Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   2   3   4   5   6   7   8   9   ...   14

 

15

٭٭٭ 



 

Qəhrəman Azərbaycan  əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan 

Respublikasının müdafiəsi yolunda irəli! 

 

٭٭٭ 



 Bizim 

qüdrətli, möhkəm ordumuz olmalıdır, ona görə ki, müstəqil Azərbaycan dövləti daim  

qüdrətli olsun. 

 

٭٭٭ 



 Bütün 

qüvvələr ordu quruculuğuna səfərbər olunmalıdır. 

 

٭٭٭ 


 

Qəhrəman ordumuz Azərbaycan Respublikasının müstəqilliyinin təminatçısı olmuşdur və 

gələcəkdə də olacaqdır. 

 

٭٭٭ 



 Ordu 

xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya 

da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir. 

 Torpaqlarımızın müdafiəsi uğrunda  şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar 

qəlbimizdə daimi yaşayacaqdır. Onların qəhrəmanlığı,  şəhidliyi Azərbyacan ordusunun əsgərləri üçün 

böyük örnək olacaqdır. 

 

٭٭٭ 


 Biz 

müharibə istəmirik, Ermənistanın torpaqlarına göz tikməmişik. Biz öz torpaqlarımızı, öz 

ərazimizi, öz Vətənimizi qoruyuruq. 

 

٭٭٭ 



 Azərbaycan xalqı qəhrəman xalqdır. 

 

٭٭٭ 



 Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi. 

 

٭٭٭ 



 Ya 

ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf 

etməliyik. 

 

٭٭٭ 



 Dövlətimizin hərbi qüdrətini möhkəmləndirməliyik! 

 

٭٭٭ 



 Ordu 

ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır! 

 

٭٭٭ 


 Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç 

kəsə verməyəcəyik. 

 

٭٭٭ 


 Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə  əzmini həmişə qoruyub saxlamış, bu yolda 

böyük məhrumiyyətlərə düçar olsa da, qurbanlar versə də mətin iradəsi sarsılmamışdır. 

 

٭٭٭ 


 Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətəni qoruyub saxlamağa qadir 

olduğunu dəfələrlə sübut edibdir. 

 

٭٭٭ 


 

Hər bir tayfanın, ordunun, dəstənin, hər bir millətin başında duranlar, sərkərdəlik edənlər çox şey 

həll edirlər. 

 



 

16

 Xalqımız bilməlidir ki, biz özümüz özümüzü qorumalıyıq, qüdrətimizi, qəhrəmanlığımızı göstər-



məliyik. 

 

٭٭٭ 



 Biz 

sərhədlərimiz çərçivəsində olan torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. 

 

٭٭٭ 


 Azərbaycanın hər bir vətəndaşı işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə 

qalxmağa hazır olmalıdır. 

 

٭٭٭ 


 Xalqımız əsrlər boyu həmişə öz torpağını qoruyub, öz milli azadlığını, qürurunu müdafiə edib və 

bu gün də müdafiə etməyə qadirdir. 

 

٭٭٭ 


 Biz 

Azərbaycanın haqq-ədalət işini dünyaya sübut etməli, ölkəmizə qarşı olmuş  hərbi təcavüzü 

dünya ictimaiyyətinə çatdırmalı və beynəlxalq ictimaiyyətin köməyilə Qarabağ  məsələsini sülh yolu ilə 

həll etməliyik. 

 

٭٭٭ 


 

Hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü edir, çətinlikləri aradan 

qaldırmaq keyfiyyəti aşılayır. 

 

٭٭٭ 



 Sülh 

danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. 

 

٭٭٭ 


 

Ordu daim dövlət qayğısı altında olmalıdır, xalqın qayğısı ilə əhatə edilməlidir! 

 

٭٭٭ 


 

Qəhrəman Azərbaycan  əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan 

Respublikasının müdafiəsi yolunda irəli! 

 

 



 

 



 

17

 



 

İQTİSADİYYAT 

 

 

 Azərbaycan dövlət müstəqilliyini  əldə edəndən sonra ölkədə demokratik, hüquqi, sivilizasiyalı 

dövlət qurmaq və respublikanın iqtisadiyyatında islahatlar aparmaq, öz iqtisadiyyatını dünya iqtisa-

diyyatına bağlamaq prinsiplərini əsas götürmüşdür. 

 

٭٭٭ 


 Azərbaycanın iqtisadi potensialı, yeraltı  və yerüstü sərvətləri, elmi, intellektual potensialı ilə 

yanaşı, onun digər dövlətlərlə iqtisadiyyat sahəsində  əməkdaşlığı üçün daha əlverişli  şərait yaradan 

cəhətlərindən biri də ölkəmizin coğrafi-siyasi mövqeyidir. 

 

٭٭٭ 



 Dünya 

təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq  əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, 

səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 

 

٭٭٭ 



 Dünyada 

getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi və regionallaşması 

XX əsrin son mərhələsinin fərqləndirici xüsusiyyətlərindəndir. 

 

٭٭٭ 



 

Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik! 

 

٭٭٭ 


 

Yol — iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. 

 

٭٭٭ 


 

Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir 

sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. 

 

٭٭٭ 



 Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı  məhsulları istehsalının sürətlə 

artırılmasına yönəldilməli, istifadə olunmalıdır. 

 

٭٭٭ 


 

Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf 

etdirə bilməz. 

٭٭٭ 


 

 

Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç 



kəsin müstəsna haqqı yoxdur. 

 

٭٭٭ 



 Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə  və dünyanın 

bütün  şirkətləri ilə  sıx  əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr,  şirkətlər arasında müştərək iş 

görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik. 

 

٭٭٭ 



 Dünya 

iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə  əməkdaşlığı  hər bir 

dövlət üçün mənfəətlidir və ümumiyyətlə, dünyada daha da yüksəltmək üçün bu, yeganə bir yoldur. 

 

٭٭٭ 



 Azərbaycan Respublikasının böyük potensialı var, bu iqtisadi potensialdan səmərəli istifadə 

etmək bizim vəzifəmizdir. 

 

٭٭٭ 



Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə