Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


Hicab məsələsində Qərbin hiyləgərliyi



Yüklə 270,05 Kb.
səhifə2/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
1   2   3   4   5   6   7   8

Hicab məsələsində Qərbin hiyləgərliyi


Siz bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Bizim qonşu ölkəmiz olan Türkiyədə hicabı qadağan etdilər və son zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Onun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna qarşı etirazını bildirmədi və bildirmir.

Özünü inkişaf etmiş bilən, insan haqları məsələsinin onlar üçün əhəmiyyət kəsb etdiyini iddia və reklam edən Avropa ölkələrində - yəni Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə get-gəl etmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı icazəli bilirlər, bunda bir eyib görmürlər. Lakin cəmiyyət arasında hicabı vacib bildiyi üçün hər yerdə İslam Respublikasına qarşı etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı vacib etməkdən daha artıqdır. Çünki bu, təhlükəsizliyə daha yaxındır. Ən azı budur ki, bunlara eyni formada yanaşmaq lazımdır. Lakin Qərb belə etmir.



Tehranın cümə namazı xütbələrindən: 1990.


Qərblilərin hicabsızlığı icbari etmələri


Qadının hicabı ona hörmət əlamətidir. Qədimdə çoxlu ölkələrdə (mən çoxlu ölkələri deyirəm, çünki hamısından xəbərim yoxdur), bu Avropada iki yüz il bundan öncəyə qədər əyan və aristokratların qadınları üzlərinə hicab salırdılar ki, onlara göz düşməsin. Bu hörmət əlamətidir. Qədim İranda əyan və əşraf qadınları və rəislərin xanımlarının hamısı hicablı idilər. Aşağı təbəqələrin qadınları isə xeyr, hicabsız da gəlirdilər, maneə yox idi. İslam gəlib bu ayrıseçkiliyi kənara qoydu, dedi ki, qadın hicablı olmalıdır. Yəni bu hörmət bütün qadınlara məxsusdur. İslamın baxışı budur. İndi onlar olublar tələbkar, biz olmuşuq borclu. Tələb edən bizik, gərək onlar desinlər ki, nə üçün qadını bir əşya kimi ehtiras vasitəsi etmişlər.

Dünən mənim üçün bir rəqəm göstərdilər. Bir həftə bundan qabağın statistikasıdır: dünya qadınlarının üçdə biri kişilər tərəfindən döyülür. Bu, ağlamalı haldır. Daha çox sənaye və Qərb ölkələrində baş verən bu hal cinsi kobudluqdan, kişinin qadına qarşı kobud cinsi tələblərindən irəli gəlir. Bu onların qadın barədə hiylələridir. İndi qadına dair mübahisə edirlər ki, siz hicabı icbari etmisiniz. Onların özləri hicabsızlığı icbari edirlər. Tələbə qızı başörtüyünə görə universitetə buraxmırlar. Sonra bizə deyirlər ki, siz nə üçün hicabı icbari etmisiniz. Bu, qadına hörmət istiqamətindədir, o isə qadına hörmətsizlik istiqamətində. Belə nümunələr çoxdur. Bunlar Qərbin ajiotajıdır.



Böyük Rəhbərin Yəzd vilayətinin universitetlərinin tələbələri ilə görüşdə çıxışından: 2008.


Qərbli iddiaçıların müxalif fikrə qarşı dözümsüzlüyü


Qərbli iddiaçılar öz düşüncə əsaslarına qarşı ən mülayim fikrə belə dözmürlər.

Onlar müsəlman qadının daha çox nəyi ilə düşməndirlər? Onun hicabı ilə. Onlar sizin bu çadranızla, düzgün və möhkəm hicabınızla hər şeydən artıq düşməndirlər. Nə üçün? Çünki onların mədəniyyəti bunu qəbul etmir. Avropalılar belədirlər. Onlar deyirlər ki, biz necə düşünürüksə, dünya bizi yamsılamalıdır. Öz cahilliklərini dünyanın mədəniyyətinə hakim etmək istəyirlər. Onlar qadını Avropa tərzində - modabaz, israfçı, xalqın gözü qarşısında bəzənən, cinsi məsələləri oyuncaq edən görmək və bu məsələləri cəmiyyətdə qadınların vasitəsi ilə yaymaq istəyirlər. Harada qərblilərin bu məqsədlərinə qarşı çıxılsa, fəryadları ucalır. Bunlar həm də dözümsüzdürlər. Bu iddialı qərblilər özlərinin qəbul etdikləri əsaslara qarşı ən mülayim fikrə belə dözmürlər.



Həzrət Zeynəb-Kübranın (ə) doğum günü münasibəti ilə şəfqət bacıları ilə görüşdə çıxışından: 1991.

Hicabın ləğvi - qadın və kişi arasında pərdənin götürülməsi


Sözügedən faciəli fəaliyyətlərdən biri Rza şahın dövründə baş verən 7 yanvar hadisəsi idi. İslamın və İranın düşmənlərinin planı və Pəhləvi sarayına bağlı olan ozamankı ziyalıların köməyi ilə iranlı qadını öz iffət və hicabından ayırmağa, müsəlman cəmiyyətlərdə qadının həmişə iffəti sayəsində malik olduğu möhtəşəm imanını məhv etməyə qərar verdilər.

Tağut rejiminin böyük cinayətlərindən biri 7 yanvar hadisəsidir. Hicabı və İslamda qadın və kişinin, eləcə də cəmiyyətin sağlamlığı üçün iki cins arasında təyin olunmuş pərdəni götürmək Qərb cəmiyyətlərində qadının başına gətirilmiş bəlanı iranlı müsəlman qadının da başına gətirmək demək idi. Rza xan ölkə daxilində dəyənəklə bu işi gördü.



9 Yanvar qiyamının ildönümü münasibəti ilə Qum əhalisinin müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 2008.


Qərbin pozğunluğun yayılmasına cavabdeh olması


Mən natiq və təbliğatçılara dəfələrlə demişəm ki, qadın məsələsi barədə öz mövqeyini müdafiə etməli olan biz deyilik. Süquta uğramış Qərb mədəniyyəti özünü müdafiə etməlidir. Heç bir insaflı, düşüncəli insan bizim qadına dair siyasətimizin qadınlar üçün yaxşı olmasını inkar edə bilməz. Biz qadını iffətə, ismətə, hicaba, kişilərlə sərhədsiz və pərdəsiz qarışmamağa, insani hörmətini qorumağa, yad kişi ləzzət alsın deyə onun qarşısında bəzənməməyə dəvət edirik. Məgər bu pisdir?! Bu, müsəlman qadına hörmətdir. Bu, qadının ucalığıdır. Qadını bəzənib küçə və bazardakı kişilərin baxışını cəlb etməyə və onların ehtiraslarını doyurmağa çağıranlar cavab verməlidirlər ki, nə üçün onu bu qədər aşağılayıb xar edirlər. Onlar cavab verməlidirlər. Bizim mədəniyyətimiz Qərbin uca və mütəfəkkir insanlarının bəyəndiyi və uyğun rəftar etdiyi bir mədəniyyətdir. Orada da iffətli, ağır, mətanətli və özlərinə qiymət verən qadınlar özlərini yadların və şorgözlərin ehtiraslarını doyurmaq üçün vasitə etmək istəmirlər. Cılız Qərb mədəniyyətində belə işlər çoxdur.

Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə ölkə qadınları ilə görüşdə çıxışından: 1992.


Qərbin hicabın yayılmasından qorxması


İslam ailəyə əhəmiyyətli yanaşır. Qərbin tribunalarının və informasiya resurslarının müsəlmanlarla bugünkü davası məhz bu məsələdir. Siz görün hicaba qarşı necə həssaslıq göstərirlər. Bu hicab İslam Respublikasında olsa, onu pis sayırlar; Qərb ölkələrinin universitetlərində olsa - orada gənc tələbə qızlar məlumatlı, ayıq şəkildə və öz istəkləri ilə hicaba üz tutmuşlar - həssaslıq göstərirlər; siyasi partiyalarda olsa, həssaslıq göstərirlər; öz ölkələrinin orta, hətta ibtidai məktəblərində də olsa, əllərinin altında olmasına baxmayaraq, həssaslıq göstərirlər. Deməli, əsas məsələ budur. Daim fəryad qoparırlar ki, İslamda, yaxud İslam Respublikasında qadın hüquqları tapdanır. Özləri də buna inanmırlar, İslam Respublikasında qadın haqlarının tapdanmadığını və hətta gücləndiyini bilirlər. Siz görün ali məktəblərdə təhsil alan qız tələbələrin sayı bu gün çoxdur, yoxsa tağut rejimi zamanı çox idi? Görürsünüz ki, bu gün çoxdur. Təhsildə parlayan və ən yüksək qiymət alan qız tələbələr bu gün çoxdur, yoxsa onda çox idi? Görürsünüz ki, bu gün çoxdur. Tibb və müalicə mərkəzlərində, müxtəlif elm mərkəzlərində tədqiqat işləri ilə məşğul olan qadınlar bu gün çoxdur, yoxsa o zaman çox idi? Görürsünüz ki, bu gün çoxdur. Ölkənin siyasi işlərində və beynəlxalq təşkilatlarda fəal iştirak edən, orada öz ölkə və xalqlarının hüquqlarını müdafiə edən qadınlar bu gün çoxdur, yoxsa o zaman çox idi? Görürsünüz ki, bu gün çoxdur. Onda qadınlar müxtəlif yerlərə səfər edirdilər, amma bu, formal xarakter daşıyırdı, həvəsbazlıq üçün və özlərini ona-buna göstərməkən ötrü idi. Lakin bu gün müsəlman qadın beynəlxalq toplantılarda, müxtəlif beynəlxalq konfranslarda iştirak edir, elm mərkəzlərində və universitetlərdə elmi, siyasi, yaxud idari işlərdə fəal çalışır. Bunlar dəyərlidir.

Böyük Rəhbərin həzrət Zeynəbin (ə) doğum günü münasibəti ilə şəfqət bacıları ilə görüşündəki çıxışından: 1994.



Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə