Hidrogen peroksiddən istifadə qaydaları



Yüklə 363,02 Kb.
səhifə5/5
tarix18.05.2018
ölçüsü363,02 Kb.
#44481
növüQaydalar
1   2   3   4   5

Diqqət! Hidrogen peroksidin, daxili qəbulunun (içmək) əks göstəricisi yoxdur. Təklif olunan dozanı sxemlə içmək olar.

Qadağandır! Hidrogen peroksidin arteriya və venadaxili yeridilməsi aşağıdakı hallarda mümkün deyil: afibrinoqenemiya, kapilyartoksikoz, hemofiliya, hemometik anemiya, trombositopenik purpur, DVS-sindromu.
Sağlam həyat tərzi üçün bəzi məsləhətlər

Hidrogen peroksiddən istifadə etməzdən qabaq bağırsaqları, qaraciyəri, oynaqları və qanı təmizləmək vacibdir.

Bağırsaqların təmizlənməsi

Bağırsaqların təmizliyi üçün çox yollar var. Hal-hazırda tibbdə yoğun bağırsağın yaxşı təmizlənməsi üçün hidrokolonoterapiya üsulundan (5-7 prosedur) istifadə olunur. Bu zaman bağırsağa təzyiq altında maye daxil olur, buradakı hər şeyi brandspoyt (yanğın nasosu) kimi yuyur. Digər boru vasitəsilə bunlar xaric edilir. Təmizlənmə sistemdə təzyiqin düşmə dərəcəsi ilə tənzimlənir.

Prosedurdan sonra 2-3 gün fasilə verib qaraciyərin təmizlənməsinə keçmək lazımdır.

Təcrübələr göstərmişdir ki, imalə ilə təmizlənmə bir о qədər yaxşı effekt vermir. Bu zaman bağırsağın divarlarının bir hissəsinə çevrilmiş (yapışmış) və həzmetməni zəiflədən çürüntülü, qıcqırmış qaysaq oradan təmizlənmir. İmalə zamanı bağırsağa daxil olan və ordan sərbəst şəkildə xaric olan maye burada olan kal kütlənin və digər ekskrementlərin xaric olmasında kifayət etmir. Yalnız hidrokolonoterapiya yolu ilə temperatur və təzyiq dinamiki və monitor nəzarət altında bağırsaq boşluğuna daxil olan və oradan süzülən maye hesabına bu məsələni həll etmək olar. Təzyiq altında 10 litr mayeni 15-20 dəqiqə ərzində bağırsağa daxil etməklə yoğun bağırsaqdakı nəinki ekskrementləri, həm də bağırsağın qan hərəkət edən hissələrindən qandakı endotoksini də təmizləmək olur. Bu zaman istifadə olunan mayenin, tərkibi müalicəvi otların ekstratı (yovşan, dağ tərxunu, qıjı, çovdar və s) olmalıdır.

İmalə yolu ilə bağırsaqların təmizlənməsindən fərqli olaraq bu üsul zamanı heç bir diskomfortluq (narahatçılıq) hiss olunmur.

Bağırsağın təmizlənmə prosedurunu həkim proktoloqlar lazımi miqdarda aparmalıdırlar (adətən 6-12 prosedur). Prosedurlar keçirilən dövrdə bitki mənşəli qidalardan istifadə etmək məsləhətdir.

Mədə-bağırsağın fəaliyyətini normal fizioloji səviyyədə saxlamaq üçün hidrokolonoterapiyanı təkrarlamaq lazımdır. Bu zaman prosedurun miqdarı təkrarın periodikliyindən asılıdır. Təcrübə göstərir ki, əgər bu proses rübdə bir dəfə təkrarlanırsa bir prosedur, yarım ildən bir təkrarlanırsa 2-3 prosedur, ildə bir dəfə təkrarlanırsa 6 prosedur bəs edər.

Əgər hidrokolonoterapiyanı aparmağa imkan yoxdursa, bağırsağı adi yolla iki dəfə: yazda və payızda imalə ilə yumaq lazımdır:



  • otaq temperaturlu 1,2-2 litr qaynanmış suya 1 xörək qaşığı alma sirkəsi və ya moruq, limon, quşüzümü şirəsi əlavə etmək lazımdır.

  • əzələlərin yaxşı işləməsi üçün maqnezium və kalium lazımdır. Bu elementlər çuğundurun tərkibində daha çoxdur. Çuğundur soku ilə imalə daha xeyirlidir:

600-800 q çuğunduru sürtkəcdən keçirib 1,5 litr qaynar su əlavə edib, 20 dəqiqə qarışdıraraq dəmləyir, oddan götürüb, bükülü vəziyyətdə 1 saat saxlamaq lazımdır. Sonra onu süzüb 1:10,5 nisbətində imalə etmək lazımdır. (aclıq zamanı 1,5-2 litr qaynamış suya 1-3 stəkan çuğundur şirəsi əlavə edib, imalə etmək çox xeyirlidir).

İmalə edərkən yerdə diz üstə dayanıqlı vəziyyət alınmalı və bədən boş saxlanılmalıdır. İmalə aparatının ucunu sabunlamaq və ehmalca arxa girəcəyə daxil etmək lazımdır. Suyun bağırsağa rahat daxil olması üçün sakit halda qarın boşluğu vasitəsilə bir neçə dəfə dərin nəfəs almaq, nəfəsi bir qədər içəridə saxlamaq və sonra nəfəs vermək lazımdır. Bütün su içəri daxil olandan sonra qarın vasitəsilə bir neçə nəfəs alıb-vermə hərəkətləri təkrar edilir. Bu yolla yoğun bağırsağın yalnız aşağı və köndələn çənbər bağırsaq hissəsini yumaq olur. Yoğun bağırsağın əsas çürüyən kütlə yığılan girəcək hissəsi isə təmizlənməmiş qalır.

Yoğun bağırsağı tam təmizləmək üçün aşağıdakı proseduru etmək lazımdır: suyu bağırsağa daxil etdikdən sonra arxası üstə uzanmaq, ayaqları yuxarı elə qaldırmaq lazımdır ki, çanaq da qalxsın. Sonra yavaş-yavaş sağ tərəfə uzanmaq, qarın vasitəsilə nəfəs alıb-vermək, daha sonra bel üstə uzanıb tələsmədən qalxmaq lazımdır. Birinci imalədən 5-10 dəqiqə sonra mütləq ikinci dəfə imalə edilməlidır. Bəzən imaləni üç dəfə də edirlər. Belə prosedur yoğun bağırsağı onun divarlarına yapışmış çürümüş ərpdən tam təmizləyir.

Bağırsağın təmizlənməsindən sonra birbaşa qaraciyərin təmizlənməsinə başlamaq lazımdır.



Qaraciyərin təmizlənməsi

4 günü elə seçmək lazımdır ki, yuyulma şənbə, bazar günlərinə düşsün. Yuyulmadan 3 gün əvvəl zülalsız vegeterian qida və öd qovucu çaylardan istifadə etmək lazımdır. Bu müddət ərzində imkan daxilində çoxlu alma şirəsi içmək və ya turş alma yemək məsləhətdir. Hər gün imalə olunmalıdır. 4-cü gün saat 15.00-da 2 alloxol həbi ya digər ödqovucu qəbul edilməlidir.



- Saat 18.00-da 2 no-şpa həbi qəbul edilir. Əgər xəstədə qan təzyiqi varsa (qalxıb enmə) 1 həb no-şpanı qəbul etmək və ya heç qəbul etməmək lazımdır.

- Saat 18.30-da 15 dəqiqə isti vanna qəbul edilməlidir. Sonra yataq hazırlayıb dəqiq saat 19.00-da qaraciyər tərəfdən qabırğa altına isitqac qoymaqla düz uzanmaq lazımdır. 100-150 ml zeytun və ya saflaşdırılmış bitki yağı götürülür. 100 ml limon, mərsin, quşüzümü şirəsi hazırlanır (yalnız limon şirəsi ilə də kifayətlənmək olar). Bütün bunları 3 stəkanda qarışdırmaq lazımdır. Bu qarışıq bir limon dilimi ilə içilməlidir. Qarışığı içərkən ürəkbulanması baş verə bilər. Bunun qarşısını almaq üçün bir diş sarımsağı doğrayıb, ağzı örtülən bankaya qoymaq lazımdır. Ürək bulanan zaman onu iylədikdə hər şey keçəcək.

Qarışıq 2-3 dəfəyə (hər 10-15 dəqiqədən bir) isidib qarışdırılaraq içilməlidir. Bu prosedur zamanı hərəkət etmək məsləhət deyil. 3-8 saatdan sonra sağ qabırğa altında ağrılar qalxa bilər. Bu zaman 2 alloxol və 1-2 no-şpa həbi içib 1 saat ərzində isti vannada uzanmaq, sonra isə tullanma hərəkətləri yaxud, pəncələri üstə qalxıb-enmə hərəkətləri edilməlidir. Daha sonra yenidən uzanmaq lazımdır. Ertəsi gün günorta daşların düşüb-düşməməsindən asılı olmayaraq adi imalə edilir. Bu zaman xəstə özündə keçici zəiflik hiss edə bilər.

Saat 15-16.00-da bu prosedur (tubaj) təkrar edilir.

Bütün bu 5 günlük prosedur bir aydan sonra təkrarlanmalıdır. Bir aydan sonra prosedur yenə təkrarlana bilər (ardıcıl 3 dəfədən artıq olmamalıdır). Daha sonra bu prosedur ildə 1-2 dəfə aparıla bilər.

Bəzi insanlar bitki yağını böyük miqdarda qəbul edə bilmirlər. Yaşlı, bir çox xəstəliklərə məruz qalmış orqanizm üçün 200 ml bitki yağı içmək çox çətindir, çünki xəstənin qaraciyəri, ürək-damar, ifrazat sistemi üçün bu böyük yükdür. Nəticədə, xəstədə kardiogen şok, halın pisləşməsi və s. xoşagəlməz hallar baş verə bilər. Təcrübə göstərmişdir ki, yaş 40-50-dən yuxarıdırsa, bitki yağının miqdarını 100 ml-ə qədər azaltmaq və 100 ml biokefir, qatıqla qarışdırıb qızdırmaqla qəbul etmək məsləhətdir.

Qaraciyərin yuyulması zamanı toxumadaxili maye ilə birlikdə kalium itkisi baş verdiyindən (ürəkdə narahatçılıq ola bilər) bal, limonla isti çay içmək, ərik qurusunun kompotunu kişmişlə içmək lazımdır.



Oynaqların yuyulması

Oynaqları dəfnə yarpağı ilə təmizləyirlər. 5qr dəfnə yarpağını 300ml suda 3-8 dəqiqə qayna- dıb soyutmaq, 3-4 saatdan sonra qəbul etmək lazımdır. Məhlulu ən yaxşısı gecə hazırlamaq və ertəsi gün 1 xörək qaşığı miqdarında olmaqla bütün gün ərzində içmək məsləhətdir. Bu prosesi 3 gün davam etdirib 7 gün fasilə verməli və yenidən 3 gün qəbul etmək lazımdır.


Qanın yuyulması

Qanın yuyulmasının ən yaxşı üsulu zəncəfil çayı ilədir. 1,5 qram quru zəncəfil tozuna 1,5 I qaynar su əlavə edib, 20 dəqiqə zəif odda saxlamaq lazımdır. Oddan düşürməyə 5 dəqiqə qalmış bura bir qədər qara istiot tozu əlavə edilir, süzülmüş məhlula 3 xörək qaşığı bal qatılır.

Bu məhlulun 1/3 stəkan miqdarına 1/3 stəkan limon şirəsi və 1/3 stəkan isti su qatıb, yeməkdən 30 dəqiqə qabaq gündə 3 dəfə içmək lazımdır. Bu məhlulu ağzı bağlı şüşə bankada soyuducunun aşağı gözündə saxlamaq lazımdır.
Qidalanma

Mədə-bağırsağı təmizləndikdən sonra qidalanma qaydalarına əməl etməyiniz məsləhətdir.

Səhər saat 7-də otaq temperaturlu bir stəkan su için. Gün ərzində isə hər 1.5-2 saatdan bir 50-70 ml su için. Mayeni yeməkdən 10-15 dəqiqə əvvəl, yaxud yeməkdən 1.5 - 2 saat sonra qəbul edin. Qaynadılmış su içmək məsləhətdir. Yeməkdən sonra ağızı yaxalamaq olar (udmamalı, tüpürməli). Həmişə xoş əhvalda olun. Özünüzü gərgin saxlamayın və yemək vaxtı süfrəyə qəzəbli halda oturmayın.

Gün ərzində qəbul etdiyiniz qidaların yeməkdə nisbəti 1:5:3 olmalıdır: zülallı məhsullar 15-20%, bitki mənşəli qidalar 50-60%, karbohidratlar 30-35%.



Zülallı məhsullar: ət (yağsız, yaxud quşun ağ əti), balıq, yumurta (ilıq bişirilmiş), bulyonlar (birinci qaynatmanı süzüb atmalı) hər növ paxlalar, göbələklər, qoz-fındıq, tumlar.

Bitki yeyəcəklər: tərəvəz, meyvə, giləmeyvə, şirələr və.... mürəbbələr.

Karbohidratlar: çörək (un nə qədər kobud üyüdülmüş olarsa, bir о qədər yaxşıdır), un məhsulları ( nə qədər az olsa, bir о qədər yaxşıdır), yarmalar, kartof ( suda bişmişi daha yaxşıdır), qənd ( gündə 30-40 qr), konfet, bal.

Piyin miqdarı 5-10%-i aşmamalıdır. Ərimiş kərə yağı, təzə bitki yağlarından, tumlardan, qoz-fındıqdan istifadə edin. Yaş ötdükcə ət məhsulları və yumurtadan az istifadə etməli.

Ədva kimi müxtəlif sirkələrdən istifadə edin. Gün ərzində duzun qəbulu 3-4 qramdan çox olmasın.

Bitki yeyəcəkləri karbohidratlar və zülallı yeməklərdən 10 dəqiqə əvvəl yeməyə çalışın. Fərqli qidalanmaya üstünlük verin: karbohidrat yeməklərlə zülallı yeməkləri qarışdırmayın (eyni vaxtda yeməyin). Onların hər birini bitki mənşəli yeyəcəklərlə birgə yemək olar: zülallı yeməklərdən 4-5 saat sonra karbohidrat qidalar qəbul etmək, yaxud karbohidrat qidalar yeyəndən 3-4 saat sonra zülallı yeməklər yemək məsləhətdir.

Qalmış və yenidən qızdırılmış yeməkləri yeməyin. Qidanı və mayeni çox isti halda qəbul etməyin, onların temperaturu 35-38% olmalıdır. Qida bir növ və təzə olmalı, onun tərkibində bitki qidalarının növləri və miqdarı çox olmalıdır. Yeməkdən sonra 20-30 dəqiqə dincəlməli, lakin yatmamalı. Gün ərzində 3-4 dəfə yemək qəbul etməli. Tıxmaq olmaz. Mədə də dincəlməlidir. Mədəni doldurmaqdansa bir növbəni buraxmaq məsləhətdir. Axşam yeməyi saat 18-19 arasında olsa, əladır.

Həftədə bir gün yalnız meyvə yeməli, şirə içməli, yaxud qaynadılmış su qəbul etməklə aclıq keçirməli (24-36 saat).

Hipertoniklərə çox kofe içmək məsləhət deyil.

Yeməkdən sonга hərəkət edin. Temperaturla müşahidə olunan xəstəliklər zamanı, temperatur normallaşana qədər şirələr və qaynadılmış su içmək məsləhətdir.

Qəbul edilən qida az, hərəkət çox olmalıdır. Bu sağlam olmağın 1-ci şərtidir.
Bəzi məsləhətlər

Çayın soyudulma qaydasına fikir verin: isti çayı bir fincandan digərinə bir neçə dəfə süzürlər. Ölkəmizin bir sıra bölgələrində məsələn, Naxçıvanda çayı stəkana hündürdən süzürlər. Çayı nəlbəkiyə töküb tez soyudub içirlər. Bunu niyə edirlər? Su fincanın dibinə dəydikcə "yumşalır" və oksigenlə, xüsusilə atomar oksigenlə zənginləşir. Belə çayı içdikdən sonra insan özünü çox gümrah hiss edir.



İndi isə ürək-damar sistemi, mədə-bağırsaq traktı, ağciyər və s. xəstəliklərdən əziyyət çəkən insanlann nəzərinə. Axşamdan bir stəkana su tökün və üzərini solfetka ilə örtün. Səhər saat 7:00-də bir əlinizə bu stəkanı, digər əlinizə boş stəkan götürün. Stolun üzərinə də iri boş fincan qoyun. Su olan stəkanı fincanın üzərinə bacardıqca yuxarı qaldıraraq, onun içindəki suyu boş stəkana boşaldın və bu hərəkəti 30 dəfə təkrar edin. İlk əvvəl su kənarlara damcılamağa başlayacaq, sonra isə normal şəkildə süzüləcək. Axırda stəkanda qalan suyu aramla, az-az içmək lazımdır. Təəccüblü olsa da, siz baş ağrısı, ürək bulanma və digər narahatçılıqlardan canınızı qurtaracaqsınız. Əlbəttə ki, stəkanda qalmış suya 5-10 damcı 3%-li hidrogen peroksid əlavə etsəniz daha yaxşı olar.
Xəstə orqanı sağlam orqan kimi təsəvvür edib,

bədənin enerjisini (fikri)ona yönəltmək lazımdır ki, xəstəlik daha tez sağalsın.

Allah sizi qorusun!

MÜNDƏRİCAT

Ön söz 3

Tənəffüs mexanizminin fızioloji xüsusiyyətləri 4

Hidrogen peroksidin orqnaizmdə rolu 14

Hidrogen peroksidin müalicə xüsusiyyətləri və

qəbul qaydaları 18

Hidrogen peroksidin buraxılış forması və

ənənəvi qəbulu 22

Xarici istifadə 24

Qulaq vasitəsilə qəbul 25

Daxili istifadə 25

Burun vasitəsilə qəbul 27

Hidrogen peroksidin venadaxili yeridilməsi 36

Hidrogen peroksidin venadaxili yeridilməsi

zamanı təhlükəsizlik tədbirləri 38

Hidrogen peroksidin saxlanılması 40

Hidrogen peroksiddən istifadə qaydaları 40

Sağlam həyat tərzi üçün bəzi məsləhətlər

Bağırsağın təmizlənməsi 44

Qaraciyərin təmizlənməsi 47

Oynaqların yuyulması 48

Qanın yuyulması 48

Qidalanma 49

Bəzi məsləhətlər 51
Yüklə 363,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə