Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   2   3   4   5   6   7   8   9   ...   14

 

12

 



 Biz 

nazik 


sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə 

aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azər-

baycan müharibə şəraitindən çıxa bilsin. 

 

٭٭٭ 



 Biz 

müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. 

Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə  şərəfli vəzifə 

düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə 

yetirilməsində öz yerini tapacaqdır. 

 

٭٭٭ 



 Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir! 

 

٭٭٭ 



 Azərbaycan dövlətinin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq aləmdə təsdiqinə, 

qarşıda duran tarixi vəzifələrin dönmədən həyata keçirilməsinə xidmət edir. 

 

٭٭٭ 


 

Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından 

asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi  ətrafında  əməl və  əqidə 

birliyi, sarsılmaz həmrəylik tələb olunur. 

 

٭٭٭ 


 

Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və 

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir. 

 

٭٭٭ 



 Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır. 

 

٭٭٭ 



 Müstəqil Azərbaycanın böyük gələcəyi var. Mən bu gələcəyə inanıram. Mən bu gələcəyin 

ümidilə yaşayıram! 

 

٭٭٭ 


 Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət 

qurmaq yoludur! 

 

٭٭٭ 


 Hamını Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi, müstəqil Azərbaycan 

dövlətinin qüdrətlənməsi naminə fəaliyyətə, birliyə, əməkdaşlığa dəvət edirəm! 

 

٭٭٭ 


 Azərbaycanın dövlət müstəqilliyi dönməzdir və biz müstəqilliyimizə, milli azadlığımıza qəsd 

olunmasına heç vaxt yol verməyəcəyik 

  

٭٭٭ 


 Azərbaycan bir daha sosializm sisteminə qayıtmayacaqdır! 

 

٭٭٭ 



 Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara 

malikdirlər və bu hüquqlar qorunmalıdır! 

 

٭٭٭ 


 Bizim 

konstitusiyamız xalqın konstitusiyasıdır! 

 

٭٭٭ 


 Demokratiya 

dövlətçiliyimizin əsasını təşkil edəcəkdir! 

 



 

13

 Bizim 



müstəqilliyimizi heç kəs sarsıda bilməz! 

 

٭٭٭ 



 Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır! 

 

٭٭٭ 



 Biz 

Azərbaycan dövlətçiliyini qorumağa qadirik və bundan sonra da qoruyacağıq! 

 

٭٭٭ 


 Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini 

qoruyacaqdır! 

 

٭٭٭ 


 Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün bizim Konstitusiyamız var, qanunlarımız 

var və Azərbaycan Prezidentinin iradəsi var! 

 

٭٭٭ 


 

İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni 

hüquqa malik olması, siyasi  plüralizm Azərbaycanda demokratik cəmiyyətin  əsas atributları kimi 

bərqərar olmalıdır! 

 

٭٭٭ 


 Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç 

zaman əldən verməyəcəkdir! 

 

٭٭٭ 


 Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə  əzmlə 

irəliləyir! 

 

٭٭٭ 


 Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycan 

Respublikasını erməni təcavüzündən xilas etmək üçün, hüquqi demokratik dövlət qurmaq üçün hamını 

birliyə, əməkdaşlığa dəvət edirəm! 

 

٭٭٭ 



 Bizim 

konstitusiyamız Azərbaycanın gələcək perspektivlərini müəyyən edibdir və biz o perspek-

tivlər yolu ilə gedirik, bundan sonra da gedəcəyik! 

 

 



 

 

 



 

 



 

14

 



 

ORDU QURUCULUĞU 

 

 



 Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, 

onu nümayiş etdirən amillərdən biridir. 

 

٭٭٭ 


 

Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respub-

likamızın milli təhlükəsizliyini,  əhalimizin  əmin-amanlığını  və mühafizəsini təmin etmək üçün, ölkə-

mizin sərhədlərinin qorunması,  ərazi bütövlüyünün. torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın 

layiqli Silahlı Qüvvələri vardır. 

 

٭٭٭ 



 Bizim 

məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi 

yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini,  ərazi bütövlüyünü, sərhədlərinin toxu-

nulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik. 

 

Gənclər bilməlidirlər ki, 1941—1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində  ən 



dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. 

Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qaldırıblar, Azərbaycan xalqını tanıdıblar. Bunların 

hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır. 

 

٭٭٭ 



 

Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq 

çətin və ağır dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq. 

 

٭٭٭ 



 

Heç bir ölkəni özünə düşmən hesab etməməlisən. 

 

٭٭٭ 


 Orduya 

qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir. 

 

٭٭٭ 


 Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin  əsasını xalq və onun bir hissəsi 

olan ordu təşkil edir. 

 

٭٭٭ 


 

Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, müstəqil Azərbaycan Respublikasının Milli Ordusu 

var. Bu, Azərbaycan xalqının böyük milli nailiyyətidir. 

 

٭٭٭ 



 

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da 

qüvvətli edir. 

 

٭٭٭ 



 Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq! 

 

٭٭٭ 



 Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır. 

 

٭٭٭ 



 

Ordu daim dövlət qayğısı altında olmalıdır, xalqın qayğısı ilə əhatə edilməlidir. 

 

٭٭٭ 


 

Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, 

dövlətimizin dayağıdır. 

 



Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə