“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   32   33   34   35   36   37   38   39   40

Samur çayından Samur-Abşeron kanalı ilə götürülən  suyun miqdarı isə 227 
m
3
/san  ya 852.0 mln m
3
dir. 
Respublikamızın  ərazisində formalaşmış su ehtiyatları (10.3 km
3
) gur sulu 
illərdə  və  qıt sulu illərdə isə orta çoxillik axımın 0.66 hissəsini təşkil edir. Çay 
axımı  tərəddüdünün çoxillik dövr üçün tədqiqi göstərir ki, sinxronluq həmişə 
gözlənilmir., gur sulu və qıt sulu illərin davam etmə müddəti müxtəlifdir. Bununla 
belə, axımın ekstremal kəmiyyətlərinin təkrarlanmasında müəyyən sinxronluq 
vardır. Gur sulu və qıt sulu illər çox vaxt ərazinin bütün çaylarına deyil, müəyyən 
hövzələr və ya müəyyən fiziki-coğrafi vilayəti əhatə edə bilər. Məsələn, 1963-cü il 
bütün Respublika ərazisi çayları üçün gur sulu il idi, amma Kürün sol və sağ sahil 
qolları üçün isə ekstremal çox sulu ilə olub. 1968-ci il Araz hövzəsi çaylarından 
başqa Respublikanın digər çayları üçün ekstremal gur sulu il olub. 1969-cu il Araz 
hövzəsi çayları üçün ekstremal sulu il olub, amma ərazinin  digər çayları üçün orta 
sulu və ya qır sulu il olub. 1939-cu il Kür hövzəsi çayları üçün gur sulu il olduğu 
halda bilavasitə Xəzərə tökülən çaylar üçün qıt sulu il olub.  
İnsanın təsərrüfat fəaliyyəti artdıqca su mənbələrinə  təsiri də artır. 
Respublikamızın  su ehtiyatlarının 2/3 hissəsi qonşu ərazilərdən daxil olduğundan 
Kür, Araz və digər  çayların yuxarı hissələrində suyun götürülməsi və axımın öz 
əksini respublikamızın  ərazisində göstərir. Belə ki, Kür çayını suları müyyən 
dərəcə Türəkiyə sahəsində istifadə olunur, Gürcüstanda Taşis-Kar kəndindən 
aşağıda artıq 14 suvermə ilə 50 m
3
/san artıq su əkin sahələrinə axıdılır. Gürcüstan 
ərazisində Kür suları ilə suvarılan torpaqların ümumi sahəsi 30 min ha-dan artıqdır. 
Qabırrı çayı üzərində yerləşən 14 suvarma kanalının ən böyükləri Yuxarı Samqar 
(30 m
3
/san) və aşağı Samqar (35 m
3
san)-dir. Hal-hazırda Qabırrı çayı ilə suvarılan 
torpaqların sahəsi 100 min ha-a yaxındır. Bu çayın suyu demək demək olar ki, 
Gürcüstan  ərazisində büs-bütün götürüldüyündən Mingəçevir su anbarına gəlib 
çatmır. Qanıx çayı suyunun xeyli hissəsi (42.3 m
3
/san) Alazan və Baş magistral 
kanallarla götürülüb 45 min ha-dan artıq əkin sahəsi suvarılır. Su anbarları və su 
tənzimləmə qovşaqlarının ilbəil artması axımın təbii rejiminə təsir edən amillərdir. 
Azərbaycan  ərazisində çay sularından geniş istifadə olunur. Respublikamızın 
suvarma kanallarının uzunluğu 50 min km-ə yaxındır. Suvarılan torpaqların sahəsi 
1.300 min ha-a yaxındır.  Kür çayı hövzəsindən müxtəlif məqsədlər üçün götürülən 
sular onun təbii axımını 853m
3
/san-dən (26.9 km
3
) 537 m
3
/san (16.9 km
3
) kimi 
yəni 316m
3
/san (10 km
3
) azalmışdır. Hal hazırda hər il 8 km
3
-ə yaxın su əkin 
sahələrinin suvarılmasına, 4 km
3
  sənayeyə  və 0.4 km
3
 isə su təminatı kommunal 
sahələrə sərf olunur. 
Çay sularından təkcə suvarmada deyil, xalq təsərrüfatının digər sahələrində də 
istifadə edilir və xüsusiyyət ilbəil artır. Deməli, hər adama düşən suyun miqdarı da  
tədricən azalır. Su ehtiyatlarından səmərəli istifadə olunub onların qorunması hər 
bir xalqın ümdə vəzifəsidir. 
 
3
Behruz Melikov
Behruz Melikov


12. Yeraltı suların mənşəyi və təsnifatı. 
 
Yer səthinə düşən yağıntıların torpağa hopan və yerin daha dərin qatlarına 
süzülən hissələri heç də suyun ümumi dövranından kənarda qalmır. Belə ki, onlar 
ya buxarlanaraq atmosferə qayıdır, ya bulaqlar şəklində yer səthinə  çıxaraq çay, 
göl, bataqlıq suları ilə qovuşur və ya yeraltı yollarla bilavasitə dənizə tökülür. 
Yeraltı sular maye, sülb və buxar halında olur. O, ya sərbəst halda süxurların 
çatlarında, məsamələrində və torpaqda ağırlıq qüvvəsinin təsiri ilə sirkulyasiya edir 
və ya molekulyar hərəkət qüvvəsi nəticəsində süxur və torpaq hissəcikləri səthində 
qalaraq, fiziki cəhətdən onlarla bağlı olur. Su bir sıra mineral birləşmələrin 
tərkibinə daxil olaraq maddələrin kristallik quruluşunun yaranmasında iştirak edir 
və beləliklə, onlarla kimyəvi cəhətdən əlaqəli olur. Yerin daxilində olan bütün su 
növləri bir-birilə  sıx  əlaqədə olmaqla və müəyyən  şəraitdə bir növdən başqasına 
keçməklə, vahid dinamik müvazinət sistemi saxlayır.  
Yer qabığının yuxarı  təbəqəsi yeraltı suların yayılma  əlamətinə görə iki 
zonaya ayrılır:  aerasiya zonası   su ilə doymuş zona. Adətən su aerasiya 
zonasında süxur boşluqlarını  və  məsamələri bütünlüklə doldurmur, əgər doldursa 
da bu müvəqqəti xarakter daşımaqla hər yerdə müşahidə edilmir.  
Su ilə dolmamış boşluqlar və  məsamələrdə su sirkulyasiya edir. Doymuş 
zonada süxur məsamələri su ilə tamamilə dolur. 
Aerasiya zonasında, bilavasitə yerin səth hissəsində torpaq suyu olur. Su 
torpaq daxilində  hər üç halda müşahidə edilməklə bir haldan başqasına keçir. 
Torpaqda olan suyun çox hissəsi hissəcikləri ilə molekulyar hərəkət qüvvəsilə 
bağlıdır. Bu heç də suyun hərəkət etməsinə mane olmur. Buna görə də su torpağın 
dərinliklərinə süzülür, səthinə qalxır və buxarlanaraq atmosferə daxil olur. Doymuş 
zonanın müəyyən dərinliyində qrunt suları yayılmışdır. Qrunt suları süxurların 
məsamələrini və boşluqlarını doldurur. Yeraltı sulara yer qabığının daha böyük 
dərinlikdə yerləşən laylarında da rast gəlinir. Bunlar layarası sulardır. 
Yeraltı suların əmələ gəlməsi çox mürəkkəb şəraitdə baş verir. Yeraltı suların 
mənşəyi haqqında bir sıra nəzəriyyələr irəli sürülmüşdür. İki nəzəriyyə daha geniş 
yayılmışdır. 
1.  İnfiltrasiya nəzəriyyəsi-XIII  əsrin  əvvəlində fransız fiziki Mariotta irəli 
sürmüşdür. Bir qədər sonra M.V.Lomonosov infiltrasiya nəzəriyyəsinin 
geokimyəvi  şərhini vermişdir. Belə ki, o, süxurların kimyəvi tərkibi ilə onların 
daxilində sirkulyasiya edən yeraltı suların arasındakı əlaqəni müəyyən etmişdir. 
 
1
Behruz Melikov
Behruz Melikov


 
İnfiltrasiya nəzəriyyəsinə görə yeraltı sular yalnız yer səthinə düşən 
yağıntıların yerə hoparaq su keçirməyən süxur layları üzərində  yığılması 
nəticəsində əmələ gəlir. Bu hopmuş yağıntı suları su keçirən layda hərəkət edərək 
bulaqlar şəklində yer səthinə çıxa bilir. 
2. Kondensasiya nəzəriyyəsi-XIX  əsrin ikinci yarısında alman alimi Folqar 
vermişdir. O, infiltrasiya nəzəriyyəsini tamamilə inkar edərək göstərir ki, yeraltı 
sular yalnız atmosferdə olan su buxarının torpaq səthindən müəyyən dərinlikdə 
kondensasiyaya uğraması nəticəsində yaranır.  
Torpaqda su buxarının kondensasiya prosesinin dərk edilməsində rus alimi 
A.F.Lebedevin xidməti xüsusilə böyükdür. O, özünün şəxsi müşahidəsi və 
təcrübəsi əsasında sübut etmişdir ki, yeraltı suların əmələ gəlməsi yağıntı sularının 
infiltrasiya etməsi, həm də su buxarının torpaq – qrunt daxilində kondensasiyaya 
uğraması nəticəsində yaranır.  
Yeraltı suların hər iki qida mənbəyi eyni vaxtda fəaliyyət göstərir. Onların hər 
birinin rolu, yeraltı suların formalaşmasında iştirak edən fiziki-coğrafi amillərin 
xarakterindən asılıdır. Belə amillərə misal olaraq, süxurların su keçirmə 
qabiliyyətini, relyefi, yağışın yağma intensivliyi və davamiyyəti, qar örtüyünün 
əmələ gəlmə şəraiti və ərimə intensivliyini, havanın temperaturu və rütubətliyini, 
bitki örtüyünün növünü və onun suya olan tələbatını göstərmək olar. 
A.F.Lebedevə görə su buxarının atmosferdən torpağa  daxil olması hava 
kütləsinin hərəkətindən asılı olmayıb, yalnız su buxarının elastiklik fərqi ilə 
müəyyən edilir. Onun Odessa yaxınlığında apardığı təcrübələr göstərmişdir ki, çox 
vaxt gecələr havada olan su buxarının sıxlığı torpaqdakı su buxarının sıxlığından  
böyük olur və bunun nəticəsində atmosferdəki su buxarının torpağa keçməsi üçün 
lazımı  şərait yaranır. Bu yolla əmələ  gələn kondensasiya sularının miqdarı  
yağıntıların ümumi miqdarının   15-20 % -ni təşkil edir. Lakin bəzi hallarda su 
buxarının kondensasiyası üstünlük təşkil edir. Məsələn, qumlu səhra və 
yarımsəhralarda gecə havanın kəskin soyuması  nəticəsində kondensasiya prosesi 
daha sürətlə gedir. Burada yağıntılar çox az düşür, demək olar ki, bütünlüklə 
torpaq səthindən buxarlanmaya sərf  olunur. Bunun nəticəsində yeraltı suların 
qidalanmasında yağıntıların rolu cüzi olur. 
 
2
Behruz Melikov
Behruz Melikov


A.F.Lebedev göstərir ki, yeraltı suların çox az bir hissəsi yerin nüvəsindən 
(yuvenil sular) su buxarlarının kondensasiyası hesabına əmələ gəlir. 
Beləliklə torpaq-qrunt təbəqəsində su buxarının kondensasiyaya uğraması, 
yuvenil suların və yağıntı sularının infiltrasiyası hesabına yaranır. Bu proses çox 
zaman təbiətdə eyni vaxtda baş verir. 
Süxur və torpaqların su-fiziki xassələri.  Süxur və torpağın sululuq xassəsi, 
onların məsaməliyi, nəmlik tutumu, nəmliyi, suvermə,  sukeçirmə və kapilyarlığı 
ilə səciyyələnir. 
Süxur və torpaqda olan boşluqların ümumi həcminə  məsaməlilik   deyilir. 
Bunun miqdarı (n), məsamələrin həcminin (V
1
) süxurun ümumi həcminə (quru 
halda) (V
2
) faizlərlə olan nisbəti kimi müəyyən edilir: 
100
2
1

=
V
V
n
%

Məsaməlilik süxurun təşkil olunduğu hissəciklərin böyüklüyündən, 
formasından və yerləşmə xarakterindən asılıdır. Süxurdakı hissəciklər nə  qədər 
bircins, eyni formalı və nə qədər kürəyəbənzər olarsa, məsaməlilik bir o qədər çox 
olar. 
Süxurun və torpağın özündə müəyyən miqdarda su saxlama qabiliyyətinə 
nəmlik tutumu deyilir. Nəmlik tutumu tamkapilyar və molekulyar olur. 
Süxur və ya torpaqda olan məsamələrin tamamilə su ilə doldurulması üçün 
tələb olunan suyun miqdarına  tam  nəmlik tutumu deyilir. Tam nəmlik tutumu 
suyun həcminin süxurun ümumi həcminə faizlərlə olan nisbəti kimi tapıldıqda, o 
məsaməliyə bərabər olur. Məsələn,  əgər tutumu  100 sm
3
  olan menzurkanı quru 
qumla doldursaq, onda quma 35-40 sm
3
 su əlavə etmək olar. Bu miqdarda su, 
qumun tam nəmlik tutumuna bərabər olur.  
Əgər menzurkada suyun sərbəst surətdə axmasına imkan verilsə, suyun 
hamısı axmayıb, bir hissəsi kapilyar və molekulyar qüvvələr hesabına qumda 
qalacaqdır. Kapilyar qüvvələrin təsiri ilə süxurların saxladıqları müəyyən miqdarda 
suya mütləq nəmlik tutumu deyilir. Bu zaman su məsamələri doldurmur, yalnız 
hissəciklərin səthini örtür. 
Təbii  şəraitdə vahid zamanda süxur və ya torpağın daxilində olan suyun 
ümumi miqdarına onun  nəmliyi deyilir.  Nəmlik, təbii halda olan nəm süxur və ya 
torpaq nümunəsi  çəkisinin, həmin 105-110 
0
C temperaturda qurulduqdan sonra 
çəkisinə olan faizlərlə nisbəti kimi müəyyən edilir. 
Su ilə doymuş süxurun ağırlıq qüvvəsi təsiri nəticəsində müəyyən miqdarda 
sərbəst axım verməsinə suvermə qabiliyyəti deyilir. Süxur və ya torpağın verdiyi 
suyun həcminin süxurun ümumi həcminə olan nisbəti  suvermə  əmsalı  adlanır. 
Suvermə əmsalı narın, dənəvər süxurda iri dənəvər süxurlara nisbətən əhəmiyyətli 
dərəcədə azdır. Məsələn, bu əmsal torflu süxurlarda  40-80%,qumlu və qumsal 
süxurlarda 25-15%, gilli-qumlu süxurlarda 10-15% təşkil edir. Suvermə əmsalı nə 
qədər böyük olarsa, suvermə sürəti də bir o qədər çəx olar. Süxur və ya torpağın 
suvermə xassəsinin çayların yeraltı sularla qidalanmasından və torpaqların 
qurudulması üçün tədbirlərin görülməsində böyük əhəmiyyəti vardır. 
Süxur daxilindən keçə biləcək suyun miqdarı onları    sukeçirmə qabiliyyəti 
adlanır. Sukeçirmə qabiliyyəti süxurlarda olan məsamələrin miqdarından, 
 
3
Behruz Melikov
Behruz Melikov


böyüklüyündən və yerləşmə xüsusiyyətindən asılıdır. Bütün süxurlar sukeçirmə 
qabiliyyətinə görə üç qrupa ayrılır:  sukeçirən (çınqıl, çaydaşı, qum və s.), 
sukeçirməyən (gil, çatlı olmayan kristallik süxurlar) və zəif sukeçirən (gilli qumlar, 
gillicə və s.)   
Süxurların sukeçirmə qabiliyyəti kəmiyyətcə süzülmə əmsəlı ilə səciyyələnir
Süxur və ya torpaqda olan kapilyar borularda səthi gərilmə qüvvəsinin təsiri 
nəticəsində suyun müəyyən hündürlüyə qalxmasına kapilyarlıq deyilir. 
Kapilyarlıq kəmiyyətcə kapilyarın qalxma hündürlüyü ilə  səciyyələnir. Bu 
göstərici süxur və ya torpaqda olan kapilyar məsamələrin ölçüsü kiçildikcə artır 
(cədvəl 1). 
Cədvəl 1. 
Süxurların kapilyarlığı. 
Süxurlar Kapilyarın qalxma hündürlüyü 
İri dənəli qum 
Orta dənəvər qum 
Narın qum 
Qumluca 
Gil 
Gillicə 
2.0-3.5 
12-35 
35-120 
120-350 
350-650 
650-1200 
 
Təbiətdə yeraltı suların yerləşmə  şəraiti və onların keyfiyyəti müxtəlif 
olduğuna görə, ayrı-ayrı tədqiqatçılar yeraltı suların təsnifatını müxtəlif prinsiplərə 
görə yerinə yetirmişlər. Məsələn, V.İ.Vernadski yeraltı suların kimyəvi tərkibinə 
V.S.İlin isə zonal yayılmasına görə təsnifatını vermişlər. 
Əksər halda yeraltı sular yerləşmə şəraitindən asılı olaraq təsnif edilir. Yeraltı 
sular üç əsas qrupa ayrılır: torpaq, qrunt və  layarası sular
Torpaq suları yer səthinə yaxın olan aerasiya zonasında yayılmışdır. Bu sular 
torpaqdakı məsamə və boşlularda əmələ gəlir və bilavasitə torpaq örtüyündə olur. 
Onlar torpaq hissəciklərinin səthində yerləşməklə molekulyar qüvvələrin təsiri 
nəticəsində  hərəkət edir. Bu sular başlıca olaraq yer səthinə düşən yağıntıların 
torpağa hopması  və qismən su buxarının məsamələrdə kondensasiyaya uğraması 
nəticəsində  əmələ  gəlir.torpaq suları yer qabığının aerasiya zonasında yerləşdiyi 
üçün meteoroloji amillərin (yağıntı, temperatur, rütubətlik, külək və s.) təsirinə 
məruz qalır. Buna görə  də onların ehtiyatı  və  hərəkəti bilavasitə  həmin amillərin 
təsir dərəcəsi ilə müəyyən edilir. Deməli, digər yeraltı sulardan fərqli olaraq, 
torpaq sularının ehtiyatı fəsillərdən asılı olaraq dəyişir. Buna görə də torpaqda ən 
çox nəmlik yazda, ən az isə yayda müşahidə olunur. 
Qrunt suları yay və qış qıtsulu dövründə çayların əsas qida mənbəyini təşkil 
edir. Bunlar çay dərəsində və nisbətən çökək sahələrində yer səthinə çıxır. Bu sular 
torpaq sularından aşağıda su keçirməyən süxur layları üzərində yerləşir. Qrunt 
suları ya hərəkətsiz yeraltı su anbarı, ya da ağırlıq qüvvəsinin təsiri nəticəsində 
meyllik istiqamətində yüksək sahədən alçaq sahəyə hərəkət edən su axını şəklində 
olur. Onlar sərbəst səthə malik olan basqısız sulardır. 
Qrunt sularının temperaturu onların hansı dərinlikdə yerləşməsindən asılıdır. 
Lakin temperaturun tərəddüdü torpaq sularında olduğu kimi böyük deyildir. Əgər 
 
4
Behruz Melikov
Behruz Melikov


qrunt suları bir neçə metr dərinlikdə yerləşirsə, onda onlar (daimi donuşluq 
rayonları müstəsna olmaqla)  heç vaxt donmur, yayda isə qızmır. Qrunt sularının 
keyfiyyəti müxtəlifdir.  Əksərən bu sular şirin, yumşaq, səhralarda isə çox duzlu 
olur. Cod qrunt sularına da rast gəlinir. 
Basqısız layarası sular iki su keçirməyən süxur layı arasındakı su keçirən 
süxur təbəqəsində yerləşir. Qrunt sularından fərqli olaraq layarası suların aerasiya 
zonası ilə  əlaqəsi olmur. Buna görə  də bu sular yağıntıların və çay sularının 
süzülməsi hesabına qidalanmır. Layarası sular sulu süxur laylarının yer səthinə 
çıxdığı yerlərdən qida alır. Sulu süxur horizontunun dəniz sahili, çay dərəsi və ya 
dərin yarğan sahələrinin aşınma nəticəsində açılmış yerlərində  və çeşmələr 
şəklində yer səthinə çıxır. 
Layarası sular qrunt sularına nisbətən yer səthindən daha böyük dərinlikdə 
yerləşdiyi üçün onların temperaturu demək olar ki, sabit qalır və ya il ərzində çox 
az tərəddüd edir (1-2 C). Suların keyfiyyəti sulu laydakı asan həll olan duzların 
miqdarından asılıdır. Layarası sular yumşaq, cod və şirin ola bilər.   
0
Bəzi hallarda layarası sular bilavasitə yer səthinə  çıxa bilmir və sulu lay 
tamamilə dolur. Belə layarası sular hidravliki təzyiqə malik olur ki, buna da basqılı 
və ya artezian suları deyilir. Artezian sularının təzyiq qüvvəsi onların qidalanma 
sahəsinin suyun səthə çıxdığı yerə nisbətən nə qədər yüksəkdə olmasından asılıdır. 
Buruq quyusu vasitəsi ilə sulu horizontun sukeçirməyən üst layı açıldıqda 
hidravliki təzyiq nə qədər çox olarsa, su da bir o qədər çox yuxarı qalxır və hətta 
bəzən fəvvarə şəklində yer səthinə çıxır. 
Layarası sular dərin horizontlarda yerləşdiyinə görə üzvi çirklənməyə məruz 
qalmır və  təmiz olur. Onlardan sənaye və kommunal təsərrüfatında su təchizatı 
məqsədi üçün istifadə edilir. 
 
 
 
 
 
5
Behruz Melikov
Behruz Melikov

Document Outline

  • “Hidrologiya”
  • “Hidrologiya”
  • “Hidrologiya”
  • “Hidrologiya”
  • “Hidrologiya”
  • “Hidrologiya”
  • 6
  • 6
  • 6
  • 6
  • 6
  • 6
  • 12
  • 12
  • 12
  • 12
  • 12
  • 12
  • 12
  • 18
  • 18
  • 18
  • 18
  • 18
  • 18
  • 12

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə