Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   2   3   4   5   6   7   8   9   ...   14

 

5

 



 

DÖVLƏTÇİLİK 

 

 

 



 Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir! 

 

٭٭٭ 

 Azərbaycanın dövlət müstəqilliyi  əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və 

Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır. 

 

٭٭٭ 


 Azərbaycan Respublikası milli dövlət quruculuğu yolunda uğurlar qazanaraq böyük gələcəyə 

doğru inamla addımlayır. 

 

٭٭٭ 


 Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan 

da çətindir. 

 

٭٭٭ 


 

Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından 

asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi  ətrafında  əməl və  əqidə 

birliyi, sarsılmaz həmrəylik tələb olunur. 

 

٭٭٭ 

 Azərbaycanın dövlət müstəqilliyi  əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət 

müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir. 

٭٭٭ 



 Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti — 

dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq. 

 

٭٭٭ 


 Respublikamızda hüquqi dövlət qurulması demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan 

azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar 

olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir. 

 

٭٭٭ 



 Xalq 

dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. 

 

٭٭٭ 


 Böyük 

siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. 

 

٭٭٭ 


 Kim 

müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifət-

də durmasın. 

٭٭٭ 


 

 

Heç bir qüvvə Azərbaycanın müstəqilliyini  əlindən ala bilməz, bundan sonra heç bir qüvvə 



Azərbaycanın dövlətçiliyini məhv edə bilməz. 

 

٭٭٭ 



 Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş 

özünü azad, sərbəst hiss etməlidir. 

 

٭٭٭ 


 

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik 

dövlət belə ən böyük məmləkət qədər güclü olar. 



 

6

 



 

 

٭٭٭ 

 

Biz öz daxili siyasətimizdə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil 



edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi  əsasında olsun və beləliklə  də, 

Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin. 

 

٭٭٭ 

 Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 

 

٭٭٭ 


 Azərbaycan xalqı öz dövlətini dəstəkləyir, müdafiə edir və bu da xalqımızın əbədi müstəqilliyinin 

tə'minatıdır. 

٭٭٭ 

 Demokratik 



prinsiplər bu günümüzün, gələcəyimizin əsasını təşkil edəcəkdir. 

 

٭٭٭ 



 Dövlət quruculuğunda nəinki tarixi və milli ən'ənələrimiz nəzərə alınır, həm də dünya təcrübə-

sindən, demokratik prinsiplərdən istifadə edilir. 

 

٭٭٭ 


 Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, 

demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır. 

 

٭٭٭ 

 Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, 

insan hüquqlarının qorunmasına əməl edilsin. 

 

٭٭٭ 



 

Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. 

 

٭٭٭ 


 Müstəqil Azərbaycan dövləti sözün tam mənasında azadlıq və demokratiya prinsipləri  əsasında 

demokratik cəmiyyət qurur. 

 

٭٭٭ 


 Müstəqillik yolu qədər çətin yol yoxdur. 

 

٭٭٭ 



 

İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. 

 

٭٭٭ 


 

İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hü-

quqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar 

olmalıdır. 

 

٭٭٭ 


 Azərbaycanda siyasi plüralizm varsa, demək, siyasi müxalifət olmalıdır. Siyasi müxalifətin 

olması hər bir dövləti həm totalitarizmdən xilas edir, həm də dövlət siyasətinin aparılmasında dövləti daha 

da sayıq saxlayır. 

 

٭٭٭ 



 Azərbaycan Respublikası dünya birliyi ilə tam hüquqlu inteqrasiyaya istiqamət götürmüşdür və 

bunun üçün bütün imkanlara malikdir. 

 

٭٭٭ 



 

7

 



Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz 

layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük 

qurur hissi ilə bəyan edəcəkdir. 

 

 Azərbaycanın müstəqilliyi Azərbaycan Respublikasının dünya birliyində tutduğu yer ilə bağlıdır. 



 

٭٭٭ 


 

Siyasi plüralizm yolu, söz azadlığı Azərbaycan dövlətinin demokratik prinsiplərinin və 

demokratik hüquqi cəmiyyət yaradılmasının əsas şərtlərindən biridir. 

 

٭٭٭ 



 

Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. 

 

٭٭٭ 


 

Bir var dövlət işi ilə  məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər 

həqiqətən vətəndaşdırsa, Vətənin övladıdırsa, deməli, öz Vətəninə, burada gedən proseslərə, dövlətinə 

biganə qala bilməz. 

 

٭٭٭ 


 Bizim 

indiyə  qədər yaranmış intellektual potensialımız, iqtisadi potensialımız, insanlarımızda 

indiyə  qədər yaranmış olan qüdrət, cəsarət müstəqil Azərbaycanı yaşadacaq, nəsillərdən nəsillərə 

veriləcəkdir. 

 

٭٭٭ 


 Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, vətənpərvər insanların 

gücü ilə qoruyuruq və qoruyacağıq. 

 

٭٭٭ 


 Azərbaycan xalqı azadlığını  əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, 

saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır. 

 

٭٭٭ 


 

Mən Azərbaycanda bütün məsələlərin demokratiya yolu ilə həll olunmasının tərəfdarıyam. 

 

٭٭٭ 

 

Əgər bu gün qarşımızda duran vəzifələri layiqincə yerinə yetirə bilsək, Azərbaycan xalqı, 



respublikası, müstəqil dövlətimiz üçün gələcəkdə daha gözəl şərait yarada bilərik. 

 

٭٭٭ 



 

 Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət 

qurmaq yoludur. 

 

٭٭٭ 



 Azərbaycanın müstəqilliyi, müstəqil dövlətimizin hərtərəfli fəaliyyəti torpaqlarımızın azad 

edilməsi ilə bağlıdır. 

 

٭٭٭ 


 Dövlət, ölkə  nə  qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri 

ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. 

 

٭٭٭ 


 Azərbaycan öz torpaqlarının, öz taleyinin sahibi, öz dövlətinin sahibi kimi gələcəkdə də müstəqil 

dövlət olaraq yaşayacaqdır. 

 

٭٭٭ 


 Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç 

kəsə verməyəcəyik. 

 



Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə