Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   2   3   4   5   6   7   8   9   ...   14

 

10

 Ayrı-ayrı dəstələr, qruplar, partiyalar demokratiya şəraitində yaşaya bilər, fəaliyyət göstərə bilər 



— ancaq Azərbaycanın Konstitusiyası  çərçivəsində, Azərbaycanın qanunları  çərçivəsində, sırf 

demokratiya prinsipləri çərçivəsində! 

 

٭٭٭ 


 Azərbaycan demokratik dövlətdir, hüquqi dövlətdir. 

 

٭٭٭ 



 Biz 

müharibə istəmirik, Ermənistanın torpaqlarına göz tikməmişik. Biz öz torpaqlarımızı, öz 

ərazimizi, öz Vətənimizi qoruyuruq. 

 

٭٭٭ 

 Azərbaycanın müstəqil bir dövlət olması dünyada, xüsusən o vaxtlar Sovetlər  İttifaqında gedən 

tarixi, ictimai-siyasi, obyektiv proseslərin məntiqi nəticəsidir. 

 

٭٭٭ 


 

Mən Yeni Azərbaycan Partiyası ilə  bərabərəm və partiyanın bugünkü vəziyyətini görərkən çox 

sevinirəm və hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaşayacaq və fəaliyyət göstərəcəkdir. 

 

٭٭٭ 



 Yeni 

Azərbaycan Partiyası o halda həqiqi sağlam, mübariz və doğrudan da görkəmli partiya olar 

ki, onun daxilində fikir mübadiləsi getsin, fikir toqquşmaları getsin, sağlam prinsiplər əsasında mübarizə 

getsin. 


 

٭٭٭ 

 

İndi  şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı 



yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni 

vardır ... hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. 

 

٭٭٭ 

 

Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq



torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. 

 

٭٭٭ 

 Hamımız Azərbaycanın müstəqil dövlət olmasının tərəfdarıyıq və  şəxsən mən dəfələrlə qeyd 

etdiyim kimi, harda olmağından asılı olmayaraq bütün fəaliyyətimdə  və  həyatımın son dəqiqəsinədək 

Azərbaycanın müstəqil dövlətçiliyini qoruyacağam. ....Bizim ideologiyamızın əsası budur. 

 

٭٭٭ 



 Azərbaycan cəmiyyətinin  əksəriyyəti kommunist ideologiyasından, sosializm quruluşundan 

imtina etmişdir və Azərbaycanın müstəqil, dünyəvi dövlət kimi, ümumbəşəri dəyərlər  əsasında, eyni 

zamanda milli ənənələr əsasında hüquqi dövlət qurmaq yolu ilə getməsinin tərəfdarıdır. 

 

٭٭٭ 



 Bu 

gün 


ən mühüm vəzifə konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi 

təminatlarından bəhrələnməkdən ibarətdir. 

 

٭٭٭ 


 

Hər bir şəxs konstitusiyaya və qanunlara dönmədən  əməl etməlidir, ondan irəli gələn dövlət və 

cəmiyyət qarşısında vəzifələrin layiqincə yerinə

 

yetirmək, ölkəmizdə gedən demokratik, hüquqi, 



dünnyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. 

 

٭٭٭ 



 Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını  və  gələcək perspektivlərini  əks etdirməsi

ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. 

 

٭٭٭ 


 

Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir 

sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. 



 

11

 



 

 

 Yeni 



Azərbaycanda demokratiya prinsipləri bərqərar olmalı, hər yerdə insan azadlığı  təmin 

edilməli, insan haqları qorunmalı, vicdan azadlığı, din azadlığı təmin edilməlidir. 

 

٭٭٭ 


 

Hər bir ölkənin  ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının 

sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. 

 

٭٭٭ 



 

Əminəm ki, Azərbaycanın ilk demokratik konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik 

yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiya-

sında özünə məxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacağıq. 

 

٭٭٭ 


 

Bundan sonra Azərbaycanda silahla, zorakılıqla heç bir iş görmək olmaz. 

 

٭٭٭ 


 

Biz bütün cəmiyyətimizi demokratikləşdirmək istəyirik, ona görə də qəbul etdiyimiz konstitusiya 

əsasında respublikamızda bu işləri addımbaaddım görürük. 

 

٭٭٭ 



 Biz 

Azərbaycanın haqq-ədalət işini dünyaya sübut etməli, ölkəmizə qarşı olmuş  hərbi təcavüzü 

dünya ictimaiyyətinə çatdırmalı və beynəlxalq ictimaiyyətin köməyilə Qarabağ  məsələsini sülh yolu ilə 

həll etməliyik. 

٭٭٭ 

 

 Dövlət müstəqilliyi, milli azadlıq bizim ən böyük tarixi nailiyyətimizdir və biz bunu qoruyub sax-



layacağıq. 

٭٭٭ 


 

 Xalqımız öz gücünü toplamalı, keçmişdən nəticə çıxarmalıdır. 

 

٭٭٭ 


 

 Milli 


ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, 

xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. 

 

٭٭٭ 


 

 Azərbaycanın  ən başlıca sərvətlərindən biri, bəlkə  də  ən başlıcası  qədimlərdən bu torpaqda 

yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. 

 

٭٭٭ 



 

 Keçid 


dövrü 

yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən 

adam olsun. 

 

٭٭



٭  

 Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu 

strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət 

qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın  əldə etdiyi bütün 

demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir. 

 

٭٭٭ 



 

 Azərbaycan indi keçmiş Azərbaycan deyil. Azərbaycan dünya birliyində öz yerini tapıb və  hər 

yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. 

 



Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə