxanası və baytarlıq təbabəti

ixtisası üçün yeni bina istifadəyə verilmişdir


Yüklə 281,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə