Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   2   3   4   5   6   7   8   9   ...   14

 

8

٭٭٭ 

 Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə  əzmini həmişə qoruyub saxlamış, bu yolda 

böyük məhdudiyyətlərə düçar olsa da, qurbanlar versə də mətin iradəsi sarsılmamışdır. 

 

٭٭٭ 


 

İndi biz dövlət müstəqilliyi  əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz bir dövrdə 

problemlərimizi özümüz həll etməliyik. 

 

٭٭٭ 

 

İndi müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən böyük vəzifələrdən biri respublikanın 



pozulmuş ərazi bütövlüyünü bərpa etməkdir. 

 

٭٭٭ 



 

Hər bir demokratik cəmiyyətdə şübhəsiz ki, müxalifət olmalıdır. 

 

٭٭٭ 


 

Hər bir şəxs konstitusiya və qanunlara dönmədən  əməl etməli, ondan irəli gələn dövlət və 

cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi 

dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. 

 

٭٭٭ 


 Bizim 

konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın konstitusiyasıdır! 

 

٭٭٭ 


 Konstitusiya 

yaratmaq 

üçün 

şübhəsiz ki, tarixi keçmişimizə  nəzər salmalıyıq, amma eyni 



zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin  əldə etdiyi nailiyyətlərdən, 

təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. 

 

٭٭٭ 


 

Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə 

əks etdirməlidir. 

 

٭٭٭ 



 Konstitusiyamızın müddəaları həm bu günümüz üçün, həm də gələcəyimiz üçün yazılmalıdır. 

 

٭٭٭ 



 Konstitusiya 

— 

əsas qanun ölkədə, respublikada sabitliyi təmin etməlidir. 



 

٭٭٭ 


 

İndi biz müstəqil Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin ilk Konstitusiyasını qəbul 

edirik. Bu çox məsuliyyətli və çox şərəfli bir vəzifədir. Bu bizə nəsib olubdur və güman edirəm ki, biz, 

yəni indiki nəsil həmin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə qadirik. 

 

٭٭٭ 

 XX 


əsr sona çatır. Bu əsrdə xalqımız bir çox mərhələlərdən, sınaqlardan, imtahanlardan keçib və 

nəhayət öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur. Bütün bu mərhələlərdə Azərbaycan 

xalqını yaşadan, irəliyə aparan, xalqımıza güc, ruh verən, Azərbaycan xalqının görkəmli  şəxsiyyətləri, 

böyük alimləri və dahi insanları olmuşdurlar. 

 

٭٭٭ 


 Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün 

Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi ,boy atdı  və  nəhayət, 1991-ci ildə 

Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi. 

 

٭٭٭ 

 Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var. Bəli, dünyada elə 

qüvvələr var ki, Azərbaycanın müstəqil dövlət olmasını istəmirlər. Dünya da görür ki, səkkiz ildir 

Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz  ədalətsizlikdir. Bu, misli 

görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz 




 

9

edib və Ermənistan təcavüzkardır - bu asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona 



kömək edən, dayaq duran böyük ölkələr var. 

 

٭٭٭ 



 

Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları 

haqqında düşünməsin. 

 

٭٭٭ 



 

Son iki il müddətində Azərbaycanın başına gəlmiş ağır bəlalardan müvəffəqiyyətlə çıxmağımızın 

əsas səbəbi odur ki, xalq ilə dövlətin tam həmrə'yliyi əldə olunub. 

 

٭٭٭ 



 Rusiya 

ilə dostluq münasibətlərinin bizdən ötrü prinsipial əhəmiyyəti var. Rusiya dünyanın  ən 

mühüm dövlətlərindəndir, bizi onunla çoxəsrlik tarix bağlayır, o bizim qonşumuzdur və Azərbaycanın 

iqtisadiyyatının, elminin, mədəniyyətinin inkişafında çox böyük rol oynamışdır 



٭٭٭ 

 

Bəziləri belə hesab edirlər ki, Azərbaycanda demokratiya Böyük Britaniyada, Fransada, yaxud 



ABŞ-dakı kimi olsun. Biz bu səviyyəyə çatmağa çalışırıq. Demokratiyanı bir-iki gündə  əldə etmək 

mümkün deyil. Demokratiya insanların  şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla 

olmur, təkamül yolu ilə, tədricən gedir. 

 

٭٭٭ 



 Müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici siyasət aparmaq lazımdır. 

 

٭٭٭ 



 Azərbaycanda zorla, güc işlətməklə, silah gücünə hakimiyyət əldə etmək mümkün deyildir. Bunu 

hamı bilməlidir, hamı dərk etməlidir və belə cinayət əməllərindən çəkinməlidir! 

 

٭٭٭ 


 Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini 

qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin  əsas ana xəttidir. Bunun üçün də hamı bir 

yolla getməlidir. Burada başqa bir yol yoxdur. Başqa yolla gedən adam, demək, başqa məqsəd daşıyır. O 

məqsədlərə bu gün Azərbaycanda yer yoxdur. 

 

٭٭٭ 


 

Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı 

azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz 

heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. 

Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi — Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla 

əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim 

xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz! 

 

٭٭٭ 



 Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan 

xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir,  əbədidir və bizim borcumuz 

dövlət müstəqilliyini,  əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu 

müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaq-

dan ibarətdir. 

 

٭٭٭ 



 Torpağımızın hər bir qarışının itməsi bizim üçün dəhşətlidir, ... düşmən tapdağı altında qalması 

bizim üçün ağır dərddir, böyük bir faciədir. 

 

٭٭٭ 


 Bizim 

əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olmuş 

torpaqlarımızı azad etmək, Respublikanın ərazi bütövlüyünü tə'min etməkdir. 

 

٭٭٭ 




Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə