Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 

21

 



Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin 

ən böyük və 

fərqləndirici 

xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni 

cığırlar açırlar, yeni formalar meydana gətirirlər. 

 

٭٭٭ 



 Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin  əsasında klassik mədəniyyət 

səviyyəsinə gəlib çatmışdır. 

 

٭٭٭ 


 Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə  mədəniyyət və elm sahəsində 

əlaqələrin təsiri böyükdür. 

 

٭٭٭ 


 Yeni-yeni 

təhsil ocaqlarının, ali məktəblərin, universitetlərin yaranması indi müstəqil Azərbaycan 

Respublikasının böyük ali təhsil potensialına malik olmasının əsasını qoymuşdur. 

 

٭٭٭ 



 

Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır. 

 

٭٭٭ 


 

Ədəbiyyatın insanlara böyük təsiri vardır. 

 

٭٭٭ 


 

Bir var ki, insan hər hansı bir əsəri özü oxusun, bir də var ki, onu canlı olaraq səhnədə görsün. 

Ona görə də teatrın həyatımızda rolu böyükdür. 

 

٭٭٭ 



 Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir. 

 

٭٭٭ 



 

Hər bir bədii əsər insanlara təsir göstərir, şübhəsiz ki, müsbət təsir göstərir, onların xarakterinin 

formalaşmasına, inkişaf etməsinə, mədəni səviyyəsinin artmasına böyük təsir göstərir. Amma musiqi 

əsərinin vasitəsilə göstərilən təsir, bütün o biri əsərlərin təsirindən yüksəkdir. 

 

٭٭٭ 


 

Hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, mənəviyyatını 

zənginləşdirir 

 

٭٭٭ 



 Xalqımız zəngin mədəniyyətə malikdir. 

 

٭٭٭ 



 

Fəxr edə bilərik ki, bizim mədəniyyətimiz qədim zamanlarda da çox zəngin və yüksək olmuşdur. 

 

٭٭٭ 


 

Cəmiyyət böyükdür. İndi bizdə yeddi milyon əhali var. Bunlar hamısı bizim cəmiyyətdir. Amma 

xalqın içərisindən çıxan ziyalılar tək-tükdür. Bunlar kütləvi deyil. Ziyalı kütləvi ola bilməz. Alimdir, 

şairdir, bəstəkardır, rəssamdır, yazıçıdır, artistdir - bunlar fitri istedada malik olan nadir adamlardır və öz 

mədəniyyəti, yaradıcılığı, fəaliyyəti ilə bizim cəmiyyətin mədəni səviyyəsini qaldırırlar. Biz öz hərəkətlə-

rimizlə, öz münasibətimizlə, öz tədbirlərimizlə gərək ziyalının cəmiyyətdə rolunu qaldıraq. Bu adamları 

təhqir etmək, onlara hörmət etməmək son illərdə  cəmiyyətimizdə olan əcaiblikdir. Biz bunlara son 

qoymalıyıq. 

 

٭٭٭ 


 Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. 

Çünki xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkər-

dələrin də, siyasətçilərin də böyük rolu var. Ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb və keç-

miş tariximiz də bunu sübut edir. 




 

22

 Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında Bakı 



Dövlət Universitetinin xidmətləri  əvəzsizdir. Universitetin 75 illik tarixi Azərbaycan Respublikasının 

elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir. 

 

٭٭٭ 


 Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli 

iftixarıdır və onun 75 illik yubileyi bütün Azərbaycan xalqının böyük bayramıdır. 

 

٭٭٭ 


 Xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərini qoruyub saxla-

mış, zənginləşdirmiş və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir. 

 

٭٭٭ 


 Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə  gətirib çıxaran 

amillərdən biri, ola bilər ki, ən  əsası bizim mədəniyyətimiz,  ədəbiyyatımız, deməli  şairlərimiz, 

yazıçılarımızdır. 

 

٭٭٭ 



 

Mədəniyyətimizin, elmimizin, təhsilimizin insanların mənəviyyatını daha da yüksəklərə 

qaldırması üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri vəzifələrdən biridir. 

 

٭٭٭ 



 Xalqımızın görkəmli mütəfəkkirləri, publisistləri jurnalistləri, yazıçıları  və satirikləri mətbuat 

vasitəsilə milli şüurun, mənəviyyatın və  mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan 

vermişlər. 

 

٭٭٭ 



 Azərbaycan xalqı  bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların  əsərləri, 

yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir. 

 

٭٭٭ 


 

Maarifçilik Azərbaycanın mütəfəkkir adamlarının  əsas vəzifəsi olmuş  və xalqımızın görkəmli 

simaları bu sahədə tarix boyu böyük xidmətlər göstərmişlər. 

 

٭٭٭ 



 Azərbaycanda milli azadlıq hərəkatının yaranması, meydana çıxması, inkişaf etməsi tariximizin 

səhifələrinin təxribatdan, təhrifdən qorunması,  əsrlərdən-əsrlərə xalqımızın böyük tarixə, böyük 

mədəniyyətə malik olması, böyük mənəviyyat sahibi olması — bunlar hamısı XX əsrdə alimlərimizin, 

müəllimlərimizin, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti nəticəsində olmuşdur. 

 

٭٭٭ 


 

Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın 

mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. 

 

٭٭٭ 



 Xalq 

gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç 

vaxt ayrılmasın. 

 

٭٭٭ 



 Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən 

mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza əsaslanır. 

 

٭٭٭ 


 Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. 

 Bizim 


mədəniyyətimizin nə qədər dərinliyi var, yüksəkliyi var. Biz nə qədər zənginik! 

 

 




Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə