“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   2   3   4   5   6   7   8   9   ...   40

        1947-ci  ildə  Bakı  hidrometoroloji  rəsədxanasının  yaranması  ilə  və səth  
sularının  hidroloji  öyrənilməsi  genişlənir. Gəncə, Mingəçevir,  Naxçıvan, 
Lənkəran  və  Quba   şəhərlərində  ixtisaslaşdırılmış   hidroloji  stansiyalar  təşkil  
olunur.  Ərazi  üçün  tipik  sayılan  Qudyalçay, Gürmükçay, Gəncəçay, Gilançay  
və Təngərud  hövzələrində  axım  elementlərinin  təyini  dəqiqləşdirilir. 
 Qlyasioloji  işlərin  təşkili  ilə  əlaqədar  1950-ci ildən  qar  örtüyü, 1956-cı 
ildən  buzlaqları  rejimi  və  onların  çayların  qidalanmasındakı    rolu    tədqiq  
olunmaqla  başlayır. Bir  neçe  ildən  sonra   bu tədqiqatlarda  vertolyotdan  da   
isifadə  olunmağa  başlayır.  
1921-1962-ci illər arasında Azərbaycanda 132 çay üzərində müxtəlif dövrlü 
396 hidrometrik məntəqə olmuşdur, yəni hər 200 km
2
  ərazidə bir məntəqə 
yerləşmişdir. 
1978-ci ildən sonra nəşr olunan “hidroloji illik”lərin tomu VII-dir. Son kitab 
1988-ci ilin məlumatlarını əhatə edir.  
Azərbaycanın səth sularının təbiətinin öyrənilməsi sahəsində EA Coğrafiya və 
Energetika institutlarının, Bakı Dövlət Universiteti, Hidrometeorolji Komitə, Su 
təsərrüfatı institutu, “Azərsu” təsərrüfat layihə, Hidrotexnika və Meliorasiya və s. 
təşkiltalarının müəyyən əməyi olmuşdur. 
 
4
Behruz Melikov
Behruz Melikov


3. Təbiətdə suyun paylanması və su dövranının tərkib hissələri

 
         Su,  yerin    coğrafi  təbəqəsindəki canlıların  həytında böyük əhəmiyyətə 
malikdir. O təbiətdə baş verən fiziki, kimyəvi və bioloji proseslərin demək olar ki, 
hamısında iştirak edir. Yerin inkişafının ilk dövründə, yəni onun səthində 
temperatur bir neçə min dərəcə azaldığı dövrdə oksigen və hidrogendən ilkin su 
buxarları  əmələ  gəlmişdir. Yer qabığının sonrakı inkişaf tarixi bilavasitə su ilə 
əlaqədar olmuşdur. Ərimiş halda olan minerallar kütləsi tədricən soyuduqda suyun 
bir hissəsi yüksək təzyiq altında bərkiyərək su buxarlarını digər qazlarla birlikdə 
məhlul şəklində özündə saxlayır. 
       Yer qabığının sonralar daha da soyuması nəticəsində su buxar halından maye 
halına keçərək planetin səthində  əmələ  gəlmiş ilkin çökək sahələrə  yığılmışdır. 
Təqribən 2.5 milyard davam edən dövr ərzində  sərbəst halda olan suyun miqdarı 
sabit qalmışdır. Hal-hazırda baş verən bəzi proseslər nəticəsində  su    möhkəm 
birləşmələrə daxil olur və beləliklə bilavasitə su halında ola bilmir. Lakin yer 
qabığının dərin qatlarında  əks prosesə rast gəlinir. Belə ki, yüksək təzyiq və 
temperatur şəraitində yenidən müəyyən miqdarda su əmələ gəlir.   
       Yer kürəsində suyun ümumi miqdarı 1.386
⋅10
9
  km
3
-dir və bu bizim planetin 
kütləsinin 0.03% -ni təşkil edir. Bunun təqribən 94% -i dünya okeanı, qalan 
hissəsini isə yeraltı suları  təşkil edir. Yer kürəsindəki okean və  dənizlər vahid 
dünya okeanını  əmələ gətirir. 
        Ümumi    sahəsi   510 mln. km
2
  olan yer kürəsinin 361 mln. km
2
  sahəsini 
dünya okeanı və 149 mln. km
2
  quru təşkil edir. Belə ki, okean və dəniz sularının  
qurunun sahəsindən 2.4 dəfə çoxdur (cədvəl 1.). Quru və su sahələri  Yer kürəsində 
qeyri- bərabər paylanmışdır.  Qurunun çox hissəsi  şimal yarımkürəsində, yalnız 
19.1% -i  isə cənub yarımkürəsindədir. 
      Yer kürəsinin quru hissəsi axarlı və axarsız sahələrə bölünür:  117 mln.  km
2
 
axarlı, qalan 32 mln. km
2
 isə axarsız sahələrdir. Çayların axımı bilavasitə okean və 
dənizlərə tökülən quru hissəsinə axalı sahə  deyilir. 
      Yer  kürəsinin  su ehtiyatı çox böyükdür. Okean və  dənizlərdə olan suyun 
ümumi həcmi dəniz səviyyəsindən hündürdə olan qurunun həcmindən 13 dəfə 
artıqdır.  Əgər bu su bərabər  şəkildə yer kürəsinə yayılarsa, onda 2.5 km 
qalınlığında su layı əmələ  gətirər. 
Cədvəl 3.1.  
Okeanın və qurunun Yer kürəsində paylanması. 
Okeanlar Sahə, 
mln.km
2
Materiklər Sahə, 
mln.km
2
Sakit 
Atlantik 
Hind 
Şimal Buzlu 
178.7 
91.7 
76.2 
14.8 
Avrasiya 
Afrika 
Şimali Amerika 
Cənubi Amerika 
Avstraliya və Okeaniya 
Antarktida 
 
54.0 
30.1 
24.2 
17.8 
8.9 
14.0 
 
1
Behruz Melikov
Behruz Melikov


 
       Son  hesablamalara görə Yer kürəsində mövcud olan buzlaqların həcmi 25-26 
mln. km
3
  -ə  bərabərdir. Bu böyük buz və qar kütləsi  əriyərsə, onda okean və 
dənizlərin  səviyyəsi 80 m-dən artıq qalxa  bilər. Quru sularının 230 min km
3
–i  
göllərdə, 1.2 min km
3
  isə çaylardadır.   
      Axım yer səthində qeyri-bərabər paylanmışdır. Belə  ki, çayların ümumi axım 
həcminin 98%-i bilavasitə okean və  dənizlərə tökülür, qalan 2% -i axarsız 
sahələrdə qalır. Axarsız sahələrdə əmələ gələn 700 km  axımını 426 km
3
–i  Xəzər, 
Aral, Balxaş göllərinin paylarına  düşür, digər  axarsız  sahələrdə olan  axımı   isə 
275 km
3
-dir.  
Hidrologiya  bir  elm  sahəsi  kimi    son  110-130 ildə  formalaşmışdır və 
onun   başlıca  tədqiqat  obyekti  təbitdə  suyun  dövranıdır. Təbiətdə  su dövranı  
aşağıdakı  sxem üzrə  baş verir;  atmosfer yağıntıları düşür; səth  axımı  və yeraltı 
sular  əmələ  gəlir; yeraltı  və  səth suları    ağırılıq  qüvvəsinin  təsiri  altında  çay  
dərələrinə  axır  və  çaylar yaranır; yağış sularının bir  hissəsi  torpaq  ötüyündə  
toplanır  və  sonra  buxarlanaraq  atmosferi  su  buxarları   ilə doydurur;  okeanın  
səthinə düşən  yagıntılar da  buxarlanır; atmosferdəki   su ,  buxarı kondensasiya  
edərək ( suyun buxar  halından maye  halına  keçməsi kondesasiya  adlanır )  
yağıntı şəklində  okean və  materiklərin sərhinə  düşür. Bu  proses fasiləsiz  olaraq 
davam  edir.  
Təbiətdə su dövranın  ən vacib xüsusiyyəti onun hidrosferin bütün sularını 
birləşdirməsi,  əlaqələndirməsidir. Bu su dövranın hərəkətverici qüvvəsi Günəşin 
istilik enerjisi və  ağırlıq qüvvəsidir.  İstiliyin təsiri altında su buxarlanır, 
kondensasiya baş verir. Ağırlıq qüvvəsinin təsiri altında yağış damcıları düşür, 
çaylar axır, yeraltı və torpaq suları hərəkət edir. 
Təbiətdə su dövranı atmosferi, okeanı, litosferi, torpaq örtüyünü, çayları, 
gölləri, biosferi əhatə edir.  
Atmosferdə  müxtəlif  hava  axınları  rütübəti  bir  ərazidən  başqa  əraziyə  
hərəkət  etdirir  və  son  nəticədə  atmosfer  yağıntıları  müşahidə  edilir. Çoxillik  
dövrdə  quruya  765 mm,  okean  səthinə  1140 mm  və  yer  kürəsinin   sərhində  
isə  orta  hesabla   1030 mm  yağıntı  düşür  ( 1 il  ərzində ). Materiklərə  düşən  
yağıntının  miqdarı,  materiklərin  səthindən  buxarlanan  suyun   miqdarından  
çoxdur. Bu  əlavə  rütübəti  quruya  okean  səthindən  hava  axınları  gətirir. Bunun  
nətiçəsində  materiklərin  su  ehtiyatları  çoxalır. 
Atmosferdə su buxarının  əsas mənbəyi dünya okeanıdır (86% rütubət 
okeandan və 14% qurudan). 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə