“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   2   3   4   5   6   7   8   9   ...   40

suyun miqdarı, ondan buxarlanmaya və suvarmaya sərf olan itkilər, anbara aid olan 
hidrotexniki qurğuların hesabi sərfləri hidroloji hesablamalar yolu ilə 
müəyyənləşdirilir.  
Müasir hidrologiya elminin həll etdiyi əsas məsələlərə su obyektlərinin 
müəyyən edilməsi, onların hesabi sərflərinin təyini, axımın paylanması, çay 
hövzəsindən və su səthindən olan buxarlanmanın təyini, su obyektlərinin hidroloji 
rejiminin paylaşdırılması, təbii suların çirklənməsi və ona qarşı mübarizə 
tədbirlərinin hazırlanması və s. daxildir. 
Hidrologiyada müxtəlif tədqiqat üsullarından istifadə olunur. Bunların  ən 
geniş yayılmışları ekspedisya, stasionar və laboratoriya üsullarıdır.  
Ekspedisya üsulunda geniş  ərazilərin suları  və ya hidroloji obyektlər 
kompleks  şəkildə, xüsusi hazırlanmış proqramlar əsasında öyrənilir. Bu üsul 
zamana görə  ləng dəyişən, lakin ərazi üzrə,  əksinə, kifayət qədər dəyişkən olan 
hidroloji hadisələrin öyrənilməsində daha çox tətbiq edilir. 
Hal-hazırda çöl tədqiqatlarında hidroloji elementlərin (səviyyə, axınlar, 
dalğalanma, suyun temperaturu, buz hadisələri və s.) ölçülməsinin müasir 
üsullarından geniş istifadə edilir. Belə  tədqiqatların nəticələri yalnız su 
obyektlərinin regional təsviri üçün deyil, həm də hidroloji proseslərin və onların 
amillərinin öyrənilməsi üçün vacibdir.  
Stasionar müşahidələr üsulu, su obyektlərinin hidroloji rejim ünsürlərinin 
zamana görə dinamikasını öyrənmək üçün çox əlverişlidir. Hidrometeoroloji 
məntəqələrdə suyun səviyyəsi və  sərfi, dalğalanma, gətirmələrin hərəkəti və s. 
üzərində müntəzəm müşahidələr aparılır. Bu müşahidələr elmin və praktikanın 
tələblərinə müvafiq olan vahid proqramla yerinə yetirilir.  
Hidrometeoroloji məntəqələrin və çöl ekspedisyalarının məlumatları xüsusi 
informasiya mərkəzlərində toplanır. Orada bu məlumatlar işlənir və coğrafi 
ümumuləşdirmələrdə, məlumat kitablarının, xəritə  və atlasların, hidroloji 
proqnozların tərtib edilməsində geniş istifadə olunur. Ekspedisya şəraitində 
eksperimental tədqiqatlar da yerinə yetirilir. Məsələn, elmi-tədqiqat gəmilərində 
okeanla atmosferin qarşılıqlı  əlaqəsi problemi üzrə elmi eksperiment həyata 
keçirilir. Ayrı-ayrı ekosistemlərin su balansının dəyişməsini öyrənmək üçün xüsusi 
stasionarlarda eksperimentlər aparılır. 
Laboratoriya üsulu suyun fiziki və kimyəvi xassələrini öyrənməyə, 
hidrodinamiki prosesləri modelləşdirməyə imkan verir. Laboratoriya modellərində 
müxtəlif hidroloji hadisələri tədqiq etmək mümkündür. Məsələn, çay yataqlarının 
modellərində axınların, su sərfinin, dib gətirmələrinin tərkibinin məcra proseslərinə 
təsiri öyrənilir. 
 
2
Behruz Melikov
Behruz Melikov


2. Hidrologiyanın inkişaf tarixi və hidroloji öyrənilməsi. 
 
Su mənbələri və ehtiyatlarının düzgün qiymətləndirilməsi üçün onların 
hidrologiyasının hərtərəfli öyrənilməsi böyük əhəmiyyətə malikdir. Hələ 5-6 min il 
əvvəl, qədim Misirdə, Mesopotamiyada, Çində, Cənubi və  Mərkəzi Amerikada 
hidrotexniki qurğular-irriqasiya kanalları, su anbarları, dambalar və s. inşa 
edilmişdir. Bunları bilmək üçün çayların rejimi haqqında müəyyən biliklər tələb 
olunurdu. Eramızdan 3000 il əvvəl Nil çayının daşqın səviyyələri qeydə alınırdı. 
Buna görə də hidrologiya ən qədim elmlərdən biri sayılır.  
Elmi hidrologiyanın vətəni Fransa hesab olunur və onun tarixi XVII əsrdən 
başlayır. 1674-cü ildə fransız alimi Perro “Bulaqların mənşəyi haqqında ” adlı 
kitabını çap etdirmişdir. 
1694-cü ildə Almaniyada E.Melxior “Hidrologiyada üç hissədə” adlı kitab 
çap etdirmişdir. “Hidrologiya” termininə ilk dəfə məhz bu kitabda rast gəlinir. Rus 
ədəbiyyatında bu termin ilk dəfə XVIII əsrdə işlənmişdir.  
XVIII  əsrdə Avropanın iri çaylarında hidroloji müşahidə  məntəqələri təşkil 
olunmağa başlandı: Reyn, Dunay, Elba(1727), Sena(1732), Tibr(1782), 
Volqa(1792) və s. 
XIX  əsrdə  bəzi Avropa ölkələrində  səth sularının öyrənilməsi üzrə xüsusi 
idarələr yaradıldı: Fransada(1853), Almaniyada(1883), Macarıstanda(1886), 
İsveçrədə(1891). 
1919-cu ildə Rusiyada məhşur Dövlət Hidrologiya İnstitutu təşkil olundu.  
İlk hidroloji illiklər Avstriyada(1893), Macarıstanda(1896), 
Bavariyada(1898), ABŞ-da (1906) və s. çap olunmağa başlandı.  
XIX  əsrdə hidrologiyanın inkişafında A.Penk (Avstriya), Şrayber, 
Rixter(Almaniya), Montanari(İtaliya), Qemfis, Abbot, Nyuell(ABŞ), 
N.Berdmor(İngiltərə), A.İ.Voyeykov (Rusiya) və b.  böyük rol oynamışlar.  
XX   əsrdə Ven Te Çou, U.Vissmen (ABŞ), Q.Keller (Almaniya), C.K. Rodda 
(İngiltərə), Azit K. Bisvas (Kanada), G.G.Svanidze (Gürcüstan), S.H. Rüstəmov
S.A.Axundov, M.Ə.Məmmədov, F.Ə.İmanov (Azərbaycan), D.L.Sokolovski, 
A.İ.Çebotaryov, A.V.Rojdestvenski, A.M.Vladimirov (Rusiya) və b. xüsusilə qeyd 
etmək  lazımdır. 
Bir çox ölkələrdə (Rusiya, ABŞ, Almaniya, Fransa, İspaniya və s.) hidroloji 
informasiya dövri olaraq illiklərdə çap olunur. Bəzi ölkələr haqda bu məlumatları 
əldə etmək çox çətindir. Son  dövrdə  dünya  çayları üzərində aparılan müşahidə 
məlumatlarını YUNESKO xüsusi kitablarda çap etmişdir. Bu kitablarda dünyanın 
250 çayı haqda məlumat var (hər bir ay və il üçün orta aylıq su sərfləri ). 
Bir çox ölkələrdə çay  axımının  xəritəsi tərtib olunmuşdur (Rusiya, Çin, ABŞ, 
Kanada, Avstraliya və s.).  Bu  xəritələr kifayət qədər etibarlıdır, çünki  çoxlu  sayda  
müşahidə  məntəqələrinin  məlumatına  əsasən   hazırlanmışlar. 
Qurunun 11%-də çay şəbəkəsi yoxdur. Bu ərazidə quruya düşən armosfer 
yağıntılarının hamısı buxarlanmaya sərf olunur. Bütün Avropa  (Yunanıstandan 
başqa),  Avstraliya  və Asiyanın,  Şimali Amerikanın  əsas hissələri üçün çay axını 
haqda kifayət qədər məlumat  var.  Bu məlumatlar  çay axımının  xəritələrində və ya  
 
1
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə