“Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri



Yüklə 44,58 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü44,58 Kb.
#6292
növüQaydalar


“Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata 

keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, 

dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və 

"Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni 

vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi 

haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 



"Heyvanlar  aləmi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  icrasının  təmin 

edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli 

Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.



      

"Heyvanlar  aləminin  mühafizəsi  və  istifadəsi  sahəsində  dövlət  nəzarətinin  həyata 

keçirilməsi  qaydaları",  "Heyvanlar  aləmindən  istifadəyə  görə ödəmələrin  növləri, 

dərəcələri,  tətbiq  edilmə  qaydaları  və  qeyri-qanuni  heyvan  ovuna  cərimələr"  və 

"Heyvanlar  aləmi  obyektlərindən  istifadəyə  görə ödənişlərin  və  qeyri-qanuni  vəhşi 

heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat" təsdiq edilsin (əlavə olunur).

 

2.

      



Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

 



 

Bakı şəhəri, 6 noyabr 2004-cü il

 

                       № 176



 

 

 



  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində



 

dövlət nəzarətinin həyata keçirilməsi

 

Q A Y D A L A R I

 

 

 

I. ÜMUMİ MÜDDƏALAR

 

 

 

1.1.



      

Bu  Qaydalar  dövlət  orqanları  tərəfindən  heyvanlar  aləminin  mühafizəsi  və 

istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini müəyyən edir.

 

1.2.



   

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki 

və  hüquqi  şəxslər  tərəfindən  heyvanlar  aləminin  mühafizəsi sahəsindəki  vəzifələrin 

yerinə  yetirilməsini,  heyvanlar  aləminin  istifadəsi  üzrə  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydalara  və  tələblərə  əməl  olunmasını  təmin 

etməkdən ibarətdir.

 

1.3.


     

"Heyvanlar  aləmi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  icrasının  təmin 

edilməsi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  6  mart  tarixli  294 

nömrəli  Fərmanına  əsasən,  Azərbaycan  Respublikasının  bütün  ərazisində,  o  cümlədən 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanlar 



aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

1.4.


     

Balıq 


ehtiyatlarının 

mühafizəsi 

və 

istifadəsi 



sahəsində 

dövlət 


nəzarəti  qanunvericiliklə 

müəyyənləşdirilmiş  qaydada 

Azərbaycan  Respublikası Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  müvafiq  orqanları 

tərəfindən həyata keçirilir.

 

1.5.


     

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  heyvanlar 

aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirərkən öz işlərini 

aidiyyəti  olduqda,  Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi  və  yerli  hakimiyyət 

orqanları ilə əlaqələndirir.

 

1.6.



     

Heyvanlar  aləminin  mühafizəsi  və  istifadəsi  sahəsində  idarəetmə  və nəzarət 

funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi, 

istifadəsi  və  bərpası işlərində   fiziki  və  hüquqi şəxslərin, 

cümlədən 



ictimai 

təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar.

 

1.7.


     

Hüquqi və fiziki şəxslər tabeçilik, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı 

olmayaraq, heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata 

keçirən  şəxslərə  yoxlama  aparmaq  üçün  müvafiq  şərait  yaratmalı,  onların 

səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarmı verməlidirlər.

 

1.8.   Heyvanlar  aləminin  mühafizəsi,  istifadəsi  və  artırılması  sahəsində dövlət 



nəzarətini  həyata  keçirən  şəxslərə  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyinin müvafiq xidməti vəsiqəsi verilir.

 

  

II. 



HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ

 

SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN

 

DÖVLƏT ORQANLARININ VƏZİFƏLƏRİ

 

 



 

Heyvanlar aləminin  mühafizəsi  və  istifadəsi  sahəsində  dövlət nəzarətini həyata  keçirən 

dövlət orqanlarının vəzifələri aşağıdakılardır:

 

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək;



 

heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və bərpası qaydalarına  və 

normalarına əməl olunmasına nəzarət etmək;

 

ov  qaydalarına  və  heyvanlar  aləminin  ovçuluq  obyektlərinə  aid  edilmiş vəhşi  heyvan 



növlərinin istifadəsinə nəzarət etmək;

 

su  hövzələrində  balıqların  sənaye,  idman  və  həvəskar  ovu,  habelə  elmi  tədqiqat 



məqsədilə  istifadə  edilməsinə  və  təbii  mühitə  uyğunlaşdırılmasına nəzarəti  həyata 

keçirmək;

 

ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması 



qaydalarına əməl olunmasına nəzarət etmək;

 

heyvanlar  aləminin  obyektlərindən  elmi  tədqiqat,  mədəni-maarif,  tərbiyəvi  və  estetik 



məqsədlər üçün istifadəyə nəzarət etmək;

 

vəhşi  heyvanların  həyat  fəaliyyətinin  məhsullarını  əldə  etmək  məqsədilə istifadə 



olunmasına nəzarət etmək;

 

vəhşi 



heyvanların 

qeyri-sərbəst 

və 

ya 


yarımsərbəst 

şəraitdə 

saxlanmasına, yetişdirilməsinə və bu məqsədlə tutulmasına nəzarət etmək;

 

heyvanlar aləminin sayının tənzimlənməsinə nəzarət etmək;



 


vəhşi  heyvanların  yaşayış  mühitinin,  çoxalma  şəraitinin,  habelə  miqrasiya yollarının 

mühafizəsinə nəzarət etmək;

 

istehsal  proseslərində  və  nəqliyyat  vasitələrinin  istismarında  heyvanlar aləminin 



məskunlaşdığı  mühitin  təsir  dairəsində  fəaliyyət  göstərən  obyektlərin  bioloji 

təhlükəsizliyinə nəzarət etmək;

 

nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin mühafizəsi, 



törəyib artması və istifadəsinə nəzarət etmək;

 

zooloji kolleksiyaların yaradılması, saxlanılması və zənginləşdirilməsinə nəzarət etmək;



 

bitki  mühafizə  vasitələrinin  tətbiqi  zamanı  heyvanlar  aləminin  və  onların yaşayış 

mühitinin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

 

vəhşi  heyvanların  köçürülməsi,  iqlimə  uyğunlaşdırılması  və  artırılması tədbirlərinin 



həyata keçirilməsinə nəzarət etmək;

 

ayrı-ayrı  heyvanlar  aləmi  obyektlərinin  Azərbaycan  Respublikasına  gətirilməsi  və  onun 



hüdudlarından  kənara  aparılmasını  qadağan  etmək  və  ya məhdudlaşdırmaq,  habelə 

"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti 

haqqında" Konvensiyanın (CİTES) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

 

heyvanlar  aləminin  mühafizəsi,  səmərəli  istifadəsi  və  törəyib  artması  xeyrinə  torpaq, 



meşə,  su  və  başqa  təbii  ehtiyatların  mülkiyyətçilərinin  və  istifadəçilərinin  hüquqlarmı 

məhdudlaşdıran tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

 

heyvanlar  aləmi  obyektlərinin  dövlət  uçotunun  və  dövlət  kadastrının  hə-yata 



keçirilməsini  təmin  etmək  və  onların  aparılması  qaydalarına  əməl  olunmasına  nəzarət 

etmək;


 

vəhşi  heyvanların  təbii  və  süni  artmasına,  onların  yaşayış  mühitinin  qorunmasına  və 

yaxşılaşmasına yönəldilən kompleks tədbirlərin yerinə yetiril-məsinə nəzarət etmək;

 

heyvanlar  xəstəliyə  yoluxduqda,  onların  yaşayış  mühiti  pisləşdikdə,  heyvanların  məhv 



olmaq təhlükəsi yarandıqda xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlərin 

həyata keçirilməsinə nəzarət etmək;

 

bitişik  ərazilərin  hüdudlarında  heyvanlar  aləmi  obyektlərinin  mühafizəsinin  həyata 



keçirilməsinə,  Azərbaycan  Respublikasının  "Qırmızı  Kitabı"na  daxil  edilmiş  və  xüsusi 

mühafizə  olunan  heyvan  növlərinin  mühafizə  rejiminə əməl  edilməsinə,  habelə  heyvanlar 

aləmi  obyektlərinin  istifadəsi  və  mühafizəsi sahəsində  istifadəçilərin  qanunvericiliklə 

müəyyənləşdirilmiş digər vəzifələrinin yerinə yetirilməsinə nəzarət etmək;

 

qanunvericiliklə müəyyən edilən digər vəzifələri həyata keçirmək.



 

 

 



III. HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ

 

SAHƏSİNDƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN

 

DÖVLƏT ORQANLARININ HÜQUQLARI

 

  

3.1. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini həyata 

keçirən dövlət orqanlarının hüquqları aşağıdakılardır:

 

dövlət  təbiət  qoruğu,  milli  park,  dövlət  təbiət  yasaqlığı  və  ov  yerlərin də  heyvanlar 



aləminin  obyektlərindən  istifadə  hüququna  dair  sənədləri  yoxlamaq,  nəqliyyat  (üzən) 

vasitələrini saxlamaq, nəqliyyat vasitələrini, o cümlədən gəmiləri, ov alətlərini, əldə edilmiş 

məhsulları və başqa əşyaları yoxlamaq;

 

heyvanlar  aləminin  mühafizəsi  və  istifadəsi  sahəsində  pozuntu  hallarmı aradan 



qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək;

 



heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdə olan heyvan-ları əldə etmək 

üçün  istifadə  edilən  nəqliyyat  vasitələrini  müvəqqəti  saxlamaq,  hüquqpozmaya  səbəb 

olmuş  alətləri,  cihazları  və  digər  əşyaları,  qanunsuz  əldə  edilmiş  məhsulları,  habelə 

müvafiq sənədləri götürmək;

 

heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması 



üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq;

 

heyvanlar  aləmi  haqqında  qanunvericiliyin  pozulması  ilə  əlaqədar  vətəndaşlardan  və 



vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq;

 

heyvanlar  aləminin  mühafizəsi  və  istifadəsi  sahəsində  inzibati  xətalar haqqında 



protokollar tərtib etmək, cərimələmək və digər tədbirlər görmək;

 

heyvanlar  aləminə  vurulmuş  ziyanın  ödənilməsi  məqsədilə  qanunpozanlara  qarşı 



iddialar qaldırmaq;

 

qanunvericilikdə nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində 



mülkiyyət hüququna xitam verilməsi barədə iddia qaldırmaq;

 

qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.



 

3.2.  Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən 

dövlət orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim 

forması daşımaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti 

silah saxlamaq və gəzdirmək hüququ verilir.

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR



 

 

Yüklə 44,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə