“heydəR ƏLİyev və azərbaycan nitq məDƏNİYYƏTİ” Kİtabinin



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54733
  1   2   3   4   5   6


ATU-da “Elsevier” nəşriyyat evinin xüsusi 

kampaniyasının təqdimatı keçirildi

“HEYDƏR ƏLİYEV VƏ 

AZƏRBAYCAN NİTQ 

MƏDƏNİYYƏTİ” 

KİTABININ 

TƏQDİMATI OLUB 

AMEA-nın inkişafının böyük bir mərhələsi 

Ulu Öndərin adı ilə bağlıdır

ATU-da Amerika-Avstriya Fondunun 

satellit simpoziumu keçirilib

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 21 (1617) 16 dekabr 2015 - ci il                           Qiyməti 40 qəpik

Azərbaycanda 

ilk dəfə hamilə 

qadının 

ürəyində 

əməliyyat 

aparılıb

BU  SAYIMIZDA 

2

6

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai 

Birliyinin təqdimat konfransı keçirilib

3

4

3

Dos. dr. Fərid Əliyev Azərbaycan Kardiologiya 

Cəmiyyətinin sədri seçilib

ATU-da “Vətən sevgisi” adlı  sənədli film 

nümayiş olunub

4

 

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib



Dekabrın  12-də  Azərbaycan  Prezidenti  İlham  Əliyev  və  oğlu  Heydər 

Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin 

məzarını ziyarət etdilər.

Milli  Məclisin  deputatları,  nazirlər,  komitələrin,  şirkətlərin  və  idarələrin 

rəhbərləri,  respublika  ictimaiyyətinin  nümayəndələri  də  Fəxri  xiyabana 

gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və oğlu Heydər Əliyev Ulu Öndərin ömür-

gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da 

məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış  dövlət  xadimi  Əziz  Əliyevin  və  professor  Tamerlan  Əliyevin  də 

xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli  lider  Heydər  Əliyevin  məzarının  ziyarət  edilməsi  mərasimində 

Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Meh-

diyev və digər rəsmi şəxslər iştirak ediblər.



5

4


http://www.amu.edu.az

16 dekabr 2015-ci il

2

 



                          

D

ekabrın  1-də  Azərbaycan  Tibb 

Universitetində iki cildlik “Heydər 

Əliyev  və  Azərbaycan  nitq 

mədəniyyəti”  kitabının  təqdimat 

mərasimi  olub.  ATU-nun  professor-

müəllim  heyəti,  rezidentləri  və 

tələbələri  ilə  yanaşı  dilçi  alimlərin, 

ictimaiyyət nümayəndələrinin də qa-

tıldığı tədbiri universitetin elmi işlər 

üzrə  prorektoru,  professor  İbrahim 

İsayev  açaraq  Heydər  Əliyev  irsi-

nin bütövlükdə öyrənilməsi və gənc 

nəslə çatdırılmasının əhəmiyyətindən 

danışıb. 

  

   

  

Universitetimizin  daxili  xəstəliklər 

kafedrasının  dosenti  Nağdəli  Zama-

novun  gərgin  əməyi  nəticəsində  ərsəyə 

gələn  “Heydər  Əliyev  və  Azərbaycan 

nitq mədəniyyəti” monoqrafiyasında Ulu 

Öndərin  natiqlik  qabiliyyətinin  müxtəlif 

aspektlərdən  araşdırıldığını  vurğulayan 

prorektor  ictimai  və  sosial  həyatımızın 

bütün  sahələrinin  formalaşmasında 

Heydər Əliyevin müstəsna xidmətləri ol-

duğunu bildirib. Qeyd edib ki, hələ siya-

si hakimiyyətə gəldiyi 1969-cu ildən ana 

dilimizi dövlət dili səviyyəsinə qaldırma-

ğı  bacaran  ümummilli  liderimizin  XX 

əsrin  sonları  və  XXI  əsrin  əvvəllərində 

Azərbaycan  nitq  mədəniyyətinin  inki-

şafındakı    rolu  xüsusilə  danılmazdır: 

“Ona  görə  danılmazdır  ki,  hər  bir  çı-

xışı,  nitqindəki  zənginlik,  ardıcıllıq, 

səmimiyyət və müdriklik onu dinləyənləri 

maqnit  kimi  özünə  çəkir.  Bu  böyük 

şəxsiyyətin fitri istedadına, dahiliyinə və 

Heydər  Əliyev  fenomeninə  qibtə  etməyə 

bilmirsən”. 

Azərbaycan 

Tibb 

Universitetində 



Heydər  Əliyev  irsinə  həmişə  böyük  eh-

tiram göstərildiyini, ictimai fənlər və dil 

kafedralarında Ulu Öndərin tibb elminin, 

səhiyyənin  inkişafındakı  rolu  barəsində 

dissertasiyaların  müdafiə  olunduğunu,  

inşa müsabiqələrinin keçirildiyini diqqətə 

çatdıran İ.İsayev dosent Nağdəli Zamano-

vun  iki cildlik monoqrafiyasının daha ge-

niş əks-səda doğurduğunu söyləyib.

Hər  bir  xalqın  əsrlər  boyu  öz  dilini 

təkmilləşdirməyə  səy  göstərdiyini  deyən  

ictimai  fənlər  kafedrasının  professo-

ru  Fəxrəddin  Məmmədov  Azərbaycan 

türkcəsinin  tarixinə  nəzər  salaraq 

bu  istiqamətdə  yazarlarımızın,  siya-

si  xadimlərimizin  fəaliyyətini  yüksək 

qiymətləndirib.  Ulu  öndərimiz    Heydər 

Əliyevin adını xüsusi  qeyd edərək onun 

ayrı-ayrı  zaman  kəsiyində  Azərbaycan 

dilinə  böyük  diqqət  və  qayğı  ilə  yanaş-

masına dair faktları önə çəkib və dilimizə 

olan  qayğının  bu  gün  də  ölkə  rəhbəri            

İlham Əliyev tərəfindən davam etdirildi-

yini vurğulayıb. 

Təbabətlə  məşğul  olan  N.Zamanovun 

Azərbaycan  dilçilik  tarixinə,  dilçi-

lik  mədəniyyətinə  müraciət  etməsini 

elmimizdə  yeni  bir  hadisə  adlandıran 

F.Məmmədov  seçilən  mövzunun  aktu-

allığına  da  toxunub:  “Təsadüfi  deyil  ki, 

Nağdəli müəllim bu əsəri yazdıqdan son-

ra  respublikanın  tanınmış  dilçi  alimləri 

mötəbər  mətbu  orqanlarda  monoqrafi-

ya  haqqında  öz  rəylərini  nəşr  etdiriblər. 

Elmi  ictimaiyyət  zaman  keçdikcə  bu 

əsərə  layiq  olduğu    dəyəri  verəcəkdir.  

Bu  əsər  hər  hansı  bir  mükafata  layiqdir, 

bunu  dövlətimizin  də,  hökumətimizin 

də  nəzərə  alacağına  inanıram.  Əvvəlki 

dövrlər  olsaydı,  müəllifə  dilçilik  üzrə 

elmlər  doktoru  alimlik  dərəcəsi  də 

verilə  bilərdi.  Təbabətimizlə  bərabər  di-

limizin,  ədəbiyyatımızın  da  vurğunu 

olan  N.Zamanov  yeni  bir  məktəbin,  Ulu 

Öndərin nitq mədəniyyəti məktəbinin yo-

lunu açıb. Düşünürəm ki, dilçi alimlərimiz 

bu  tədqiqat  əsərindən  bəhrələnərək 

diqqətlərini Heydər Əliyev yaradıcılığının 

digər sahələrinə də yönəldəcəklər”.

Azərbaycan  dili  və  nitq  mədəniyyəti 

kafedrasının  müdiri,  dosent  Akif  Miri-

yev  Heydər  Əliyevin  nitqlərinin  dilçilik 

mövqeyindən araşdırıldığı monoqrafiyanı 

diqqətlə oxuduğunu bildirərək qeyd edib 

ki, çox böyük zəhmət hesabına ərsəyə gələn 

1000 səhifəyə yaxın bir tədqiqat əsərində 

H.Əliyevin  nitqlərindən yetərincə isti fadə 

edilib.  Bu  monoqrafiya  haqqında  yazdı-

ğım 3 məqalənin biri “Təbib” qəzetində, 

biri  “Ədalət” qəzetində, biri isə “Filolo-

ji  tədqiqatlar”  adlı  elmi  məcmuədə  çap 

olunub.  Tərəddüdsüz  deyə  bilərəm  ki, 

özünün  bütün  duyğularını,  fikirlərini 

konkret  faktlarla  əsaslandıran  müəllifin 

bu  tədqiqat  əsəri  bizim  dilçi  alimlərin 

tədqiqatlarından  heç  də  geri  qalmır. 

Əksinə,  daha  konkretdir,  birbaşa  Heydər 

Əliyev  sözünün,  nitqinin  qiymətini  verə 

bilən bir tədqiqatdir. 

Azərbaycan  Dövlət  Pedaqoji  Univer-

sitetinin  müəllimi,  filologiya  elmləri 

doktoru  Kamil  Bəşirov  “Heydər  Əliyev 

və  Azərbaycan  nitq  mədəniyyəti” 

əsərinin  təkcə  Azərbaycan  dilçiliyinə 

yox,  bütövlükdə  Heydər  Əliyev  irsinin 

öyrənilməsinə qiymətli bir töhfə olduğunu 

deyib:  “İlk  baxışdan  “dilçiliklə  həkimin 

nə  işi  var”,  -  deyə  düşünərkən  həm  də 

təbabət elminin banisi, filofsof və şair İbn 

Sina, həkim-yazıçı Abbas Səhhət, həkim 

və siyasi xadim Nəriman Nərimanov, Əziz 

Əliyev və digərləri yada düşür. Təbabətlə 

filologiya  elminin  sıx    əlaqədə  olmasına 

bir daha əminlik yaranır. Əslində həkimin 

birinci silahı da sözdür”. 

O,  Azərbaycanın  dövlətçilik  tarixində 

Şah  İsmayıl  Xətaidən  sonra  ən  böyük 

xidmətin  ulu  öndərimiz  Heydər  Əliyevə 

məxsus  olduğunu  söyləyərək  bildi-

rib  ki,  bu  dahi  şəxsiyyətin  nitqi  o  qədər 

mükəmməl, məqsədyönlü və dəqiqdir ki, 

onu ziyalı adamlar da, təhsili aşağı olanlar 

da asanlıqla başa düşür. 

Böyük  zəhmətə  qatlaşaraq  mükəmməl 

bir  tədqiqat  əsəri  yazmasını  həm  də 

müəllifin  H.Əliyev  şəxsiyyətinə  vurğun-

luğu ilə əlaqələndirən natiq çıxışının so-

nunda  dərs  dediyi  universitetdə  tədris 

olunan  “Nitq  mədəniyyəti”  fənni  üzrə 

istifadə olunan ədəbiyyat siyahısına 2013-

cü  ildə  “Heydər  Əliyev  və  Azərbaycan 

nitq mədəniyyəti” kitabını da əlavə etdi-

yini xatırladıb.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hü-

quq  İnstitutunun  əməkdaşı,  fəlsəfə  üzrə 

fəlsəfə doktoru Məhəmməd Cəbrayılov da 

özündən  əvvəl  çıxış  edənlərin  fikirlərini 

bölüşərək  dilçiliklə  bağlı  bu  mövzunun 

kifayət  qədər    aktual  olduğunu  söyləyib. 

Dilin, dil mədəniyyətinin inkişafı üçün iki 

əsas amilin - dilin səlisliyi və istifadə im-

kanlarının, bu dildən istifadə edən insanın 

hazırlıq səviyyəsinin vacibliyinə toxuna-

raq qeyd edib ki, hər iki faktoru ümum-

milli lider H.Əliyevin  bütün çıxışlarında  

görmək  mümkündür.  N.Zamanovun  bu 

məsuliyyətin  altına  girərək  dilin  struk-

turunun,  qanunauyğunluğunun    Heydər 

Əliyevin fikirlərində ifadə tərzinə diqqət 

yetirməsi, həmin nitqlərin məna yükünü, 

məzmun yükünü açıb göstərməsi tədqiqat 

əsərinin uğuru kimi qiymətləndirilə bilər. 

ATU-nun  Tədris  Terapevtik  Klinika-

sının  direktoru,  professor  Surxay  Musa-

yev  bu  əsərin  ərsəyə  gəlməsi  ərəfəsində 

müşahidə  etdiklərini  tədbir  iştirakçıları 

ilə  bölüşdükdən  sonra  dilçiliklə  natiqlik 

məharətinin oxşar və fərqli tərəfləri barədə 

fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, 

bəzən  dilimizi  gözəl  bilən  şəxslərdə  na-

tiqlik  qabiliyyətinin  olmadığını  dəfələrlə 

görmüşük.    Heydər  Əliyev  isə  istənilən 

auditoriyanı  asanlıqla  ram  etməyi  baca-

rırdı. Səhiyyəni o qədər dəqiq təhlil edir-

di ki, çoxları onun tibb təhsili almadığı-

na  inanmırdı.  İş  elə  gətirib  ki,  biz  onun 

müxtəlif  auditoriyalrda  fərqli  nitqlərinin 

şahidi  olmuşuq.  Belə  bir  şəxsiyyətin  na-

tiqlik qabiliyyətini təhlil etmək çox böyük 

bir işdir və sevindirici haldır ki, Nağdəli 

müəllim  bu  çətin,  eyni  zamanda  şərəfli 

işin öhdəsindən layiqincə gəlib. Kitaba ad 

seçiminin  də  çox  dəqiq  olduğunu  deyən 

S.Musayev  bu tədqiqat əsərində “Heydər 

Əliyev Azərbaycan dilinin müdafiəsində”,  

“Heydər  Əliyev  nitqi  ilə  izah  edir”, 

“Heydər Əliyevin  nitqində  məntiqi ardı-

cıllıq”,  “Heydər  Əliyevin  nitqində  fəlsəfi 

fikirlər”,  “Heydər  Əliyevin  nitqində 

səmimiyyət”,  “Heydər  Əliyevin  nitqində 

qətiyyət”,  “Heydər  Əliyevin  nitqində 

nikbinlik”    və  s.  başlıqlar  altında  böyük 

natiqin nitqinin araşdırılmasını  yuxusuz 

gecələrin nəticəsi kimi dəyərləndirib. 

“Məhz  bizim  kafedranın  dosenti 

“Heydər Əliyev irsi” adlanan bir ümmana 

baş vurub və oradan öz gücü qədər incilər 

tapıb suyun üzərinə çıxarda bilib”, - deyən 

I daxili xəstəliklər və reanimatologiya ka-

fedrasının müdiri İsfəndiyar İsmayılov bu 

əsərin  sifarişlə  yazılmadığını,  müəllifin 

içindən  gələn  çağırışla  ərsəyə  gəldiyini 

vurğulayıb. 

Kitabı ilk növbədə sonsuz sevgi ilə yaz-

dığını,  eyni  zamanda  fenomenal  natiqlik 

məharətinə  malik  böyük  bir  şəxsiyyətin 

nitqini 


araşdırmağın 

məsuliyyətini 

dərk  etdiyini  bildirən  müəllif  burada  çı-

xış  edənlərə,  tədbirin  təşkilatçılarına 

və  iştirakçılarına,  tədqiqat  əsərinin  işıq 

üzü  görməsində  zəhməti  olan  hər  kəsə 

təşəkkürünü çatdırıb. 

Təqdimat  mərasimini  yekunlaşdıran 

İ.İsayev Nağdəli müəllimin Heydər Əliyev 

irsinə,  Heydər  Əliyev  yaradıcılığına  eti-

barlı bir şəxs olduğunu,  tədbir iştirakçıla-

rının bu günü heç vaxt unutmayacaqlarını 

söyləyib.  Ulu öndərin nitqlərinin davamı 

sayılan  möhtərəm  prezidentimiz  İlham 

Əliyevin  nitqlərində  də  araşdırılası  və 

gənclərə çatdırılası fikirlərin çox olduğu-

nu vurğulayan prorektor yeni bir tədqiqat 

mövzusunun  anonsunu  verərək  müəllifə 

bu istiqamətdə uğurlar arzulayıb.

Arif MƏMMƏDLİ



Fotolar Cənnətalı Çingizindir

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİ” 

KİTABININ TƏQDİMATI OLUB 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə