Heyvandarlıq SƏRBƏST İŞ yazıldı
1. Maldarlıq
Maldarlığın əsas əhəmiyyəti onun süd istehsalı mənbəyi olmasıdır.
Süd məhsulları – xama, yağ, qaymaq, pendir, şor və s. insanların qidalanmasında mühüm
əhəmiyyətə malikdir. Bu məhsullar orqanizm tərəfindən yaxşı və asan mənimsənilməklə yanaşı,
bunların tərkibi mineral maddələr, fermentlər, vitaminlər və s. ilə zəngindir. Maldarlıqda cütləşmə
əllə, sərbəst və süni mayalanma yolu ilə həyata keçirilir. Əllə cütləşdirmədə insanın nəzarəti ilə
baş verir. Həvəsdə olan düyənin yanına buğa gətirilir və cütləşdirilir. Əllə cütləşdirmə xüsusi
dəzgahın köməyi ilə aparılır. Bu üsülun müsbət cəhəti odur ki, heyvan istənilən vaxtda və planda
cütləşdirilir, taylaşdırma düzgün və asan aparılır. Bu üsulda tam yaşda olan buğaya 80-100 inək
təhkim olunur. Bu üsul damazlıq təsərrüfat üçün əhəmiyyətlidir
Qaramal onlardan alınan əsas məhsulların miqdar vəkeyfiyyətinə əsasən aşağıdakı qruplara
bölünürlər:
1) Südlük məhsuldarlıq istiqaməti. Bura əsasən Holland, Holmoqor, Yaroslav, Tağıl, Ayrşir, Çerzey,
Hernzey və s. cinslər daxildir.
2) Südlük – ətlik və ətlik-südlük. Bu qrupa həmdə ikili, qarışıq məhsuldarlığa malik cinslər də
deyilir. Bu əsasən Simmental, Şvis, Kostroma, Lebedin, Alatau, Kavkaz qonuru, Qonur karpat,
Bestujev və s. cinslər daxildir.
2. Qoyunçuluq
Qoyunlar kövşəyən heyvan qrupuna daxildirlər.
Onlar bütün coqrafi-iqlim şəraitdə yetişdirilə bilir. Bu ondan irəli gəlir ki, qoyunlar çox müxtəlif növ
yemlərdən: yaşıl ot, saman, küləş, ağac yarpağı, kökümeyvəlilər, dən yemləri, köklər və s.-dən çox
yaxşı istifadə edirlər.
Yer üzərində bitən 800 növ bitkilərdən qoyunlar 570-sindən istifadə etdiyi halda qaramal yalnız
50-dən istifadə edirlər. Odur ki, başqa növ heyvanlar əvvəlcə otarılan sahədə sonra qoyunlar
otarıla bilər.
Qoyunların xarakterik xüsusiyyətlərindən biri də odur ki, onlar çox tez yetişəndirlər. Artıq 5-6 aylıq
yaşda onlar cinsi əlaqəyə və artıb-çoxalamğa malik olurlar.
Azərbaycanda qoyun südü başqa məhsullar kimi insanların qidalanmasında mühüm rol oynayır.
Qoyun südü qaramal südündən ona görə üstündür ki, qaramal südü insanlar tərəfindən 92,0 %
mənimsənildiyi halda, qoyun südünün mənimsənilməsi 99,1 % təşkil edir.Quzu təzə doğularkən
3-5 gün müddətində qoyunun südü-ağız südü (bulama) adlanmaqla, onun tərkibi sonrakı
dövrlərdəki süddən özünün qidalılığına görə kəskin fərqlənir. Ağız südünün tərkibində quru
maddə 30%-ə qədər, yağın miqdarı 10%-dən çox, ümumi zülal-16% olmaqla, çox miqdar albumin,
qlobulin və vitaminlər vardır.
3. Quşçuluq. Quş cinsləri.
Quşçuluq heyvandarlığın intensiv və yüksəksəmərəli sahəsi olub, əhalini dietik məhsul sayılan
yumurta və quş əti ilə sənayeni isə xammalla təmin edir. Toyuq yumurtası insan həyatı üçün çox
lazımlı və gərəkli qida maddələri və aktiv maddələrlə zəngindir. Yumurtanın tərkibində 12-13%
protein, 12% yağ 1% sulu karbonlar olur. Yumurtanın tərkibində olan əvəzolunmaz amin turşuları
insan orqanizmi tərəfindən 96-98% mənimsənilir. Zülalı maddəsində olan lizosim maddəsi
isə bakteriosid xassəyə malikdir. Yumurtada 20-dən çox mineral maddə, A, D, B12 vitaminləri,
riboflarin və pantoten turşuları vardır.
Respublikamızda quşçuluq son zamanlar sürətlə inkişaf etdirilməyə başlanmışdır. Quşların
bioloji xüsusiyyətləri imkan verir ki, onları respublikamızın bütün iqtisadi zonalarında yetişdirmək
olur. Quşçuluq əsasən iri sənaye şəhərləri yaxınlığında daha sürətlə inkişaf etdirilir. Bu onunla
əlaqədardır ki, iri sənaye şəhərləri və qəsəbələrdə əhali çox miqdar məskunlaşmış və onları dietik
yumurta və quş əti ilə təmin etmək mümkün olsun. Məsələn Bakı şəhəri ətrafında Mərdəkan,
Giləzi, Gəncədə Gəncə quşçuluq fabrikləri fəaliyyət göstərir ki, bu da şəhər əhalisini quş əti və
yumurta ilə təmin etməyə imkan verir. Bütün bunlarla yanaşı ekoloji cəhətdən təmiz və damazlığa
yararlı yumurta istehsal etmək məqsədilə ekoloji cəhətdən təmiz iqlim və relyefə malik olan
dağ və dağətəyi rayonlarda da damazlıq quşçuluq kompleks və fermaları tikilir və ya tikilməsi
planlaşdırılmışdır.
Quş əti də həmçinin dietik məhsuldur. Broylerin ağ ətində 20%-dən çox tam dəyərli zülallar, az
miqdara (1-2%) yağ olur və odur ki, onu dietik qida məhsuluna aid edirlər. Ördək və qaz ətinin
tərkibində isə 30%-dən çox yağ vardır, lakin xolesterin olmur. Qazın qara ciyərindən paştet
hazırlanır ki, bu yüksək kalorili delikates məhsuldur. Firəng toyuğu, bildirçin və s. quşların əti də
dietik məhsul sayılmaqla, ov quşlarının ətinin tam ləzzətini verir.
4. Arıçılıq. Arı ailəsi.
Arı ailəsi – bu bir neçə on minlərlə işçi arıdan ibarət olan bir neçə yüz trutni və bir ana arıdan
ibarət olmaqla, hamısı mürəkkəb vahid orqanizm kimi, birləşərək qida hazırlamaqla məşğuldurlar.
Hər bir arı ailəsinin özünə məxsus fərqli xüsusiyyətləri mövcuddur. Buna: qoxubilmə, çiçək
üzərində işləmək qabiliyyəti ifraz etdikləri mumun miqdarı, yuva qurma və yaxud beçə vermək
yolxucu xəstəliklərə davamlılıq qabiliyyəti və s. daxildir. Sağlam arı ailəsinin yuvası həmişə təmiz
olmaqla, xoşagələn qoxuludur. İş arıları tullantıları daşıyıb, çölə tökürlər və peyini çöldə ifraz
edirlər. Pətəyin divarları propolislə suvanaraq arıları qışda soyuqdan qoruyur. Arı ailəsində hər bir
nəsl xüsusi iş görür.
Bal arıları iki formada çoxalırlar: ayrı-ayrı fərdlərin təkrar istehsal yolu ilə çoxalması və arı
ailələrinin beçə verməsi yolu ilə. Arılar cinsi və qeyri cinsi yolla çoxalırlar.
Cinsi çoxalma zamanı rüşeyim mayalanmış yumurtadan, qeyri-cinsi çoxalmada isə
mayalanmamış yumurtadan çıxır. Arı ailəsinin bütün fərdləri üç mərhələ inkişafdan keçirlir:
yumurta, süfə və pup dövrü.
5. Atçılıq
Atçılıq — heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını
ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir.
Atların yetişdirilməsi, saxlanması, istifadəsi, sınağı, at cinslərinin təkmilləşdirilməsi ilə məşğul
olan qədim heyvandarlıq sahələrindən biri. FAO-nun (BMT-nin Ərzaq və k.t. təşkilatı) məlumatına
(2007) görə dünyada 50 mln. baş at, o cümlədən ABŞ-da 9,2 mln., Çində 7,641, Meksikada 6,26,
Braziliyada 5,7, Argentinada 3,65, Kolumbiyada 2,553, Monqolustanda 2,09, Efiopiyada 1,655,
Türkiyədə 1,2 mln. baş at vardır.
Minik atçılığı və əvvəlcə şərq, sonra isə qərb ölkələrində inkişaf etdiyi halda, qoşqu atçılığı,
xüsusilə ağır iş atları qərb ölkələrində geniş inkişaf etmişdir. Fermer təsərrüfatlarının iş təcrübəsi
göstərir ki, yüngül təsərrüfat işlərini canlı qoşqu vasitəsi ilə görmək daha səmərəli nəticə verir.
Dağ şəraitində at qüvvəsi ilə görülən işlər də çoxdur. Hazırkı şəraitdə atın rolu yalnız onun işi ilə
bitmir. Atçılıq idmanının genişlənməsi yüksək keyfiyyətli atların yetişdirilməsi tələbini irəli sürür.
İppologiya əsasında inikişaf edən xüsusi zootexniyanın bir bölməsi. Müasir Atçılıq
embriologiyaya, populyasiya genetikasına, immunogenetikaya, DNT-nin polimorfizminə, atların
genomunun təsvirinə dair məlumatlara malikdir. Spermanın kriokonservasiyası və embrionun
transplantasiyası metodları, idman atlarının orqanizmində oksidləşmə-reabilitasiya proseslərinin
tənzimlənməsi, cinslərin seleksiya proseslərinin müasir informatika texnologiyaları əsasında
idarə edilməsi metodları işlənib hazırlanmışdır.
6. Donuzçuluq
Heyvandarlıq sahələri içərisində donuzçuluq ən tez yetişən sahə olub, əhalinin qida məhsullarına,
sənayeni isə qiymətli gön-dəri, tük və s.məhsullarla təmin edir. Ət balansında MDB-də qaramal
ətindən sonra donuz əti ikinci yer tutur. Hazırda donuzçuluğun inkişaf etməsi üçün bu sahəni
mütamadi axım üsulu, ritmik istehsal, binalardan səmərəli istifadə, burada mexanikləşdirilmə
və avtomatlaşdırmadan geniş istifadə etməklə və s. tədbirlər həyata keçirilməklə inkişaf
etdirilmə məsələsi qarşıya qoyulmuşdur. Müasir tipli donuzçuluq təsərrüfatlarında, eləcədə
xarici ölkələrdən Çin, Macarıstan, Kanada və digər ölkələrdə donuzçuluq intensiv inkişaf etdirilir.
Bu ölkələrdə kökəldilən cavan çoşqaların orta sutkalıq artımı 600-700 qram olmaqla, her 1 kq
donuz əti istehsalına az, 3,4-4,5 kq yem vahidi sərf edilir, 1 senter donuz ətinə 2,5-3 adam saat
sərf olunmaqla, 1 sent çəki artımına az məsarif sərf olunur.
Donuzların başqa növ k/t heyvanlarından fərqli olaraq bir sıra təsərrüfat-bioloji xüsusiyyətləri
vardır ki, bunlara aşağıdakılar daxildir. Belə ki, donuzların əsas lazımlı bioloji təsərrüfat
xüsusiyyətlərinə:
1) onların tezyetişkənliyi və çox bala vermə xüsusiyyətidir. Donuzların qabanları-erkəkləri daha
erkən cinSi yetişkənliyə malik olurlar. Dişiləridə bu qabiliyyətə malik olduqlarından onlardan artıq
bir yaşında bala almaq mümkündür.
2) İlin fəsilindən asılı olmayaraq ilboyu eyni qaydada təkrarlanan cinsiyyət sikli imkan verir ki,
ilin bütün dövrlərində doğuş keçirilsin.
3) Donuzların boğazlıq müddəti qısa olduğu üçün (114 gün) və çox bala alındığı üçün (10-12)
bala bir doğuşda hər doğar ana donuzdan 18-20 və bəzən daha çox bala almaq olar.
4) Donuzlar qısa müddətdə yüksək diri çəkiyə çatırlar. Belə ki, kökəldilən cavan donuzlar 5-7 aylıq
yaşda satış çəkisinə çatır və sutkada 600-800 qram diri kütlə artımı verirlər.
5) Hər 1 kq diri çəki artımına az yem sərf edirlər (broylerdən sonra). Cavan donuzlar
kökəldilərkən hər 1 kq diri kütlə artımına 5 kq, çox zaman 3,5 kq yem vahidi sərf edirlər. s
6) Donuzlar yüksək ət çıxarına malik olurlar. Kökəldilən donuzların ət çıxarı 75-85% təşkil edir.
7) Donuz ətinin tərkibində piyin çox olması ilə əlaqədar olaraq az miqdarda su vardır (60-65%).
Qaramal və qoyun ətində isə 70-75% su olur. Donuzlar hər şey yeyən heyvanlardır. Onlar müxtəlif
coğrafi iqlim şəraitinə tez öyrəşirlər.
8) Donuzlar həmçinin qüvvəli, şirəli yemləri, mətbəx və yeməkxana qalıqlarını və qida/*- sənayesi
tullantılarını da həvəslə yeyirlər və yaxşı kökəlirlər.
10) Donuzları yer kürəsinin müxtəlif coğrafi zonaları və müxtəlif təsərrüfatlar şəraitində
saxlayıb, bəsləmək mümkündür.
7. Yumurta məhsuldarlığı
Yumurtanın kimyəvi tərkibi. Yumurtanın tərkibi əsasən zülal , yağ, karbohidrat, vitaminlərdən ,
piqmentlərdən , qeyri- üzvi və mineral maddələrdən ibarətdir . Onun kimyəvi tərkibi
yumurtanın növündən , , hissələrindən , təmizlik dərəcəsindən , kateqoriya və s. asılıdır . Toyuq
yumurtasının tərkibini 74 % su , 12,7 % zülal , 11,5 % yağ , 0,7 % karbohidratlar , 1 % kül təşgil
edir.Yumurta ağında 7 tip zülal müəyyən edilmişdir : Ovalbomin (proteinlərin 65 5-ni təşgil edir),
ovokonalbumin (15%) , ovomukoid (10) , Ovoqloblin , ovomisin və avidin. Yumurta sarısının
zülallarını lipovitelin (16 %) , ovolivetin (10%) , fosvovitin (9 %)ovovitellin( 6,5% ) təşgil edir .
yumurta ağınının və sarısının pərdəsində olan zülallar keratinə yaxındır.
Yumurtanın qüsurları . Yumurtanın qüsurlarında asılı olaraq onu yeyinti ücün yararlı , qeyri- tam
keyfiyyətli və texniki istifadə ücün qruplara bölürlər .
Yumurtanı uzun müddət saxladıqda əmələ gələn qüsurlardan əlavə quşun inkişafı zamanı
yarananlarda olur. Buna yumurtanın icərisində qan laxtası , qabıqsız olanikisarılı , sarısıolmayan
yumurtalar aiddir.
8. Ət məhsuldarlığı.
Ətin xarici görnüşünə rəngi , ətri , konsistensiyası və s. Aiddir. Ətin rəngi heyvanın cinsindən
cinsiyyətindən ,yaşından , köklük dərəcəsindən , kəsilmədən qabakı fizoloji vəziyyətindən ,
kəsildikdən sonra gedən fiziki –kimyəvi proseslərdən və s . asılıdır . Ətin əzələ toxumasının rəngi
ondan olan mioqlobin və qanda olan hemoqlobin maddələri ilə bağlıdır . Axtalanmamış yaxşı
buğaların əti göyə calan tünd qırmızı axtalanmışlarınkı tünd qırmızı , inəyinki parlaq qırmızı , 1,5
yaşadək cavanlarınkı acıq qırmızı , buzovlarınkı acıq cəhrayı rəngdə olur .
Ətin kimyəvi tərkibi .Ətin kimyəvi tərkibinə müxtəlif amillər , o cümlədən heyvanın
növü ,cinsiyyəti , yaşı , köklük dərəcəsi və s təsir göstərir.
Ət və ət məhsullarının keyfiyyətini saxlamaq ücün banka konservilərinin istehsalı mühüm yer
tutur . Bu prosesin mahiyyəti ətin hermetik taralara yığılıb müəyyən müddət ərzində yüksək
temperaturda sterilizə edilməsindən ibarətdir. Nəticədə ətin xarab olmasının əsas amili olan
mikroorqanizmilər məhv olunur , ya da onların inkişafı dayanır. Konservilərin istehsalında əsas
xammal kimi heyvan və quş ətindən , subməhsullardan , qandan kolbasa məmulatından ,
göyərtidən , yardımcı xammaldan – xörək duzu, ədviyyyat və istifadə olunur. Konserviləri ciy,
bişmiş qızardımış , duzlanmış ət və ət məhsullarından hazırlayırlar.
9. Süd məhsuldarlığı.
Normal inək südü ağ və ya sarımtıl rəngdə olmaqla yeni sağılan zaman azca şirintəhər olur. Südün
tərkibi çox mürəkkəbdir.
Müxtəlif növ heyvanların südü tərkib və xassə etibarilə bir-birindən xeyli fərqlidir.Ən çox istifadə
olunan inək südü, başqa heyvanların südünə nisbətən daha geniş öyrənilmişdir.
Südün zülal maddələri isə əsas məhlul əmələ gətirmir, onun maye hissəsində bərabər surətdə
asılı vəziyyətdə yayılmışdır. Buna səbəb zülal hissəciklərinin nisbətən böyük və liofil xassəli (çox
su çəkə bilən) olmasıdır. Ona görə də bunlar kolloid hissəciklər adlandırılır.Bu hissəciklərin xırda
(50-200 millimikronadək) olmalarına baxmayaraq, bunları ultramikroskop vasitəsilə görmək
mümkündür.
Süd sudan və quru qalıqdan (maddədən) ibarətdir. Quru qalığın əsas hissəsini yağ, zülallar,
süd şəkəri və mineral maddələr təşkil edir. Eyni zamanda, quru qalıqda cüzi miqdarda zülal
olmayan azotlu birləşmələr, fosforitlər, cterinlər, vitaminlər, fermentlər, limon turşusu, piqmentlər,
hormonlar və s. vardır.
Su. Südün tərkibinin оrtа hеsаblа 87,5 %-ni su təşkil еdir. Süd suyu «sərbəst», «əlаqəli»,
«kristаllаşdırıcı» və «şişdirici» sudаn ibаrətdir. Kristаllаşdırıcı sudаn bаşqа bütün su növlərinin
süd sənаyеsində böyük əhəmiyyəti vаrdır. Südün tехnоlоkiyаsındа fiziki-kimyəvi və mikrbbiоlоji
prоsеslər sərbəst suyun bilаvаsitə iştirаkı ilə gеdir.
10. Yun məhsuldarlığı.
Yun telləri və onların qurluşu . Qoyun yunu təşgil edən yun telləri nazikliyinə , uzunluğuna və s.
xüsusiyyətinə görə 3 növə ayrılır: 1. Tiftik ,kecid və ya orta 3. Qılan .Öz növbəsində qılan yun
telləri də 3- çür olur: a) normal qılan b) quru qılan v) Ölü qılan.
Bu yun tellərinin yunda nisbətinə görə də yunun qiyməti və istifadəsi öyrənilir. Odur ki yunu
qiymətləndirməkücün yun tellərini tanımaq və miqdarını təyin etmək mütləq lazımdır.
Yunun histoloji qurluşu – Yun telləri histoloji qurluşuna görə biri –birindən fərqlənir. Ümumiyyətlə ,
yun xırda buynuzlaşmış hüceyrələrdən ibarət histoloji qurluşa malikdir. Hüçeyrələrinqurluşuna və
yerləşməsinə görə yun tellərində üç təbəqəyə rast gəlməkolur: Pulçuqlu , əsas və özək qatlardır .
Yunun sıxlığı . Qoyunların yun məhsuldarlığının göstəricilərindən biri də yunun sıxlığıdır. Yunun
sıxlığını öyrənmək , məhsuldarlığını yüksəltmək ücün əsas göstəriçilərdən biridir Yun teli
vahid dəri sahəsində nə qədər çox olarsa yun məhsuldarlığıda bir o qədər çox olar. Zərifyunlu
qoyunlarda digər çinslərə nisbətən yun daha sıx olur. Belə ki , merinosların 1mm2dəri sahəsində
60-75, ən yaxşı heyvanlarda isə 80-85 , az məhsuldar seyrək yunlu , çıxdaş edilmişlərdə isə 40 və
daha az yunteli olur.
Dostları ilə paylaş: |