Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


Cinsi sərhədlərin götürülməsinin qadınların inkişafına mane olması



Yüklə 270,05 Kb.
səhifə7/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
1   2   3   4   5   6   7   8

Cinsi sərhədlərin götürülməsinin qadınların inkişafına mane olması


Tağut rejimi dövründə bizim bu qədər alim qadınımız yox idi. Bu, mənim sözümdür və bunu təkidlə deyirəm. Bu gün qadın tədqiqatçıların, müəllimələrin, müxtəlif sahələrdə çalışan qadın alimlərin, düşünən, nəzəriyyə yürüdən və əsərlər yazan qadın mütəfəkkir və yazıçıların, qadın ədib və şairələrin, qadın sənətkarların - yazıçıların, şairələrin, rəssamların mütləq və nisbi sayı tağut dövründən dəfələrlə artıqdır. Qadını müdafiə adı altında hicabı, iffəti, qadın və kişi arasındakı pərdəni tamamilə götürən və bu sərhədsizliyi günbəgün artıran tağut rejimində vəziyyət hətta bəzi sahələrdə Avropa ölkələrindən də pis olmuşdu. Bu gün İslam Respublikası quruluşunda hicab, çadra və başörtüyü bağlayan qadınlardan ibarət düşüncə, elm, əməl elitasının, siyasi fəalların, mədəniyyət və incəsənət xadimlərinin əzəmətli toplumu vardır. O zaman bu miqdarın bir hissəsi də yox idi; çox məhdud idilər. Bu, təlqin etmək istədiklərinin tam ziddinə olan bir nəzəriyyəni gücləndirir. O da budur ki, cinsi sərhədlərin götürülməsi nəinki qadını, onun mənəviyyatını və istedadlarını inkişaf etdirmir, əslində nəticələri müxtəlif bərbəzəklərdən və zahiri işlərdən ibarət olan, müxtəlif problemlər yaradan işlərlə məşğul edir. Bunun özü qadınların kamiliyyə və yüksəlişə sarı hərəkətinə maneədir.

İslam İnqilabının Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın doğum gününün ildönümü ərəfəsində alim qadınlarla görüşdə çıxışından: 2007.
İmamın hərəkatı və cəmiyyətdə hicabın yayılması

İnqilaba 1-2 il qalmış mübarizə hərəkatının dalğası özünün əqidə və düşüncələri ilə birgə müxtəlif zümrələrin içinə daxil oldu. İslama əqidəsi olmayanların çoxu hərəkatın sayəsində İslama inandılar. Hicaba heç bir etiqadı olmayan çoxlu qızlar vardı. Amma hərəkat dövründə heç kim onlara bir kəlmə söz demədən, özləri hicab bağlayırdılar. Yəni imamın hərəkatı, İslam hərəkatı genişləndiyindən, zirvəyə çatdığından, Kərbəla rəngi aldığından, nə qədər çox tələfat verirdisə, nə qədər çox şəhid və fədai verirdisə, bir o qədər də tərəfdar toplayır və dairəsini genişləndirirdi.



Tehran universitetinin tələbələri ilə görüşdə çıxışından: 1998.
Hicabı təbliğ edin!

Siz təbliğat aparmalı, yəni dediyiniz şəxslərin hicaba inamı sarsıtmaq üçün işlətdikləri fəndi və metodu işə salmalısınız. Hicab barədə tədqiqat aparın, fikirləşin, onun barəsində dini müzakirələr aparın, yaxud uyğun mövzuda görülən işlərdən istifadə edin. İctimai baxımdan da hicabın necəliyi haqda fikirləşin, öz baxışınızı yayın, fikrinizcə düzgün olanı deyin. Onların gəlib xalqın ürəyində hicaba meyli aradan qaldırmaq istəmələrindən qorxmayın. Hicab məhv olmayacaq. Əlbəttə, əgər başının üstündə Rza xanın gücü kimi bir güc olsa, yaxud eşitdiyim qədərincə Tunis kimi bəzi ölkələrdə heç kimin küçədə hicablı gəzmək hüququ olmasa - ümumiyyətlə burada insan hüquqları da tapdanır, onlar insanları hicabsızlığa məcbur edirlər, bu məsələlərlə məşğul olanlar isə tamaşa edir və bir söz demirlər - onda Rza xan dövründəki hicabsızlıq məsələsi qarşıya çıxacaq. Lakin bu məcburilik götürülən kimi xalq yenə hicaba qayıdacaq.



Tələbə nəşriyyələrinin baş redaktorları və məsul şəxsləri ilə sual-cavab toplantısındakı söhbətlərdən: 1999.
Çadraya bürünmədən hicaba riayət etmək şəriətin ziddinə deyil!

Sizin toxunduğunuz yaxşı hicab, yəni bizim özümüzün iranlı çadramız həqiqətən yaxşıdır. Buna əsla şübhə etmək olmaz. Əlbəttə, mən heç zaman deməmişəm ki, haradasa çadranı məcbur etsinlər. Amma həmişə demişəm ki, çadra iranlı hicabıdır, iranlı qadın bunu seçib, bu, yaxşı hicabdır və bununla hicabın bütün qaydalarına riayət etmək mümkündür. İndi bəzilərinin iranlı və özümüzünkü olan hər şeydən acıqları gəlir, özümüzünkü olmayanları istəyirlər. Hər halda, çadrasız da hicaba riayət etsələr, şəriətə zidd bir iş görmüş sayılmırlar, lakin yaxşı bir şeyi əldən vermiş olurlar.



Tələbə nəşriyyələrinin baş redaktorları və məsul şəxsləri ilə sual-cavab toplantısındakı söhbətlərdən: 1999.

İranlı qadınların hicabının digər ölkələrin qadınlarına örnək olması


Siz bilin ki, bu gün dünyanın bir çox yerlərində müsəlman qadınlar sizə baxır və sizdən öyrənirlər. Bəzi Qərb ölkələrində, qeyri-dini hökumətləri olan bəzi müsəlman ölkələrində İslam hicabı bu şəkildə din düşmənlərinin hücumuna məruz qalır. Bu onların hicaba rəğbətini göstərir. Bizim hicaba diqqət göstərilməyən qonşu ölkələrimizdə, mənim özümün yaxından bəzi nümunələrini gördüyüm İslam ölkələrində heç zaman hicabın adını çəkmirlər. İnqilabdan sonrakı iyirmiillik müddətdə qadınlar, xüsusən də ziyalı qadınlar və tələbə qızlar hicaba yönəlmiş, maraq göstərmiş və hicablı olmuşlar. Bunlardan əlavə Qərb ölkələrində də bnun nümunələri müşahidə olunur. Siz örnək və nümunəsiniz.

Böyük Rəhbərin qadınlarla görüşdə çıxışından: 2000.
İranlı qadının inkişafı düşmənin təbliğatını zərərsizləşdirir!

Siz görün hicabı məhv etmək üçün bu gün dünyada nə qədər pul xərcləyir və zəhmət çəkirlər. Özlərini azadlığın beşiyi hesab edən ölkələr hicabla mübarizədə nələr etmirlər. Lakin hicabla mübarizə aparan bütün təşkilatlar bir tərəfə, İslam hicabı ilə, çadra ilə, gözəl idman forması ilə kameraların önünə çıxan və bu dəyərə sadiq qaldığını göstərən bu gənc qızımız və mömin idmançı bacımız bir tərəfə. Bu səhnə bütün dünyada nümayiş etdirildi və o bu işi ilə sözügedən təbliğatların hamısını zərərsizləşdirdi.



İslam İnqilabının Böyük Rəhbərinin olimpiya və parolimpiya yarışlarında iştirak edən idmançılarla görüşdə çıxışından: 2004.


Hicab məsələsinə dair cəmiyyətin vəziyyəti


Mənim tövsiyəm bəllidir. Hicaba riayət edin. Bu lazım və vacibdir. Bu məktubu yazan qardaşa, yaxud bacıya demək istəyirəm ki, sizin dediyiniz kimi deyil. Siz deyirsiniz ki, bizim qadınlar hicabsız olmuşlar. Ola bilsin bəziləri mənə desinlər ki, siz yalnız hicablı bacıları görmüsünüz. Xeyr! Mən bəzən məhz kişi və qadınların görkəminə baxmaq üçün küçəyə çıxıram; əlbəttə, haram baxışla yox, halal baxışla. Mənə bəzilərinin təsvir etdikləri kimi görünmür. Düzdür, nöqsanlar da var. Mən də bütün təfərrüatlarından xəbərdar deyiləm. Harada belə bir vəziyyət olsa, çıxış yolu pis işlərdən çəkindirməkdir.

İslam İnqilabının Böyük Rəhbərinin Şəhid Behişti Universitetinin tələbələri ilə sual-cavab məclisindəki söhbətlərdən: 2003.
Qadının roluna diqqətsizliyin ziyanları

Bizim qadınlarımız məzlumdurlar. Mənim qadın haqda sözüm çoxdur. Qadın məsələsi həqiqətən mühüm məsələdir. Bəziləri buna diqqət yetirmirlər, dəb halına düşmüş formal bir məsələ kimi yanaşırlar. Qadın barədə feminist görüşlər və Qərbə məxsus baxışlar öz yerində, amma biz qadının ailə və cəmiyyətdə rolu, qadının dəyəri, əhəmiyyəti və bu qəbildən olan məsələlər üzərində həqiqətən az işləmişik və bunun zərərlərini də görürük.



Radio və televiziyanın məsul işçiləri ilə görüşdə çıxışından: 2003.

Nümunəvi müsəlman qadının xüsusiyyətləri

İslam kimliyi budur ki, qadın özünün qadın kimliyini və xüsusiyyətlərini - təbiət və fitrət bunu təsdiqləyir və hər bir cins üçün öz xüsusiyyətləri dəyərdir - yəni incə hissləri, güclü emosiyaları, zərifliyi, qadın paklığını və təmizliyini qorumaqla yanaşı, eyni zamanda həm mənəvi dəyərlərdə – o cümlədən elmdə, ibadətdə, Allaha yaxınlaşmaqda, ilahi maarifdə və irfan vadisində inkişaf etsin, həm ictimai və siyasi məsələlərdə, müqavimətdə, dözümdə, siyasi iradədə, siyasi dərkdə, öz ölkəsini tanımaqda, öz gələcəyini tanımaqda, milli və böyük məqsədlərini, İslam ölkələrinə və İslam xalqlarına aid İslam məqsədlərini tanımaqda, düşmənin təxribatlarını tanımaqda, düşməni tanımaqda, düşmənin üsullarını tanımaqda günbəgün inkişaf etsin, həm də ailə daxilində ədalət, insaf, aramlıq, dinclik yaratmağa müvəffəq olsun. Əgər qanun lazımdırsa, əgər bununla sonuclanan məsələlərə düzəliş lazımdırsa, savadlı, məlumatlı qadınlar bütün bu işlərdə öncül olmalı, qadın modelini göstərməlidirlər; deməlidirlər ki, müsəlman qadın həm dinini, hicabını, qadınlığını, incəlik və lətafətini qoruyan, həm öz haqqını müdafiə edən, həm də mənəviyyatda, elmdə, tədqiqatda, Allaha yaxınlıqda uğurla irəliləyən, görkəmli şəxsiyyət təqdim edən, həm də siyasi işlərdə fəal iştirak edən qadındır. Bu olur qadın örnəyi.



Böyük Rəhbərin qadınlarla görüşdə çıxışından: 2000.


Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə