Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 

18

 Özəl sektorun inkişafı dövlət mülkiyyətinin dağıdılması yolu ilə yox, dövlət mülkiyyətinin qanun-



qayda ilə, ədalətlə özəlləşdirilməsi yolu ilə getməlidir. 

 

٭٭٭ 



 

Əgər biz istəyiriksə doğrudan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, 

havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edək, xalqımızın rifahını yaxşılaşdıraq, 

iqtisadiyyatı yüksəldək, kənd  əhalisinin rifahını yaxşılaşdıraq, onda biz bazar iqtisadiyyatı yolu ilə 

getməliyik. Başqa üçüncü yol yoxdur. 

 

٭٭٭ 



 

Neft — Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələ-

cək nəsillərə mənsubdur. 

 

٭٭٭ 



 Özəlləşdirmədə sosial ədalət prinsipi əsas meyardır və bunu heç kəs unutmamalıdır! 

 

٭٭٭ 



 Dövlət adamları kimi bizim vəzifəmiz milli sərvətimizə son dərəcə qənaətlə və qayğı ilə yanaş-

maqdır. 


 

٭٭٭ 


 O 

dövrlərdə (sovet dövrü — Red.) yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu 

sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman 

edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra 

ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun 

sayəsində şən, firavan yaşayacaqdır. 

 

٭٭٭ 


 Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən də istifadə etmək, islahatlar aparmaq, bazar 

iqtisadiyyatı yolu ilə getmək, sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, 

mülkiyyət formasını dəyişdirmək lazımdır. 

 

٭٭٭ 



 Bazar 

iqtisadiyyatının ən böyük xüsusiyyəti ondan ibarətdir ki, insanlara sərbəstlik verilir, onlar 

təşəbbüs göstərərək çox iş görə bilir. 

 

٭٭٭ 



 

Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə istismarına dair xarici neft şir-

kətləri ilə bağlanmış müqavilələrin son dərəcə böyük əhəmiyyəti var. 

 

٭٭٭ 



 

Bizim iqtisadi siyasətimiz məlumdur və o, Azərbaycanda bazar iqtisadiyyatı yolu ilə getmək və 

bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatına sıx surətdə bağlamaq məqsədi daşıyır. 

 

٭٭٭ 



 Biz 

həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də  vətən-

daşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış  vəziyyətdə müxtəlif və yeni formalardan 

istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq. 

 

٭٭٭ 


 Respublikamızın istehsal imkanları, təbii sərvətləri və o cümlədən Azərbaycanın təbiətindən 

alınan məhsullar çox zəngindir, genişdir. Bunlardan səmərəli istifadə etmək lazımdır. 

 

٭٭٭ 


 Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının 

yaradılması bizim strateji yolumuzdur. 

 



 

19

 Yer 



üzərindəki təbii sərvətlər təbiət, ilahi tərəfindən yaradılıbdır. Ancaq torpağın, yerin, kürreyi-

ərzin üzərində yüz illərlə, min illərlə qurulanlar insanların zəhməti, iradəsi, zəkası, onların  əlləri ilə 

yaradılıbdır. 

 

٭٭٭ 



 Dünya 

ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edibdir. 

 

٭

٭٭  



 Respublikamızda iqtisadi islahatlar həyata keçirilir və insanların təşəbbüskarlıq, sahibkarlıq 

addımları dövlət və hökumət tərəfindən bəyənilir, onların həyata keçirilməsi üçün lazımi imkanlar 

yaradılır. 

 

٭٭٭ 



 

Bu gün bir daha bəyan edirəm ki, bazar iqtisadiyyatının inkişaf etdirilməsi üçün Azərbaycan döv-

ləti, hökuməti tərəfindən bundan sonra da lazımi tədbirlər görüləcəkdir. 

 

٭٭٭ 



 Sağlam, təmiz, pak bazar iqtisadiyyatı yolu ilə gedən iş adamlarına Azərbaycanda geniş yer veri-

ləcəkdir, xarici şirkətlərə, sərmayəçilərə geniş meydan açılacaqdır. 

 

٭٭٭ 


 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. 

 

 

 



 

 



 

20

 



 

MƏDƏNİYYƏT 

 

 

 



Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində  fərqlənir. Bu 

xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. 

 

٭٭٭ 


 Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf 

edəcəkdir. 

٭٭٭ 

 

 



Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir və onların mədə-

niyyəti bu yolla inkişaf edir. 

 

٭٭٭ 


 

Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır. 

 

٭٭٭ 


 Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin  əsasında klassik mədəniyyət 

səviyyəsinə gəlib çatmışdır. 

 

٭٭٭ 


 

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. 

 

٭٭٭ 


 Biz 

bütün 


qonşularımızla sülh şəraitində yaşamaq istəyirik 

 

٭٭٭ 



 Azərbaycan rəssamlıq məktəbi çox yüksək səviyyəyə malikdir. Mədəniyyətimizin böyük 

nailiyyətlərindən biri də XX əsrdə Azərbaycanda böyük rəssamlıq məktəbinin yaranması, çox görkəmli 

rəssamlarımızın, heykəltəraşlarımızın, memarlarımızın yetişməsi və onların yaratdıqları əsərlərdir. 

 

٭٭٭ 



 Azərbaycan musiqisi, xüsusən professional musiqisi böyük tarixə malikdir. Üzeyir Hacıbəyovun 

Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox 

görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri verib. 

 

٭٭٭ 



 Azərbaycan klassik professional musiqisi - bəstəkarlarımızın yaratdığı bu əsərlər Şərq aləmində 

demək olar ki, ilk professional, klassik musiqi nümunələridir və burada Azərbaycan birinci yerdədir. 

 

٭٭٭ 


 

Bizim böyük və dahi şairlərimiz, yazıçılarımız, mütəfəkkir adamlarımız, dünya mədəniyyətini 

zənginləşdirmiş insanlar. xalqımızın öz kökü, öz geni ilə böyük mədəniyyətə malik olduğunu sübut edir. 

 

٭٭٭ 



 XX 

əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçibdir.Xüsusən, incəsənətimizin böyük 

bir sahəsi olan musiqidə professional musiqi yaranıbdır. Bu sahədə  də,  şübhəsiz ki, dünya miqyasında 

yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda fitri istedada 

malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır. 

 

٭٭٭ 



 

Bizim musiqimiz — xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir. 

 

Bəzən tarixdə belə olubdur: böyük istedadlar meydana çıxıb, amma qısa bir müddətdə sönüblər. 



Ona görə yox ki, onların istedadı birdən kəsilibdir. Yox, ona görə ki, bəzi səbəblərdən onlar o yolu düz 

keçə bilməyiblər, o yolla inamla gedə bilməyiblər. 




Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə