Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


Qərbin və İslamın qadın və kişi münasibətlərinə baxışlarının fərqi



Yüklə 270,05 Kb.
səhifə3/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
1   2   3   4   5   6   7   8

Qərbin və İslamın qadın və kişi münasibətlərinə baxışlarının fərqi


Sizin indi irəli sürdüyünüz mövzu əsasən qadın və kişi münasibətlərinə və onların davranış tərzlərinə aiddir. Kişi və qadın münasibətlərinə dair qərblilərin baxışı İslam dünyagörüşündən qaynaqlanan baxışla fərqlənir. Onların dünyagörüşü insani məsələlərdən qaynaqlanır. Əlbəttə, dayaz bir şeydir, lakin əsaslı məsələlərlə sonuclanır. İslamın hicab məsələlərinə dair görüşü isə çox yaxşı və aydın görüşdür. Sizin yaxşı bir sözünüz var, deyirsiniz: "Biz hicabla rahatıq və bu bizim fəaliyyət geyimimizdir". Bəli, tamamilə düzgün və gözəl sözdür. Bu, çox düzgün baxışdır. Bunu bacardığınız qədər çox deyin.

Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə qadınlarla xüsusi görüşündəki söhbətlərdən: 1998.


Qadın və kişi arasında qarşıdurma - Qərbin mənfur mirası


Biz bilirik ki, kişi və qadın arasında qarşıdurma Qərb mədəniyyətindən qalmış mənfur bir mirasdır və bizim gənc qızlarımız bunu yaxşı duymuşlar. Bu gün Qərbdə baş verən acı təcrübələr Qərbin qadına baxış növünün və qadınla kişi arasında yaratmaq istədiyi qarşıdurmanın nəticəsidir. Bu təcrübələri gördüyümüzə görə bu məsələyə nifrət edirik. Qərb özünün qadına baxışı səbəbindən insanın qeyri-həqiqi ehtiyaclarını qabartmağa çox çalışır. Misal üçün, insanın həqiqi və əsaslı ehtiyacı olan mənəviyyatı unudub maddi ehtiyaclarına önəm verir və əsas ehtiyaclar kimi göstərir. Əsla belə deyil. Qərb illərlə mənəviyyat və onun təzahürləri ilə vuruşmuşdur. Mənəviyyatın təzahürləri arasında Qərbin heç zaman barışmadığı məsələlərdən biri də hicabdır.

Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə qadınlarla xüsusi görüşündəki söhbətlərdən: 1998.

Qərblilərin hədiyyəsi olan hicabsızlıq


Quldur Rza xanın Qərbdən bizə gətirdiyi ilk hədiyyə geyim formasından və hicabın götürülməsindən ibarət idi; özü də silah gücünə və özünün kazak quldurluğu ilə: paltarlar uzun olmamalıdır, qısa olmalıdır, papaq filan cür olmalıdır və sair. Sonra onu da dəyişdilər: Bundan sonra şlyapa qoyulmalıdır. Əgər kimsə başına Pəhləvi papağından başqa bir şey qoysaydı, yaxud qısa paltar geyinməsəydi, döyülməli idi. Bunları Qərbdən götürdülər. Qadınlara hicab bağlamaq yasaq idi. Çadra çoxdan götürülmüşdü. Əgər başlarını yaylıqla da örtsəydilər və çənələrinin önünü bir qədər tutsaydılar, döyülürdülər. Nə üçün? Ona görə ki, Qərbdə qadınlar başıaçıq gəzirdilər. Bunları Qərbdən gətirdilər. Bu xalqa lazım olanı gətirmədilər; elm gəlmədi, təcrübə gəlmədi, ciddilik və çalışqanlıq gəlmədi, riskə atılmaq gəlmədi. Hər halda, hər bir xalqın yaxşı xüsusiyyətləri də var.

İslam İnqilabının Böyük Rəhbərinin Rəşt müsəllasında gənclərlə, elm və mədəniyyət xadimləri ilə görüşdə çıxışından: 2001.


Əxlaq sərhədlərinin götürülməsi - Amerika islahatının həqiqi siması


Biz gördük ki, indiki məmurlar - istər icraçı orqanın, istərsə də məhkəmə orqanının məmurları qeyd olunan istiqamətlərdə çalışdılar və proqramlar hazırladılar. Çox gözəl! Amma düşmənin islahat adlandırdığı bəzi məsələlər var. Amerikalılar deyirlər ki, sizin hicabınız götürülməlidir, əxlaq və din sərhədləri götürülməlidir, konstitusiyada qeyd olunan Quran hakimiyyəti və qanunların İslamla uyğunluğu ləğv olunmalıdır. Bunlar Amerika islahatlarıdır. Xalqımız öz müstəqilliyini, siyasi inkişafını, şəxsiyyətini və iqtidarını ucuz əldə etməmişdir.

Böyük Rəhbərin Tehranın cümə namazı xütbələrindən: 2000.

Qadına ən böyük təhqir ona alət kimi baxmaqdır!

Tağut quruluşunda qadına həmişə yanlış baxılmışdır. Bu gün Qərbdə də belədir. Qərb ölkələrində bəzi qadınların çoxlu kişilər kimi dəyərli və möhtərəm şəxsiyyətə malik olmaları mümkündür, lakin Qərb mədəniyyətində qadına qarşı oturuşmuş ümumi baxış alət baxışıdır, yanlış və təhqiramiz baxışdır. Qərbin fikrincə, siz azad olmaqdan ötrü çadra və hicabı kənara qoymalı deyilsiniz. Siz deyərsiniz ki, mən hicabla da azadam. Onun məqsədi başqa bir şeydir. Onlar kişinin gözünün nəvazişi və onun qanunsuz istifadəsi üçün qadının cəmiyyətdə xüsusi tərzdə görünməsini istəyirlər. Bu, qadına qarşı ən böyük təhqirdir; indi bir neçə tərifli sözlə bunun üzərini örtsələr və ona başqa adlar qoysalar da.



Qadınlardan ibarət Quran tədqiqatçıları ilə görüşdə çıxışından: 2009.
Qərbin hicab əleyhinə təbliğat hücumu

Bütün Qərb dünyası, onların mediası və dünyanın böyük sionist və oliqarxlarının əlaltı və muzduru olan qələm sahibləri birləşib İslam Respublikasına qarşı ajiotaj yaratmaq istəyirlər. Bizi səhnədən çıxarmaq üçün hicab məsələsinə təbliğat hücumları təşkil edirlər. Onların təbliğatına rəğmən, müsəlman qadın özünün hicaba, müsəlman heysiyyətinə və İslamın qadın təlimlərinə qüdrətli, qətiyyətli sadiqliyini, özünəinam və etimad ruhiyyəsini qorudu. Bu gün Qərb dünyası tədricən İslam hicabına yönəlir.

Görürsünüz ki, müxtəlif ölkələrdə - istər hicabdan əsər-əlamət olmayan və Qərb təlimlərinə qərq olmuş müsəlman ölkələrində, istərsə də hətta Avropa ölkələrində müsəlman və qeyri-müsəlman qadınlar hicaba üz tuturlar. Əlbəttə, əvvəlcə müsəlmanlar rəğbət göstərdilər. Biz inqilabın qələbəsindən sonra Qərb və Avropa mədəniyyətinin təsiri altında olan ucqar ölkələrin qadınlarının siz İran qadınları kimi hicab bağladıqlarını, onu təcrübə etdiklərini gördük. Bu, sizin inkişafınızdır.

Tehran, Təbriz, İsfahan, Kerman, Qum, Qəzvin, Yəzd, Kərəc şəhərlərinin, Çahar-Mahal və Bəxtiyari və Mazandaran vilayətlərinin qadınları ilə görüşdə çıxışından: 1990.


Müsəlman qadınların inkişaf etməsi ilə Qərbin təhqir olunması


Tağut rejimi dövründə hicabı ələ salan şəxslərin təlxək və pozğun rəftarlarından keçirik. O dövrdə universitetlərin azsaylı hicablı xanım və qızları məsxərə olunur, ələ salınırdı. O rəftar qeyri-insani, əclaf və səhv rəftar idi. İnsanın özünün qəbul etmədiyi bir işə istehza etməsi bu gün Qərb mediasında görünür. O dövrdə bəzi adamlar belə əclaf işlər görürdülər. Bu ümumiyyətlə söhbətin mövzusu deyil. Lakin belə əclaflıq etməyən elm və məntiq adamları, yerində danışan və yerində fikirləşən şəxslər də İslam məsələlərinə etiqad bəsləyən, o cümlədən hicab bağlayan qadının elmi dərəcələr alıb alim ola bilməsinə inanmırdılar. Belə bir şəxsin siyasi və ictimai məsələlərdə bir şəxsiyyət olmasına inanmır, fəal inqilabçı olmasını qeyri-mümkün sayırdılar.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışından: 1990.


Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə