“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   2   3   4   5   6   7   8   9   ...   40

   
           
yağıntı         yağıntı         yağıntı
 
 
 
            
↓↓ ↓     ↓↓↓        ↓↓↓ 
                         
    buxarl.
 
           
 buxarl.
         
↑↑↑
      
buxarl. 
            ↑↑↑↑                     ↑↑↑ 
                                                      
 
....................... 
....okean.. 
.... .. . .... 
                     qurunun oke-            
                       na su verən 
                          hissəsi 
 
Müxtəlif iqlim qurşaqlarında okean səthindən buxarlanmanın miqdarı 
fərqlənir. Ekvatorial zonada buxarlanma yağıntıdan azdır, çünki burada bulud 
əmələ  gəlir. Mülayim enliklərdə    də buxarlanma illik yağıntıdan azdır. Səbəbi: 
istilik kifayət qədər deyildir. Tropik və subtropik zonalarda isə əksinə, buxarlanma 
yağıntıdan çoxdur: çünki bu zonalarda quru passat küləkləri hakim olduğundan, 
buludluluq az olur.  
Okean  cərəyanları  çox   böyük  su  kütlələrini  okeanın  bir  hissəsindən   
başqa  hissəsinə  hərəkət etdirirlər.  Bu    cərəyanların   dəriyinliyi  bir  neçə    yüz  
metrə,  eni  isə 300 km-ə  çatır. Okean  cərəyanlarının  su sərfi  yer kürəsinin  
bütün  çaylarının  ümumi  su səthindən  1000  dəfə  çoxdur. 
Litosfer təbiətdə su dövranında yeraltı suların vasitəsilə iştirak edir.  Təqribən  
2 km-dən  dərində  yerləşən  yeraltı  sular  su  dövranında çox  zəif  iştirak edirlər. 
Bu  suların  həcmi  azdır  və  çox  duzludur. Şirin yeraltı sular əsasən Yer qabığının 
yuxarı hissəsindədirlər. Bu sular çayları, gölləri və  dənizləri qidalandırırlar. Çox 
qısa müddətdə  təzələndiyinə görə  şirindir.  Əgər  çaylar yeraltı    suları 
qidalandırmasaydılar,  onların  rejimi il  ərzində  çox dəyişkən  olardı. Çöl, 
yarımsəhra  və  səhra  zonalarında çayların yeraltı sularla  qidalanması çox zəif  
olduğuna görə bu çaylar  quruyur. Çayların  qidalanmasında iştirak edən  yeraltı  
suların  həcmini hesablamaq  üçün  çay  hövzəsinin  su  balansı    tənliyindən 
istifadə etmək olar.  Xəzər  dənizinə  tökülən  çayların  axımının  40%-i  yeraltı  
suların  payına  düşür. Lakin  yeraltı    suların  bir  hissəsi  birbaşa   dənizlərə,  
okeanlara  axır. Belə  yeraltı  sular  çay  axımının  ancaq  5%-ni  təşkil  edir. Yer 
kürəsinin quru hissəsi üçün yeraltı axım layı 90 mm-dir.  
Yeraltı suların  ərazi üzrə paylanması 2 vacib amildən asılıdır: 1.Coğrafi 
zonallıq; 2.Geoloji quruluş; Adətən atmosfer yağıntıları çox düşən  ərazilərdə 
yeraltı su ehtiyatları da çox olur.  Yeraltı  suların   formalaşmasına  karst  güclü  
təsir  göstərir. ( Karst  süxürları  suda  nisbətən  asan  həll   yayılan  ərazilərdə  su  
asanlıqla  yerin altına   süzülür  və  yeraltı  suların  formalaşması  üçün  əlverişli  
 
3
Behruz Melikov
Behruz Melikov


şərait yaranır. Belə  rayonlarda  çaylar  daha  bol  sulu olur   və  buxarlanma  azalır. 
Çay hövzələrinin  su  balansına  suyu  yaxşı  keçirən  vulkan  tufları  da  güclü  
təsir  göstərir. Məsələn; Qarabağ  vulkanik   yaylasında  yağış  və  qar   suları  çox  
asanlıqla  bu süxürlardan  süzülür,  yeraltı  suları  qidalandırırlar. Geoloji  quruluş  
kiçik   çayların  su  balansına  daha  güclü  təsir  göstərir. Böyük  çayların  
hövzələrində  geoloji  quruluşu  mürəkkəb  olduğundan  onun  su  dövranında  
rolunu  qiymətləndirmək   çox  çətindir.  
Əslində torpaq örtüyü litosferin bir hissəsidir. Buna baxmayaraq torpaq 
sularına təbiətdə su dövranının ayrıca bir tərkib hissəsi kimi baxılır. Bu onunla izah 
olunur ki, torpaq suları bir çox əlamətlərə görə yeraltı sulardan fərqlənir: a)torpaq 
suları yeraltı sulara nisbətən bioloji proseslərlə daha sıx bağlıdır; b)torpaq suları 
hava şəraitindən daha çox asılıdır.  
Torpaq  suları  bitkiləri  qidalandırır, buxarlanır  və    yeraltı  suların  
formalaşmasında iştirak edirlər. Meşə zonasında  torpaq  suları  yeraltı  suları  daha  
intensiv  qidalandırır, çunki  ağacların kök  sistemi  torpağı  yumşaldır. Torpaq  
örtüyü  iqlim  amilləri  ilə  çaylar,  göllər  və  yeraltı  sular  arasında  əlaqə  yaradır.  
Torpaq örtüyünün su dövranında rolu onun infiltrasiya (süzülmə) və 
susaxlama qabiliyyətindən asılıdır.  Əgər süzülmə  və susaxlama qabiliyyəti 
zəifdirsə, onda yağıntının əsas hissəsi səth axımı yaradır; torpağın nəmliyi az olur
buna görə  də buxarlanma zəifləyir; yeraltı sular az əmələ  gəlir; yağış daşqınları 
fasilə verdikdə çaylar quruyur, çünki yeraltı sularla qidalanma çox zəifdir.  Əgər 
torpağın süzülmə və susaxlama qabiliyyəti güclüdürsə, onda su balansı elementləri 
kəskin  şəkildə  dəyişir: səth axımı azalır, buxarlanma güclənir, yeraltı sularla 
qidalanma ən böyük qiymətinə çatır. Ümumiyyətlə, çay axımının amilləri arasında 
iqlimdən sonra ikinci yerdə torpaq örtüyü durur. Torpaq  örtüyünün  rolunu  
qiymətləndirmək  üçün  eksperimental  çöl  tətqiqatlarının  aparılmasına  çox  
böyük  ehtiyac  var. 
Çayların  təbiətdəki  su  dövranında  iştirakı  digər  komponentlərə  (torpaq,  
okean, atmosfer  və s.) nisbətən  daha  yaxşı    öyrənilmişdir. Bu heç də  təsadüfi 
deyildir. Hələ  qədim dövrlərdən insanlar çay sahillərində  məskunlaşmış  və çay 
sularından müxtəlif məqsədlər üçün başlıca içməli su mənbəyi çaylardır. 
Təbiətdə su dövranında çayların rolu ondan ibarətdir ki, çaylar okean 
səthindən buxarlanaraq materiklərin üzərinə gedən rütubəti yenidən okeana 
qaytarırlar. Məhz buna görə də okean səthindən buxarlanma okean səthinə düşən 
yağıntılardan çoxdur. Okean üçün buxarlanma ilə yağıntı arasındakı fərq çayların 
okeana gətirdiyi suyun miqdarına bərabərdir.  Materiklərdə isə əksinə, buxarlanma 
yağıntının miqdarından azdır.  
Çayların qida mənbələrini 2 qrupa bölmək olar: səth suları  və yeraltı sular. 
Səth suları müxtəlif mənşəli ola bilərlər: yağış, qar, buzlaq suları.  Səth axımının 
bütün növləri çaylarda daşqına səbəb olur.  Daşqınların müddəti  (davamiyyəti)  
müxtəlif  olur. Böyük  çaylarda  yaz  gursululuq  dövründə çaylar  əsasən qar suları 
ilə qidalanır və bu dövr 3-4 ay  davam  edir.  Dağ    çaylarında  da  gursululuq  
dövrü  bir  neçə ay çəkir.  Çünki, əvvəlcə  qar hövzənin  hündürlüyü  az olan  
hissələrində  əriməyə  başlayır  və  tədricən  bu proses  hövzənin  hündürlüyü az 
olan hissələrində    əriməyə    başlayır  və    tədricən  bu  proses  hövzənin  hündür  
 
4
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə