HeydəR ƏLİyev ümumrespublika Olimpiadasında ndu- nun komandası finala



Yüklə 281,44 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.06.2018
ölçüsü281,44 Kb.
#47239
1   2   3   4   5   6

Hazırda Tibb fakültəsində təhsil alan

326 tələbədən 54-ü xarici ölkə vətəndaşlarıdır.

Bu da onu göstərir ki, artıq universitetin bu

sahədə də beynəlxalq səviyyədə nüfuzu var-

dır.  Universitetin  xəstəxana  binasında  həm

yüksək tədris imkanı yaradılmış, həm də in-

sanların sağlamlığının qayğısına qalmaq üçün

müasir avadanlıqlar quraşdırılmışdır. Yeni ava-

danlıqlar  müasir  səhiyyənin  əsasını  təşkil

edir.  Buna  görə  də  bu  avadanlıqlar  yaxşı

öyrənilməli, onlardan səmərəli istifadə olun-

malıdır.  Müasir  tibbi  yeniliklərlə  yanaşı,

bioloji  təbabətin  təməl  tibb  fənlərinin  bir

hissəsi  kimi  öyrədilməsinə  də  diqqət

yetirilməli,  gənclərə  muxtar  respublikada

mövcud olan dərman bitkilərinin tərkibi və

müalicə əhəmiyyəti aşılanmalıdır.

Naxçıvan  Muxtar  Respublikasının

Əməkdar həkimi – müəllim Malikəjdər İbra-

himov yaradılan şəraitə görə kollektiv adından

minnətdarlıq etmişdir.

Xəstəxana  binasına  fiber-optik  kabel

çəkilmiş,  girişdə  məlumat  monitorları  və

nəzarət-müşahidə kameraları quraşdırılmışdır.

Mayın  21-də  Naxçıvan  Dövlət

Universitetində baytarlıq təbabəti ixtisasının yeni

binasının da açılışı olmuşdur.

Açılış  tədbirində  universitetin  tələbəsi

Nazəni Rüstəmli çıxış edərək demişdir ki, bö-

yük inkişaf yolu keçən Naxçıvan Dövlət Uni-

versiteti bu gün Avropa standartlarına uyğun,

dünya miqyasında tanınan müasir təhsil ocağına

çevrilib. Yeni xəstəxana və baytarlıq təbabəti ix-

tisası binalarının istifadəyə verilməsi bu sahələr

üzrə təhsil alan tələbələrin yüksək elmi biliklərə

və  zəngin  təcrübəyə  yiyələnməsinə  şərait

yaradacaq, gələcəyin mütəxəssisi kimi forma-

laşmasında  əhəmiyyətli  rol  oynayacaqdır.

Nazəni  Rüstəmli  yaradılanlardan  səmərəli

istifadə edəcəklərinə, təhsildə və ictimai işlərdə

fəal olmaqla göstərilən etimadı doğruldacaq-

larına söz vermişdir.

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov tədbir iştirak-

çılarını baytarlıq təbabəti ixtisası üçün yeni tədris

binasının  istifadəyə  verilməsi  münasibətilə

təbrik edərək demişdir: “2005-ci ildə Naxçıvan

Dövlət Universitetində baytarlıq ixtisası açılmış

və  ötən  müddət  ərzində  uğurla  fəaliyyət

göstərmişdir. Əgər insanların sağlamlıqlarının

qorunmasına xidmət edən tədbirlər görülürsə,

bu sahədə müasir infrastruktur yaradılırsa və ix-

tisaslı kadr hazırlığı təmin olunursa, buna ilk

əvvəl baytarlıq təbabətindən başlanılmalıdır. Bu

sahənin insan həyatı üçün əhəmiyyəti nəzərə alı-

naraq baytarlıq ixtisası baytarlıq təbabəti ixti-

sası adlandırılmışdır”.

Ali Məclisin Sədri qeyd etmişdir ki, bu

sahəyə göstərilən diqqət nəticəsində baytarlıq

təbabəti ixtisasının tədrisi lazımi avadanlıqlarla

təchiz olunmuş binada həyata keçiriləcəkdir.

Eyni zamanda Naxçıvan Texniki Kollecində də

baytarlıq  ixtisası üzrə kadr hazırlığı yerinə ye-

tirilir. Bu gün muxtar respublikada 107 min başa

yaxın iribuynuzlu, 650 min başa yaxın xırda-

buynuzlu, 1 milyon başdan yuxarı quş, 69 minə

yaxın arı ailəsi vardır. Buna görə də onların sağ-

lamlığının qorunmasına xidmət edən ixtisaslı

kadrlara da tələbat böyükdür. Muxtar respub-

likada  bu  sahədə  kadr  hazırlığı  Naxçıvan

Dövlət Universitetində və Naxçıvan Texniki

Kollecində həyata keçirilir. Peşəkar kadrların

yetişməsi  üçün  isə  müasir  tədris  metodları

tətbiq olunmalıdır. Bunun üçün hər iki təhsil

müəssisəsində lazımi şərait yaradılmışdır. Eyni

zamanda Naxçıvan Muxtar Respublikası Dövlət

Baytarlıq  Xidmətində  də  praktik  dərslərin

keçilməsi üçün siniflər yaradılmış, lazımi tədris

avadanlıqları quraşdırılmışdır. Bu işdə Dövlət

Baytarlıq Xidmətinin kollektivinin üzərinə də

mühüm vəzifələr düşür. Xidmətin mütəxəssisləri

dərslərə  cəlb  olunmalı,  tələbələrin  praktik

vərdişlərə  yiyələnməsində  yaxından  iştirak

etməlidirlər. Bu gün ölkəmizdə insan sağlam-

lığına xüsusi diqqət yetirilir. Əhalinin sağlam-

lığının qorunması üçün lazımi tədbirlər həyata

keçirilir, bu sahədə dövlət proqramları qəbul olu-

nur. İnsan sağlamlığının qorunması isə sağlam

qidadan asılıdır. Keyfiyyətli və sağlam ərzaq ol-

madan insan sağlamlığını qorumaq mümkün de-

yil. Buna görə də baytarlıq təbabəti üzrə təhsil

alan  tələbələrin  üzərinə  böyük  məsuliyyət

düşür. Gənclər bu sahəni dərindən öyrənməli,

insanları keyfiyyətli kənd təsərrüfatı məhsulları

ilə təmin etməlidirlər. 

Ali  Məclisin  Sədri  dövlətimizin  bu

sahəyə verdiyi önəmin nəticəsi olaraq yaradılan

şəraitdən düzgün istifadə olunacağına və bu

sahədə  yaxşı  mütəxəssislər  hazırlanacağına

əminliyini bildirmiş, kollektivi bir daha təbrik

etmiş,  gələcək  tədrisdə  və  fəaliyyətlərində

uğurlar arzulamışdır.

Ali Məclisin Sədri açılışı bildirən lenti

kəsmiş  və  binada  yaradılan  şəraitlə

maraqlanmışdır.

Məlumat  verilmişdir  ki,  3  mərtəbədən

ibarət olan binanın birinci mərtəbəsində baytarlıq

klinikası, diaqnostika və terapiya laboratoriyası,

vivarium, mamalıq və süni mayalanma labo-

ratoriyası, aptek və iş otaqları yerləşir. Mikro-

biologiya və virusologiya, fiziologiya və bio-

kimya, parazitologiya, ekspertiza və qida gi-

giyenası, arıçılıq problemləri, farmakologiya və

toksikologiya laboratoriyaları, sterilizasiya ota-

ğı  binanın  ikinci  mərtəbəsindədir.  Üçüncü

mərtəbədə isə anatomiya muzeyi, sitologiya, his-

tologiya, embriologiya, yemləmə, yetişdirmə və

genetika  kabinələri  vardır.  Burada  həmçinin

auditoriyalar,  iş  otaqları,  kompüter  sinfi,

elektron lövhəli siniflər və 75 yerlik iclas zalı

da istifadəyə verilmişdir. 

Bildirilmişdir ki, universitetdə baytarlıq

ixtisası 2005-ci ildə yaradılmış, 2007-ci ildən

Baytarlıq kafedrası kimi fəaliyyətə başlamışdır.

Hazırda bu sahədə universitetin geniş əlaqələri

mövcuddur. Türkiyə və İran İslam respublika-

larının bir sıra universitetləri ilə tədris mübadiləsi

aparılır.  Binada  yaradılan  müasir  şərait

tələbələrin daha dərin biliklərə yiyələnməsinə

və kliniki təcrübələrinin möhkəmləndirilməsinə,

eləcə  də  kənd  təsərrüfatının  və  baytarlıq

xidmətinin inkişafına geniş imkanlar açır. 

Baytarlıq təbabəti ixtisası üçün müasir

tədris şəraitinin yaradılması muxtar respublikada

ərzaq  təhlükəsizliyi  tədbirlərinin  də  güclən -

dirilməsinə stimul verir. Buradakı ekspertiza və

qida  gigiyenası  laboratoriyasında  kənd

təsərrüfatı məhsullarının tərkibi və keyfiyyət

dərəcəsi  öyrəniləcək,  bu  sahə  üzrə  peşəkar

mütəxəssislər hazırlanacaqdır. Laboratoriyalarda

qabaqcıl texnoloji avadanlıqlar quraşdırılmış,

baytarlıq apteki bütün növ lazımi dərman pre-

paratları ilə təchiz edilmişdir. 

Baytarlıq klinikası iki otaqdan ibarətdir.

Burada iri və xırdabuynuzlu heyvanlar üzərində

cərrahi  əməliyyatlar  aparmaq  mümkündür.

Anatomiya  muzeyində  heyvan  skeletlərinin

nümunələri  qoyulmuş,  onların  öyrənilməsi

üçün  lazımi  şərait  yaradılmışdır.  Muzeydə

açıq  dərslərin  keçilməsi  üçün  anatomiya

kabinəsi də vardır.

Heyvandarlığın inkişafında süni maya-

lanma mühüm yer tutur. Muxtar respublikada

bu məsələ diqqət mərkəzində saxlanılır, mal-qa-

ranın cins tərkibi yaxşılaşdırılır. Binada yara-

dılan mamalıq və süni mayalanma laboratori-

yası bu sahədə daha geniş elmi araşdırmalar

aparmağa və ixtisaslı kadrların yetişdirilməsinə

mühüm töhfə verəcəkdir.

Naxçıvan Muxtar Respublikasında arı-

çılığın inkişafı sahəsində də mühüm tədbirlər

görülür.  Universitetin  Baytarlıq  təbabəti  ka-

fedrasında arıçılığın ayrıca fənn kimi tədris olun-

ması da bu məqsədə xidmət edir. Binada arıçılıq

problemləri  laboratoriyasının  fəaliyyətə

başlaması isə bu sahədə peşəkar mütəxəssislərin

yetişdirilməsində əsas baza rolunu oynayacaqdır.

Laboratoriyada  arıçılıq  sahəsinə  aid  əyani

tədris vasitələri, mikroskop, balsüzən aparat,

xəstəliklərin öyrənilməsi və dərman preparat-

larının hazırlanması üçün bir sıra avadanlıqlar

quraşdırılmışdır.

Kompüter  otağında  20  kompüter

quraşdırılmış və internetə qoşulmuşdur. Bu da

onlayn  dərslərin  və  elektron  imtahanların

keçirilməsinə imkan verəcəkdir. Geniş iclas za-

lında da müasir avadanlıqlar quraşdırılmışdır.

Burada videokonfransların və distant dərslərin

keçirilməsi mümkündür.

Bina  ilə  tanışlıqdan  sonra  kollektivlə

görüşən  Ali  Məclisin  Sədri  demişdir:

“Universitetdə  baytarlıq  təbabəti  ixtisasının

tədrisi üçün bütün imkanlar yaradılmış, sinif və

auditoriyalar  müasir  avadanlıqlar  və  əyani

tədris vasitələri ilə təmin olunmuşdur. Bütün

bunlar muxtar respublikada dövlətin bu sahəyə

göstərdiyi qayğının ifadəsidir. Eyni zamanda

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq

Xidmətinin  tərkibində  elmi  müəssisə  və

laboratoriya fəaliyyət göstərir. Burada forma-

laşdırılan  müasir  tədris  bazası  gənc

mütəxəssislərin hazırlanmasına əlverişli şərait

yaradacaqdır. Muxtar respublikada bu ixtisası

bitirən məzunlar üçün işlə təminat imkanları ge-

nişdir. Son illər aparılan tikinti-quruculuq işləri

zamanı bütün yaşayış məntəqələrində baytarlıq

xidmətinin fəaliyyəti üçün də ayrıca iş yerləri

yaradılmışdır. Ona görə ki, insanların sağlam-

lığının  qorunması  vacib  məsələdir.  Bu  gün

universitetdə istifadəyə verilən həm xəstəxana,

həm də baytarlıq təbabəti ixtisası üçün bina bir-

başa  insanların  sağlamlığına  xidmət  edən

sahələri əhatə edir”. 

Naxçıvan Dövlət Universitetinin rektoru,

Azərbaycan  Milli  Elmlər  Akademiyasının

müxbir  üzvü,  professor  Saleh  Məhərrəmov

göstərilən  etimadı  doğruldacaqlarına,  tədrisi

günün tələbləri səviyyəsində təşkil edəcəklərinə

söz vermişdir.

Binanın həyətində abadlaşdırma tədbirləri

görülmüş, ətrafda gülzarlıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Baytarlıq təbabəti ixtisası yeni binada tədris olunacaq

2  / GÜNDƏM                       

YENİ FİKİR

MAY 2015



Yüklə 281,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə